Gəlirlər üzrə minimum sosial zəmanətlərin təmin olunması: Bunlardan əsası yaşayış minimumudur. Bu göstərici ölkə qanunçuluğu əsasında müəyyən olunur yəni minimum əmək haqqı ilə yaşayış minimumu tarazlaşmalıdır. Belə ki, minimum əmək haqqı və pensiyalar normativ səviyyə ilə şərtlənən həddə qədər gəliri olmayan əhali qrupu üçün isə dövlət yardımları nəzərdə tutulmalıdır. Respublikamızda əmək haqqı səviyyəsi yaşayış minimumum əmək haqqı arasındakı fərq əslində yoxsulluq həddini göstərir. Minimum istehlak büdcəsi indeksasiya olunmadıqda bu fərq daha aydın şəkildə meydana çıxır. Minimum istehlak büdcəsinin (MİB) istehlak səbətidir. İstehsal səbətinə hər hansı funksional ehtiyacı ödəyən, elmi cəhətdən əsaslandırılmış istehlak malları və xidmətləri toplusu daxil edilir. Qanuna görə istehsal səbətinin sturuktur tərkibi Nazirlər Kabineti tərəfindən üç ildən bir dəfədən az olmayaraq yenidən baxılır və təsdiq edilir.məs: Rusiyada əmək haqqı yaşayış minimumunun 80%-ə qədərini ödəyir.
Minimal standartların və normativlərin köməyi ilə sosial sahələrin tənzimlənməsi.
Bu təhsil, səhiyyə, mənzil sahələrini və əmək qabiliyəti olmayan əhalinin sosial xidmətlərinə minimumu büdcə xərcləridir. Bu normativlər büdcə planlaşdırılması və tənzimlənməsi mərkəz və regionun birgə sərəncamı əsasında fəaliyyət göstərir.Həmin sahələrin saxlanması üçün bələdiyyə büdcəsində sosial tranferlər mövcuddur. Lakin təcrübədə sosial sahələrin saxlanması üzrə əsas xərclər yerli hakimiyyət orqanlarının üzərinə düşür.