Bəkir Çobanzadə seçİLMİŞ ŞEİRLƏRİ baki-2011 t ürksoy kitabxanası seriyası: 20



Yüklə 0,87 Mb.
səhifə27/45
tarix10.01.2022
ölçüsü0,87 Mb.
#108120
1   ...   23   24   25   26   27   28   29   30   ...   45
DUNAY DAŞIR – II
Dunay qəzəblənib, daşır şiddətlə,

Çəkilmiş sədləri döyür hiddətlə.


Hirs ilə köpürür, gəmirir daşı,

Dalğalar yüksəlir hər saat başı.


Xalq durub sahildə baxır Dunaya,

Görəsən nə olmuş yenə bu çaya.


Qırx ildir sədləri aşdığı yoxdu,

Bu qədər şiddətlə daşdığı yoxdu.


İnsanı hər şeydən yüksəkdə “görən”,

İnsanın önünə min bir sədd hörən,


Hər axşam, hər sabah işini bilən,

Güzgüdə özünə baxaraq gülən


O azğın insanlar tanımır səni,

Dunayım, o daşqın, yaşlı qəlbini.


Biləsən, hər yerdə igid xorlanır,

Haqqını almaqda xeyli zorlanır.


İgidin sədləri aşması çətin,

“Mən varam” deyərək daşması çətin.


Gördüm səni bu gün, necə köpürdün,

O böyük sədləri alıb götürdün.


Könlüm coşdu, mən də daşmaq dilərəm,

Min illik sədləri aşmaq dilərəm.

Çıxaraq zamanın daş yatağından,

Üz tutam dənizə öz qaynağımdan.


İstərəm sənin tək mən də köpürəm,

Tatarın səddini yıxıb götürəm.


Sonra da quruyam yalnız başıma,

Qoy “öldü” yazsınlar məzar daşıma.


Mənim qumsalımda sonra bir Adəm

Qursun bir Həvvayla yeni bir aləm.


Yetişsin qoy yeni, gözəl cəmiyyət,

Yetişsin yeni xalq, yeni bir millət.


O zaman eşidər, ya da duyarsan,

Ya da bu gecəni xatırlayarsan:


Boş yerə yanında mən uyumadım,

Bu dərdli üzümü səndə yumadım.


Budapeşt, 21 yanvar 1920.



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin