1.FİZİKİ TƏRBİYƏ NƏZƏRİYYƏSİ VƏ METODİKASI ELMİ TƏDRİS FƏNNİDİR.
III mərhələ. Fiziki tərbiyə haqqında nəzəri biliklər intibah dövründə başlayıb XIX əsrin sonunadək intensiv sürətdə toplanır.İnsan haqqında ,onun tərbiyəsi ,təlimi və müalicəsi haqqında elmin inkişafı filosofları , pedaqoqları ,həkimləri fiziki tərbiyə problemlərinə diqqət yetirməyə məcbur edir. XVIII əsrdə anatomiya mütəxəssisləri fiziki həərəkətlərin biomexanikası sahəsində tədqiqat aparmışlar.XIX əsrdə isə fiziki tərbiyə haqqında nəzəri əsərlər yaranır və fiziki tərbiyə nəzəriyyəsinin əsası da məhz həmin mərhələdə qoyulur. Həmin vaxtdan da o elmi biliklərin müstəqil sahəsinə çevrilir.