Beşminlik kəndinin salnaməsi



Yüklə 53,49 Kb.
səhifə3/6
tarix10.01.2022
ölçüsü53,49 Kb.
#106517
1   2   3   4   5   6
01.01.2012

1-5 Yanvar İşıq idarəsi işığımızı kəsib. Çöldə qalmışıq.

15 Yanvar uzun sürən xahişlərdən sonra İşığımızı verdilər.

18 Yanvar Şəbəkənin müdiri bizi narahat etməyə başlayıb.İşığı kəsəcəyini dedi.

19 Yanvar Mədəniyyət şöbəsində şəkil Qaleriyasında 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirildi. Biz də iştirak etdik.

20 Yanvar Anım mərasimində iştirak etdik. Şəhid qardaşlarımızın büstü önünə gül-çiçək düzdük.

1 Fevral Kiçik çillə girir, şimal küləyi əsir, tək-tək qar yağır.

17 fevral- Bizdə məktəb ilə birlikdə Xocalı faciəsinin 19-cu ildönümünü qeyd etməyə hazırlaşırıq.

12 Mart axşam Kənd sakini Şükürün oğlu özünü asıb.

19 Mart Bayram ərəfəsindəyik, hamı Novruz bayramını keçirtməyə hazırlaşır. Külək əsir, Mart ayın küləkli olur. Belə bir söz var: “Martda Mərək”

30 Mart Kənd sakini Əliyev Soltanağa oğlu Teymuru bu gün nişanlayır.

5 aprel Qəribə hava var. Hər yanı toz dumanı bürüyüb. Sinoptiklər deyir ki, Ərəbistandan gələn toz dumanıdır. Mən isə belə başa düşürəm ki, Liviyada geden müharibənin əlamətidir. İnsanlar ekologiyanı bilə-bilə korlayır, sonra da deyirlər ki, təbiət həyacan siqnalı çalır.

7 aprel Kənd sakini Sədaqətin evinə axşam oğru giribmiş.Novosilovka sakini Taleh Polisə şikayət ediblər. Onlar möhkəm qorxublar.

8 aprel Kənd sakini Sabirin nəvəsi də gecə başına maska geyib, babasından pul tələb edib. Sabir kişi maskanı çıxardıb və nəvəsini tanıyıb.

10 aprel Kənd sakini Pirverdinin oğlu Ruhinin toyu təxirə salındı. Bibisinin əri vəfat etdiyi üçün. Havalar küləkli keçir.

12 aprel Kənddə Hafisin mağazasını çapıblar.

13 aprel Hava buludludur. Elə qaranlıqdır ki, elə bil gecədir. Adamı vahimə bürüyür. Sonra yağış yağdı. Yağışda dayanan kimi külək başladı.

23 aprel Kənd sakini İradənin böyük qızı Asimanın nişanı oldu.

8 may Şuşanın işğal günüdür.

9 May Qələbə günüdür. Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edildi.

10 May Ümummilli liderimiz Heydər Əliyevin ad günüdür. H.Əliyev Muzeyində tədbirdə iştirak etdik.

27 May Respublika günü münasibəti ilə Mədəniyyət sarayında geniş tədbir keçirildi.

5 İyun kənd sakini Pakizənin oğlu Elxan Kür çayında boğuldu.o, 3 gündən sonra ayın 8-də cəsədi tapıldı.

15 İyun Qurtuluş günüdür, evdəyik.

16 İyun Böyük bayram konserti oldu. Neftçalaya Muğam Festivalının -laureatları, yeni ulduz, xalq ulduzlararı gəlib konsert verdilər.

20 İyul “Gündoğar” qəzetinin 80 illiyi Milli Mətbuatımızın 136 -illiyi ilə əlaqədar MKS-də tədbir keçirildi. Biz də iştirak etdik.

25 İyul Kənd sakini Xanhüseynin qızının toyu oldu.

15 sentyabr Bugün Bilik günüdür. Uşaqlar əllərində gül-çiçək məktəblərə yollanır. Nəvəm Elşən də bu gün 1-ci sinifə gedir.

17 oktyabr kənd sakini Əsədağanın toyu oldu.

18 oktyabr bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20 illiyi tamam olur. Neftçalada tədbir keçirildi. Biz də iştirak etdik.

21 oktyabr Rasimin qızı Nahidənin toyu oldu.

11.11.11 tarixində kənd sakini Güloglanın qızı Pikə gəlin getdi. Kitabxana işçisi olduğu üçün kitabxanaçılarda toyda iştirak etdi.

19 Noyabr Kənd sakini Fərruxun oğlu Ramizin toyu oldu.

6 dekabr Aşura günüdür. Məhərrəm ayının 10-dur.

23-31 dekabr Yeni il gəlir. Əjdaha ili. Hamı bayram əhval ruhiyyəsindədir.

2 Yanvar. Daha bir yeni ilə qədəm qoyduq. Kənd sakini İmran kiüi vəfat etdi.

1 fevral Havalar soyuyub. Qar yağır. Hava gündən-günə soyuyur. Qışın oğlan çağıdır.Kənddə əkin dayanıb.Camaat qardan, soyuqdan kartof əke bilmir.

9 Fevral Qar yağır. Neçə ildir Neftçalaya bu qədər çox qar yağmamışdı. Hər yeri buz bağlayıb.

11 fevral Hər tərəf yenidən ağappaq qara büründü. Günortadan sonra günəş çıxıb qarı əridir.

12 fevral Kənd sakini Ayna xala və kənd sakini Zakir vəfat etdi.Qar əriyir, havalar yaxşılaşır.

21 fevral su çərşənbəsidir. İlin ilk çərşənbəsidir. Yaza təmizlik işləri gedir.

23 fevral Bu gün kitabxanamızda Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar “ Xocalı kömək gözləyir” başlıqlı tədbir keçirtdik. Oxucular, kənd sakinləri iştirak etdilər.

25 fevral Bu gün Mədəniyyət sarayında Xocalı soyqrımı ilə əlaqədar tədbir keçirildi. Biz də iştirak etdik.

26 fevral Bu gün Xocalı soyqrımının 20 illiyidir. 20 il keçsədə elə bil dünən olub. Elə bil ki, bu soyqrımda ölən insanların qışqırtısı hələ də gəlir. Bu insanlığa sığmayan faciənin qisası alınmasa Azərbaycan xalqı sakitləşməyəcək.

7 Mart Hava yaman küləklidir. Kənd sakini Samir yıxılıb əzilib. Həkimlər vəziyyətinin ağır olduğunu deyir.

8 Mart Bu gün Beynəlxalq Qadınlar günüdür. Kənddə sakitlikdir.

10 Mart Novruz bayramı münasibəti ilə tədbir hazırlayırıq.

13 Mart Hava günəşlidir. İlaxır çərşənbədir. Kitabxanamızda Beşminlik klubu “ Novruz gəlir, yaz gəlir” musiqili tədbir keçirtdik. Tədbir aşıq havada keçirildi. Kənd sakinləri və tədbirdə iştirak edən uşaqlar razı qaldılar.

Bu gün həmdə kənd sakini Kəmaləddin Cəfərov vəfat etdi.



18-26 Mart Rayon bayram əhval-ruhiyyəsi yaşayır. Güclü külək əsir. Lap Martda- Mərəkdi.

29 Mart Arifə xalanın nəvəsini Bakıda maşın vurub. Dünən dəfn ediblər.

9 Aprel Kənd Kür çayı boyunca yerləşdiyi üçün çay daşsa kəndi su basmaq qorxusu var. Bənd atma işləri görülür. Hal- hazırda Kürün Böyük Oryad kəndində Kürün sahilində istirahət parkı düzəldilir. Həmçinin Bayraq meydanı da düzəldilir. Camaat əkinlə məşğuldur.

13 aprel Dünən axşamçağı Fövqəladə İşlər Naziri Kəmaləddin Heydərov Neftçalaya gəlmişdi.

14 aprel Bu gün kənd sakini Səxavətin oğlu Eminin böyük toyudur.

16 aprel Hava günəşlidir. Bazar ertəsidir. Bizim istirahət günümüzdür. Müdir bizi işə çağırıb.Görəsən nə olub? Saat 11-də gəldilər. Gültəkin xanımla birlikdə. Məsələ məlum oldu. Kitabxanamızı elektron kitabxana etmək istəyirlər.

21 aprel Gözəl bir yaz günüdür. Təbiətdən zövq almaq zamanıdır, amma bizim kitabxanaçıların kefi pozulub. MKS-nin müdiri Kazımova Elmira 57 saylı filialı elektron kitabxan düzəldir və fond məzmunca köhnəlmiş ədəbiyyatdan silinməlidir.

23 aprel Bu kənddə faciə baş verib. Aminə xalanın oğlu Kazımov Əliağa özünü asıb.

3 May Hava buludludur. Bu gün kompüter kursunu təkrarladıq.

9 May Qələbə günü ilə əlaqədar 1941-1945 –ci illər Böyük Vətən Müharibəsi ilə əlaqədar abidənin önünə gül-çiçək dəstələri düzdük. Veteranlarla görüşdük.

10 May Kənd sakini Rəsulov Sahib nəvəsinə kiçik toy etdi. Axşam kənd sakini Əbülfəzin yoldaşı Hafizə beyninə qan sızıb öldü.

11 May Hafizə torpağa tapşırıldı. Rasimin oğlu Motosikletlə qəza keçirtdi. Vəziyyəti yaxşı deyil.

21 May kənd sakini Nadir Quliyev vəfat etdi. Nadiri son mənzilə yola saldılar.

28 May –Bu gün Respublika günüdür. Mədəniyyət şöbəsi tədbir keçirtdi.Tədbirdə müğənni Rəqsanə iştirak etdi.

31 May 2012-Bu gün orta ixtisas məktəblərində buraxılışdır. Nəvəm Elşən birinci sinifi bitirib , ikinci sinifə keçdi. 1 saylı məktəbdə buraxılışda iştirak etdim . Tədbirdə icra başçısı da iştirak etdi.

1 Iyun Uşaqların Beynəlxalq Müdafiə Günüdür. Aminə xalanın oğlu Əliağanın 40 mərasimində iştirak etdik. Kənd sakinləri su olmadığı üçün əkin əkə bilmədi.

8 İyun Güclü külək əsir. Dünən axşam kənddə yol qəzası olub. Kənd sakini Azər jiquli markalı maşınla kənd sakini Səfərin oğlu Emini motosikletlə (dayanacaqdan aşağı) vurub. Eminin başı əzilib xəstəxanadadır. Yaşar və Cavid də əzilib.

14 İyun Mədəniyyət də qurtuluş günü ilə əlaqədar konsert keçirildi.

26 İyun Gənc Tamaşaçılar Teatrı Neftçalaya gəlmişdi. M. F. Axundzadənin “ Sərgüzəşti Vəziri Xani Lənkəran” dramını nümayiş etdirdilər. Olduqca maraqlı idi. Kənd də su verilmədiyi üçün bu il əhali əkinlə məşğul ola bilmədi.

12 İyul Piralının qızı İlhaməni isti vurub, iflic olub.

5 Sentyabr Kənddə bir neçə şagird Ali məktəbə daxil olub. Mütəllimov Gülağa, Abbasov Hüseyn, Abbasov Tural. Onlara uğurlar arzulayırıq. Ali məktəbində uğurla bitirib, məzun olsunlar. Neftçalamızın fəxridir.

9 sentyabr Bu gün Qabilin oğlu Amilin qız toyu oldu.

10 sentyabr Bu gün polislər Sədaqətgilə gəliblər. Kənd sakini Mütəllimov Elşad başqasından oğurladığı qızılı Sədaqətə satıb. Polislər araşdırır.

12 Sentyabr Kəndi qazlaşdırırlar, gərgin iş gedir. Yağışlardan sonra havalar yenidən istiləşib.

15 sentyabr Hava gözəldir. Bu gün yeni dərs ilinin başlanğıcıdır. Uşaqlar əllərində gül, çiynində çanta, üzlərində sevinc, təbəssüm doğma məktəbə tələsirlər. Müəllimlər də sevinclə şagirdləri qarşılayırlar. Elşən ikinci sinifə gedir.

20 sentyabr Neftçilər günüdür. “Əsrin Müqaviləsi”nin imzalanmasının 18 –ci il dönümü ilə əlaqədar qeyd edilir.

21 sentyabr - Hava günəşlidir. Kitabxanamızda “ Milli Qəhrəmanlar” başlıqlı foto – stent açdıq. Müəllim və şagirdlər iştirak etdilər.

23 sentyabr Bu gün Qabilin oğlu Amilin böyük toyudur. Axşam güclü külək əsdi. Sinoptiklərin verdiyi məlumata görə Rusiyadan soyuq hava kütləsi ölkəmizə daxil olur.

30 Sentyabr Kənd sakini Nəcəfov Rahimin qızının toyudur. Havalar yaxşı keçir.

9 Oktyabr Yollarda hövrülmüş hasarlar sökülür. Ümumiyyətlə reginların inkişafı ilə əlaqədar rayonumuzda quruculuq işləri gedir. Parklar tikilir, yollar düzəldilir.Kür çayının sahilində bayraq meydanı düzəldilir.

17 Oktyabr Firuzənin oğlu Vidadinin ad günüdür. Uşaqlara qonaqlıq verir. Axşam PTSdə işləyən Raqibin oğlunun toyudur.

18 oktyabr Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi günüdür. Mədəniyyət Nazirliyindən 4 nəfər nümayəndə gəlmişdi. Mədəniyyət siyasəti başlıqda məruzə oxudular. Allah özü salamatlıq etsin, nəsə Mədəniyyətin gələcəyin yaxşı demədilər.

24 oktyabr M.Ə. Sabirin 150 illiyi ilə əlaqədar tədbir keçirtdik.

25-29 oktyabr Qurban bayramıdır. Hava gözəldir.

29 oktyabr Havalar günəşli keçir. Kənddə heç bir hadisə baş verməyib.

6 noyabr kənd sakini Namiqin qızının toyu oldu.

12 noyabr Namiqin qızı Elnarə Cəlilabada gəlin köçdü.

19 noyabr Məhərrəm ayı girdi. Yağış yağır, külək əsir. Havalar soyuyur. Kənd camaatı sobaları evində qurur. Odun yarır. Qışa hazırlaşır.

28 noyabr Kənd sakini Pirverdi vəfat etdi. Həmin gün də torpağa tapşırıldı. Uzun zaman idi ki, xəstə yatırdı.

5 dekabr- Seminar oldu və biz də iştirak etdik. Bizim kitabxanaya ən yaxşı kitabxana adın verdilər.

17 dekabr 2012-ci ilin son günlərini yaşayırıq.Bir az qar yağıb, şaxta var.Deyirlər ayın 21-də qaranlıq olacaq, hətta deyirlər Dünya dağılacaq. Bütün dünya bu şayə ilə sirkələnir. Görəsən necə olacaq? Bunaq baxmayaraq Neftçalada gərgin iş gedir. Abadlıq işləri aparılır.

20 dekabr yolun kənarı ilə tikilən mağazalar sökülür. Deyesen Neftçalanın çertyoju yenidən verilib.

21 dekabr Bu gün Mədəniyyət sarayında “ Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdı” konfrans keçirildi. Konfransda iqtisadiyyatın dinamik inkişafı, sahibkarlığın inkişafı və iqtisadiyyatın bütün növlərinin inkişafından danışıldı. İqtisadi inkişaf nazirliyinin nümayəndələrindən Araz Əliyev istehlakçı hüquqlarından danışdı. Kamran Umudov və Vaqif Ataşov əhalinin təhlükəsiz ərzaqla təmin edilməsi və keyfiyyəti olmayan malları almamağdan danışdı. Sahib Kərimov da öz çıxışında “hər bir istehlakçı öz hüquqlarını bilməlidir” dedi.

22 dekabr 21 dekabr qorxusu keçdi. Bütün dünyanı bürüyən bu şayə keçdi. Allah özü kömək olsun insanlara.

24 dekabr İlin sonuna 1 həftə qalıb, soyuqdur. Hamı yeni ili qarşılamağa hazırlaşır. İlan ili gəlir.


Yüklə 53,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin