Baxış Leyla Habil qızı


 İnformasiyalaşdırılmış Azərbaycan cəmiyyətinin problemləri



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə36/43
tarix14.09.2023
ölçüsü1,35 Mb.
#128968
1   ...   32   33   34   35   36   37   38   39   ...   43
BAXI-LEYLA

3.3. İnformasiyalaşdırılmış Azərbaycan cəmiyyətinin problemləri 
və perspektivləri 
İnformasiya cəmiyyəti termini ilk dəfə keçən əsrin 60-cı illərində Yaponiyada 
işlədilib. Bu termin fəlsəfi konsepsiyası informasiya ehtiyacının və insan biliyinin 
tədbiqinin, sosial-kommunikativ mühitin yaradılması ilə cəmiyyətin bu biliklərə 
yiyələndirilməsini təmin etməkdir. Bu konsepsiyaanın əsas məqsədi yetərli 
informasiya ehtiyacının yaraılması və bu prosesin köməyi ilə bir tərəfdən cəmiyyətin 
problemlərinin qarşısını alınmasının həllinə kömək, digər tərəfdən isə cəmiyyətin 
inkişafının təmin edilməsidir. Yəni informasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, 
burada əhainin əksəriyyəti müasir informasiya texnologiylarından istifadə edir, 
informasiyanın və onun yüksək forması olan biliyin istehsalı, emalı, saxlanması və 
ötürülməsi ilə məşğul olur. 
Azərbaycanda son illər informasiya texnologiyalarının kütləvi yayılmasında və 
bu sferada tərəqqisi istiqamətində ciddi addımlar atılmışdır. Ölkədə İnformasiya-
Kommunikasiya Texnologiyaların imkanlarının yeni mərhələsi başlayıb. İKT-nin 
imkanları dövlət qurumlarında, biznesdə və əhali arasında geniş tədbiq olunur. İKT 
sektoru neft sənayesindən sonra ikinci prioritet elan edilib. Təsadüfi deyil ki, 
prezident İlham Əliyev öz çıxışlarında ölkənin iqtisadiyyatı üçün informasiya 
texnologiyalarının müstəsna əhəmiyyətini vurğulayır. 
İctimai şüurun formalaşmasında, incəsənətdə, siyasətdə, hökumətdə, elmdə, 
təhsildə, sənayedə və digər sahələrdə İKT-dən istifadənin aktuallığı və dəyəri 
danılmazdır.


66 
Geniş imkanlı informasiyalı cəmiyyətin yaranması insan sivilizasiyasının 
gələcəyi üçün vacib addımdır. İKT-nin tədbiqi hər bir dövlətin sosial-iqtisadi 
inkişafına kömək edir və yoxsulluğun azaldılması məsələsində effektiv rol oynayır. 
Azərbaycanda informasiya cəmiyyətinin əsas xüsusiyyətləri qlobal informasiya 
mühitinin meydana gəlməsi sosial-iqtisadi fəaliyyətin yeni formasıının(distant təhsil, 
e-ticarət, e-hökumət, e-demokratiya və s.) yaranması informasiya və bilik bazaraının 
forması,informasiya mübadiləsinin müxtəlif səviyyələrində inkişafı,istənilən 
məlumatın yayılmasının təşkili və istehsal hüququnun təmin olunmasıdır. 
Cəmiyyətin informasiyalaşdırması prosesi iqtisadiyyatın bütün sahələrində 
məhsuladarlığın artırılması, qiymətlərin azaldılması, dövlət orqanlarında elektron 
sənəd dövriyyəsinin tədbiqi, elektron ticarətin genişləndirilməsi, xidmətlərin 
keyfiyyətini və məhsuldarlığını artırılmasına xidmət göstərir. 
Müasir dünyada yeniliklər yalnız rəqəmsal texnologiya imkanları ilə bağlı 
deyil, həm də onların əsasında yarananlarla əlaqəlidir. Məhz buna görə təsdiq etmək 
olar ki, Azərbaycan iqtisadiyyatında rəqəmsallaşdırma onun strukturunun keyfiyyətli 
istiqamətdə dəyişilməsinin və uzun müddətli imkanların platforması olacaq.

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin