2 aparıcı sənəyə daxil olur.
I.Aparıcı:
Salam əziz dostlar, hörmətli tədbir iştirakçıları.
II.Aparıcı:
Hörmətli qonaqlarımız! Bu gün gözəl insan,
nümunəvi mədəniyyət işçisi, şair-jurnalist Bəxtiyar
Muradovun anadan olmasının 60 illik yubileyinə
həsr olunmuş “Ömür bir yuxu imiş” adlı şeir
gecəsində hər birinizi xoş gördük.
I.Aparıcı:
Gəlin əvvəlcə Bəxtiyar Muradov şəxsiyyətinin
ömür salnaməsini vərəqləyək. Kimdir Bəxtiyar
Muradov?.
II.Aparıcı:
Bəxtiyar Muradov 1953 – cü il Goranboy rayonu-
nun Dəliləməmmədli kəndində anadan olmuşdur.
orta məktəbi müvəffəqiyyətlə başa vuran Bəxtiyar
Muradov 1978-ci ildə H.B.Zərdabi adına Gəncə
Dövlət Pedoqoji İnstitunun filologiya fakültəsini
bitirmişdir.
I.Aparıcı:
Bəxtiyar müəllim bədii yaradıcılığa gənc yaşlarından
başlayıb.Yerli və respublika, habelə Rusiya
mətbuatında şeirləri və publisistik yazıları
çap olunub.
II.Aparıcı:
O, ümumşəhər tədbirlərinin proqram-ssenari
müəllifidir. Müstəqillik, vətənpərvərlik,
azərbaycançılıq, türkçülük ideyası, milli adət-ənənələr, soykökünə bağlılıq onun yaradıcılığının əsas motivini təşkil edir. Gəncənin “Şəhər gününə”həsr etdiyi “Gəncə bayramın mübarək” şeri
I.Oxucu:
Ana yurdun şəhərisən,
Dünən, bu gün səhərisən,
İpək yolun üstdə zərsən,
Gəncəm, bayramın mübarək!
Oğulların igid, ərdi,
Comərd Qəssabdı, Bəndərdi
Azərbaycana sipərdi,
Gəncəm, bayramın mübarək!
II.Oxucu:
Xan çinarlar qatar-qatar,
Hər daşında min sirr yatar,
Şöhrətin cahana çatar,
Gəncəm, bayramın mübarək!
Gündüzlərin təmtəraqlı,
Gecələrin çil-çıraqlı,
Süfrələrin dost-qonaqlı,
Gəncəm, bayramın mübarək!
I.Oxucu:
Sən ömrümün sevincisən,
Qoca şərqin incisisən,
Şəhərlərdən birincisən,
Gəncəm, bayramın mübarək!
“Şəhər günü”n təntənədir,
Bu təntənə ənənədir,
Bu təbriklər bil, sənədir,
Gəncəm, bayramın mübarək!
II.Aparıcı: Qədim Gəncə torpağı ulularımızdan yadigardır. Bu
yadigarı göz bəbəyimiz kimi saxlayıb, canımızla,
qanımızla qorumaq hamımızın müqəddəs borcudur.
Dostları ilə paylaş: |