Bəkir Çobanzadə seçİLMİŞ ŞEİRLƏRİ baki-2011 t ürksoy kitabxanası seriyası: 20



Yüklə 0,87 Mb.
səhifə28/45
tarix10.01.2022
ölçüsü0,87 Mb.
#108120
1   ...   24   25   26   27   28   29   30   31   ...   45
QARANLIQ GECƏ
Ay gedir məşriqə, gün də məğribə,

Zülmətdə işıq yox yazıq qəribə.


Yalvardım, günəş, ay getsələr əgər,

Mənə yol göstərər qardaşım ülkər.


Borandır, seçilmir yolun sağ-solu,

Yol azan yolçular axtarır yolu.


Süd gecə, aydın yol, fənərli dirək,

Lal dəniz, sərin yel yolsuza gərək.


Dan sənin, gün onun, gecələr mənim,

Ülkərdir sirdaşım, yaxın həmdəmim.


Ey buludlu gecə, gəl gecə yarı,

Yəhərlə madyanı, bir də ayğırı.


Ey qaranlıq gecə, can yoldaşımsan,

Deyim, bil sirrimi, sən sirdaşımsan.


Qaranlıq gecənin mənası mənəm,

Onun doğacağı balası mənəm.


Kişnəyən ayğıram, qaranlıq gecə,

Ağlayan Salğıram, qaranlıq gecə.


Mən zülmət gecədə qurulan plan,

Mən zülmət gecədə fit çalan ilan.


Bu gecə borana qarışsın tənim,

“Qalx” deyə qapını vuran da mənəm.

Bu gecə yetişər axır danına,

Çatar qızıl ülkər öz Çolpanına.


Doğdu balasını qaranlıq gecə,

Qərbdən xəbər gəldi elə indicə.


İlk dəfə torpağı görüncə gözüm,

Yeri qucaqlayıb öpdüm mən özüm.




Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin