3
Tədqiqat işinin mövzusu –
Kompüter şəbəkələrində təhlükə, sıradançıxma
və cəmiyyətdəki roludur. Bu mövzuda təqdim olunan elmi iş kompüter şəbəkələrini,
kompüter şəbəkələrinin insan həyatına təsiri, perspektivləri və yaratdığı problemləri
əhatə edir.
Tədqiqat işinin mövzusunun aktuallığı –
Müasir
mürəkkəb və təzadlarla
dolu dünyada heç bir texnoloji problemi iri həcmli informasiya
və kommunikasiya
texnologiyalarının köməyi olmadan həll etmək mümkün deyil.
Kompüter şəbəkələrində verilənlərin ötürülməsi informasiya inqilabının
nəticəsidir və hal-hazırda əsas kommunikasiya vasitələrindən birinə çevrilmişdir.
Kompüter şəbəkəsinə yatırılan maliyyə xərcləri tez
bir zamanda tədbiq olunduğu
sahələrdə daha da artırır.
Verilən elmi işdə mövzunun aktuallığı əsas informasiya təminatının kompüter
şəbəkələrinin aktiv istifadəsi ilə müəyyən edilir. Son illərdə yüksək dəqiqliklə fiziki
hadisələrin,
proseslərin, obyektlərinin eləcə də onların qarşılıqlı modelləşdirməsinə
imkan verən virtual texnologiyalar böyük uğur qazanmışdır. Bu texnologiyalar insan
fəaliyyətinin müxtəlif sahələrində istifadə edilirlər.
Kompüterlər insan fəaliyyətinin və elmin müxtəlif sferalarına
daxil olaraq
müasir aləmin ayrılmaz bir hissəsinə çevrilmişdir. Kompüterlərin şəbəkədə birləşməsi
əmək məhsuldarlığılnın artmasına gətirib çıxartdı.
Kompüter şəbəkələri təkcə
sənayedə(ofis və ya iş yerində) deyil, həmçinin, təlim üçün də istifadə edilir.
Dostları ilə paylaş: