Baxış Leyla Habil qızı


İnsan və şəbəkənin qarşılıqlı əlaqəsinin yeni insan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə25/43
tarix14.09.2023
ölçüsü1,35 Mb.
#128968
1   ...   21   22   23   24   25   26   27   28   ...   43
BAXI-LEYLA

2.2. İnsan və şəbəkənin qarşılıqlı əlaqəsinin yeni insan 
yaranmasında yerinin təhlili


46 
Kompüter şəbəkələri müxtəlif səbəblərdən insanların uğurlu birləşməsi üçün 
çox mühüm bir vasitəyə çevrilib. Dünyadakı müxtəlif kompüter şəbəkələrinin 
İnternet üzərindən birləşməsi rabitə və ticarət metodları inqilabına gətirib çıxardı. 
Kompüter şəbəkələrinin bir çox üstünlükləri vardır. Sənaye assosasiyaları, 
korporasiyalar, profesiional cəmiyyətlər, hökümət və təhsil kimi sahələrdə bu 
sistemdən istifadə edilir.
Kompüterləşmə erası və yeni texnologiyalar insanlara bir çox online-
xidmətlər göstərərək onların işlərinin asanlaşmasına kömək edir. Bu xidmətlər 
insanları vaxt itkisindən azad edir, informasiyanın təhlükəsizliyini təmin edir. 
Bu elə bir xidmətdir ki,bunun üçün evdən çıxmağa ehtiyac yoxdur. Kompüter 
və ya telefon və İnternetin olması bəsdir. Online-xidmətlər aşağıdakı xidmətləri 
təqdim edir: 

kommunal xidmətlər, televiziya, telefon, internet xidmətlərindən 
istifadə üçün ödənişləri onlayn şəkildə ödəmək mümkündür. Bunu üçün banklarda, 
poçtlarda növnə gözləməyə ehtiyac yoxdur. 

Vəsiqə, xarici pasport üçün ərizə göndərmək, hökumət nümayəndələri ilə 
görüş, cərimələrin ödənişi, pensiya və vergi vəziyyəti haqqında öyrənmək, hətta 
nigah üçün ərizə göndərmək belə dövlət portallarından onlayn istifadə ilə 
mümkündür. 

Əmanət hesabı açmaq, kredit almaq, sığortaları yeniləmək üçün banklara 
və ya sığorta şirkətlərinə getmədən mümkündür. 

Geyim, ayaqqabı, kosmetika və hətta ərzaq almaq “divanda oturaraq” 
mümkündür. 

Turizm səfərləri üçün bilet almaq online-xidmətlər vasitəsilə mümkündür. 

Hüquqi yardım, həkim və ya kosmetoloq qəbuluna yazılmaq və başqa 
xidmətlər internet vasitəsilə əlçatandır. 


47 
Müasir texnologiyadan istifadə asudə vaxt yaranmasına səbəb olur. Lakin bəzi 
insanlar online-xidmətlərə-hər şeyə qadir İnternetə güvənməyərək, banklarda, 
poçtlarda, xəstəxanalarda, hökumət orqanlarında növəyə dayanır, alış-veriş üçün 
mağazalara gedirlər. Bu isə həmin insanların internetdən istifadə edə bilməməsi və 
yaxud yaşlı nəsil olması ilə əlaqədar deyil. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin