Beşminlik kəndinin salnaməsi


Aprel Dumandır. Ərazi nümayəndəliyindən gəlmişdilər. Bizim kitabxananın işçilərini Prezident Seçkilərinə müşahidəçi seçdilər. 8 Aprel



Yüklə 53,49 Kb.
səhifə6/6
tarix10.01.2022
ölçüsü53,49 Kb.
#106517
1   2   3   4   5   6
4 Aprel Dumandır. Ərazi nümayəndəliyindən gəlmişdilər. Bizim kitabxananın işçilərini Prezident Seçkilərinə müşahidəçi seçdilər.

8 Aprel Maliyyə Nazirliyindən yoxlama gəlib. Əhali əkinlə məşğuldur. Havalar birdən –birə istiləşib.240-250 istilər olur. Kənd sakini Tamara qəflətən vəfat etdi. Rayonda və bütün Respublikada dahi şəxsiyyət, ümummilli liderimiz H. Əliyevin 90 illiyi ilə əlaqədar tədbirlər start götürüb. Apreldə həmçinin görkəmli oftolmoloq Zərifə Əliyevanın da 90 illiyi qeyd olunur.

9 Aprel Kənd sakini Nailə vəfat edib. Kənd sakini Tamara xala günartadan sonra qəflətən ürəyi dayanıb öldü.

12 aprel Kitabxanamızı təmir etdik. Əhənglədik, boyadıq. Kitabxanamızıda yaz gəldi. Qaldı qapını dəyişmək.

24 Aprel Soyuqdur. PTS-in bütün çəpər və qapıları rəngləndi. PTSədə yaz gəldi.

30 Aprel Soltanağanın oğlu Teymurun böyük toyudur.

1 May Havalar gözəl keçir, Ayların gözəli- gözəl May gəlib. Məktəblilərllə ulu öndərin 90 illiyini keçirtməyə hazırlaşırıq.

3 May Bu gün Seminar Müşavirə də iştirak etdik. Əmək Müfəttişliyindən yoxlama gəlib.

10 May Bu gün ulu öndərimiz H. Əliyevin 90 illiyi tamam olur. Neftçalada anım mərasimi keçirilir. Biz də iştirak etdik.Maliyyə Nazirliyindən yoxlama gəlib, onu gözləyirik.

11 May Yoxlama gəldi Bizim işimizi yoxladı. Hər şey yaxşı oldu. Bizim kitabxanamızı bəyəndi.

14 May Mədəniyyət də Seminar keçirildi. Bütün mədəniyyət müəssisələri, həmçinin kitabxanalarda. Yoxlamanın nəticələri haqqında danışdılar.

23 May Mayak kəndindən kəndimizə köçüb gəlmiş Mütəllimova Həmişəxanım 87 yaşında vəfat etdi.

24 May Həmişəxanımın övladları son mənzilə yola saldılar.

28 May Respublika günü ilə əlaqədar Mədəniyyətdə tədbir keşirildi.

1 İyun Qabilin qızı Fatimənin nişanı oldu.

9 İyun Nadirin nəvəsi Nadirin böyük toyu oldu.

10 İyun İxtiyarın oğlu Şəhriyarın toyu oldu.

13 İyun Cəfər Cabbarlı adına İrəvan dövlət dram teatrı Neftşalaya gəlmişdi.Qurtuluş günü ilə əlaqədar bir əsər idi. H. Əliyevin obrazını çox yaxşı oynadılar.

19 İyun Nadirin anası Tünzalənin nənəsi vəfat edib. Hava tozludur.

28 İyun Neftçala şəhəri günü-gündən gözəlləşir. Rayonda geniş quruculuq işləri aparılır. Kür çayının sahilində yüksək səviyyəli park salınır. Bayraq meydanı yaradılıb.

29 İyun 12 ildir ki kəndə gəlməyən Mirzada xalanın qızı Leyla Türkmənistandandan gəlib. Məscid də anası imam ehsanı verdi.

1 İyul Balabəyim məzuniyyətə çıxdı. Bu gün kənd sakini 54 yaşlı Namiq vəfat etdi. Mədəsində yara var idi, qan açılıb, bogub öldürüb.

11 İyul Kənd sakini çox uşaqlı Arifə xala oğlu Cavidi evləndirmək üçün cöngə saxlayırdı. Heyvan o qədər böyüyüb ki, 300 kq olub. Cavid isə hələ evlənməyib. Məcbur qalan Arifə xala heyvanı kəsdi və satdı. İndi balaca bir dana saxlayır.

15 İyul Havalar kəskin istiləşib.380-400 dərəcə istilik var. Sərinləmək üçün Müşfiq qəsəbəsindəki dənizə gedirik. Doyunca çimib istirahət edirik.

16 İyul. Axşam hamı yatandan sonra saat 2-nin yarısında kənd sakini Şəmsəddinin evinə oğru girib. Şəmsəddin işdə olduğu üçün oğru bunu fürsət bilib. Yoldaşı evin lampasını çıxartdığı üçün oğru heç bir şey tapmayıb. Evdəkilər oğrunun gəldiyini xəbər tutduğunda isə gəlinin gözünə yumruqla vurub ki, qaçınca gözün açıb baxa bilməsin. Hay-şüvən salan ev yiyələri oğrunun qaçmasına nail olublar. Polisə məlumat verilib. Şübhəli var. Hələ dəqiqləşdirilməyib.
Yüklə 53,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin