45
Sadə bir missal; istənilən insan e-mail vasitəsilə göndərilən məlumatları deşifrə
ədə bilə, həmçinin saxta imzalar qoya bilər. Əlbəttə ki, qorunmağa ehtiyacı olan
sadəcə yazışmalar və məlumatlar deyil. Bir çox vacib informasiyalar da qəsdən və ya
təsadüfi müdaxilələrdən qorunmalıdır. Buraya, satınalma ilə deyil, qeyri-qanuni yolla
aktivləşən tətbiqlərin istifadəsi ilə əlaqədar olan informasiya və proqram məhsulları
daxildir.
Buraya həmçinin informasiya sistemlərində işləməsi üçün icazəli girişləri də
aid etmək olar. Məsələn, hücumcu inzibati hüqulara malik şəxsin parolunu hesablaya
və ya əldə edərək gizli verilənləri əldə edə bilər, verilənlər bazasını məhv ədərək
sistemi sıradan çıxara bilər.
Elektron kommersiya sistemlərinin fəaliyyət göstərməsi informasiya
mühafizəsi olmadan qeyri-mümkündür. Hər hansı bir şəxsin hesabındaki pullar
əməliyyat bitdikdən sonra hücumcunun elektron formalardakı məlumatların istifadəsi
ilə büdcəyə müdaxilə etməməsi üçün tam etibarli şəkildə qorunmalıdır.
Dostları ilə paylaş: