Əmtəələr və xidmətlər(istehlak) bazarı. Buraya müxtəlif ərzaq növləri,şəxsi istehlak əmtəələri, məişət, komunal, nəqliyyat xidmətləri, mədəniyyət, təhsil, səhiyyə üzrə pullu xidmət bazarları daxildir.
İstehsal vasitələri bazarı (istehsal amilləri bazarı). Buraya əmək predmetləri və əmək vasitələri, onların tərkibinə daxil olan bütün kompleks şeylər daxildir. Məs.,daşınmaz əmlaklar, əməkalətləri,xammal və materiallar, energetika resursları, faydalı qazıntılar bazarı.
İş qüvvəsi bazarı. Buraya sərbəst alqı-satqı sövdələşməsi, yəni müqavilələrlə iş qüvvəsinin alqı-satqı daxildir. Məs: əmək birjası.
Elmi-texniki işləmələr, innovasiya, patent bazarı. Buraya texnoloji üsulun təkmilləşməsinə, əmək məhsuldarlığının yüksəlməsinə təsir göstərən və təkan verə bilən texniki, elmi ixtiralar, yeni ideyalar, bunları hüquqi cəhətdən təsdiq edən rəsmi sənədlərin, lisenziyaların alqı-satqı daxildir.
Valyuta qiymətli kağızlar (maliyyə) bazarı. Buraya valyutaların, səhmlərin, istiqrazların, çeklərin, akkreditivlərin, veksellərin və digər pul öhdəliklərini yerinə yetirə bilən qiymətli kağızların alqı-satqı daxildir.
Mənzil bazarı. Bazar münasibətləri şəraitində özəlləşdirilmiş bütün mənzillərin alqı-satqı daxildir.
Dostları ilə paylaş: |