DUA1
Tanrım, bu qulunu yoxdan yaratdın,
Öyrətdin, bildirdin, insan yaratdın,
Bilmədən doğuldum, bilərək ölüm,
Doğarkən ağladım, ölərkən gülüm.
Tanrım, sən ver mənə bir ölüm, yaxşı,
Əyilsin düşmənin o məğrur başı.
Hər axşam, hər sabah budur baş duam,
Cənazəm üstünə yığılsın yurdum.
İSTƏK1
Siz ey gidi dağlar, qaralan dağlar,
Ağaran, yaşaran, saralan dağlar!
Kaş ki, bir çay olub axaydım gölə,
Ya da bir göl olub baxaydım çölə.
Bir ağac olaydım girdab üstündə,
Yalasın gövdəmi qüvvətli sellər...
Qoparsın kökümü qorxunc bir tufan,
Dalğalar üstündə aparsın sellər.
Ya vursun ildırım, qaralsın könlüm,
Sönüm “vay!” demədən, tutulsun dilim...
Dostları ilə paylaş: |