Bəkir Çobanzadə seçİLMİŞ ŞEİRLƏRİ baki-2011 t ürksoy kitabxanası seriyası: 20



Yüklə 0,87 Mb.
səhifə25/45
tarix10.01.2022
ölçüsü0,87 Mb.
#108120
1   ...   21   22   23   24   25   26   27   28   ...   45
KİÇİK SÖZLƏR
Kiçik sözlər var ha, silahım mənim,

Kiçik sözlər var ha, ürəyim, tənim.


Onlarsız peyğəmbər bir dilsiz dəli,

Onlarsız yox nəbi, nə ərən, vəli.


Düşməndə pul çoxdur, sayını bilməz,

Yenə də mənim tək sevinib gülməz.


Mənimki haqq sözlər, minlərcə illik,

Könlümə bunlardan gəlir zənginlik.


Atlı soyum aşiq kamana, yaya,

Çingiz olmaq üçün gəldim dünyaya.


Kiçik sözlər mənim, qılıncım, atım,

Kiçik sözlər üçün taxtımı satdım.


Sözlər kiçik, ancaq mənası böyük,

Gözləri yaşlıdır, ciyəri körük.


Bu ata sözləri, çoban sözləri,

İgidlik sözləri, ərən sözləri,


Bu sözlə sən məni dolandır, aldat:

Bu sözlə de mənə: “donski saldat”.


Boynuna sarılım, öpüm gözünü,

Sən mənə qardaşsan, duydum sözünü.


Yetimlər, yoxsullar anlayır, duyur,

Böyüyü-kiçiyi əmrinə uyur.

Bu ata sözləri, çoban sözləri,

İgidlik sözləri, ərən sözləri,


Yaşasam, ürəyim bunlarla dolsun,

Qəbrimdə bunlardan bir sətir olsun.


Budapeşt, 8 yanvar 1920.


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin