49
-
Əyləncə
-
Ağıllı alış-veriş
İstehlakçıların tələblərinə cavab verən xidmətləri təqdim etmək məqsədilə
2012-ci ildə “komtec Ltd” MMC İSO 9001:2008 standartına uyğun Keyfiyyət
İdarəetm Sistemini yaradıb, inkişaf etdirir. [64]
Tələbə kartı
Təhsil alan gənclərə sosial dəstəyin artırılması
və tələbələrin beynəlxalq
güzəştli kartlar sisteminə qoşulması məqsədi ilə 2012-ci ildən etibarən Gənclər və
İdman, Təhsil Nazirlikləri və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı
tərəfindən respublikada fəaliyyət göstərən ali və orta ixtisas
təhsili müəssisələrinin
tələbələri üçün 196 min ədəd "Azərbaycan Tələbə Kartı" hazırlanaraq pulsuz
paylanıb.
[63]
Kartdan səyahət zamanı,
nəqliyyatda, mağazalarda,
iaşə obyektlərində və
xidmətlərdə istifadə etmək imkanı var.
Elektron Universitet
Hazırda dünyanın əksər ölkələrində təhsilin müxtəlif pillələri üzrə müasir
texnologiyalar tətbiq olunur. Dünya təhsil sisteminə inteqrasiya edən Azərbaycan da
"Boloniya bəyannaməsi"ni imzaladıqdan sonra təhsil sistemini Avropa standartlarına
uyğunlaşdırmaq üçün sistemli iş aparır. Artıq Azərbaycanda da İKT yeniliklərindən
geniş istifadə edilməklə universitetlərdə elektron təhsilə keçid istiqamətində müvafiq
addımlar atılır.[72]
Elektron universitet sistemi bir çox universitetlərdə artıq tədbiq edilib. Bu
universitetlər sırasında UNEC,ADNSU,AZTU və s.universitetləri qeyd etmək olar.