Bəkir Çobanzadə seçİLMİŞ ŞEİRLƏRİ baki-2011 t ürksoy kitabxanası seriyası: 20



Yüklə 0,87 Mb.
səhifə14/45
tarix10.01.2022
ölçüsü0,87 Mb.
#108120
1   ...   10   11   12   13   14   15   16   17   ...   45
DƏMİRYOL İŞÇİLƏRİ
Söküləndə dan,

Vururlar: “Dan! Dan!”


Oyanaraq dururam,

İşçilərdən soruram:


-Nə döyürsüz, arkadaşlar, burada?

Dəmirdən nə istəyirsiz orada?


-Yol çəkirik, bəyəfəndi, dəmir yol,

Keçsin deyə yolçu rahat, könlü bol.


...Ayaqlarda ya çarıq var, ya keçə,

Üstlərində yarı yırtıq gödəkcə,


Nəfəsləri bu şaxtada buğ kimi,

Çəkic səsi göyə gedir ox kimi.


Ana-bala, aşiq-məşuq, çox insan

Keçib gedər, qovuşarlar hər zaman.


Dəmir yolu günəş altda parlayar,

Dəmir yolu bilik yayar, nur yayar.


***
Bir mən qaldım yolsuz, həsrət içində,

Mən Budində, qardaşlarım Maçində.


Duyğularım gedib çatmır soyuma,

Yar uzaqda, həsrət qalmış boyuma.


Böyük işçi qardaşlarım, amandır,

Yurduma da yol çəkməli zamandır!


Mən də kasıb bir işçiyəm sizin tək,

Tək amalım gələcəyə yol çəkmək.


Sirlərim var, deyəcəyəm yarıma,

Yol çəksəniz mənim öz diyarıma.


Hislərimi Kaşğarlara saçaram,

Ürəyimi hər insana açaram.


Sərt dəmiri döy, ip kimi sən əyir,

Yolunu çək, məni yurdum gözləyir.



Budapeşt, 13 fevral 1920.



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin