Yerinə yetirilmiş əməliyyatlar nəticəsində işçi
vərəqində seçilmiş diaqram
yaranacaq. Mausun düyməsi basılı vəziyyətdə diaqramı pəncərənin istənilən
digər hissəsinə yerləşdirin. Çevrəvari diaqramın ayrı-ayrı
hissələri müstəqil
sahələrdir. Bu hissələrdən hər hansı birini
qeyd edin və mausun düyməsi
basılı vəziyyətdə qeyd edilmiş hissəni diaqramdan ayırın.
Diaqramı bütövlüklə qeyd
edin və kontekst menyudan Verilənlərin
formatlaşdırılması
(Format data series)
əmrini seçin. Eyni adlı diaqram
pəncərəsinin
Verilənlərin qeydi
(Data labels)
səhifəsində
Faizlə göstər
(Show percent)
variantını seçin və OK-i sıxmaqla əmri təsdiq edin.
Fikir
verin verilənlərin faiz asılılığı göstərilmişdir.
Əlavə qiymətlərin daxil edilməsi
üçün verilənləri qeyd edib Surətini
çıxarıb
(Copy)
və diaqrama
Yerləşdirmək
(Paste)
kifayətdir.
Diaqramı ləğv etmək çox asandır. Bunun üçün diaqramı qeyd edib, klaviaturada
olan
Delete klavişini basmaq kifayətdir.
Dostları ilə paylaş: