Beşminlik kəndinin salnaməsi
21 saylı filialın müdiri: \Qəmbərova B./
Neftçala rayonunda, Neftçala şəhər inzibati ərazi vahidliyində rayon mərkəzindən 3 km məsafədə Kür çayının sol sahilində, düzənlik ərazidə Beşmilik kəndi yerləşir.
Araşdırmalara görə bu ərazinin tarixi IV əsr bundan əvvələ gedib çıxır. Ərazi Böyük Oryad adlandırılmışdır. Buraya ilk sakinləri XVII-XVIII əsrlərdə Cənubi Azərbaycandan, Talış mahalından ,Şamaxıdan, Salyandan gəlmişdir.
1940-cı ildə burada Elektrik Şəbəkəsi stansiyası yaradıldı. Stansiyanın gücü 5 minlik olduğu üçün kəndin adı Beşminlik qaldı (PTS).
Kəndin 2500 əhalisi var. Əhali kənd təsərrüfatı və sənayenin müxtəlif sahələri ilə məşğul olur. Kənddə 4 illik ibtidai məktəb, klub, kitabxana, çörək sexi, şirniyyat sexi, Elektrik Şəbəkə Stansiyası fəaliyyət göstərir. Hal- hazırda kənd Neftçala şəhərinə birləşib Mirzə Ələkbər Sabir küçəsi adlanır.
Bu kənd 2 şəhid verib. 1966-cı il aprelin 2-də dünyaya gələn Mütəllimov Afər Rəhman oğlu 1993-cü ildə Ağdamda 708 Tank Batolyonunda vuruşarkən iyunun 15-də şəhid olmuşdur.
Mütəllimov Aqil Əsədağa oğlu 1975-ci il fevralın 17-də dünyaya gəlmişdir.1993-cü il mayın 3-də əsgər gedib. Əvvəlcə Prişivə, sonra Ağcabədiyə oradan da Beyləqana yollanan Aqil 1993- cü il dekabrın 10-11-ə gecən gecə vuruşaraq həlak oldu.
Kənddə ilk oxumuş insan Cəfərov Nurəddin Cəfər oğlu. 1930 –cu ildə mayın 1-də dünyaya göz açan Nurəddin ailədə 4 uşaq olsalarda oxuyan, elmlə məşğul olan Nurəddin olmuşdur. 1950-ci ildə Azərbaycan Politexnik İnstituna daxil olmuş, 1955-ci ildə orada Dəmir yolu nəqliyyatında Mexanik ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 1955-ci il 27 iyun tarixli qərarı ilə ona Nəqliyyat mühəndisi ixtisası verilmişdir. Daha sonra o, təhsilini davam etdirərək Leninqrad institunda,sonra isə 2 illik Belarusiyada praktika keçmişdir. Salyanda Dəmiryol Nəqliyyatında Mühəndis vəzifəsində çalışmışdır. Kənddə ilk oxumuş şəxs olduğu üçün onu “Mirzə” çağırırmışlar. Oxumağının nəticəsidir ki, ele kənddə ilk televizor, ilk ev telefonu və ilk 21 markalı avtomobildə məhz Nurəddinin ailəsində olmuşdur. 1993-cü il iyulun 22-də dünyasını dəyişmişdir.
Kənddə Həcc ziyarətinə gedən ilk şəxs Aslanov İraz Paşa oğlu olmuşdur.
Kənddə 2 Ocaq var. Biri Mütəllimov Seyidnisə Mirəziz qızı.1894-cü ildə anadan olub,1974-cü ildə dünyasını dəyişib. Qəbri Soltan Pirətavandadır.
Digəri Məmmədova Mirzada Miriş qızı.1927-ci ildə anadan olub,1999-cu ildə dünyasını dəyişmişdir. Böyük Oryad kənd qəbrstanlığında dəfn olunmuşdur.
2 cox uşaql ı ana var Kəndimizdə, İkisi də yaşayır. 14 uşaq anası Zeynolova Arifə və 10 uşaq anası Kazımova Aminə.
Dekabr 2007
Dekabr 01 2007-ci ildə Beşminlik kəndində yaşayan işıq idarəsinin işçisi Əliyev Soltanağanın qızı Nurənənin toyu oldu.
Dekabrın 5-də kənd sakini Əkbərov Azər Abbas oğlu uzun sürən xəstəlikdən sonra 51 yaşında dünyassını dəyişdi.
Dekabrın 10-da işıq idarəsinin işçiləri Məmmədov Qabil, Zeynalov Yaşar, Mənəfov Vüqar arasında münaqişə baş verdi. Bir- birini döyüb xəsarət yetirdilər. Nəticədə Zeynalov Yaşarın anası oğlunu qan içində görüb polisə şikayət etdi.
Dekabrın 11-də Əbilov Sabirin qızı Billurənin nişanı oldu.
Dekabrın 18-də Cəfərov Sadığın qızı Gülzaman kənddə Ağacavadın oğluna nişanlandı.
Dekabrın 20-də Qurban bayramı münasibətilə işıq idarəsinin müdiri Şirəliyev Vurğun qurban kəsib kəndin kasıb ailələrinə payladı. Allah qəbul eləsin!
Dekabrın 25-də yağış yağır, adi, sakit günlərdən biridir.
Dekabrın 31- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramıdır. Kənd sakinləri 2008- ci ilin gəlişini böyük sevinclə qarşılayırlar.Ümid edirik ki,təzə il hər birimizə uğur gətirəcək.
Yanvar 2008
Yeni il kədimizə çoxlu qarla daxil oldu, Yollar buz bağlamış, 7-10 dərəcə şaxta olsada, hər donub su yoxdur. Bununla belə qarın yağmağı böyükdən kiçiyə hamıyı sevindirmiş, uşaqlar qar topası oynayır, şaxtababalar düzəldirlər.
Yanvarın 18 –də Neftçala şəhərində 20 Yanvar Şəhidlərinin anım mərasimi keçirildi. Bizdə o günü xatırlayaraq böyük ağrı, eyni zamanda qürur hissi ilə anım mərasimində iştirak etdik. Onu da deyibki, 20 yanvar şəhidlərinin üçü Orucov Şəmsəddin, Cəfərov Əbülfəz, Ağahüseynov Nürəddin Neftçala sakinləri olmuşdur. Allah büütün şəhidlərimizi rəhmət eləsin! Qəbirləri nurla dolsun!
Yanvarın 19-u Aşura günüdür. Hamı bu mərasimdə iştirak etmək üçün Soltan Piratavana gedir.
30-31 Yanvar hava soyuqdur, Güclü külək əsir.
Fevralın 1-i hava soyuqdur, qar yağır.Kiçik çillə gəlişini xxəbər edir. Nənələrimiz kiçik çillənin tərifini neçədə düz deyiblər:” Böyük çillənin yerində olsaydım anaların əllərini un çuvalında, körpələri qundağda dondurardım. Heyif ki, ömrüm azdı, önüm yazdı.”
Martın 3-də Seyid Mirzada xalanın evinin arxasında kənd sakinlərinin təşəbbüsü ilə məcid tikilməyə başlandı.
Martın 11-i – bugün Çərşənbə axşamıdır. Artıq yazın gəlişi duyulur. Hamı şən əhval – ruhiyyədədir. Bahar bayramını qarşılamağa hazırlaşırlar.
Martın 20- Novruz gəlir, yaz gəlir. Elimizə bahar gəlir. İnsanla kimi təbiətində üzü gülür. Novruz bayramı xalqımızın qədim bayramı olduğu üçün adət- ənənələrimizi yerinə yetirir. Küslülər barışır, kiçiklər böyüklərə baş çəkir,dünydan köçənlərimizi qəbir üstünə gedərək yad edirlər. Bu barədə XIV əsrdə yaşamış İmadəddin Nəsimi də həmin anım gününü əsərlərində qeyd edir .
Adinə neçin oldu, adinənin adın bil,
Bu sirri ol bilir ki, haqq ilə aşinədir-
Qədim mənbələrdə bildirilir ki, “cümə”, “adna”, “ayna” elə əslində “ruh” deməkdir.Buna “Kitabi Dədə Qorqud” da da rast gəlirik.
Sağuş günündə ayna görklü,
Ayna günü oxuyanda xütbə göklü.
Mart ayının 31-i Azərbaycanlıların soyqrımının 90 illiyidir. Bununla əəllaqədar rayonda geniş tədbir keçirildi.
Aprelin biridir , Gülüş günüdür. Hamı bir-birini aldatmağa çalışır.
Aprelin 5-də Neftçala şəhərində Texnika bank açıldı.
Aprelin 8-də kənd sakini Zahra xala 96 yaşında vəfat etdi.
Aprelin 9-da Bəşirin qızı Pərvinin toyu oldu. Havalar quraqlıq keçir. Kənd əhalisi əkinlə məşğuldur. Yağış yağmır.
Aprelin 28-i Seçki məntəqəsi olduğu üçün Beşminlik klubunun təmirrinə başlandı.48 yaşlı Raziyyə ağır xəstəlikdən vəfat etdi.
Aprelin 29-da Şəbəkənin işçisi Rənanın qızının toyu oldu. Biz kitabxanaçılarda toya getdik.
Aprelin 30-da Şəbəkənin işçisi Nərimanın oğlunun toyu oldu.
Mayın 2-də Neftçala rayon MKS-də ulu önddər Heydər Əliyyevin 85 illiyi münasibəti ilə kitab bayramı keçirildi. Tədbirdə hamı kimi 57 № li kitabxanada öz oxucuları ilə iştirak etdi.
Mayın 3-dür.Ətraf səssiz-səmirsizdir. Klubda təmir gedir. Kitabxana xalqın milli sərvəti olsa da heç kimi maraqlandırmır, baxmayaraq ki, hər yerə məlumat vermişik. Kitabxananın damından axır.
Mayın 4-də işçimiz Balabəyimin qızı Günayın hə cavabı Şəbəkə işçisisi Qubada verildi. Aldım verdim oldu.
Mayın 8-də Seminarda iştirak etdik.
Mayın 9-da Faşizm üzərində Qələbənin 63-cü ildönümü ilə əlaqədar Neftçala da ucaldılmış abidə önündə anım mərasimində iştirak etdik.
Mayın 10 –da Ulu öndərimiz Heydər Əliyevin 85 illiyi əlaqədar keçirilən ədəbi-bədii gecədə iştirak etdik.
İyunun 5-də kənd sakini Mübariz uzun sürən xəstəlikdən sonra vəfat etdi.
İyunun 6-da MKS-də Mikayıl Müşfiqin 100 illiyi ilə əlaqədar keçirilən ədəbi-bədii gecədə iştirak etdik.Yaxşı hazırlanmış tədbir Mikayıl Müşfiqi xatırlamağımıza, şeirlərini təkrar eşidib xoş təəssuratlarla tədbirdən ayrılmağımızda böyük rol oynadı.
Deyirsən yanında qalacağam mən,
Çox gözəl fikirdir qal sənə qurban.
İyunun 12-də 76 yaşlı kənd sakini Əyyub kişi vəfat etdi. Allah rəhmət eləsin!
İyunun 13-də Qurtuluş günü ilə əlaqədar tədbir keçirildi. Rayonumuzda həmin gün Musiqili fəvvarənin açılışı oldu. Açılışa Neftçala sakinləri böyük həvəslə gəlmiş, həmin gün gözəl istirahət etmişdilər. Bu rayonumuzun günü-gündən abadlaşması, inkişafı deməkdir.
İyunun 24-də iş yoldaşımış Məhbubənin qardaşı Rövşənin toyu oldu. Biz də iştirak etdik. Allah bütün subaylarımıza belə gözəl günlər qismət eləsin!
İyunun 25-də Azərbaycan Silahlı Qüvvələrinin yaradılması ilə əlaaaqədar kitabxanamızda tədbir keçirdik. Tədbirimizdə məktəb şagirdlri və müəllimləri iştirak etdi. Bu tədbir şagirdləri vətənpərvərliyə səslədi.
Vətən mənə oğul desə nə dərdim
Mamır olub qayasında bitərdim.
İyulun 1dir.2008-ci ilin yeni ayına yağışla qədəm qoyduq. Yayda bu yağış? Deyəsən möhkəm istilər olacaq.
İyulun 4 ü seçki ilə əlaqədar yollar düzəldilir.
İyulun 6-da Ağacavad oğlu Balaşın toyu oldu. Saddığın qızı Gülzamanı aldı.
İyulun 11-də kənd sakini Afət 57 yaşında xərçəng xəstəliyindən vəfat etdi.
İyulun 12-də Soltan Əzizin qızı Səidənin toyu oldu,
İyulun 13-də Gülnisənin qızı Aliyənin toyu oldu. O, kəndimizin oğlu Aftantillə ailə qurdu.
İyulun 16dir. Havalar kəskin istiləşib.
İyulun 18dir. Arifə xalanın qızı Şəhla qəflətən naməlum şəkildə vəfat etdi. Hələ də hamı düşünür ki,niyə? Şayələr gəzir ki, maşın vurub.
İyulun 22-də Lalənin qızı Mənsurənin qız toyu oldu.
İyulun 25 –i hava çox istidir, kölgədə 47 0 isti var.
İyulun 29-da Ədalətin oğlunun toyu oldu.
Avqustun-6da kənd sakini xəstə yatan Gülənbər xala 75 yaşında dünyasını dəyişdi.
Avqustun 7-də kənd sakini Feyzulla müəllim 79 yaşında qəflətən ürəyi dayanıb öldü.
Avqustun 16 –Lalənin qızı Mənsurə Salyan Şəhərinə gəlin köçdü.
Avqustun 19 da kənd sakini Rahibin oğlu amitin toyu oldu. Bu gün həmdə Afətin ölümünün 40-cı günüdür.
Avqustun 31 işçimiz Balabəyimin qızı Günay gəlin köçdü. Kənddə həmçinin Kamalın qızı Kəmalənin də toyu oldu. Axşamçağı bərk külək əsməyə başladı.
Sentyabrın 1-i. Mübarək Ramazan ayıdır.On bir ayın sultanı Ramazan ayı başlayıb. Allah Oruc tutan bacı qardaşlarımızın Orucunu qəbul etsin.
Sentyabrın 4-dür. Hava sərindir, Payızın iyi gəlir. Uzun sürən istilərdən sonra artıq insanlar sərinləmək istəyir.
Sentyabr 17-dir. Narın yağış çiləyir. Susuz qalmış torpaqlar dəyəsən sərinləşir.
Sentyabrın 18-i Musiqi günüdür. Musiqi ruhun qidasıdır.
Sentyabrın 29u kənd sakini Salam 65 yaşında vəfat etdi.
Oktyabrın 1-idir Ramazan bayramıdır.
Oktyabrın 2si Prezident Seçkilər günü ilə əlaqədar Rayon əhalisi yürüşə çıxıb. Biz də bu yürüşdə iştirak etdik.
15 Oktyabr-Prezident Seçkiləri günüdür. Hamı bir nəfər kimi səsvermədə iştirak etdi. Biz də iştirak etdik.
Oktyabrın 17-si İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildi.
Oktyabr 24-ü- Kənddə sakitlik hökm sürür. İlham Əliyevin Prezidentliyinin ilk günüdür.
30 Oktyabr Qızıl payız öz nemətləri ilə insanları razı salır.
8 noyabr Kənddə Xanhüseynin qızının nişanınnı qaytardılar. Oğlan evi Əligil qız evindən tələb edib ki, evini mənim oğlumun ayağına yazdır. Qız evi də razı olmayıb, nişanı qaytarıb.
9 noyabr Kənd sakini Sədaqət, klubun yanında gözəllik salonu tikdirir. Kəndin qadınlarına məişət xidməti göstəriləcək.
10 noyabr hava günəşlidir, Kənddəki yanacaq doldurma məntəqəsinin yanında mebel salonu açılıb. Kəndimiz günü-gündən çiçəklənir. Yeni yollar salınır, abadlıq işləri aparılr.
Noyabr 19. Havalar birdən- birə soyudu. Güclü külək əsir. Bu qışın gəlişindən xəbər verir.
22 noyabr Kənd sakini Aslanov İraz həcc ziyarətinə yola düşdü. Salamat gedib salamat gəlsin. Allah ziyarətini qəbul etsin.
29 noyabr Hava tutqundur, soyuqdur. Kənddə sakitlikdir. Sədaqət klubun yayında tikdirdiyi gözəllik salonunu tikib qurtardılar.
30 noyabr. İstirahət günüdür. Kənd sakini Əbülfəzin oğlu Vüsalın toyudur.
5 dekabr Hava yaxşıdır Neftçalaya Akademik Milli Dram Teatrı qonaq gəlib. İlyas Əfəndiyevin “ Dəlilər və Ağıllılar” pyesini nümayiş etdirdilər. Neftçala sakinləri istirahət edib, tamaşadan zövq aldılar.
9 dekabr 2008ci il Qurban bayramıdır. İmkanlılar Qurbanlıq heyvan kəsdilər, imkansızlara payladılar. Allah qəbul etsin!
16 dekabr. İraz kişi həcc ziyarətindən qayıtdı. Kənd sakinləri onu ziyarət edib xoş təəssüralarını bölüşürlər.
19 dekabr Hava soyuqdur. Qar yağır. Axşam saat 9 radələrində kənd sakini Kərimov Ağamirzə öz maşını ilə ağır yol qəzası keçirtdi. Hal- hazırda Neftça rayon xəstəxanasında ağır vəziyyətdədir. Allah şəfa versin!
1 Yanvar 2009-cu il Yeni ili ağappaq qar ilə qarşıladıq. 1-5dək bayram etdik. Öküz ili hər birimizə düşərli olsun!
6 yanvar kənd sakini Muradova Minayəni iflic vurub vəziyyəti ağırdır.
7 Yanvar hava soyuqdur, Aşura günüdür.
16 yanvar Muradova Minayə 76 yaşında vəfat etddi.
20 yanvar bu gün Milli Matəm günüdür. Biz də şəhidlərin əziz xatirəsinə ucaldılmlş abidənin qarşısına gül- çiçək dəstələri qoyduq.
8 fevral kənd sakini Narxanım ağır xəstədir.
9 Fevral kənd sakini Eışadın evindən 300 manat pul oğurlanıb. Oğrunu axtarırlar.
12 fevral yağış yağır. Bu gün sseminar müşavirədə iştirak etdik.
5 mart hava tutqundur. Soyuqdur. Kənd camaatı Novruz bayramına hazırlaşır.
17 Mart İlin son çərşənbəsidir. Mərkəzi Kitabxana ilaxır çərşənbə ilə əlaqədar tədbir keçirtdi.
19 Mart Neftçala rayon Mədəniyyət və Turizm şöbəsi novruz bayramı ilə əlaqədar geniş tədbir keçirtdi. Rayonda bayram əhval-ruhiyyəsi yarandı.
21 Mart Yurdumuza bahar gəlib. Hava buludludur. Hamı bir- birini bayram münasibəti ilə təbrik edir. İnsanların üzü gülür. Təbiət oyanır.
29 Mart Kənd sakini Səbzi xala iş yoldaşımız Balabəyimin anası 79 yaşında astma xəstəliyindən vəfat etdi.
31 mart Azərbaycanlıların Soyqrım günüdür. Biz mübarizəni dayandırmayacağıq.
2 aprel Hava dumanlıdır. Kənd sakini Abdulağanın həyat yoldaşı Durdanə 38 yaşında xərçəng xəstəliyindən vəfat etdi.
7 Aprel Kənd sakini Müəssər xala 78 yaşında dünyasını dəyişdi.
8 Aprel kənd sakini Güloğlan müəllimin evinə oğru girib. Özü evdə olduğu üçün oğrunu tutub. Polisə zəng edib,məlum olub ki, oğrular qaraçılardır.
12-13 aprel hava soyuqdur. Ölkəmizin şimal cənub bölgələrinə qar yağdığı üçün bizdə yaman soyuqdur.
14 aprel hava yaxşıdır. Gün çıxdığı üçün sakinlər əkinlə məşğuldular. Cənub bölgəsinə qar yağdığı üçün soyuqdan kartofları şaxta vurub.
20 aprel Kənd sakini Kərimov Ərəstun Əlvan oğlu nişanlandı.
24 aprel Kərimov Ramin və Firuzə boşanmaq üçün mhkəməyə getdilər. Boşanmaqlarının səbəbi el arasında gəzən şayələrə görə davamlı keçimsizlik.
28 aprel kənd sakini Güloğlanın qızı Gülnarın qız toyu oldu.O, Mədəniyyətin inspektoru Əzizov Raqibin oğlu Mübarizlə nişanlıdır.
30 aprel Kənd sakini Ədalətin nəvəsi olub.
1 May Havalar birdən- birə çox istiləşdi. Kitabxanada yeni kitabların təqdimatını keçirtdik. Tədbirdə MKS-nin nümayəndələri də iştirak etdi.
5 May Hava günəşlidir. Şuşalın işğalı ilə əlaqədar kitabxanamızda söhbət keçirtdik. Bu günü bir daha xatırlayıb ağrı hissi ilə söhbət açdıq.
7 May Seminar müşavirədə iştirak etdik. MKS-də ümummilli liderimiz H. Əliyevin 86 illiyi ilə keçirilən tədbirdə iştirak etdik. Sonra da H. Əliyev muzeyinin qarşısındakı heykəlinin önünə gül-çiçək dəstələri düzdük.
8 May Hava yaxşıdır. Bu gün də öz kitabxanamızda Heydər Əliyevin 86 illiyi münasibəti ilə “ Parlaq düha sahibi” başlıqlı söhbət keçirtdik.
9 MAY Qələbə günüdür. Neftçala şəhərində Faşizm üzərində mübarizədə həlak olanlara ucaldılan abidənin önünə gül-çiçək dəstəsi düzdük. Onları bir dəqiqəlik sükutla yad etdik.
10-11 May Heydər Əliyevin 86 illiyi ilə əlaqədar bayramdır. Evdə qaldıq.
15 May MKS-də Bankə qəsəbəsində Eksperimental zavodunda yaşayıb yaratmış elmlər namizədi Mirzağa Qasımovun 85 illiyi ilə əlaqədar elmi konfrans keçirildi. Tədbirdə alimin övladları, onunla birlikdə işləyib çalışmış şəxslər də iştirak etdi. Onlar Mirzağa Qasımov haqqında xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.
27 May Hava günəşlidir. Enerji birliyində ixtisarlar gedir.
28 May Respublika günüdür. 91 illik yubileyini qeyd etdik.
Dostları ilə paylaş: |