Baxış Leyla Habil qızı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix14.09.2023
ölçüsü1,35 Mb.
#128968
1   ...   12   13   14   15   16   17   18   19   ...   43
BAXI-LEYLA

Kommutator (Switch) 
- kommunikasiya multi prosessordur. 
Kommunikasiya
 
informasiya mübadiləsinin təşkili və ötürülməsidir. Kommutator körpünün yeni 
nəsillərindəndir. Burada hər bir portda ixtisaslaşdırılmış xüsusi prosessorlar 
yerləşdirilir. Onların hər biri baza portları prosessorlarından asılı olmayaraq ayrıhqda 
körpü alqoritminə uyğun kadıiar emal edir. Kommutator körpü kimi seqmentləşdirmə 
apardıqdan sonra portlararası paketlərin qəbul edilməsini, MAC ünvanına uyğun 
yerinə yetirir. Kommutatorun körpüdən üstünlüyü onun məhsuldarlığının çox 
olmasıdır. Körpü verilənlərin qəbul edilməsi prosesində kadr tamamlanandan sonra 
onu uyğun çıxış portuna ötürür. Kommutator isə kadrların göndərilməsini tam 
gözləmir, düyün nöqtələrinin təyinatı məlum olan kimi göndərmə prosesinə başlayır. 
Bundan sonra kommutator müxtəlif port cütlüklərinin birləşdirilməsini təşkil edir. Bu 
da şəbəkənin buraxıcılıq qabiliyyətini dəfələrlə artırır. Bəzi hallarda kommutator eyni 
anda bir neçə portu bir portla da birləşdirə bilir. 
Kommutatorun Ethernet şəbəkəsində tətbiqini nəzərdən kecirsək, belə 
şəbəkədə kommutatorun hər bir portunun Ethernetin paketlər prosessoruna (EPP-
Ethemet Pasket Processor) qulluq etdiyini görərik. 
Ethernetdə 
koıumutator sistem moduluna malikdir, modul EPP 
prosessorların işini uyğunlaşdıraraq onlarda kommutatorun ünvan cədvəlini 


30 
saxlamasını və kommutatorun təyin olunmuş xüsusi protokolla idarə olunmasını 
təmin edir. 
Kommutatorun məhsuldarlığına təsir edən xarakteristikalardan bir neçəsini 
qeyd edək: 
*
Filtrləmənin sürəti; 
*
verilənlər kadrının hərəkət sürəti; 
*
buraxıcılıq qabiliyyəti; 
*
kadrların ötürülməsinin gecikdirilməsi. 
Qeyd edilən xarakteristikalara təsir edən göstəricilər aşağıdakılardan ibarətdir: 
kadrların aralıq yaddaşdakı ölçüləri, daxili şinin məhsuldarlağı, prosessorun 
məhsuldarlığı, kommutator cədvəlinin daxili ölcüsü və s. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin