Bəkir Çobanzadə seçİLMİŞ ŞEİRLƏRİ baki-2011 t ürksoy kitabxanası seriyası: 20



Yüklə 0,87 Mb.
səhifə11/45
tarix10.01.2022
ölçüsü0,87 Mb.
#108120
1   ...   7   8   9   10   11   12   13   14   ...   45
BİR SARAY QURACAĞAM
Bir saray quracağam, xan olmasın içində,

Qul, kasıb, aclıq, zülm, qan olmasın içində.

Daşını yad eldən gətirtmərəm heç,

Yetər öz yurdumda kəsilən kərpic.

Qoy hündür olmasın dağ zirvəsi tək,

Təməlli, bərk olsun, nur guşəsi tək.

Aynası gen olsun, qoy girsin işıq,

Hər dərdli adama qapısı açıq.

Qoy əssin hər evə cənubdan külək,

Kəsməsin yolları bir yekə bay tək.


Bir saray quracağam, xan olmasın içində,

Qul, kasıb, aclıq, zülm, qan olmasın içində.

Alt-üst edib yığım məzar yerini,

Burda yatanların sümüklərini,

Onları palçıqla yaxşı yoğurum,

Hər məzara sümük deyə bağırım,

Möhkəm, gözəl olsun qoy divarları,

Bulağı, gülləri, dar məzarları.

Tapdama bu yeri artıq boşuna,

Saray tik, dövlət qur, gəlsin xoşuma.


Bir saray quracağam, daş olmasın içində,

Bir sümük, bir can olsun, gənc solmasın içində,

Ac olmasın içində.
Lozan, 22 may 1920.

DUMAN
Ən uca dağların zirvəsi duman,

Böyük igidlərin türbəsi duman.

Bilinməz işlərin nəfəsi duman,

Qanlı savaşların öncəsi duman.


Əyilib baxar da süzülüb girər,

Həm gülər, həm öpər, qolların gərər,

Çəkilməz yolundan, həm də yol verər,

Dağların oxumuş mirzəsi duman.


Böyük dənizlərdir onun qaynağı,

Daim yüksəklərdə olar otağı,

Bilinməz, haradır yolu-yolağı,

Azaddır, başının ağası duman.


Dolumu, yağışmı, qarmı olacaq,

Gah soyuq, buz kimi, gah atəş, sıcaq,

Üfləyib söndürər, gah yaxar ocaq,

Göylərin ərköyün balası duman.


Gəzər dağ başında, ovaya gəlməz,

Yummuş gözlərini, yerləri görməz,

Yüz külək əssə də, aşağı enməz,

Dağlarda taxılıb qalası duman.


Üzü var, gözləri görünməz Şərqin,

Dərdi var, göz yaşı süzülməz Şərqin,

Dili var, sözləri duyulmaz Şərqin,

Yurdları, gölləri, ölkəsi duman.


Qərb yelləri, güney-quzey boranı,

Əsməsə dirilməz Çini, İranı,

Yaşarmaz qum çölü, getməz karvanı,

Əssə qərb yelləri, sovuşsa duman.


Dumanlar oynasa, şimşəklər doğar,

Bir azca ağlasa, dağları boğar,

Kim bilir, hansı gün, haraya yağar,

Bir yağsa, dünyanı devirsə duman.


Budapeşt, 1918.


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin