MÜSƏLMAN BALASI
Bütün Şərq sərxoşdur, toyda, düyündə,
Çubuğu əlində, nəşə tütündə,
Ölürlər sirr dolu, günahsız kim var?
Uzaqda ağlayır bir uşaq zar-zar,
Müsəlman balası, islam balası.
Keçmişi yalandır, bu günü bulud,
Gələcək qaranlıq, bir taxta tabut.
Bütün Şərq getmədə məzara canlı,
Bir uşaq doğulur, ovucu qanlı,
Müsəlman balası, islam balası.
Bir gündə min evin tavanı çökür,
Minini bu ölüm məzara tökür,
Min bir hamilədə uşaq boğulur,
Yenə də birisi sağlam doğulur,
Müsəlman balası, islam balası.
Çürüyür ölülər, çürüyür ət, qan,
Ərənin türbəsi yer ilə yeksan,
Yenə də birisi yetişir Şərqdən,
Birisi haqqını istəyir həqdən,
Bir çoban balası, islam balası.
Budapeşt, 2 mart 1920.
Dostları ilə paylaş: |