Beşminlik kəndinin salnaməsi


İyun Beynəlxalq Uşaqlar Günüdür. Bu münasibətlə geniş stent düzəltdirdik.” Uşaqlar dünyanın sevincidir” başlıqlı. 3 iyun



Yüklə 53,49 Kb.
səhifə2/6
tarix10.01.2022
ölçüsü53,49 Kb.
#106517
1   2   3   4   5   6
1 İyun Beynəlxalq Uşaqlar Günüdür. Bu münasibətlə geniş stent düzəltdirdik.” Uşaqlar dünyanın sevincidir” başlıqlı.

3 iyun kənd sakini Əfruzə xala vəfat etdi.

4 iyun Bu gün Kənd sakini Güloğlanın qızı Gülnar gəlin köçür. Allah xoşbəxt eləsin!

13 iyun Neftçala rayon Mədəniyyət və Turizm şöbəsi 15 İyun Qurtuluş günü münasibəti ilə yüksək səviyyəli tədbir keçirtdi.Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Taleh Qaraşovda iştirak etdi.

19 iyunda 57 saylı filial kitabxana Hüseyn Arifin 85 illiyi ilə əlaqədar “ Hüseyn Arif zirvəsi” başlıqlı ədəbi-bədii gecə keçirtdi. Tədbirdə rayonumuzun publisist yazıçıları İbrahim Nurlu, Zabil Pərviz iştirak etdilər. Onlar şair ilə bağlı şirin xatirələrini danışdılar. Rayonumuzun tanınmış musiqiçiləri Alim Əzimov, Elşən Hüseynov, Fuad Mürvətov, saz çalan asif Babayev və başqaları tədbiri daha da canlı etdilər. Tədbirdə rayon Mədəniyyət və Turizm şöbəsinin inspektoru Raqib Əzizov, Həmkarlar İttifaqının Sədri Gülqayıt Mürsəlova və MKS-nin direktor müavini Gülnarə Ələkbərova iştirak etdilər. Sonda xatirə şəkli çəkildi.

23 İyun Hava istidir. Tədbirimizi işıqlandırmaq üçün şəkil və materialları “ Gündoğar” qəzetinin redaktoru Habil Əsədova verdim.

24 iyun Direktoryanı Şuradır iştirak etdim.

9 iyul bu gün seminardır. Günortadan sonra saat 4-də Erevan teatrının tamaşasına baxdıq. Əsər umummilli liderimiz H. Əliyevin hakimiyyətə qayıdışından bəhs edirdi. Bilmirəm hansı aktyor idi, amma Heydər Əliyevin obrazını çox yaxşı oynayırdı.

19 iyul Kənd sakini Əlyavər müəllim qəflətən vəfat etdi. Kənd sakini Mütəllimov Xəqaninin oğlu 3 yaşlı Kamranı tok vurub öldürdü.

21 iyul Külək yavaşıyır. Bu gün günortadan sonra dəhşətli maşın qəzası baş verib. Qqarəvəllidən bəri bizim kəndə gələn yolda Raqib müəllimin oğlu Mübariz maşın qəzasına uğrayıb həlak oldu. O, iyunun 4-ü kəndimizin sakini Güloğlanın qızı ilə evlənmişdi. Bir cavan ailə dağıldı.

31 iyul Sənanın qızının xınayaxtısıdır.

1 Avqust Prezidentimiz İlham Əliyevin rayonumuza gəlişi ilə əlaqədar rayonumuzda abdlıq və təmizlik işləri aparılır.

22 Avqust Ramazan ayı başlayır. Kənddə yay fəsli ilə əlaqədar bolluq hökm sürür.

Sentyabr ayı da bolluqla başladı, əncir, üzüm və başqa meyvə və tərəvəzlər yetişir hamı qışa tədarük görür. Nənələr yaxşı deyirki, 3 ay yığar gətirər, 3 ay vurar dağıdar.



9 sentyabr Ramazan ayı olduğu üçün çox adam oruc tutub. Allah Oruc və namazlarını qəbul etsin.

11 sentyabr MKS sistemində bilik günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə yazıçı publisist İbrahim Nurlu və şairə Zərxanım Ülvi də iştirak etdi.

13 sentyabr hava yaxşıdır. Yeni dərs ili gəlib çatır, hamı məktəbə hazırlaşır. Valideynlər Uşaqlarına məktəb ləvazimatları və paltar alırlar.

15 sentyabr bu gün yeni dərs ilinin (2009-2010 ) başlanğıcıdır. Uşaqlar məktəbə gedir. Küçələrdə canlanma var.

16 sentyabr Axşamüstü güclü yağış yağdı.

20 Sentyabr Ramazan bayramıdır. Günortadan sonra Neftçalaya sel düşdü. Hər yanı su basdı. Kənddən keçən baş yolda ağır yol qəzası baş verdi. 2 nəfər yaralıdır. Xəstəxanaya çatdırıblar. 21-22 sentyabr yağış yağır. Su maşınları ilə küçələrin, və evlərin altına olmuş suyu çəkirlər.

23-25 sentyabr. Yağış yağmağa davam edir.

30 sentyabr Qızıl payız hökm sürür. İnsanlara öz tövhələrini verir.

01 oktyabr 2009cu il. Hava günəşlidir. Mənim 55 yaşım tamam olur, amma çox gərginəm,oktyabrın 8-də atestasiyadan keçməliyəm. Özümə əminəm, amma həyacanlıyam.

02 oktyabr Günortaya qədər atestasiya ilə əlaqədar Metodika şöbəsində oldum.

03 oktyabr. Hava dumanlıdır. Kənd sakini Əlibalanın oğlu Vicayın toyudur.

05 oktyabr. Kənd sakini Əlibalanın yoldaşı ürə toydan 2 gün sonra 52 yaşında qəflətən vəfat etdi. Bu bədbəxt hadisə hamını təəccübləndirdi.

08 oktyabr. MKS-də atestasiya keçirildi və biz də bu atestasiyadan uğurla keçdik.

11 oktyabr. Bu gün kənd sakini Cavidin oğlu Bilalın toyudur.

13 oktyabr Kənd sakini Bəxtiyarın qızı Gülcahan kənd sakini Əlinin oğlu Nurəddinə nişanlandı.

16 oktyabr kənd sakini Alimin oğlu Ruslanın toyudur. Həmçinin bu gün Böyükxanımın kürəkəni Mahiri narkotik satdığı üçün tutublar.

19 oktyabr kənd sakini Namikin qızı Aynurə Bakı şəhərinə gəlin köçdü.

21 oktyabr. Kənd sakini Aminə xala xəstədir. Bakıya apardılar. Allah şəfasın versin! Axşamçağı Neftçala şəhərində yaşayan Valehin oğlu Vüsal bacısı Təranəni boğub öldürdü.

23 oktyabr hava günəşlidir. Havanın belə olması insana ləzzət verir. Qızıl Payız öz bol süfrəsini açıb insanlara paylayır.

4Noyabr Axşam yağış yağıb. Hava soyuqdur. İşıqlar da tez-tez sönür.

13 noyabr Pakizənin kiçik oğlu Yaşarın toyudur.

18 noyabr- Hava soyuqdur, külək əsir, deyəsən qış gəlir. Qubaya 70 sm qat yağıb.

27-28-29-30 noyabr Qurban bayramıdır.

21 dekabr- Kənd sakini Nadir dayı 70 yaşında rəhmətə getdi.

23 dekabr Bələdiyyə seçkiləri günüdür.

25 dekabr-Məhərrəm ayının 15-ci günüdür.

01 Yanvar 2010-cu il Yeni il Pələng ili gəldi. Görək bu ildə Bizi nələr gözləyir. Allah salamatlıq etsin.

11 Yanvar 58 Yaşında Kənd sakini Mütəllimov Mirağa evdən işə qayıdanda ürəyi tutub öldü.

12 Yanvar Dünən rəhmətə gedən Mirağanı bu gün Qaravəlli qəbirstanlığında dəfn etdilər.

19 Yanvar MKSnin də 20 Yanvar faciəsinin 20 illiyi ilə əlaqədar “ Əsrin faciəsi” başlıqlı tədbir keçirildi. Tədbirdə 20 faciələrini öz gözləri ilə görmüş və Neftçalada törədilən 25 Yanvar hadisələrinin içində olan İmamverdi Zeynalov iştirak etdi. O, həmin hadisələrdən və öz başına gələnlərdən danışdı.

20 Yanvar Haava yağışlıdır, bütün Neftçala camaatı 20 Yanvar şəhidlərinə ucaldılmış abidənin önündən keçdi və gül- çiçək dəstələri düzdülər. Biz də həmçinin.

29 Yanvar Mədəniyyət vəə Turizm Nazirliyinin müdiri hesabat verdi.

01 Fevral həftənin 1-ci günüdür. AZ enerjidən yoxlama gəlib.

02 Fevral Gənclər günüdür. Neftçala rayon Mədəniyyət və Turizm şöbəsi geniş tədbir təşkil etmişdir. Çox gözəl tədbir idi. Biz də iştirak etdik.

17 Fevral Neftçala rayon Elektrik paylama dairələrində yoxlama davam edir.

25 Fevral Hava yaxşıdır. Xocalı faciəsinin 18-ci il dönümü münasibətilə klubla brlikdə anım mərasimi keçirtdik.

26 Fevral Neftçala rayon Mədəniyyət və Turizm şöbəsi Xocalı faciəsi ilə əlaqədar ədəbi- bədii kompazisiya keçirtdi. Bizdə iştirak etdik.

27 FEVRAL Yağış yağır kitabxana da oturub işləyirəm.

1 Mart Kənd sakini Hacı İraz 76 yaşında vəfat etdi.

15 Mart hava tutqundur. Bakıdan gələn yoxlama işıq idarəsini yüksək gərginliklə birləşdirdi.

16 Mart il- axı r çərşənbədir. Hava buludludur.

20-28 Mart kimi bayramdır qeyri- iş günüdür.

28 Mart Hüseynalının böyük oğlu Şahini Qazaxıstanda öldürüblər. Həyat yoldaşı onun ele orada dəfn olunmasına nail oldu. Əmisi isə burda yas mərasimi təşkil etdi.

30 Mart Hava günəşlidir. Kənddə hərə öz işi ilə məşğuldur. Kür çayını sahilində yerləşən bu kəndin torpağı münbit olduğu üçün əhali əkinlə məşğuldur.

1 Aprel Yağış yağır Kür çayı 80-sm qalxıb, yaxşı balıq çıxır. Əhali balıq ovlayıb satırlar.

2 Aprel Gözəl, xoş bir aprel səhəridir. Kənddə sakitlikdir.

3 Aprel Hava günəşlidir şənbə günüdür. Şənbə günü PTS darıxdırıcı olur sakitlikdir.

9 Aprel Kənd sakini Aslanov İrazın ölümünün 40-cı günüdür.

10 Aprel Kənd sakini İbrahimin oğlu Əmrah vətənə borcunu qaytarıb əsgərlikdən qayıtdı.

20 Aprel Kənd sakini Firudin müəllim uzun sürən xxəstəlikdən sonra 77 yaşında vəfat etdi.

24 Aprel Gecə səhərə kimi yağış yağıb. Ənd sakini İbrahimin qızı qaçıb. Atası məcburən xalası oğluna verdiyi üçün öz sevdiyinə qoşulub qaçıb.

29 Aprel kənd sakini Xanlar 38 yaşında vəfat etdi. 2 uşağı yetim qaldı.

1 May şənbə günüdür kitabxanamızda iməclikdir.

2 May Kənd sakini Şuşəbalanın qardaşı Ədalət uzun surən xəstəlikdən sonra vəfat etdi. Şirvan şəhərində yaşayırdı. Yas mərasimi bacısıgil də, bu kənddə keçirildi.

3 May Yağış yağır 4-9 -na kimi Kür çayının səviyyəsi xeyli qalxıb. Hər yeri su basıb. Dəyəsən dünyanın sonu yaxınlaşıb.

10 May kənd sakini Bayram kişi 84 yaşında vəfat etdi.

12 May Əlinin qızı Jalə nişanlandı.

13 May Kür çayının səviyyəsi günü-gündən qalxır.

20 May hava günəşlidir. Kür çayının səviyyəsi 5 sm düşüb. Televizorda danışan alimlərin fikrindən belə qənaətə gəldim ki, Kürün səviyyəsi təbii yox süni şəkildə artılıb. Bunu da düşmənlərimiz edib.

1 İyun 2010-cu il Uşaqların Müdafiə günü münasibbəti ilə kitabxanada tədbir keçirilir. Məndə nəvlərim Elşən və Leylanı aparıb tədbirdə iştirak etdim.

10 İyun Elektrik şəbəkəsinin müdiri Şirəliyev Vurğun işinə qayıtdı.

13 İyun Kənd sakini Gözəlov Rafael uzun sürən xəstəlikdən sonra vəfat etdi.

24 iyun- Bu axşam kənddə bədbəxt hadisə baş veriib. Kənd sakini Kamaləddinin oğlu Cəfərov İmaməddin balıq böyütmə məntəqəsində gözətçi işləyirmiş.O, Dənizçilik Akademiyasının 2-ci kurs tələbəsi idi.Guya balıq ovuna gələnlər onu güllələyiblər. Hadisə ölümlə nəticələnib. Faktla bağlı araşdırma aparılır. Hüzn mərasimi ana nənəsi Zərxanımgilə aparılır. 25 iyunda mərhumu torpağa tapşırdılarr. Bu axşam saat 2-nin yarısında güclü tufan qopdu. Elə bil dünyanın axırıdır. Qorxudn adamın bağrı yarılırdı. Səhərə qədər səngidi(24dən-25nə keçən gecə).

1 İyul 2010-cu il Yenə külək əsir tozanaqdır. Kəmaləddinin oğlunu öldürən hələki tapılmayıb.1-ci və 2-ci Mayakda kişiləri yoxlayırlar.Qatili axtarırlar.

8 İyul kənd sakini Dəstə xala uzun sürən xəstəlikdən sonra vəfat etdi.

14 İyul Bu gün MKS-da Milli Elmlər Akademiyasının elmi işçisi Anar Ağalarzadənin “ Əbədiləşən görüşlər”adlı kitabının təqdimatı keçirildi. Bizim filialda bu görüşdə iştirak etdi. Çox maraqlı görüş oldu. Kitab Heydər Əliyevin və İlham Əliyevin Neftçalaya gəlişindən bəhs edirdi.

29 İyul Kənd sakini, müharibə veteranı Qulamhüseyn dayının nəvəsi Malikin qırxıdır.

25 avqust Ağakərim vəfat etdi.

27-28 Avqust Astronomların dediyinə görə gecə saat 2-də göydə Mars Ay boyda görünəcək.

29 Avqust İranda zəlzələ olub.

30 Avqust Hava cox istidir. Parlament Seçkilərinə hazırlıq gedir.

5 sentyabr Kənd sakini Ədalət uzun sürən xəstəlikdən sonra vəfat etdi. Oryad sakini Kitabullanın oğlu Mərifət çöldə quş vurarkən öz ov tüfəngindən açılan güllə özünə dəyib onu öldürdü.həmn gün də torpağa tapşırıldı. Havalar çox isti keçir.

7 sentyabr mənim məzuniyyətim başa çatdı, bu gündən işə çıxırm.

9-10 sentyabr Ramazan bayramıdır. Kənd sakini Mütəllimov Ələkbər İbrahim oğlu vəfat etdi.

20 sentyabr Neftçilər günüdür.Hava yaxşıdır.

23 sentyabr Hava buludludur. Heç bir hadisə baş verməyib. Qızıl Payız mövsümü başlayıb.

24 sentyabr Bu gün MKSdə “ Xəzər nəğmələri” ədəbi birliyinin 35 illik yubileyi qeyd olundu. Biz də iştirak etdik. Bütün üzvlər gəlmişdi. Birliyin sədri Soltan Abbas “ Xəzər nəğmələri” nin almanaxını buraxmağı irəli sürddü. Bu zəka sahiblərini oturub dinləmək nə qədər xoşdur.Hamı xoş təəssüratlarla qayıtdı.

01 Oktyabr Külək əsir. Kənddə sakitlikdir. Mənim 56 yaşım tamam olur. Ömrünün 26 ilini bu kitabxanada keçirtmişəm. Əmək fəaliyyətinə 1986-cı ilin fevral ayında, bu kitabxananın ilk fəaliyyətə başladığı gündən başlamışam. Hələ ki,işləyirəm.

2 oktyabr Axşam çoxlu yağış yağıb. Hava sakitləşib, soyuyub.

6 oktyabr Kənd sakini Əlinin oğlu Hüseynin böyük toyudur. Bərk külək əsir.

8 oktyabr Bu gün seminardır. Mən 9- aylıq hesabat verdim, seminardan sonra “ Gənc dost, gələcəyini özün seç” başlıqlı tədbir keçirildi. Tədbirdə polis işçisi Aydın Veysəlov, həkim Balamirzə, müəllimlər iştirak etdilər.

12 Oktyabr Kənd sakini Əlinin oğlu Fərərin toyudur. Qaffur müəllimin qızı Vüsalə ilə evləndilər.

20 Oktyabr Dünən deputatlığa namizədlərdən Dilbər Rzayevə seçki məntəqəsinə gəlib. Seçicilərdə görüş keçirdib.

23 oktyabr Güclü külək əsir, şənbə günüdür. Dünən kənd sakini İbrahimin qızı Zərxanımın toyu oldu. Atası vermədiyi adama ərə getdiyi üçün atası onu lənətləyir.

24-25 Noyabr Kənd sakini 94 yaşlı Zəhra xalanın vəziyyəti ağırdır.

5 Noyabr Seçkilərə 2 gün qalıb. Deputatlığa namizəd Arif Rəhimzadə ilə seçicilərin görüşü oldu. Biz də iştirak etdik.

13 Noyabr – 17 Noyabr “Milli Dirçəliş günü “ ilə əlaqədar tədbir keçirtdik.

17 Noyabr Qurban bayramıdır.

25 Noyabr MKS-də xalq şairi B. Vahabzadənin 85 illik yubileyi münasibəti ilə tədbir keçirtdi. Biz də iştirak etdik. Tədbir xoş təəsuratlarla başa çatdı.

4 dekabr Kənd sakini Mütəllimova Elşad və bacısı oğlu Ramalı maşın vurub,xəsarət alıblar.

5 dekabr Kənd sakini Aslanov Fərrux oğlu Ramizi nişanladı.

9 dekabr Hava günəşlidir. Enerji idarəsində Müdriyyət dəyişikliyi oldu. Məlikram adlı şəxs müddir təyin olundu.

16 dekabr İsalam tarixi ilə Məhərrəm ayının 10-da qətil sındı.(Aşura günü)

19 dekabr da kənd sakini Mütəllimova Zəhra 94 yaşında vəfat etdi.

29 dekabr ibtidai məktəb ilə birlikdə “Yeni ildə həmrəy olaq, bir olaq” tədbir keçirtdik.Yeni il ərəfəsindəyik. Hamı 2011-i səbrsizliklə gözləyir.


Yüklə 53,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin