31
istifadəçilər şəbəkə resurslarından daha çox istifadə edirlər. Buna görə də şəbəkələrin
qurulması mərkəzləşdirilmiş şəkildə olan quruluşda daha yaxşı olar. Belə hallarda
istənilən vaxt iki kompüter arasında olan marşrutlaşdırıcıya əlavə marşrutlaşdırıcı
qoşmaq mümkün olur. Bu növ marşurtların cədvəllərinin yadda saxlanılması,
paketlərin qısa yolla göndərilməsi marşrutlaşdırıcı tərəfındən yerinə yetirilir.
Verilənlərin təyin olunmuş ünvana göndərilməsini təmin etmək üçün aşağıdakı
məsələləri həll etmək lazımdır:
*
Şəbəkələrdəki marşrutlaşdırıcıda informasiyanın toplanması;
*
Marşrutlaşdırıcı ilə ötürülmək üçün qəbul edilmiş verilənlərin
marşrutlaşdırıcı
cədvəlində saxlanması;
*
Əməliyyatın yerinə yetirildiyi vaxt verilmiş alqoritmə əsasən ayrı-ayrı
paketlərin marşrutlarmın seçilməsi.
Qeyd olunan proseslər marşrullaşdırıcı alqoritminə əsasən marşrutlaşdırma
protokollarınm köməkliyi ilə yerinə yetirilir.
Böyük şəbəkələrdə seqmentlərin qorunmasını təmin etmək üçün yalnız
marşrutlaşdırıcılardan istifadə etmək lazımdır. Əks təqdirdə geniş yayım
proseslərinin həyata keçirildiyi hallarda kadıiann itməsi baş verəcək. Bu da
komutatorların, körpülərin normal fəaliyyət göstərə bilməməsinə səbəb olacaq.
Bundan
başqa
marşrutlaşdırıcımn
tətbiqi
müxtəlif
şəbəkələrin
sturukturlaşmasına da imkan yaradır. Şəbəkələr arasında informasiya mübadiləsinin
təhlükəsizliyinin təmin edilməsi iiçün “şəbəkələarsı ekran”-dan istifadə edilir.
Bu termin ədbiyyatlarda əksər hallarda alman dilində olan Brandmaüer
Dostları ilə paylaş: