64
Kommunal
xidmətlər, sabit xətt telefoniya xidmətlərininin və s.
ödənilməsi;
Öz mobil cüzdanından digərinə komissiya haqqı tutulmadan köçürmələr
etmək;
Vəaitlərin CONTACT bank sistei vasitəsilə nağdlaşdırılması.
Təkcə öz
xidmətlərini ödəmək üçün deyil, qohumlarınızın, yaxınlarımızın da
ödənişlərini həyata keçirmək mümkündür. Məsələn, telefonun balansını artırmaq
üçün pul köçürmək.
E-ASAN
“ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində
ölkə Prezidentinin 2012-ci il 13 iyul tarixli fərmanına əsasən yaradılıb. Vəndaşlara
göstərilən xidmətin operativliyini, keyfiyyət və şəffaflığını artırmaq məqsədi daşıyan
mexanizm müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanır. Bu
mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş
formada həyata keçirilməsini təmin edir. İndi 9 dövlət qurumunun təqdim etdiyi 23
xidməti bir ünvandan almaq mümkündür. Asan Xidmət Mərkəzlərinin xidmətlərindən
vətəndaşlar həmçinin telefon və ya internet vasitəsilə ünvanladığı
müraciətlər
əsasında istifadə edə bilirlər. E-Asan vasitəsilə əhaliyə bir sıra elektron xidmətlərin
göstərilməsi təmin edilir. Mərkəzlərin sayının artırılması
dövlət xidmətlərinin
vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi baxımından əhəmiyyətli olmaqla
yanaşı, bir sıra vacib xidmətlərin "ASAN"a gətirilməsi və ya onlayn təqdim olunması
məqsədəuyğun sayılır.[75]