Bəxtiyar Tuncay Adil Gəray Xanın yarlıqları


Xan Adil Gəray bin Dövlət Gəray Sultan



Yüklə 2.15 Mb.
səhifə6/6
tarix26.03.2020
ölçüsü2.15 Mb.
1   2   3   4   5   6

Xan Adil Gəray bin Dövlət Gəray Sultan.

Bi-məqam Bağçasaray əl-məhrusə (Документы Крымского Ханства.., 2017, s. 254-255).

Adil Gəray Xanın elmə məlum sonuncu, on üçüncü yarlığı da Moskva çarı Aleksey Mixayloviçə göndərilib. 1671-ci il tarixdə göndərilmiş bu ikinci məhəbbətnamə yarlığı Hüseyn Fеуzxanovun arxivində “№ 229” şifrəsi altında qeydə alınıb.



Yarlığın qısa məzmunu belədir:

Hicri 1081-ci il. Elçi Mustafa ağanın qışın sonlarında Kırıma dönüşü, katib Qavril Mixaylovun çardan məhəbbətnamə məktubu gətirməsi. Çarın elçisinin qəbulu. Elçi Vasiliy Yelçinin xanın şərtnaməsini çara çatdırması. Şərtnamədə almaşuvun cari ildə Buzuk sahilində, sonrakı illərdə isə əvvəllər olduğu kimi Valuykada keçirilməsi barədə maddə. Çarın xana məhəbbətnamə məktubu göndərərək, yoldakı çoxsaylı oğrular səbəbindən xəzinənin və boyar Şeremetin azad edilmə bahasının Buzuka gətirilməsinin qeyri-mümkün olduğunu bildirməsi. Almaşuvun məhz Buzukda keçirilməsi barədə xanın israr və buyuruğu. Üç illik xəzinənin və boyara görə pul haqqının Buzuk sahilindəki Siyak qalasına çatdırılması barədə xanın şərti. Xanın Şeremeti, çarın əvvəlki elçilərini və dilmancını tatar əskərlərinin müşaiyəti ilə almaşuva göndərməsi. Çapar Əbülqazinin xandan çara məhəbbətnamə yarlığı ilə yola düşməsi. Xanın şərtnaməyə sadiq qaldığını bildirməsi və çara onun buyuruqlarına əməl etməsini istəməsi. Xanın10 tiyiş (hədiyyə) barədə əvvəlki xahişini yenidən xatırlatması. 10 tiyişin çatdırılmasının istənməsi. Xanın Terek qalası yaxınlığında əsirlərin alınması üçün kərəçi Qanmühəmməd Mirzəyə çox miqdarda mis axçanın verildiyini xatırlatması.



Çarın öz məhəbbətnaməsində dilmanclıq edən erməni Laçına gümüş axça verildiyini bildirməsi və adamlarının hiyləyə baş vurduqlarının inkarı. Laçının Terek yaxınlarında ölümü. Qazipoladın əlindəki axça. Qazipoladın pulla bağlı hiyləsi. Tatarlara gümüş axça verən Qazipoladın cəzalandırılması barədə xanın xahişi. Boyarların xristianlığı qəbul etdirmək məqsədilə müsəlman əsirlərə verdikləri işkəncə. Əsirlərin almaşuva göndərilməsi şərti. Kırımdakı əsirlərin almaşuva göndərilməsi. Xanın gələn dilmancın böləklər (kiçik hədiyyələr) gətirmədiyini bildirməsi. Xanın dostluq şərtinə sadiq qaldığını təsdiqləməsi. Xanın məhəbbətnamə yarlığındakı istəklərin yerinə yetirilməsi. Tatar əsirlərin Mustafa ağa tərəfindən gətirilən kazak əsirlərlə dəyiş-düyüşünün baş tutmaması. Bununla bağlı dəftərin tərtib edilməsi. Səfər ağa xanın nümayəndəsi təyin olunur. Əsirlərə görə pulun və əsirlərin Səfər ağaya verilməsi barədə xahiş.

Yarlığın orijinal mətni belədir:

Hu.

Adil Gəray Xan bin Dövlət Gəray Sultan.

Sözümiz.

Tañrı Təbarək və Təalaniñ rəhmi və inayəti milən Uluğ Orda və Uluğ Yurtnıñ, Dəşt-i Qıpçaq və Təxt-i Qırımnıñ və sansız köb Tatarnıñ və sağışsız köb Noğaynıñ və Tat milən Tavgaçniñ və Tağ aralay Çərkəçniñ uluğ padişahı bolğan ütarid-i fətanət ali-mənqibət min uluğ Adil Gəray Xan damə dövlətühu və nüsrətühu əli yövmül-Mizan həzrətlərimizdin qardaşımız uluğ padişah, Xan, həm uluğ biy Aleksay Mixaylaviç, cümlə Uluğ və Küçük və Aq Urusnıñ pənahı və köb məmləkətlərniñ və yerlərniñ, məşriq və məğrib və şimal tərəfində bolğan köp xirstiyânnıñ ata və babadın ola kəlmiş padişahı və hükümdarığa köpdin köb səlam etüb, tatuvlıq milən hal və xətriñüz sorğanımızdın soñra ilam yarlığ-i şərif dövlət-rədif Xani halə biñ səksən bir tarixində elçimiz Mustafa ağa birlən köndərilən mühəbbətnamə xəttiñiz qışnıñ axır ayında munda bolğan elçiñiz yazıçı Ğavrila Mihaylav yediylə vasıl bolğanda körünüşimizgə alub, mühəbbətnamə xəttiñizni oqutub, mühəbbətlik milən tiñləyüb, mühəbbətlik cəvablarıñuznıñ barçası məlum-i şahanəmiz bolğandır.

Mundın burun elçiñiz Vasiliy Yalçin milən qaim barışlıq içün köndərilgən şərtnamə xətt-i şərimizdə bu bir yılğa almaşuv Buzuqda bolub, özgə yıllarda əski adətçə Valükadə bolurı içün yazılğan erdi. Siz qardaşımız taqı mühəbbətnamə xəttiñizdə hırsız adamlar səbəbli xəzinə və boyarıñuz Vasiliy Barisaviç Şeremetavnıñ culuv bahası Buzuqğa barub, almaşuv anda bolurına hər kəz imkan yoqdur deyüb yazubsız. Hırsız adamlardın imanub bu bir yılğa almaşuv Buzuqda bolmas dimək oxşavlı söz tügüldir. Şərtnamə xətt-i şərifimizdə yazılğan söz bozulmaq iki tərəfdın uluğ saqınçada bolurı lazımdır. Ol səbəbli almaşuv bu bir yılğa Buzuqdan ötüb, Valükağa varırğa əmrimiz yoqdur. Mühəbbətlik xəttiñizdə yazılğan üç yıllıq xəzinə və boyarıñuz Vasiliy Barisaviç Şeremetavnıñ culuv bahasın Buzuqda Siyaq digən qalağa kətürürgə buyurğay erdiñüz. Halə almaşuv biy milən boyarıñuz Vasiliy Barisaviç Şeremetav və əvvəlki elçiləriñüz və halyə kəlgən tilmaçiñiz əskər kişilərimiz ilə köndürülmək səbəbli işbu mühəbbətnamə xətt-i şərifimiz təhrir olunub, cel çapqunımız Əbülğazi köndərilmişdir. Buyurdum ki, İnşəAllahu Təala, vardığında təcil körünüşiñizğə alub, mühəbbətnamə xətt-i şərifimizni oqutub, mühəbbətlik birlən yaxşı tiñləğəy erdiñüz.

Şərtnamə xətt-i şərifimizdə nə yazılub Quran üstündə şərt qılınub, dostluq və mühəbbətlik qaim qılındı ersə, ol şərt mücibinçə dostluq və mühəbbətlikdə ömür axırğaçə taymay turarmız. Siz qardaşımız da bolsañuz, dostluq və mühəbbətlikdə bolub, şərtnamə xətt-i şərifimizdə yad qılınğan yazuv mücibinçə hər cəvabımıznı yerinə kəltürgəy erdiñüz və bundan müqəddəm biz Xan-i əzəm həzrətlərimiz siz qardaşımızdın on tiyiş tilək qılğan erdik. Şimdi də bolsa, tilək qılarmız kim, dostluq və mühəbbətlik səbəbli ol on tiyişni birmək buyurğay erdiñüz və Şirin Qanmühəmməd Mirzə qərəçimizniñ Terek qalasında culuv alışğan tusnaqlarınıñ culuv bahası içün berilgən köb aqça baqır çıqğan səbəbli bundan müqəddəm siz qardaşımızğa yazğan erdik. Şimdi siz taqı ol aqça səbəbli mühəbbətnamə xəttiñüzdə yazdıñuz kim, Laçin degən erməni tilmaçğa kümüş aqça berilgəndir. Bizim kişilərdin hilə bolğan tügüldir deyüb, ol Lâçin degən tilmaç Terekdə ölgəndir. Aqça Qazibolatnıñ qolunda köb turub, hiləni ol qılğandır. Mundaq hırsızlıq qılğanlarğa siyasət qılub, kümüş aqçaların alub, berürgə buyurğay erdiñüz.

Bir taqı boyarlarıñuzda bolğan muslüman tusnaqların xristiyan etər içün siyasət qılalar imiş. Bu taqı oxşar qılıq tügüldir. Mundaq işlərni tərk qıldırub, boyarlar qolunda və özgə yerlərdə bolğan tusnaqlar almaşuv yerinə kəlməkdəy bolsa, Qırımda bolğan tusnaqlar dəxi almaşuvğa köndərilməy, Qırımda qalğan cerləridir. Mundağ işlərni qoydurub, iki tərəfdə bolğan tusnaqlar las bolurına səy qılğay erdiñüz. Biz taqı siz qardaşımızdın mühəbbətnamə ttıñız kəlgəndə dostluq və mühəbbətlik böləkləriñüz adət erdi. Halə kelgən tilmaçiñiz ilə mühəbbətlik böləkləriñüz bolmağan səbəbli yazılğandır.

Burundın bola kəlgən adətlərni siz qardaşımız taqı qaldırmay köndərgəy erdiñüz. Elçiñiz Vasiliy Yalçin ilə cibərilgən şərtnamə tt-i şərifimizdə ne yazılub, şərt qılındı ersə, Tañrı Təbarək və Təalâniñ rəhmi və inayəti milən ömür axırğaçə taymay turarmız. Siz qardaşımız dəxi qaim dostluq və mühəbbətlikdə bolub, mühəbbətnamə ttimizdə bolğan cəvablarımıznı tamam yerinə kəltürgəy erdiñüz.

Mundın başqa Mustafa ağa milən tusnaq içün və culuv içün köndərilgən Qazaqlarnıñ Tatar tusnağı və culuv bahaları berilməy qalubdır. Anlar dəftər olunub, Səfər ağa qulumız vəkil qılınğandır. Ol dəftər mücibinçə Tatar tusnaqlarnı və culuv aqçasını bit-tamam Səfər ağağa təslim qılurğa buyurğay erdiñüz.

Yazıldı taxtgahımız Bağçasarayda, Şəvval aynıñ yigirmi səkizinçi künündə, biñ səksən bir tarixində.

Xan Adil Gəray bin Dövlət Gəray Sultan (Документы Крымского Ханства.., 2017, s. 255-257).

Qaynaqça
Документы Крымского Ханства из собрания Хусейна Фейзханова / Составитель, транслитерация: Р. Р. Абдужемилев. Симферополь, 2017. 872 s.


Dostları ilə paylaş:
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə