HALİM AYDAMAQ
Halimcik, sevimli bir tatar yaşı,
Yosmalar bəyənən bıyığı, qaşı,
Evin sonbeşiyi, kiçik qardaşı,
Ey gidi Halim, göz dəyər, Halim.
Saranı tanıdı bir şənbə günü,
Şəbboy bir dilbərin gördü üzünü,
“Cuhudsan” demədi, verdi könlünü,
Ey gidi Halim, diqqətsiz Halim.
-Sevgilim, Halimim, bir xatirə ver,
Məni sevdiyini beləcə göstər,
Bir kiçik yaylığı xatirə göndər,
Ey gidi Halim, bəxtiyar Halim.
-Alıb bu yaylığı, gəz çiçək ara,
Hər çiçək altında könlümü ara,
Yarpağı özüməm, qönçəsi Sara,
Ey gidi Halim, şirindil Halim.
-Atamı öldürən Halimdir ancaq,
Onundur bu yaylıq, onun bu bıçaq,
Göstərin, şəhərdə el tanıyacaq,
Ey gidi Halim, talesiz Halim.
-Ey cuhud qızları, bumu sevginiz,
Gəlin paltarını eşqsiz geydiniz,
Bir tatar gəncinə böhtan dediniz,
Ey gidi Halim, hiddətli Halim.
Toplanmış bəzirgan, satıcı, ozan,
Saranın toyudur, çoxdur oynayan,
Təzəbəy Mordaxay sevinir yaman,
Ey gidi Halim, Aydamaq Halim.
-Dayansın çalğılar, yas günü bu gün,
Yaraşmır sizlərə nə toy, nə düyün,
Tez uşaq-muşağı burdan götürün!
Ey gidi Halim, sevimsiz Halim.
-Ay balam, Aydamaq, suçumuz nədir?
Suçumu söyləyib başımı kəsdir!
Qardaşım Aydamaq tatar bəyidir,
Ey gidi Halim, əyilməz Halim.
-Suçunuz bir dənə, min cana yetər,
Alıb cəhənnəmə minini gedər,
Yalançı xalqsınız, şeytandan betər,
Ey gidi Halim, unutmaz Halim.
-Tez verin gəlini, duvağın sarıb,
Qorxmayın, çox aşıq deyildir qərib,
Tez olun, durmayın mənə yalvarıb,
Ey gidi Halim, nazlanan Halim.
Sənsənmi, Sara, gəl, zəhərli sünbül,
Sandın ki, bizimlə oynamaq yüngül?
Bax, gəbər beləcə, damuya çəkil,
Ey gidi Halim, cana qıyan Halim.
Ayşənin, yetimin düyünü olur,
Gələn yox, aşları eləcə qalır,
Evləri dərd ilə, kədərlə dolur,
Ey gidi Halim, acıyan Halim.
-Gedəyin yetimin könlün almağa,
Onu ər evinə yola salmağa,
Rahatca yuxuya sonra dalmağa,
Ey gidi Halim, qardaşım Halim.
-Nənə, sən ağlama, al bu bəxşişi,
Bununla keçir sən neçə yüz qışı,
Qapında duracaq çox varlı kişi,
Ey gidi Halim, çox cömərd Halim.
-Balalar, ayaqda dura bilmirəm,
Çadırdan o yanı görə bilmirəm,
Donski kazağı qıra bilmirəm,
Ey gidi Halim, yetmişlik Halim.
-Yetimi, kasıbı bir az güldürdük,
Aydamaq kim imiş, elə bildirdik,
Mələyə günahlar yazıb sildirdik,
Ey gidi Halim, qəhrəman Halim.
-Ölürəm, savabım əfvimə yetmir,
Saranın al qanı əlimdən getmir,
Ürəyim bəxtimdən razılıq etmir,
Ey gidi Halim, narahat Halim.
Budapeşt, 25 yanvar 1919, şənbə.
Dostları ilə paylaş: |