38
1995-ci ildə bu texnologiyanm layihəsi İEEE komitəsi tərəfındən 802.12
standartı kimi 100 VG AnyLAN adı ilə hazırlandı. Bu şəbəkə texnologiyası ilə
istənilən şəbəkədə səslərin ötürülməsini 100 Mbit/s sürətlə yerinə yetirmək olar.
100 VG-AnyLAN-m “ulduz” topologiyasmda idarə olunması xüsusi
konsentrator növü ilə yerinə yetirilir. Bu halda əsas mərkəzi konsentrator (kontroller)
xüsusi prosessor funksiyasım daşıyaraq şəbəkəyə müraciətləri təşkil edir.
Belə iş
rejimində dövri olaraq öz portu ilə əlaqələndirilmiş konsentratorlardan sorğu aparır.
Şəbəkədə hər hansı düyün nöqtəsi paket göndərmək istəyirsə o mərkəzi konsentratora
aşağı tezlikdə siqnallar göndərərək üstünlükdən (prioritetdən) asılı olaraq hansı
kadrların (paketlərin) göndəriləcəyini soruşur. Əgər şəbəkə boşdursa onda
konsentrator tərəfmdən paketin ötürülməsinə icazə verilir.
Qəbuledici konsentrator
gələn paketin ünvanını təhlil etdikdən sonra avtomatik olaraq həmən paketləri uyğuıı
şəbəkə düyün nöqtəsinə göndərir.
Əgər təsadüfən şəbəkə məşğuldursa bu halda göndərilən sorğu konsentrator
tərəfındən qaydaya uyğun növbəyə qoyulur. Port başqa konsentratorla birləşdirilibsə
bu halda sorğu aşağı səviyyədə olan sonuncu konsentratordan
daxil olan sorğuya
qədər saxlamlır.
Qeyd edilən sorğu şəbəkə düyün nöqtələrinə birləşdirilmiş konsentratorlarm
müxtəlif səviyyələrdə olmasına baxmayaraq müraciət
üstünlükləri olmadan yerinə
yetirilir.
100 VG - AnyLAN texnologiyasmda istifadə edilən konsentratorların
marşrutlaşdırıcılardan fərqli olaraq daxili bufer yaddaşları olmadığı üçün şəbəkə
düyün nöqtələrindən yalnız bir paket qəbul edilib uyğun port ünvanına göndərilir.
Qeyd olunan texnologiya müraciət növlərinin tələbatları
ilə əlaqədar olaraq
paketlərin (kadrların) göndərilməsi yalnız Ethernet və Token Rinq formatlarında
yerinə yetirilir.
Dostları ilə paylaş: