Baxış Leyla Habil qızı


Ulduz topologiyasının çatışmayan cəhətləri



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix14.09.2023
ölçüsü1,35 Mb.
#128968
1   ...   6   7   8   9   10   11   12   13   ...   43
BAXI-LEYLA

Ulduz topologiyasının çatışmayan cəhətləri: 
*
Mərkəzi qurğuların çox yüklənməsi; 
*
Mərkəzi qurğularm birinin işdən çıxması ilə əlaqədar şəbəkə işinin tam 
dayanması; 
*
Əlaqə xətlərinin uzun olması; 
İnformasiyanm ötürülməsində informasiya çeviriciliyinin az olması.
Şəbəkələrin birləşdirilməsində ağacvari və qarışıq topologiyalardan da 
istifadə olunur. 
Ağacvari strukturda bütün şəbəkə üçün bir mərkəzi server və müxtəlif işçi
qruplar üçün bir neçə fayl-server olur. 
Qarışıq topologiya isə bütün topologiyaların birləşməsindən təşkil olunur. Yəni 
burada həm şin, həm halqavari, həm də ulduzvari topologiyalar iştirak edə bilər. 
Bu və ya digər topologiyanın seçilməsi kompyuter şəbəkəsinin tətbiq 
sahəsindən, kompyuterlərin coğrafi yerləşməsindən və bütövlükdə şəbəkənin 


21 
ölçülərindən və s. asılıdır. Bundan əlavə, lokal şəbəkənin topologiyasını seçərkən, 
qiymət, etibarlılıq və s. kimi vacib göstəricilərə də diqqət edilməlidir. 
Şəbəkə qurarkən bir kompüteri digər bir kompüterə bağlayarkən HUB
Switch, Router(marşrutlasdırıcı) kimi köməkşi vasitələrdən istifadə olunur. Şəbəkələr 
kompüterlərin kabellər vasitəsilə əlaqələndirildiyi naqilli(wired) və kabellərin istifadə 
olunmadığı naqilsiz(wireless) tiplərə uyğun olaraq iki cür təsnifləşdirilir. 
Lokal şəbəkələrdə istifadə olunan kabellər
İKŞ-nin qurulması zamanı miixtəlif şəbəkə topologiyalarmdan istifadə edilir. 
Şəbəkələrin hər biri özünə məxsus topologiyaya və düyün nöqtələrinə malik olur. 
Şəbəkədə verilənlərin ötürülmə üsulları və müraciət növləri əslində bu məsəslələrlə 
bilavasitə əlaqədardır. İKŞ qurularkən tətbiq edilən topologiyadan və uyğun şəbəkə 
avadanlıqlarından asılı olmaqla kompüterlərin birləşdirilməsi üçün müxtəlif növ 
naqillərdən, kabellərdən və qurğulardan istifadə edilir. 
İKŞ-də kompüterlər cox vaxt kabellər vasitəsilə əlaqələndirilir. Kabellər 
kompüterlər arasında verilənlərin siqnallar formasmda ötürülməsini təşkil etməyə 
imkan verir. Çəkilmə və istismar şərtlərindən asılı olaraq kabellər daxili və xarici 
kabellərə ayrılırlar. Onlar isə öz növbəsində yeraltı, sualtı və hava ilə çəkilən 
kabellərə ayrılırlar.Təcrübədə əsasən aşağıdakı tiplərə aid olan müxtəlif kabellərdən 
istifadə edilir: 
*
Qoşa naqilli kabellər 
*
Koaksial kabellər 
*
Optik kabellər 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin