Budapeşt, 3 dekabr 1916.
R a m i z Ə S K Ə R
1 0 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olmuşdur. M.V.Lomonosov ad. Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir (1978).
Azərbaycan radiosunda redaktor (1978-83), Azərbaycan, türk, ərəb, fars, ingilis, fransız və alman dillərində çıxan «Azərbaycan bugün» jurnalının baş redaktoru (1983–84), kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan «Odlar yurdu» qəzetinin baş redaktoru (1984-91), «Hürriyyət» qəzetinin (İstanbul) Azərbaycan üzrə xüsusi müxbiri (1991-93), Xarıci Turizm Şurasının idarə rəisi (1993-94), «XXI əsr» qəzetınin baş redaktoru (1994–96), «Yeni Forum» jurnalının (Ankara) Bakı təmsilçisi (1993-97) olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibidir. Bakı Dövlət Universitetinin bədii tərcümə elmi-tədqiqat laboratoriyasının müdiri, AMEA Folklor İnstitutunun baş elmi işçisidir. Filologiya elmləri doktorudur.
«Qızıl qələm», «Həsən bəy Zərdabi», «Humay», Türkiyənin «Türk dünyasına xidmət», Türkmənistanın «Altın əsr», TürkSOY-un «Özəl ödül» mükafatları laureatıdır. «Baburnamə»nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına layiq görülmüşdür. Yazıçılar və Jurnalistlər Birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın Əməkdar jurnalistidir.
Türkologiya, ədəbiyyat, tarix və jurnalistıkaya dair kitablar yazmış, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, qaqauz dillərindən tərcümələr etmişdir. Avrasiya Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilmişdir (2010).
Dostları ilə paylaş: |