BəLƏDİYYƏLƏRİN İNKİŞafi namiNƏ qht alyansi


III əlavə: Balanslaşdırılmış təmsil olunmanı inkişaf etdirmək üçün konstitusion və qanunverici dəyişikliklər



Yüklə 338,02 Kb.
səhifə5/5
tarix22.10.2017
ölçüsü338,02 Kb.
#10850
1   2   3   4   5

III əlavə: Balanslaşdırılmış təmsil olunmanı inkişaf etdirmək üçün konstitusion və qanunverici dəyişikliklər

Belçika


2002-ci il fevral ayından Belçika Konstitusiyası müsbət fəaliyyət siyasətini qanuniləşdirməklə qadın və kişilər arasında bərabərlik prinsipini qeyd edir; hazırda Konstitusiyanın 10-cu maddəsində qadın və kisilər arasında bərabərliyə zəmanət verilir. Əlavə bölmə həmçinin qərar qəbulediciliyin bütün səviyyələrində eyni cinsdən olan nümayəndələrdən ibarət hökümətləri qeyri-konstutision elan edir.

Konstitusion əlavələr seçki üçün namizədlərin siyahısında qadın və kişilər arasında bərabər balanslığı irəli çəkən 24 may 1994-cü il Qanununda nəzərdə tutulan əlavəni gücləndirən bir neçə Qanunun qəbul olunmasına səbəb oldu. Bu qanuna əsasən eyni cindən olan namizədlərin sayı ümumi siyahının 2/3 hissəsindən çox olmamalıdır.

17 iyun və 18 iyul 2002-ci ildə qəbul olunmuş yeni qanunlar Avropa, federal və regional seçkilər üçun namizəd siyahısında siyahıda ilk 2 yerdə hər iki cinsdən olan namizədlə gender bərabərliyinin əsasını qoydu. Namizədlərin seçilməsində siyahıda tutulan yerin mühüm rol oynadığı proporsional seçki sistemində qadın və kişi namizədlərin ardıcıllığı mühümdür.

Fransa


8 iyul 1999-cu ildə qəbul olunmuş Konstitusiya qanunu qadın və kişilərin seçki mandatları və vəzifələrindən bərabər istifadə etməsi prinsipinin əsasını qodu .Konstitusiyanın 3-cu maddəsi bu bərabər istifadənin irəli çəkilməsi məsuliyyətini qanunla təsdiq edir. 4-cu maddə isə siyasi partiyaların”bu prinsipin həyata keçirilməsinə kömək edəcəyini” təmin edir. Yenidənqurmanın öz əksini tapdlğı 6 iyun 2000-ci qnununa əsasən siyahıya əsaslanan seçkilərdə qadın və kişi namizədlər arasında hər siyahıda fərq birdən çox olmamalıdır. Bülleten seçkiləri üçün (Avropa seçkiləri və Senatda müəyyən yerlər uğrunda seçkilər) qadın və kişilər siyahıda növbələşmiş şəkildə yerləşdirilməlidir; 2 mərhələli seçkilərdə isə (bələdiyyə, regional və Korsika Assambleyasına seçkilər) 6 namizəddən ibarət hər qrupun siyahısında qadın və kişilərin sayı bərabər olmalıdır. Parlament seçkilərində (2 mərhələli tək mandatlı majoritar seçkilər) qadın namizədləri təmsil etməyən partiyalara maddi sanksiya tətbiq olunur. Partiyanın təqdim etdiyi hər bir cinsdən olan namizədlərin sayı arasındakı fərq 2%-i keçərsə həmin partiyaya sanksiya tətbiq olunur. Parlament seçkilərinin 1-ci mərhələsində toplanılan səs çoxluğu əsasında dövlətdən alınan maddi kömək faizlə ifadə olunan namizədlərin ümumi sayına əsasən qadın və kişi namizədlər arasında fərqin yarısı həcmində faizlə azalacaq.

Qanunun ilk dəfə sınaqdan keçirildiyi 11-18 mart 2001-ci ildə keçirilən bələdiyyə seçkiləri bərabərliyin irəli çəkilməsində bunun effektiv vasitə olduğunu göstərir. 3500-dən cox əhalisi olan şəhər bələdiyyə şurasında seçki nümayəndələrindən 47,5%-ni təmsil edən 38000 qadın vəzifə tutdu. Bu,irəliyə doğru mühüm addım idi, demək olar ki, 1995-ci ildəki rəqəmlərdən (27,5%) 2 dəfə çox idi.

Digər tərəfdən, 2000-ci ilin iyununda Parlament seçkiləri həmin nəticələri vermədi . Parlamentdəki 557 nəfərdən yalnız 71-i qadın seçildi. (12,3%) bu 1997-ci ildəki rəqəmə - 10,9%-ə nisbətən cüzi artım idi. Namizədlərdən 38% qadın idi. (1997-ci ildə 22%) və onlarln yalnız 1/4 hissəsi seçildi.

İtalya


1993-cü ildə 2 seçki qanunu qəbul edildi. 25 may 1993-cü ildə qəbul olunan qanun № 81-də maddə 5-in 2-ci bəndi, maddə 7-nin isə 1-ci bəndi namizədlərin siyahısının 2/3 hissəsindən çoxunun hər hansı cinsin nümayəndələrindən ibarət olmsının mümkünsüzlüyünü göstərir. 4 avqust 1993-cü ildəki qanun (№27) Deputatlar Palatasına seçkilər üçün yeni qaydalar irəli sürdü. Bu qanun şərtinə əsasən Deputatlar Palatasına seçkilər indidən başlayaraq, qarışıq sistemli olacaq; 75% namizədlər səs çoxluğu toplamalarına, 25% isə siyahı sisteminə əsasən müəyyənləşdiriləcək.

Axırıncı kateqoriya üçün 4-cu maddənin 2-ci bəndində göstərilir ki, qadın və kişi namizədlər siyahıda növbələşməlidir, yəni hər cinsdən olan nümayəndələr siyahının 50%-ni təşkil etməlidir. Bununla yanaşı, seçkiyə hər bir kəsi təqdim etmənin gender əsaslı davranış olmadığı kimi, insan hüququ haqqında 2 qanun İtaliya konstitusiyası Tribunalı tərəfindən ləğv edildi.

Keçmiş Yuqoslaviya respublikası olan Makedoniya

2002-ci ilin mayında Parlament üzvlərinin seçilməsi haqqında qanun qəbul olundu. 37-ci maddə şərt qoyur ki, hər namizədin siyahısı ən azı hər cinsdən 30% üzvdən ibarət olmalıdır . 1998-ci ildəki 7,5 %-lə müqyisədə 2002-ci il sentyabr seçkilərində 17,5% qadın seçildi.

Birləşmiş Krallıq

2002-ci ilin fevral ayında Birləşmiş Krallıq höküməti yerli, milli və Avropa seçkilərində seçilən qadın və kişilərin sayında bərabərsizliyi azaltmaq üçün müsbət tədbirlər görməyi siyasi partiyalara icazə veren qanunvericilik təqdim edir. Qanun fakultativdir bə siyasi partiyalara müsbət tədbirlər görməyə imkan verir.

Qanunda əlavə vardır, 2015-ci ilin sonunda onun vaxtı bitəcək. Bu, Qanunvericiliyin tətbiq edildiyi hər bir hissədə keçirilən ən azı 3 seçkiyə icazə verir (Ümumi Palata, Uels Milli Assembleası, Şimali İrladiya Assambleası, Avropa Parlamenti və yerli hökumət seçkiləri). Bu, həmçinin qanuna əlavələrin - əgər 2015-ci ildə lazım gələrsə 2-ci dərəcəli qanunvericiliklə genişləndirilməsinə imkan verir.

IV Əlavə: Dövlət komitələrində gender-balanslı təmsil olunma

Danimarka

Danimarkada 1985-ci ildə Komitələr haqqında, 1990-cı ildə isə Şuralar haqqında Qanun qəbul olundu. Hər iki halda gender tarazlaşdırılmış tərkibinin axtarılması göstərilir. Aidiyyəti olan rəhbərlik, təşkilat və tərkiblərdən komitə üzvlərini təyin edərkən bərabər sayda qadın və kişi təklif etmək tələb olunur. Buna əsasən nazir sonradan komitə üzvlərini təyin edir. 2000-ci ildə qəbul edilən yeni Danimarka gender bərabərliyi Qanununa əsasən bütün dövlət komitələri və tərkiblərində nazirlər tərəfindən olan qanunvericiliyin hazırlanması və ya siyasi quruculuq məqsədi ilə olan təyinatlarda qadın və kişilər bərabər təmsil olunmalıdır. Komitə və ya tərkiblərə namizəd irəli sürən bütün dövlət təşkilatları və tərkibləri qadın və kişi namizəd irəli sürməlidirlər. 1 nəfərdən çox təyinat olarsa, bərabər sayda qadın və kişi namizədlər irəli sürulməlidir.

Finlandiya

Finlandiya qadın və kişilər arasında bərabərlik haqqında Qanunun (8.8.1986/609) 4-cü bəndində qeyd edir:

“Rəhbərlik qadın və kii arasında bərabərliyi məqsədli və sistematik şəkildə, xüsusilə də bərabərliyə nail olmaqda mane olan halları dəyişməklə irəli çəkməlidir”.

Dövlət komitələri, məsləhət şuraları və başqa aidiyyatı olan şuralarda, bələdiyyələrdə (bələdiyyə şuraları istisna olmaqla) qadın və kişilərin minumum faizi xüsusi əsas olmadan 40%-dən aşağı olmamalıdır.

“Əgər təşkilat, müəssisə, bələdiyyə və ya kapitalın əsas hissəsinin dövlətə məxsus olduğu müəssisələr inzibati şura tərəfindən idarə olunursa, seçilmiş və ya təyin edilmiş nümayəndələrdən ibarət idarəetmə şurası icraedici və ya inzibati orqanlar gender əsaslı tarazlaşdırılmış tərkibə malik olmalıdır (bunu təyin etməyə xüsusi bir əsasın olması istisna olmaqla) ”.

Norveç

Norveç Gender Bərabərliyi Qanununun 21-ci naddəsində qeyd olunur:



“Dövlət orqanı komitə, idarəetmə şurası və digər şuralarda 4 və ya çox üzvdən ibarət nümayəndələri seçərkən və ya təyin edərkən hər cins ən azı 40%-lə təmsil olunmalıdır”.

Əgər komitə və ya şuraların tərkibi 2 və 3 nəfərdən ibarətdirsə, burada hər iki cinsin nümayəndəsi iştirak etməlidir. Qanuna əsasən birbaşa səsvermədə seçilmiş orqanları təmsil edən üzvlərdən ibarət Komitələr və s. bu şərtləri yerinə yetirməyə məcbur deyillər.

Yerli, bələdiyyə və ya qraflıq hakimiyyəti orqanı tərəfindən seçilmiş komitələrə və s. yerli qraflıq hakimiyyəti üzrə Qanunun əlavəsi tətbiq olunur.


V Əlavə: Qadın hüquqları və bərabər imkanlar üzrə komissiya və ya parlament komitəlri

Fransa


Fransada qadın hüquqları və bərabər imkanlar üzrə parlament komissiyaları yaradılıb və Milli Assambleya Komissiyasının 12 iyul 1999-cu il Qanunu və Senat komissiyasının 15 iyul 1999-cu il Qanunu ilə təsis edilib. Bu komissiyaların hər biri 36 üzvdən ibarətdir. 2002-ci ilin sonunda, Milli Assambleya Komissiyası 25 qadın və 11 kişidən ibarət idi. Onun üzvləri parlament qruplarının proporsional təmsil olunmasını qadın və kişilərin tarazlaşdırılmış iştirakını və daimi komitələri təmin edərək təyin olunur.

Milli Assambleyanın Bürosu, Daimi və ya Xüsusi komitə komissiyaya parlament və ya hökumət tərəfindən hazırlanmış qanun layihəsini müzakirə edilməyə verə bilir, yalnız bundan sonra o, təklifləri özünde əks etdirən məruzə hazırlayır.

Komissiyanın tapşırıqlarından biri qadın və kişilərin seçki mandatları və vəzifələrdən bərabər istifadəsinə istiqamətlənmiş qanun lahiyəsi haqqında rəyini verməkdir.

Birləşmiş Krallıq

Regional səviyyə

Uels Assambleyası Komitə üzvlüyünün illik gender auditi daxil olmaqla öz funksiyaları vasitəsilə qadın və kişilər üçün bərabər imkanlar prinsipini irəli çəkən bərabər imkanlar üzrə Komitə təsis etmişdir.

Şotlandiya Parlamentində bərabər imkanlar üzrə komitə təsis edilib. Bu komitənin vəzifəsi isə bərabər imkanlara aid olan halları, Şotlandiya Parlamenti tərkibində bərabər imkanların müşahidəsini müzakirə və məruzə etməkdir. Bu yaxinlarda Komitə gender bərabərliyinin təmin olunmasının optimal şərtlərini müzakirə etdi (26/03/02).

Yerli səviyyə

İngiltərədə yerli idarəetmə orqanları “Bərabərlik Standartı”ın qəbul olunması üzərində işləyirlər. Bu yerli idarəetmə orqanlarına çatdırma xidmətləri və işlə təmin olunmada ayrı-seçkiliyi yasaqlayan, onun əleyhinə qanuna əsasən öhdəlikləri ünvanlamağa imkan verən ümumi konstruksiyalardır (Bristol, fevral 2002; bax: ”Bərabərlik standartları - yerli hakimiyyət orqanlarını işlə təmin etmə təşkilatı” – The Equality Standart - The Employers Organization for Local Government).

Yerli idarəetmə orqanları üzrə Britaniya Assosiyasiyası (LGA) gender bərabərliyinin Strategiyası üzərində işləyib (əlavə məlumat üçün: www.lga.gov.uk). Bu sənəd sosial, mədəni, siyasi və iqtisadi sferalarda qadın və kişilərin bərabər əsasda iştirakına imkan yaradan gender bərabərliyi üzrə assosiyasiya siyasətini inkişaf etdirmə və təsis etmə yollarını axtarır.



Bristol şəhər şurası davamlı inkişaf və sosial ədliyyə üzrə idarə və uyğun olaraq Komitə təsis etmişdir. İdarə Şurada qadın siyasəti və bərabərlik məsələlərinin inkişaf etdirilməsinə görə məsuliyyət daşıyır və onun bütün siyasəti üzrə sabit məsləhətci qrup kimi Qadın Forumunu təsis edir.

Əlavə 2

Bələdiyyə üzvləri arasında keçirilmiş sorğunun nəticələri





































Əlavə 3.

Bələdiyyə qulluqçuları arasında keçirilmiş sorğunun nəticələri





















1 http://www.genderstudies.info/ravens/ravens6.htm

2 www.gender-az.org

3 https://wcd.coe.int/ViewDoc.jsp?Ref=REC(2010)288


4 http://www.gewi-az.org/Hesabtalar_neshrler/alternative_report_CEDAW_GEWI_AZ.pdf

5 http://unesdoc.unesco.org/images/0018/001873/187381R.pdf

6 http://europeandcis.undp.org/gender/gendermainstreaming/show/A40239DE-F203-1EE9-BE0F195553D2CDA9

7 KADER. Women’s Political Participation and Their Leadership in the Eastern Europe and Commonwealth of Independent States Region.’Ankara, October 2008

8 Medea Badashvili. Country Report on Women and Governance: Political Participation of Women and Women’s Leadership in Georgia. Tbilisi, December 2008

9 http://reports.weforum.org/global-gender-gap-2011/

10 http://unesdoc.unesco.org/images/0018/001873/187381R.pdf

11 Xarici ölkələrin təcrübəsinə aid nümunələr verilərkən əsasən BMT İnkişaf Proqramının Avropa və Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə regional bürosu tərəfindən hazırlanmış “Qadınların siyasi proseslərdə rolunun artırılması və iştirakçılığının genişləndirilməsi: analitik icmal və Mərkəzi və Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi ölkələri üçün tövsiyələr” adlı sənədinə istinad olunub. Bununla yanaşı Əlavə 1-də Avropa Şurasının Tövsiyəsinə əlavələrdə də xarici təcrübədən nümunələr yer alıb.

12 http://scfwca.gov.az/up/news/article/2012/cedaw_az_ministries%5B1%5D.pdf

13 http://www.gewi-az.org/Hesabtalar_neshrler/COE_recommendations_decision_making_AZ.pdf


14ttps://wcd.coe.int/ViewDoc.jsp?id=2229&Site=CM&BackColorInternet=C3C3C3&BackColorIntranet=EDB021&BackColorLogged=F5D383

15 Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-nin hazırladığı “Gender Meynstriminqi: Vətəndaş Cəmiyyətinin Rolu. Milli Gender Mexanizminin Monitorinqinin Nəticələri” adlı sənəddə bu institutların fəaliyyətinə də yer ayrılıb.

http://www.gewi-az.org/Hesabtalar_neshrler/monitoring_gender_focal_points_az.pdf

16 http://gender.academic.ru

17 http://az.trend.az/news/politics/1032057.html

18 ttps://wcd.coe.int/ViewDoc.jsp?id=2229&Site=CM&BackColorInternet=C3C3C3&BackColorIntranet=EDB021&BackColorLogged=F5D383

19 2010-cu ilədək keçirilmiş seçkilərdə (2004-cü il bələdiyyə, 2005-ci il parlament) hər partiyadan parlamentə və yerli özünüidarə orqanlarına irəli sürülmüş və seçilmiş qadınların və kişilərin faiz göstəriciləri ilə Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi tərəfindən hazırlanmış Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlər üçün nəzərdə tutulan 12 mart, 2003-cü ildə qəbul edilmiş “Siyasətdə və Dövlət Əhəmiyyətli Qərarların Qəbul Edilməsində Qadın və Kişilərin Balanslaşdırılmış iştirakı” Tövsiyə və İzahat Memorandumunun Azərbaycanda həyata keçirilməsinin monitorinqinin nəticələri haqqında hesabatda tanış olmaq olar.

20 Məsələn, 1). BMT İnkişaf Proqramının Avropa və Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə regional bürosu tərəfindən hazırlanmış “Qadınların siyasi proseslərdə rolunun artırılması və iştirakçılığının genişləndirilməsi: analitik icmal və Mərkəzi və Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi ölkələri üçün tövsiyələr” sənədi., 2010. 2). ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu üçün hazırlanmış “Seçkili vəzifələrdə gender bərabərliyi:altıpilləli fəaliyyət planı” adlı tədqiqat. http://www.osce.org/ru/odihr/80989

21 http://scfwca.gov.az/up/article/file/cedaw-4thco-en.pdf

Yüklə 338,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin