Fatimə(s) elə bir xanımdır ki, göylərin sakinləri yerin sakinlərindən öncə Onun Əli(ə) ilə izdivacını bayram etdilər. O, bütün pisliklərdən,
nöqsanlardan və çirkinliklərdən təmizlənmiş pak-pakizə bir xanımdır.
Allah-taala onu hətta cismani baxımdan da bütün xanımlardan fərqləndirərək Bətul adlandırdı.
Fatimə(s) müsəlmanların Həbəşistana hicrət etdiyi ildə, yəni besətdən beş il sonra dünyaya gəldi və on səkkiz yaşında şəhid oldu. (“Biharul-ənvar” cild 43, səh. 101; “Murucuz-zəhəb” c. 2, səh. 289).
Aişə, Əmr ibn Səd ibn Malik, ibn Abbas və başqaları nəql edir ki, Fatimənin(s) nütfəsi Rəsulullahın(s) meracda yediyi Behişt meyvəsindən bağlandı. (“Biharul-ənvar” c. 43, səh. 4-6; “Əl-mustədrək ələs-səhihəyn” c. 3, səh. 156; “Əd-durrul-mənsur” c 4, səh 153).
Fatimə bütün xanımlardan əfzəldir, hətta Məryəmdən(s) də! Çünki:
-
Ər-rəsailul-etiqadiyyə kitabında səh 459-da Səhihi-Buxari c 5, səh 36-da belə yazıldığı nəql olunur ki, Fatimə(s) Məryəmdən(s) əfzəldir, çünki o Behişt xanımlarının xatunudur, Məryəm(s) isə onlardan biridir.
-
Rəsulallah(s) buyurub: Fatimə(s) əvvəldən axıra qədər bütün xanımların xatunudur, amma Məryəm(s) öz əsrinin xanımlarının xatunu idi.
Bunları deməklə Həzrəti Məryəmin(s) məqamının kiçik olduöğunun deyil, Həzrəti Fatimənin məqamının daha böyük olduğunu göstərmək istəyirik. Sonuncu hədis imamlardan(ə)da nəql olunub.
(“Zəxairul-uqva” s. 43; “Əl-İstiab” c. 4, s. 376; “Biharul-ənvar” c. 43, səh. 37.)
Fatimə(s) Mübahilədə, yəni İsanın(ə) Allah deyil bəşər olması üçün təşkil olunan məclisdə iştirak edir. Fatiməni(s) özü ilə aparmağı Rəsulullaha(s) Allah-Taala tapşırmışdı. Çünki o cənab nə edirdisə Allahın məsləhətinə əsasən edirdi, xüsusilə böyük işləri!
Beləliklə Fatimə(s) İslamın və imanın qiyamətə qədər haqqa niyyətinin
canlı sənədinə çevrildi. Beləliklə məlum oldu ki, Allahın nəzərində Rəsulullaha(s) ən əziz, və beləliklə Allaha ən əziz qadın həzrəti Fatimədir(s).
Beləliklə Allah-taala subut etdi ki, bu xanım İslamın sənədidir və bu sənədə toxunmaq İslamın kökünü kəsmək deməkdir. Allah hamıya başa saldı ki, bu pak insanlarla pis rəftar etmək hər şeyin məhvi deməkdir, onlarsız bu dünyada hər bir şey dəyərsizdir («Kafi» c. 1, səh. 179-189).
Tarix boyu çox kişilər və çox qadınlar kamilləşərək nümunəvi insanlara
çevrilmişlər. Amma Rəsulullah(s) kamilliyin kişi zirvəsini fəth etdiyi kimi
Fatimə(s) da qadınların kamillik zirvəsini fəth etdi. Deməli İslam ən ali
din olduğu kimi, Fatimə(s) da ən yaxşı nümunəvi xanımdır.
Fatimə(s) Təthir ayəsinin ən bariz nümunəsidir. Hətta müxalif olanlar da, Əhli-Beytin digər üzvlərini ayədən kənar saymaq istəsələr də Fatimə(s) haqqında heç bir etiraz edə bilmirlər. Səhihi-Müslüm Təthir ayəsi barədə buyurur: “Fatimə(s) mühəddəsədir”. Mühəddəsə o şəxsə deyilir ki, mələk ona hədis söyləsin. Fatimə(s) belə idi. “Cəbrayil(ə) Fatimənin(s) yanına gəlir, atasının vəfatına görə ona başsağlığı verir, atası və onun məqamı barədə onunla söhbət edir, ondan sonra övladlarının başına gələcək hadisələrdən onu xəbərdar edirdi. Həzrəti Əli(ə) da onları yazırdı. Bu yazı həmin Fatimə(s) müshəfidir “ («Kafi» c. 1 səh. 240-241, 457-458; “Biharul-ənvar” c. 27, səh. 545; “Mənaqibi-ali Əbutalib” c. 3, səh. 337)
Bu əhvalat çox maraqlıdır. Görün! Rəsulullahdan(s) sonra iki nəfər, nübuvvət bağçasının iki bağbanı, ümmətin arasında tayı-bərabəri olmayan iki məsum Həzrət Cəbrayıl(ə) ilə söhbətdədilər. Görün! Digərləri fəzilət qazanmaq mübarizəsində olduqları bir vəziyyətdə, bu ev dustaqları məlaikə ilə ünsiyyətdədir. Allahu Əkbər! Əlbəttə ki, bu iki nurun mələklərlə ünsiyyətini inkar edənlər tapılacaq. Çünki, elə bu ümmətin içərisində elələri var idi ki, nübuvvətin sonuna qədər Rəsulullahın(s) Allah tərəfindən söz deməsinə və mələklərlə ünsiyyətinə inanmadılar. İndi deyin görüm nə qədər səhih hədis qeyd etməliyik ki, onların varisləri Əli(ə) vəFatimə(s) mələklərlə söhbət etdiyinə inansın? Axı buna inanmaq üçün insan ruhunun təmizliyi, insan zehnin məntiqlə düşünmək qabiliyyəti olmalıdır!
Zəhra(s) ümmətin imanı üçün meyar, məhək, mizan və tərəzidir. Çünki onun razılığı və qəzəbi Allahın vəpeyğəmbərininrazılıq qəzəbidir. Rəsulullah(s) buyurub: “Fatimə(s) mənim bir parçamdır. O mənim sinəmdə yerləşən qəlbimdir. Hər kəs ona əziyyət versə, mənə əziyyət vermişdir. Hər kəs mənə əziyyət versə şübhəsiz Allaha əziyyət vermişdir. Fatiməni(s) sevindirən məni sevindirir və onu qəzəbləndirən məni qəzəbləndirir. (” Məcmuz-Zəvaid” c 9, səh 203; “Mustədraku-Hakim” c 3, səh 154; “Kənzul-ummal” c 13, səh 13.)
Bu çox böyük və əhəmiyyətli kəlamdır, çünki:
-
Bilirik ki, Rəsulullah(s) yalnız dinə görə qəzəblənir və ya şad olurdu.
-
Rəsulullahın(s) sevinci və qəzəbi Allahın sevinci və qəzəbi idi. Bu göstərir ki, o cənabın vücudu Allahın əmri ilə hərəkət edirdi. Deməli bu kəlamı biz ilahi vəhydən qaynaqlanan bir söz kimi qəbul etməliyik.
-
Əgər bu əzizlik cismani və yalnız maddi əzizlik kimi qəbul edilsə əhəmiyyətdən düşər. Çünki, Allah-təala Həzrəti Nuh(ə)-ın oğlunu kafir olduğu üçün Həzrəti Nuh(ə)-dan ayırdı. Deməli Fatimə(s) təkcə Peyğəmbər qızı olduğu üçün deyil, həm də və xüsusilə də öz ləyaqətinə görə bu qədər əzizdir.
-
Bu kəlamı Rəsulullah(s) o vaxt buyurdu ki: “Fatimə, qadın üçün nə yaxşıdır?” o isə cavabında belə dedi: “Nə o kişiləri görsün, nə kişilər onu görsün. ” Yəni Rəsulullah(s)-ın bu kəlamı söyləməsinə səbəb və zəmin, Həzrəti Fatimənin(s) mərifəti oldu.
Fatimə(s) bir ideal, nümunə və örnək idi. O, bu ideallığını əməldə göstərirdi. Onun Peyğəmbər(s) məscidində və ənsar xanımlarının arasında söylədiyi xütbəyə yaxşı diqqət yetirilsə, məlum olar ki, bu xütbə tək başına bütün nəsillər üçün insan islah edən bir məktəbdir.
Hədislərdə deyilir ki, Xanim Fatimə hətta qeyri müsəlman xanımların toylarında onların dəvəti ilə iştirak edirdi. Həzrəti Fatimə(s) öz boyunbağını və uşaqlarının bir döşənəcəyi bir dilənçi ərabiyə bağışladı. Fatimə(s) öz iftarını yetimə, əsirə və miskinə verdi. Rəsulullah(s)-ın Zəhra(s) haqqında buyurduqları bais olmuşdu ki, onun evi xanımların muraciət mərkəzinə çevrilsin.
Həzrəti Əli(s) buyurur: “ Mədinə qadınları və Fatimə(s)-ın qonşuları onunla sıx əlaqə saxlayırdılar və onun evinə get-gəl edirdilər. ” (“Nəhcül-bəlağənin şərhi” cild 9, səh 198.)
Dostları ilə paylaş: |