48
qaydalarına uyğun hərəkət edirsə və kreditini vaxtında ödəyirsə, o zaman bankın
təşəbbüsü və y müştərinin istəyi ilə kredit limitini bir qədər artırmaq mümkündür.
Mağaza kartları (store cards) – bir çox mağazaların şəxsi mağaza kartları kimi
tanınan kredit hesabları vardır. Bu hesabların 2 növü var:
Aylıq hesab- burada ayın sonunda ödəniləcək məbləğ ödənməlidir. Əgər u
məbləğ vaxtında ödənmirsə, onda onun üzərinə müəyyən edilmiş faiz gəlir.
Büdcə hesabı- burada il ərzində alınan
mallar üçün hər ay müəyyən
məbləğ ödənir.
Mağaza kartları adətən yalnız həmin mağazada və ya tərəfdaş mağazalarda
istifadə edilə bilər.
Bir çox mağazalar öz kart sahibi müştərilərinə müəyyən güzəştlər edirlər.
Lakin faiz qoyuluşu bank krediti və ya kredit kartının faizindən yüksək ola bilər, ona
görə də sərfəli və ucuz olanını seçmək lazımdır.
Mağaza kartlarını təkcə həmin adlı mağazalarda deyil
istənilən yerdə istifadə
etmək üçün olan brend kredit kartları ilə səhv salmaq olmaz.
Dostları ilə paylaş: