Bəkir Çobanzadə seçİLMİŞ ŞEİRLƏRİ baki-2011 t ürksoy kitabxanası seriyası: 20



Yüklə 0,87 Mb.
səhifə13/45
tarix10.01.2022
ölçüsü0,87 Mb.
#108120
1   ...   9   10   11   12   13   14   15   16   ...   45
YAXŞI ÖLÜM1
Siz ey gidi dağlar, qaralan dağlar,

Ağaran, yaşaran, saralan dağlar!


Kaş ki, bir çay olub axaydım gölə,

Ya da bir göl olub baxaydım çölə.


Bir ağac olaydım girdab üstündə,

Yalasın gövdəmi qüvvətli sellər...


Qoparsın kökümü qorxunc bir tufan,

Dalğalar üstündə aparsın sellər.


Ya vursun ildırım, qaralsın könlüm,

Sönüm “vay!” demədən, tutulsun dilim...


Bilmədən doğuldum, bilərək ölüm,

Doğarkən ağladım, ölərkən gülüm.


Hər axşam, hər sabah budur baş duam,

Tanrım, sən ver mənə bir ölüm, yaxşı,


Cənazəm üstünə yığılsın yurdum.

Əyilsin düşmənin o məğrur başı.

Əyilsin düşmənin o məğrur başı.
Lozan, 5 aprel 1920.

BİZ UŞAQKƏN
Biz yaş1 olanda,

Dikbaş olanda,


Bağırar, çağırar, oynaşar idik,

Çəkişər, vuruşar, qaynaşar idik.


Sinilər dümbələk, qaşıqlar toxmaq,

Klarnet – aftafa, gitara – daraq,


Əməlli bir konsert hazırlayardıq,

Şövq ilə borudan zurna çalardıq.


Yavaşca açardı anam qapını,

Görərdik əlində maşa sapını,


-Bəsdir, sakit olun, deyərdi bizə,

Yoxsa göstərərəm mən indi sizə!


Atanız yorğundur, gəlibdir işdən,

Tez dəsmal gətirin, aftafa, ləyən!


Bu gün də evdəyik biz əvvəlki tək,

Kimimiz saz çalır, kimi dümbələk.


Bağçalar buz tutmuş, soyuqlar kəskin.

Atam çox yorulmuş, anam da küskün,


Bir tikə çörəyə işləyir yaz, qış,

Çox zaman boş qalır, tapa bilmir iş.


El gəzir faytonda, kefi kök yaman,

Atamsa çalışır, maaşı – saman.

Uşaqlar qışqırır, qopur bir təlaş,

Bir kukla üstündə başlayır savaş.


Kimisi daşıyır zibili evə,

Kiminin kölgəsi bənzəyir devə.


Kimisi məktəbdən qaçmış, qıraqda

Guya uşaqlarla dərs oxumaqda.


Toplayır sayları, bölür kəsiri,

Didik-didik edir köhnə həsiri.


-Susun, atanıza sakitlik gərək,

Yoxsa bu maşadan yeyərsiz kötək!


Ağməscid, 8 dekabr 1922.


BUDAPEŞT AXŞAMI
Budapeşt axşamı... Buludlu, küskün,

Lampalar göz qırpır, sönmək istəyir,

Bulud yön dəyişib dönmək istəyir,

Yenə də həsrətdə qaraldı bir gün.


Uzaqdan duyulur macar türküsü,

Səsləri hüznlü, ürəkdən gəlir,

Əski macar sözü könlümü dəlir,

Çox tanış, çox isti bu Budin düzü.


Zəng çalır, kilsədə oxuyur papaz,

Min illik qayğıdan, qəmdən söz açır,

Nənələr yalvarır, göz yaşı saçır,

Ağaclar tərpənir, qapıdadır yaz.


Yadıma çox əski bir türkü düşür,

Sızlayan, oxşayan, yalvaran bir səs,

Qəmli türküləri sevməz ki hər kəs,

Ürəyim türkünün közündə bişir.


Budapeşt axşamı.... Üçillik tanış,

Üçillik həsrətin əvvəli sənsən,

Mən cılız, mən zəif, qüvvəli sənsən,

Budapeşt axşamı... Üçillik tanış.


Ürəyim ümidlə, dərd ilə dolu,

Al, qızıl, qaralı axşama oxşar,

Axşamlar oyanar, axşamda yaşar,

Axşamlar yetişər ulduza yolu...


Budapeşt, 10 mart 1919.



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin