BəSİTÇay döVLƏt təBİƏt qoruğunun ekoloji ŞƏRAİTİ Əsədov K. S., Səfərova E. P., Əliyeva G. K



Yüklə 31,58 Kb.
səhifə3/5
tarix10.01.2022
ölçüsü31,58 Kb.
#108636
1   2   3   4   5
TƏDQİQATIN OBYEKTİ VƏ METODİKASI
Tədqiqatın obyekti respublikamızda ən kiçik sahəsi olan və qoruqlar sırasında zəif tədqiq olunmuş Bəsitçay Dövlət Qoruğudur. İşdə ümumi qəbul edilmiş qeobotaniki və meşə tipoloji tədqiqat metodlarından istifadə edilmişdir [7, 14].

Bəsitçay qoruğunun təbii landşaft sahələri çox da mürəkkəb deyildir və onun tərkibi cədvəl 1-də verilir.

Bəsitçay qoruğunun yaradılmasında məqsəd burada formalaşan nadir çinar meşəliyinin yaratdığı təbii landşaft kompleksinin və çinar ağaclarının qorunmasından ibarətdir.

Qoruq ərazisinin 79,4% meşə ilə örtülü sahə və meşə ilə örtülü olmayan sahə 14, 02%, meşəsiz sahə 6,54%, qumluqlar, daş yığınları isə 6,54 % təşkil edir.

Burada meşələri əmələ gətirən əsas cins çinar və qovaqdır. Tərkibdə adi qoz, araz palıd (çox az), qarağac və dağdağan iştirak edir. Burada I yarusu Şərq çinarı və adi qoz ağacları, II yarusu isə dağdağan və qarağac tutur. III yarusda fındıq, nar, saqqız kolları bitir. Çinarlar bəzən təmiz meşəlik
Cədvəl 1.

Bəsitçay qoruğunun təbii landşaft sahəsi




Təbii landşaft sahələrinin adları


Təbii landşaft sahəsi

hektarla

%-lə

1 . Meşə sahəsi

meşə ilə örtülü sahə

meşə ilə örtülü olmayan sahə


100

85

15,0



93,46

79,44


14,02

2. Meşəsiz sahə

qumluqlar, daş yığınları



7,0

7,0


6,54

6,54


Cəmi

107,0

100,0

(az sahədə) yaradır. Burada onların boyu 35-45 m, diametri 1,5-2,5 m-ə çatır.

Qoruğun qonşuluğunda olan meşələrdə gürcü palıdı, Qafqaz vələsi, adi göyrüş, söyüd, ardıc, dağdağan, saqqızağacı bitir. Burada arid və mezofit meşələr inkişaf etmişdir. Təbii çinar meşəsinə Tərtərçayın sol qolu hövzəsində DS-dən 900 m yüksəklikdə Şərq çinarı, adi qoz ağacları birlikdə yüksək bonitetli meşələr yaradır. Tərtər (keçmiş Mirbəşir) rayonunun Mamırlı kəndi yaxınlığında Şərq çinarı, uzunsaplaq palıdla meşəlik əmələ gətirir [5].

Cənub yamaclardan vadiyə (çinar meşəsinə) doğru uzanan yamaclarda kolluğun tərkibində əncir, nar, qaratikan, tut, yemişan, dərgül, murdarça, saqqızağacı, alça və s. bitir. Çinar cinsinin Asiyada, Şimali Amerikada, Aralıq dənizi sahili ölkələrində 8 növünə təsadüf edilir. Azərbaycanda bir növü - Şərq çinarı yayılmışdır.




Yüklə 31,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin