“Bələdiyyə Xidmətlərində Şəffafliğin Təmin Edilməsi”
mövzusunda Televiziya Verilişinin Istehsalı üzrə
Açiq Müsabiqə (Tender)
Avrasiya Əməkdaşlıq Fondu Bələdiyyə Xidmətlərində Şəffaflığın təmin edilməsi mövzusunda televiziya verilişinin istehsalı üzrə açıq müsabiqə (tender) elan edir.
Müsabiqə (Tender) haqqında
Müsabiqə (tender) Norveçin Statoil Şirkətinin dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Bələdiyyə Xidmətində Şəffaflıq” layihəsinin məqsədlərinə uyğun olaraq bələdiyyələr barədə silsilə verilişlərin hazırlanmasını nəzərdə tutur. Bu müsabiqənin (tenderin) məqsədi Azərbaycanda bələdiyyə xidmətlərində şəffaflığın təmin edilməsi üçün QHT-lər, bələdiyyə qanunvericiliyi, və bu istiqamətdə təşəbbüslərin dəstəklənməsi mexanizmlərinin öyrədilməsidir.
Uyğunluq meyarı
-
Müsabiqənin (tenderin) iştirakçıları veriliş hazırlanması üzrə təcrübələri olan hüquqi şəxslər - reklam şirkətləri, production-lar və ya bu müsabiqədə (tenderdə) iştirak etmək məqsədilə birləşən fiziki şəxslər qrupu ola bilər.
-
Müsabiqə (tender) iştirakçılarının bələdiyyələrin fəaliyyəti barədə məlumata malik olmaları və bu mövzuda əvvəlki iş təcrübələri arzu olunandır.
-
Verilişin təklif olunan ssenarisi orijinal, sadə, konkret olmalı və mesajı hədəf qruplarına ən səmərəli yollarla çatdırılmasını təmin etməlidir.
Müsabiqə (tender) təklifinin təqdim olunması
Müsabiqədə (tenderdə) iştirak etmək üçün təklif paketinə aşağıdakı məlumatlar daxil olmalıdır:
-
müraciət edən barədə ətraflı məlumat
-
oxşar əvvəlki təcrübə
-
təklif olunan büdcə
-
verilişin mövzuya uyğun təklif olunan ssenarisi
Müsabiqədə (tenderdə) iştirak etmək üçün təklif paketi 2 nüsxədə (CD –yə yazılmış formada) Avrasiya Əməkdaşlıq Təşkilatının ofisinə təqdim olunmalıdır. Təklifləri göndərmək üçün son tarix 20 İyul, 2011-ci il, saat 17.00-a qədər uzadılmışdır.
Ünvan: Avrasiya Əməkdaşlıq Fondu,
Cəfər Cabbarlı küçəsi 44,
Caspian Plaza, 6-ci mərtəbə
Fax: +994 12 437 29 44
info@epfound.az
Əlaqə ucun şəxs: Anar Aslanov, Proqram Meneceri
Email: aaslanov@epfound.az
Phone: Tel: +994 12 437 29 40/41/42/43
Dostları ilə paylaş: |