B15 xanasına "-567" rəqəmini daxil edin və Enteri basın. Həmin rəqəm
redaktor tərəfindən mənfi ədəd kimi qəbul edilir.
"E" simvolu ədədin eksponensial təsvir edilməsi zamanı istifadə edilir. Məsələn,
10 000 000 ədədini daxil edin və Enteri basın.
Diqqət edin, verilənlər 1E+0.7 kimi
təsvir edilmişdir. Bu o deməkdir ki, vahid 10 üstü 7-yə vurulur.
Formatların təyini
Microsoft Excel redaktoru verilənlər üçün müxtəlif
formatlardan istifadə
etməyə imkan verir. Bu formatlar verilənlərin daxil edilməsindən əvvəl və
sonra istifadə edilə bilər. Xananın formatlaşdırılmasını
yerinə yetirmək çox
asandır. Xananı
qeyd edin,
kontekst menyudan Xanaların formatı
(Format Cells)
əmrini seçin. Açılmış pəncərədən müvafiq formatı seçin,
məsələn, Rəqəm (əgər qeyd edilmiş xanada ədəd varsa). Beləliklə siz
xanaya rəqəm formatı verdiniz.
Digər formatlardan istifadə edək: xananı qeyd edin, mauzün göstəricisini
Dostları ilə paylaş: