Başvuru için gerekli belgeler



Yüklə 44,06 Kb.
tarix21.10.2017
ölçüsü44,06 Kb.
#7242


BÜLENT ECEVİT UNİVERSİTETİ

2012-2013 TƏDRİS İLİ

ƏCNƏBİ TƏLƏBƏ MÜRACİƏTİ VƏ QEYDİYYAT ŞƏRTLƏRİ
Universitetimizə 2012-2013 tədris ilində əcnəbi tələbələr qəbul olunacaq. Müraciətlər 06 İyul 2012 - 24 Avqust 2012 tarixləri arasında Universitetimizin internet səhifəsindən qəbul ediləcək. Müraciətlər üçün lazım olan sənədlər 31 Avqust 2012 tarixinə qədər Rektorluq Tələbə İşləri Şöbəsi Müdürlüyünə poçt vasitəsi ilə və yaxud da şəxsən təqdim edilməlidir. (31 Avqust 2012 tarixindən sonra çatan sənədlər qəbul edilməyəcək və bu müraciətlər etibarsız sayılacaq.)
Müraciəti qəbul olunacaq namizədlər:
Orta məktəbin son sinifində və yaxud məzun olmaları şərti ilə

  1. Əcnəbi vətəndaşlar

  2. Türkiyə vətəndaşı olaraq dünyaya gəlmiş və Türkiyə Daxili İşlər Nazirliyindən vətəndaşlıqdan çıxma icazəsi alanlar və onların içindən Türkiyə vətəndaşlığından çıxma sənədində qeydiyyatı olan həddi-buluğa çatmamış uşaqlarının aldığı 5203 saylı qanunla verilən hüquqların istifadəsilə bağlı sənəd sahibi olması haqqında sənəd təqdim edənlər,

  3. Xarici vətəndaş olaraq dünyaya gəlmiş və sonradan Türkiyə vətəndaşlığını qəbul edən ikili vətəndaşlığı olanlar,

  4. Türkiyə vətəndaşı olduğu halda orta məktəbin son üç ilini Şimali Kipr Türk Cumhuriyyəti xaric olmaqla, xarici bir ölkədə tamamlayanlar,

  5. Şimali Kipr Türk Cumhuriyyəti vətəndaşı olan, orada yaşayan və orta məktəbi orada bitirən GCE AL imtahan nəticələrini əldə edənlər.



Müraciəti qəbul olunmayan namizədlər:


  1. Türkiyə vətəndaşlığı olanlar (orta məktəbin son üş ilini Şimali Kipr Türk Cumhuriyyəti xaricindəki bir ölkədə tamamlayanlar istisna olmaqla),

  2. Şimali Kipr Türk Cumhuriyyəti vətəndaşlığı olanlar (orta təhsilini əvvəldən axıra Şimali Kipr Türk Cumhuriyyətinin litseylərində bitirən və GCE AL imtahan nəticəsinə sahib olanlar istisna olmaqla),

  3. Vətəndaşı olduğu ölkələrdən biri Türkiyə olan ikili vətəndaşlığa sahib olanlar (orta təhsilinin son üç ilini Şimali Kipr Türk Cumhuriyyəti xaricindəki əcnəbi bir ölkədə bitirənlər istisna olamqla),

  4. Vətəndaşı olduğu ölkələrdən biri Şimali Kipr Türk Cumhuriyyəti olan ikili vətəndaşlığa sahib olanlar (orta təhsilini bütövlükdə Şimali Kipr Türk Cumhuriyyətində başa vuraraq GCE AL imtahan nəticələrinə sahib olanlar istisna olmaqla),

  5. Türkiyə vətəndaşlığına sahib olan və orta təhsilini Şimali Kipr Türk Cumhuriyyətində başa vuranlar.


MÜRACİƏT ÜÇÜN LAZIM OLAN SƏNƏDLƏR:
1- Attestat: Attestatın notarius təsdiqli kopyası ( İngilis və ya Türk dilində olmalıdır)
QEYD: Namizədlərin attestatlarının Türkiyə litseylərindən alınan attestatlara bərabər olduğunu göstərən və Türkiyə Təhsil Nazirliyindən və yaxud öz ölkələrindəki Türkiyə səfirliyindən alınan “Denklik Belgesi” qeydiyyat zamanı tələb ediləcəkdir.

2- Rəsmi Qiymət cədvəli sənədi: Namizədlərin məktəbdə keçdikləri dərsləri və qiymətlərini göstərir və məktəb direktoru tərəfindən təsdiqlənmiş rəsmi qiymət göstəricisi sənədləri bağlı zərf içində təqdim etmələri tələb olunur. (Qiymət göstəricisi sənədi Türk dilində olmadığı halda Türk dilinə tərcümə edilərək təsdiqlənmiş kopyası da qiymət göstəricisi sənədi ilə birlikdə təqdim edilməlidir.)


3- Aşağıda göstərilən imtahanlardan hər hansı birinə aid imtahan nəticəsi sənədinin əsli və ya Notarius təsdiqli nümunəsi,
1) Universitetimiz tərəfindən və ya Türkyədəki Universitetlər tərəfindən keçirilən Yabancı Uyruklu Öğrenci Sınavı əsas öyrənmə qabiliyyətləri testindən ən az 50 standart bal alan namizədlər,
2) SAT l imtahanından ən az cəmi 1100 bal və ən az 600 riyaziyyat balı alan namizədlər,
3) GCE imtahanlarında ən az biri müraciət edilən proqramla bağlı olmaqla ən az 3 sahədə A səviyyəsi (A level) olan namizədlər,
4) ACT imtahanında ; riyyaziyyat (Math), elmi təfəkkür (Science Reasoning) və ümumi (Composite) bal olaraq ən az 24 alan namizədlər,
5) İordaniya Fələstində keçirilən Tevcihi (Tawjihi) imtahanlarında dəqiq elmlərdə (Scientific Stream) bütün dərslərdən alınan imtahan qiyməti ortalaması ən az 90 olan namizədlər,
6) Livanda keçirilən Bakalavr (Baccalaureat Libanais) imtahanlarında dəqiq elmlər sahəsində (Scientific Stream) diplom qiyməti ən az 15 olan namizədlər,
7) Beynəlxalq Bakalavr diplomuna sahib olan və diplom qiyməti ən az 30 olan namizədlər,
8) TÜBİTAK’ın qəbul etdiyi və iştrak etdiyi Beynəxalq elmi olimpiyadalrda, qızıl,gümüş və bürünc medal almış namizədlər

9) Abitur imtahanından ən çox 4 bal almış namizədlər.

10) Fransız Bakalavr diplomuna sahib olan və diplom qiyməti ən az 12 olan namizədlər,
11) Matura sənədi olan namizədlər,
12) Suriyada keçirilən Al-Shahada-Al Thanawiyya (Baccalaureate) imtahanından dəqiq elmlər sahəsində (Scientific Stream) 240 baldan Mühəndislik Fakültəsi üçün ən az 190, digər ixtisaslar üçün ən az 175 alan namizədlər.
13) Çin Xalq Respublikasında keçirilen Gaokao imtahanında müraciət edilən proqramın qiymətləndirmə sistemində 750 baldan ən az 540 bal alan namizədlər.
14)Türk Cumhuriyetleri ile Türk ve Akraba Toplulukları Sınavı”(TCS). Bu imtahanda “Temel Öğrenme Becerileri Testi”nden ən az 60 bal almaq.”Türkcə Testi” balı qəbul zamanı nəzərə alınmır.
15) Azərbaycanda TQDK tərəfindən keçirilən Ali məktəblərə qəbul imtahanında müraciət edilən ixtisas qrupunda 700 baldan ən az 550 bal aldığını göstərən sənəd.
16) Qambiya, Qana, Liberiya, Nigeriya, və s.ölkələrdə abituriyentlərin girdiyi "West African Examination Council (International) Senior School Certificate Examination (WAEC - SSCE)" imtahanından altı sahənin hər birindən ən çox 2 və altı sahənin cəmi 9-u keçməyən qiymət cədvəli.
17) İndoneziya UAN imtahanından Tibb Fakültəsi, Diş həkimliyi və Mühəndislik Fakültələri üçün ən az 50 bal , digər bölümlər üçün ən az 45 bal,


    • Müraciət zamanı yuxarıdakı imtahan nəticələrindən hər hansı biri təqdim olunmalıdır.

    • Universitetlərə qəbul imtahanı statusunda olan imtahan nəticələri ilə bağlı sənədlərin etibarlılıq müddəti 2 ildir.



4- Xarici Pasportun Türk dilinə tərcümə edilmiş nüsxəsi.

5- 3 ədəd sənəd üçün şəkil.

6- Üzərində qəbul edənin ünvanı yazılmış markal yapışdırılmış zərf. (Natamam olarsa qəbul yazısı göndərilməyəcək).

7- Müraciət üçün tələb olunan məbləğ: 50$ (Akbank Zonguldak Şöbəsindəki 0188318 (IBAN TR77 0004 6002 0300 1000 1883 18) nömrəli hesaba köçürülməli və qəbz müraciət sənədinə əlavə edilməlidir. Müraciət rədd edildiyi halda ödənilən məbləğ geri qaytarılmayacaqdır ).

QEYDİYYAT ÜÇÜN LAZIM OLAN SƏNƏDLƏR:
1- Attestatın Türkiyə attestatlarına bərabər olduğunu göstərən Türkiyə Təhsil Nazirliyindən alınması vacib olan “Denklik Belgesi”nin əsli.

2- Attestatların əsli və namizədlərin ölkələrindəki Türkiyə səfirliyində təsdiqlənmiş attestatın türk dilinə tərcüməsi.

3- Qiymət Cədvəlinin əsli və namizədlərin ölkələrindəki Türkiyə Səfirliyindən təsdiqənmiş türkcə tərcüməsi.

4- İmtahan nəticəsi sənədinin əsli (YÖS xaricindəki ekvivalent Beynəlxalq imtahan nəticə sənədlərinin namizədlərin ölkələrindəki Türkiyə Səfirliyində təsdiqlənmiş əsli).

5- Şəxsiyyət vəsiqəsi və yaxud xarici pasportun şəxsi məlumatları göstərən səhifəsinin namizədlərin ölkələrindəki Türkiyə Səfirliyində təsdiqlənmiş nüsxəsi.

6- Təhsil haqqının köçürüldüyünü göstərən bank qəbzi ( məbləğ hər tədris ili başlamadan əvvəl Nazirlər Kabineti tərərfindən müəyyənləşdirilir.

7- Namizədlərin ölkələrindəki və yaxud ən yaxın Türkiyə səfirliyindən alacaqları "Öğrenim Vizesi",
8- 6 ədəd sənəd üçün şəkil.
QƏBUL OLUNACAQ XARİCİ TƏLƏBƏLƏRDƏN 2012- 2013 TƏDRİS İLİNDƏ ALINACAQ TƏHSİL HAQQI MƏBLƏĞLƏRİ







 

SƏHƏR

AXŞAM

FAKÜLTƏ/TEXNİKUM

NÖVBƏSİ

NÖVBƏSİ




MƏBLƏĞİ

MƏBLƏĞİ

İQTİSADİYYAT VƏ İDARƏETMƏ FAKÜLTƏSİ

950,00 TL

2.300,00 TL

DƏQİQ VƏ HUMANİTAR ELMLƏR FAKÜLTƏSİ

900,00 TL

2.500,00 TL

MÜHƏNDİSLİK FAKÜLTƏSİ

1.250,00 TL

3.000,00 TL

EREĞLİ PEDAQOJİ FAKÜLTƏSİ

900,00 TL

2.000,00 TL

TİBB FAKÜLTƏSİ

2.000,00 TL

-

DİŞ HƏKİMLİYİ FAKÜLTƏSİ

1.500,00 TL

-

TEXNİKUMLAR

600,00 TL

1.500,00 TL.


QEYD : Nazirlər Kabinetinin qərarına görə xarici tələbələrdən alınan minimum təhsil haqqı məbləği yuxarıda göstərilən məbləğlərdən çox olarsa təhsil haqqı Universitet İdarə Heyəti tərəfindən yenidən müəyyənləşdiriləcəkdir.

MÜRACİƏT TARİXİ

Müraciət tarixləri : 06 İyul 2012 – 24 Avqust 2012

Qiymətləndirmənin İnternet səhifəsində elan edilmə tarixi : 07 Sentyabr 2012

Həqiqi Namizədlərin Qeydiyyat tarixi : 24-28 Sentyabr 2012 ( 5 Gün)

  • Ehtiyatda Saxlanılan Namizədlərin İnternet səhifısində elanı :01Oktyabr 2012

Ehtiyatda Saxlanılan Namizədlərin Qeydiyyat tarixi :08-12 Oktyabr 2012 ( 5 Gün)

Türk dili imtahanı (TÖMER) : 15 Oktyabr 2012

Yuxarıdakı tələblərə cavab vermək qəbul üçün kafi deyildir. Bir Fakültəyə qəbul edilən eyni ölkə vətəndaşlarının sayı, həmin Fakültədə ayrılan yerlərin ümumi sayının 20 %-ni keçməməsi şərti ilə qəbul ediləcəkdir.

Müraciətlərin dəyərləndirilməsi müraciət olunan Fakültə tərəfindən həyata keçiriləcəkdir. Müraciətin nəticələri namizədlərə yazılı şəkildə bildiriləcəkdir. Nəticələr həm də Universitetimizin İnternet səhifəsində elan ediləcədir. Qəbul edilən namizədlərə Bülənt Ecevit Universiteti tərəfindən də qəbul yazısı göndəriləcəkdir. Namizədlərin həmin qəbul yazısı ilə birlikdə öz ölkələrindəki Türkiyə Səfirliyinə gedərək öğrenim vizesi almaları lazımdır. Bu viza, Türkiyəyə gəlmək və Universitetdə qeydiyyata düşmək üçün vacibdir.

Əlaqə
Bülənt Ecevit Universiteti
Öğrenci İşleri Daire Başkanlığı

67100 / ZONGULDAK



Telefon : + 90 – 372 – 2572978


E-mail : yabanciogrenci@karaelmas.edu.tr


Yüklə 44,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin