İnformasiyalaşdırılmış cəmiyyətin perspektivləri
İT sahəsinin daimi dəyişikliyə məruz qalması və inkişafından dolayı dəqiq bir
proqnoz vermək olmur. Lakin bəzi faktlar respublikada e-hökumətin inkişafının
perspektivlərini qiymətləndirməyə imkan verir və bu ilk növbədə dövlət başçısı
tərəfindən təqdiq edilmiş “Azərbaycan 2020 – gələcəyə baxış” inkişaf
68
konsepsiyasının təqdim oluması ilə əlaqədardır. Konsepsiya respublikanın 2020-ci ilə
qədər inkişaf strategiyasını təqdim edir. bu konsepsiyada əsas diqqət qeyri-neft
sektorunun informasiya texnologiyalarına yetirilir.
İqtisadi biliklər əsasında İKT-nin qurulması informasiya cəmiyyətinə keçidi
sürətləndirdi. Elektron təhlükəsizlik üzrə milli mərkəz, informasiya məhsulları və
xidmətlərinin cəmiyyətdə tədbiqi, İKT-nin potensialının rəqabətini artırılması
konsepsiyanın əsasında duran əsas məsələrdir
.
Konsepsiya 2020-ci ilə qədər dövlət
orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) tədbiqini,
vahid infrastruktur daxilində təhlükəsiz informasiya mübadiləsini, xidmətlərin
tamamən elektron formada həyata keçirilməsini təklif edir. Azərbaycanın informasiya
texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə 2020-ci ildə İKT sahəsinə edilən
xərclər 3,6 milyard ABŞ dolları təşkil edəcək. Təxminən bir o qədər məbləğ özəl
sektorlara yatırılacaq və İKT sektoruna yatırılan xərclər 7 milyard dolları keçəcək.
Yəni, sözdə hər şey gözəl olacaq və dünya təcrübəsi göstərir ki, İT-sahəsinə
yatırılan xərclər daha artıq formada qazandıracaq və tezliklə məqsədə çatmaq üçün bu
plan və stategiyaların arxasınca getmək lazımdır.
Sonda qeyd etmək lazımdır ki, respublikada və bütün dünyada İT öz
potensialına görə birinci yerdə dayanır və keçdiyimiz illərdə informasiya inqilabı və
ölkənin elektrnlaşdırılması yolunda ciddi addımlar atılıb.
Son illərdə dünya bazrında karbohidrogenlərin qiymətinin dəyişməsinin və neft
sektorundan asılılığnı azaltmaq üçün hökumət İKT sahəsində bir sıra layihələri
maliyyələşdirib. O cümlədən, vətəndaşların internetə daxil olmasın üçün ən son
imkanların yaradılması da təqdim edilib.
Hal-hazırda ölkə əhalisinin 75%-nin şəbəkələrdən istifadə edir və bunun 65%-i
geniş zolaqlı internetin istifadəçiləridir. Mobil rabitə sektorunun inkişafı,3G və 4G
texnologiyalarının tədbiqi, Azərspace sputnikinin kosmosa buraxılması və yerin
səthini öyrənmk üçün aşağı orbitli Azersky orbitinin yaradılması azərbaycanı kosmik
ölkələr sırasına daxil olmasına imkan verdi. Beynəlxalq Telekomminikasiya
İttifaqının(BTİ) inkişaf dinamikası və “informasiya cəmiyyətinin ölçülməsi”
69
hesabatına görə Azərbaycan ölkələrarası ilk onluğa daxil olub və The Global
İnformation-2016 Dünya İqtisadi Forumunun hesabatına görə respublikamız şəbəkə
hazırlığı indeksinə görə 139 ölkə arasında 53-cü yeri tutub və MDB ölkələri arasında
liderlik edir.
Qısa vaxt ərzində kompüterlərin rolu bütün dünyada hər bir müasir insanın
həyatinda əvəzolunmaz oldu. Indi bütün dünyadakı 130 milyon kompüterin böyük
əksəriyyəti şəbəkəyə qoşulu olur. Bunlar ofis daxilindəki lokal şəbəkələrdən tutmus
qlobal şəbəkələrə qədər muxtəlif şəbəkələr ola bilər . Artıq kompüter şəbəkələri
bütün bəşəriyyət üçün ən böyük rabitədir.
|