Sosial təminat cəmiyyətin əmək qabiliyyətini itirmiş üzvlərinin (ahıl və qocalar, əlillər, ailə başçısını itirənlər, kimsəsiz uşaqlar) saxlanılmasına yönəldilir. Bu təminat qanuna müvafiq olaraq iki mənbədən, büdcə və sosial sığorta fondundan həyata keçirilir. Büdcə hesabına əmək qabiliyyəti olmayan kateqoriyalar (qocalar, əmək stajı olmayanlar, uşaqlar və s.) və ya əmək fəaliyyətində peşəkar xüsusiyyətə malik olanlar (hərbi xidmətçilər, dövlət qulluqçuları) təmin olunur. Sığorta vəsaitləri hesabına əmək pensiyaları və müavinətlər ödənilir, bir qayda olaraq bunlar muzdlu işçilərdir. Büdcə hesabına sosial təminat sisteminə həm də yaşlılar, əlillər, uşaqlara sosial xidmətlər(uşaq evləri, qocalar evləri,müxtəlif yaşama yerləri, rebilitasiya, tibbi xidmətlər, protezləşdirmə, pulsuz dərman) daxildir.