İnşəAllahu Təala, vücuda kələn xidmətiñüz müqabələsində niçe ənam və ihsanımız müşahədə eyləməñüz müqərrardır və bənim ruhum sair əhval Abid ağa qulumız təqririnden məlumıñuz olur.
Baqi vəs-səlam.
Adil Gəray Xan bin Dövlət Gəray Sultan (Документы Крымского Ханства.., 2017, s. 239-240).
Adil Gəray Xanın elmə məlum altıncı yarlığı Aleksey Mixayloviçə göndərdiyi 1668-ci il tarixli yarlıqdır. Bu sənəd Hüseyn Fеуzxanovun arxivində “№ 209” şifrəsi altında qeyd edilib.
Yarlığın qısa məzmunu:
Çarın xana məhəbbətnamə gətirən elçisinin Don çayı sahilinə gəlişi. Çarın xandan sülh fanışıqlarını aparmaq üçün Dona elçisini gömdərməsini xahiş etməsi. Xanın Dona elçi göndərməsi. Xanın çardan Dondakı elçisinə baysa almaq üçün Baxçasaraya gılməsini buyurmasını istəməsi. Çarın borclu olduğu 5 illik xəzinəni bir dəfəyə göndərməsi barədə xanın daha əvvəl Şimayla çara göndərdiyi məhəbbətnamə yarlığı. Həmin xəzinənin çar elçisinin və tatar çaparının gəlişindən əvvəl hazır edilməsi barədə xahiş. Keçmişdə Mühəmməd Gəray Xanın uzun müddət əsir olan boyar Şeremetin azad edilməsi üçün 100 min quruş istəməsi, Adil Gəray Xanın çarla dostluğunu nəzərə alaraq bu məbləği 60 min quruşa endirmək barədə qərarı. Bu barədə xanın çarı elçi – bayraqdar Cebeş bəylə göndərdiyi məhəbbətnaməsində məlumatlandırması. Boyarın azad edilməsi üçün lazım olan məbləğin Dona gətirilməsi barədə istək. Xanın pul çatan kimi boyar Şeremetin azad ediləcəyi barədə öhdəliyi. Gələcəkdə əsirlərin dəyişdirilməsi və pul qarşılığında alınması.
Yarlığın orijinal mətni:
Hu.
Adil Gəray Xan bin Dövlət Gəray Sultan.
Sözümiz.
Tañrı Təbarək və Təalaniñ rəhmi və inayəti milən Uluğ Orda və Uluğ Yurtnıñ və Dəşt-i Qıpçaqnıñ və Təxt-ı Qırımnıñ və sansız köb Tatarnıñ və sağışsız köb Noğaynıñ və Tat bilə Tavgaçniñ Tağ ara Çərkəsniñ uluğ padişahı bolğan min uluğ Adil Gəray Xan damə dövlətühu və nüsrətühu əli yövmül-Mizan həzrətlərindin qardaşımız uluğ padişah, xan, həm uluğ biy Aleksay Mixaylaviç, barça Urusnıñ pənahı və köb məmləkətlərniñ də bolsa, nigahdarı və hükümdarığa köpdin köp səlam etüb, məzid mühəbbət və tatuvlıq milən xətriñüz sorğanımızdın soñra ilam yarlığ-i şərif səadət-əncam Xani budır ki, biz dostuñuz milən sülh murad etüp, barışılıq və yaxşılıq xesusnı söyləşmək içün yibərgən elçiñüz nəhr-i Tanğa daxil bolub, mühəbbətnamə xəttiñüzni tərəf-i səadət-məqrunımızğa irsal qılğandır. Məktebiñüzdə bizim tərəfimizdin taqı bir kişimiz Tanğa barub, elçiñüz milən söyləşməsini murad etübsiz. Halə biz dostuñuz taqı tərəfimizdən qıdvətül-əmacid vəlayan [...] qulumız zidə qadruhu təyin qılınub, Tanğa kəlgən elçiñüz milən dostluq və qardaşlıqnı söyləşürgə yibərdik.
İnşəAllahu Təala bizim və siziñ elçimiz Tanda bir cərgə kəlüb, iki yurtnıñ arası tüzənlik bolub, fəqir və füqarası rahat və tinç bolğuday sözlərni söyləşüb, ömür axırğaçə dostluq və barışılıq bolur ümidindeyüz. Lakin Tanda sözləri bütün barışılıq və yaxşılıq bolğan soñ qanun-i qədim üzrə elçiñüz canib-i Səadət-Mədarımızğa kəlüb, baysa almaq içün ısmar qıldıñuzmı bilməymiz əgər ısmar qılmadıñuz ersə əcələ üzrə Tanga kişi yibərüb, elçiñüz tərəf-i pür-şərifimizgə kəlməsiyçün tənbih etkəy erdiñüz.
İnşəAllahu Təala tənbih sözlərin itmam qılub, elçiñüz tərəf-i şərifimizgə kəlür bolsa, divan-i ali-şanımızğa alub, didar-i şərifimiz milən təşrif qılub və itimad zəfər-istinad berüb, qanun-i qədim üzrə uluğ altun baysa berüb ve çapqun qoşub, toxtatmay yibərirmiz və bənim dostum mundın burun qullarımızdın Şımay milən irsal qıldığımız mühəbbətnamə xətt-i şərifimizdə alınmay qalğan uluğ xəzinələrimizdin beş yıllıq xəzinəmizni bir dəfə yibərməñüz içün təhrir qılğan irdik.
Kenə taqı muradımız budır ki, tərəfımızdın çapqun və elçiñüz siz dostumızğa varub, vasil bolğança beş yıllıq xəzinəmizni mütəd-i qədim üzrə hazır qılub, çapqun və elçiñüz barğan soñra tutqavsız toxtatmay yibərgəy erdiñüz. Qalğan xəzinələriñüzni nə minval üzrə yibəririñüzni badə siz qardaşımızğa ilam etermiz və bənim dostum munça yıldın bəri tutsağıñuz bolğan yaqın boyarlarıñuzdın Şeremetdin uluğ ağaçamız Mühəmməd Gəray Xan həzrətləri yüz miñdin ziyadə ğuruş baha istəb cibərməydir erdi. Halə siz qardaşımız bizim milən dostluq murad qıldığıñıza binaən və Şeremetiñ öz halına padişahanə mərhəmət qılub, ancaq altmış miñ qara ğuruş baha kəsilüb, azad etərgə qərar berilgəndir. Bu xüsuslarnı siz qardaşımızğa bildirmək içün mühəbbətnamə xəttimiz yazılub, elçilik xidməti milən bayraqdar qullarımızdın Cəebeş biy qulumız irsal qılındı.
İnşəAllahu Təala səlamət milən barğanda körünüşiñüzgə alub, mühəbbətnamə xəttimiz oqutub, yaxşı tiñləgəy erdiñüz və Şeremetniñ altmış miñ qara ğuruş bahasını əgləndirməy barğan kişimiz milən əcələ üzrə Tanga yibərgəy erdiñüz. Tanga kəlgən xəbərni alur bolsaq, biz taqı Şeremetni toxtatmay Tanga yetkürürmiz. Bu babda ihmal qılmağay irdiñüz və mundın məada siziñ və bizim bir-birimizdən niçə tutsağımız bardır. İnşəAllahu Təala aramız tüzənlik bolsa, niçəsi bizim və siziñ başımızdın azad bolub və bəziləri almaşuv bolur.
Həmən əcdad-i əzəm və əslaf-i kiramımız zamanlarında siziñ atalarıñuz və öziñüz nə üslub üzerinə barışub, dostluq qıldıñız irsə halə taqı dərun-i saf milən ömür axırğaçə dostluq və qardaşlıq üzrə taymay turarğa güşəş qılub, iki yurtnıñ füqərası tinç və amançada bolub, biz və siz alqışların alğıday qılıqnı etkəy erdiñüz və işbu mühəbbətnaməmizdə yazğan sözlərimizni xüsula kətürüb, adamımıznı kün ilkəri tutqavsız yibərgəy erdiñüz.
Baqi əd-dua ali min təba əl-Xuday.
Yazıldı taxtgahımız Bağçasarayda miñ yetmiş səkiz tarixı Şəbanül-müəzzəm ayında.
Adil Gəray Xan bin Dövlət Gəray Sultan.
Bi-məqam Bağçasaray əl-məhrusə (Документы Крымского Ханства.., 2017, s. 241-242).
Adil Gəray Xanın elmə məlum yeddinci yarlığı Aleksey Mixayloviçin adı çəkilməyən yaxın adamına göndərdiyi 1668-ci il tarixli yarlıqdır. Bu sənəd Hüseyn Fеуzxanovun arxivində “№ 210” şifrəsi altında qeyd edilib.
Yarlığın qısa məzmunu belədir:
Çarın xana məhəbbətnaməsi. Öz məhəbbətnaməsində çarın xana elçisini sülh danışıqları aparmaq üçün Dona göndərdiyini bildirməsi. Hacıteymur Mirzənin xan tərəfindən xan yarlığı ilə birlikdə göndərilməsi. Çarın borcu 11 illik xəzinə. 5 illik xəzinənin bir il kimi qəbulu. Xanın çardan Don kazakların şayqalarla Osmanlı torpaqlarına yürüşlərinin qarşısının alınmasını, onları öz əmri altına alınmasını istəməsi. Xanın çardan baysa almaq üçün öz çaparını Kırıma göndərməsini tələb etməsi.
Yarlığın orijinal mətni belədir:
Hu əl-muin.
Adil Gəray Xan bin Dövlət Gəray Sultan.
Sözümiz.
Tañrı Təbarək və Təalaniñ rəhmi və inayəti milən Uluğ Orda və Uluğ Yurtnıñ və Dəşt-i Qıpçaqnıñ və Təxt-ı Qırımnıñ və sansız köb Tatarnıñ və sağışsız köb Noğaynıñ və Tat bilə Tavgaçniñ Tağ ara Çərkəsniñ uluğ padişahı bolğan min uluğ Adil Gəray Xan damə dövlətühu və nüsrətühu əli yövmül-Mizan həzrətlərindin qardaşımız uluğ padişah, xan, həm uluğ biy Aleksay Mixaylaviç, barça Urusnıñ pənahı və köb məmləkətlərniñ də bolsa, nigahdarı və hükümdarınıñ yaqın kişisine ilam yarlığ-i şərif səadət-əncam Xani budır ki, mundın burun tərəf-i səadətimə uluğ qardaşımız siziñ milən irsal qılğan mühəbbətnamə xətti varid və vasıl bolub, məzmunında barça sözümiz Tanda bolğan elçimizgə ısmar qılınub, barışıqlıq və yaxşılıq içün yibərilgəndir dimək milən bizim taqı murad-i şərifimiz iki yurtnıñ arasında yaxşılıq bolub, fəqir və füqarası tinç bolsun içün yarlığ-i şərif ədalət-ünvanımız yazub yaqın qullarımızdan Hacıtəmir Mirzə zidə qadruhu irsal qılındı.
Muradıñuz barışıqlıq bolsa, on bir yıllıq xəzinəmiz qalğandır, ol xəzinəmizniñ beş cıllığnı bir culdan cibərirgə qəbul itüb və mundın məada səadetlü və qüdrətlü Al-i Osman padişahnıñ məmləkətinə Tan haramzadəsi şayqasın çıqartmay, zəbt etkəy erdiñüz.
Bu iki sözimiz qəbul etər bolsañuz, biz taqı ömür axırğaçə dostluq və qardaşlıq üzrə bolurğa qəbul qılub, əcdad-i əzəmimiz zamanında nə minval üzrə əhdiñüz bola kəldi ersə, ol minval üzrə əhdiñüz etüb, dostluq ve qardaşlıq üzərində bolurmız.
Uluğ qardaşımıznıñ taqı muradı dostluq və yaxşılıq bolsa, bu iki cəvabımıznı qəbul etüb, tərəf-i səadətimə toxtatmay çapqunıñuz cibərüb, baysa aldırğay erdiñüz. Özgə sözimizniñ barçası mümaileyh qulumızğa ısmar qılınğandır. Hər nə söylərsə bizim cəvabımızdır.
Baqi vəs-səlam.
Yazıldı taxtgahımız Bağçasarayında biñ yetmiş səkiz tarixı Ramazan-i Şərif ayında.
Xan Adil Gəray bin Dövlət Gəray Sultan (Документы Крымского Ханства.., 2017, s. 243).
Adil Gəray Xanın elmə məlum səkkizinci yarlığı Aleksey Mixayloviçə göndərdiyi 1668-ci il tarixli yarlıqdır. Onun Moskva çarına il ərzində göndərdiyi bu ikinci yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 213” şifrəsi altında qeydə alınıb.
Yarlığın qısa məzmunu belədir:
Bayraqdar Cebeş bəyin çarın məhəbbətnaməsi ilə geri dönüşü. Danışıqlar yerinin Don sahilindən Kiyev yaxınlarına dəyişdirildiyi barədə çarın bildirişi. Çarın kral və xanla ütərəfli danışıqlar aparmaq və almaşuvu Kiyev yaxınlarına keçirmək barədə arzusu. Xanın, Polşa kralı ilə dostluğunu nəzərə alaraq, danışıqların Polşa elçilərinin olmadan da ikitərəfli qaydada aparıla biləcəyi barədə cavabı. Xanın əski zamanlardan bəri almaşuvun Valuykada keçirildiyini xatırlatması və başqa yerdə keçirilməsinə qəti etiraz etməsi. Xanın Barabaş və Dnepr kazaklarını himayə etməsi. Barabaşı xarici müdaxilədən qorumaq üçün kalğanın Barabaşa səfəri. Xanın çardan Barabaşa müdaxilə etməməsini istəməsi. Diplomatik əlaqələr davam edəcəyi sürəcə səhvlərin xoş münasibətlərə mane olmayacağı barədə vədi.
Xanın elçisi Səədi Çələbinin məhəbbətnamə yarlığı ilə çarın məmləkətinə yola düşməsi. Xanın çardan Barabaşa təzyiq etməmək barədə istəyi. Barabaş kazaklarının çara meyl edəcəkləri halda xanın buna görə onları cəzalandırmayacağını bildirməsi. Beş illik xəzinənin bir dəfəyə, qalan hissəsinin də xanın istəyinə uyğun olaraq göndərilməsi tələbi.
Xanın çardan onun düşmənləri ilə onun xəbəri olmadan sülh bağlamamasını istəməsi. Kalmıkların kah xanın, gah da çarın təəbəliyinə keçmələri. Xanın Moskvanın bəzi bölgələrində xanlıqla əvvəlki əlaqələrin kəsilməsi səbəbindən üsyanların baş verdiyindən xəbərdar olması. Moskvadan Krıma elçi gələrkən, onunla birlikdə elçi Səədi Çələbinin böləklərlə (kiçik hədiyyələrlə) geri yola salınması barədə xahiş. Boyar Vasili Şeremetə və digər əsirlərə görə almaşuva 60 min quruşun göndərilməsinin istənməsi. Moskvanın tatar əsirlərinə görə qiymət müəyyənləşdirməsi. Elçinin görə bilməsi üçün tatar əsirlərin Valutkaya gətirilməsinin istənməsi.
Xanın Moskva elçisini xan divanında qəbul etməyə və ona altın baysalı şərtnamə təqdim etməyə hazır olması. Şeremet və digər əsirlərin Valuykata göndərilməsi. Xanın sözlərinin qəbul edilməsini istəməsi.
Yarlığın orijinal mətni belədir:
Hu.
Adil Gəray Xan bin Dövlət Gəray Sultan.
Sözümiz.
Tañrı Təbarək və Təalaniñ rəhmi və inayəti milən Uluğ Orda və Uluğ Yurtnıñ və Dəşt-i Qıpçaqnıñ və Təxt-ı Qırımnıñ və sansız köb Tatarnıñ və sağışsız köb Noğaynıñ və Tat bilə Tavgaçniñ Tağ ara Çərkəsniñ uluğ padişahı bolğan min uluğ Adil Gəray Xan damə dövlətühu və nüsrətühu əli yövmül-Mizan həzrətlərindin barça Urusnıñ pənahı və köb məmləkətlərniñ də bolsa, hükümdarı bolğan qardaşımız biy Aleksay Mixaylaviç tərəfigə nədir halıñız və xətriñüz deyüb, sual və köpdin köb səlam qılğanımızdın soñra ilam yarlığ-i şərif Xani budır ki, bayraqdarımız Cebeş biy qulumız milən biz uluğ Xan-i ali şan həzrətlərimizgə yibərgən mühəbbətnamə xəttiñüz vasil bolub yazğan sözləriñüz cümləsi biz uluğ padişah həzrətlərimizgə məlum boldı.
Yazdıñuz kim, barışılıq işi Tanda bolmastur, Allah Təala buyursa, Kiyev yaqınında bolur və Lih qıralınıñ taqı ilçisi və biz iki padişahnıñ taqı elçiləri Kiyev yaqınında bir yergə kəlüb və söyləşüp bəkləşürlər və almaşuv taqı anda bolur deyüp yazubsız. Alay bolsa, biz uluğ Xan-i ali-şan həzrətləri milən qardaşımız Lih qıralınıñ dostluqı və qardaşlığı mühkəmdir anıñ səbəbli siz qardaşımız dəxi Lih qıralı milən süygəniñüzçə söyləşürgə rizamız bardır. Biz iki padişahnıñ söyləşüb bəkləşkən sözündə qardaşımız Lih qıralınıñ ilçisi yoq bolsa, taqı zərər yoqdur və barışılıq və almaşuvlıq işi baba və dədədin bu küngəçə Valükada bola kəlmişdir və özgə yerdə bolmastur və Barabaş xalqı müqəddəmə qulluğımızda bolğan Özi Qazağı milən birlik itüb və taqı biz ulu Xan-i əzim ali-şan həzrətlərimizğə sığınub, qulluq ərz qılmaqları səbəbli biz uluğ padişah həzrətlərimiz də bolsaq, mərhəmət idüb və vilayətlərin düşmandan qorımaq içün az əskər milən qardaşımız Qalğa Sultannı Barabaş içinə yibərdik. Sizniñ taqı çet yerləriñüzdə əskərləriñüz bardur. Vilayətiñüzni hifz itüb, Barabaşdan qol tartqay erdiñüz və əgər biz iki padişahnıñ aramızda ilçi qatnaşub dostluq qaim bolur, çaqğaça kim bilür iki əskər rast kəlüb bir xəta bolsa, əmir Xudanıñdır, ol iş barışlığa mani tügüldir. Allah Təala buyursa, dostluq içün siz oyqaşub bəkləşkəndin soñra əskərimiz zəbt itərgə qəbulmız və dostuñuzğa dost və düşmanıñuzğa düşmanlıq itərmiz. Anıñ səbəbli işbu mühəbbətnamə xətt-i şərifimiz yazılub, elçilik xidməti milən yaqın qullarımızdan Səədi Çələbi köndərilmişdir. Buyurdım ki, körünüşiñüzgə alub, mühəbbətnaməmizni oqutub, yaxşı tiñləğəy erdiñüz və əgər biz Xan-i əzəm həzrətlərimiz milən dostluqğa murad və fikriñüz bar bolsa, əvvəla qulluğımızda bolğan Barabaş məmləkətni dava və rənc etməgəy erdiñüz. Sizni özləri süyüb və tiləb barsalar, biz taqı mani tügülmiz və Qalğa Sultan yanında olan əskərniñ işin söz qılmağay erdiñüz və taqı qalğan uluğ xəzinələrimizdən beş yıllıq xəzinəni bir dəfə yibərürgə və özgə qalğan xəzinələrimizni taqı biz tiləgənimizçə her yıl yibərüb, əda etərgə qəbul qılğay erdiñüz və taqı bizim düşmanımız milən bizdən izinsiz barış qılmağay erdiñüz. Zira anıñ səbəbli kim, Qalmuq bizdən qorqub, sizgə sığınub və həmtaqı bizgə dostluq və qulluq köstərüb, sizniñ vilayətıñüzğə köb zərər itədür və Qırımdan ayrılğanıñuz səbəbli öz əşqiyalarıñuz baş kötürüb məmləkətiñüz xarab etkən xəbərlərin ala turamız və biz Xan-i ali-şan həzrətlərimizdən yardım istəyin və tiləyin derlər. Bu cümlə məsləhətləri siz qardaşımızğa kün ilkəri bolsa, ilam qılamız kim, vilayətiñüz halına mərhəmət itüb, fəqir və füqarası rahat və cümlə halqıñız üylərində tinç oltururğa çalışqay erdiñüz və biz Xan-i əzim ali-şan həzrətləri milən dostluq və qardaşlıq etkəy erdiñüz və əgər işbu sözlərimizni qəbul etər ersəñüz elçimiz Səədi Çələbigə böləklərñüz milən öz elçiñüz qoşub, əcələ üzrə tərəf-i səadətimgə köndərgəy erdiñüz bu bayarıñuz Vasiliy Barisaviç Şeremetavnıñ altmış biñ qara qroş özgə tutsaqlarıñuznıñ taqı söyləşüb, kəsilgəni üzrə culuvların və bizim taqı qara Tatar tutsağımıznı bahaların kəsüb kün ilkəridə bolsa, Valükağa yibərgəy erdiñüz. Bizim elçimiz alarnı Valükada körüb kilgəndin soñra biz Xan-i əzim ali-şan həzrətləri də bolsaq, elçiñüzni divan-i ali şanımızğa alub, padişahanə itimad birüb, altun baysalı şərtnamə-i Hümayun berüb təcil qaytarurğa buyururmız və boyarıñuz Vasiliy Barisaviç və özgə tutsaqlarıñuznı culuv içün Valükağa yibərürmiz. Kərəkdir ki, anıñ səbəbli siz qardaşımız bu işdə ihmal qılmay yazğan dostluq sözlərimizni qəbul etməy cavlıq fikirdə turar bolsañuz.
Biz Xan-i əzəm həzrətlərimiz qadir Allahnıñ qüdrət və avn və inayətıgə tayğanub və peyğəmbərimiz Mühəmməd Mustafanıñ şəfaətiñə süyganıb, təqdir-i Allahnı körı turarmız. Anıñ səbəbli yaxşılıq və barışqalığa çalışub, Yurt halın fikir qılğay erdiñüz. Bu üslubçə barışılıq muradıñuz bolsa-bolmasa, tutsaqlarıñuz haqqında yazğan sözümizdə taymay turarmız. Muradıñuz tutsaq Vasiliy Barisaviçni almaq isə, altmış biñ qara ğuruş nəqd Valükağa köndərgəy erdiñüz. Özgə şey məqbulımız tügüldir və qalğan tutsaqlarıñuznıñ bahaları taqı söyləşkənimiz üzrə yibərgəy erdiñüz. Bizim elçimiz Vasiliy Barisaviçniñ culuvı altmış biñ qara ğuruş və özgə tutsaqlarıñuznıñ culuvların və bizim Tatar tutsağımızı körüb kəlgəndin soñra biz dəxi sizniñ tutsaqlarıñuznı Valükağa təcil yibərürmiz. Şöyle bilüb, buyruğımız milən əməl bolğay erdiñüz.
Baqi vəs-səlam ali min etba əl-Xuday.
Yazıldı taxtgahımız Bağçasarayında biñ yetmiş toquz sənəsində Cümadi əl-əvvəl ayında.
Xan Adil Gəray bin Dövlət Gəray Sultan (Документы Крымского Ханства.., 2017, s. 244-246).
Adil Gəray Xanın elmə məlum doqquzuncu yarlığı da Aleksey Mixayloviçə göndərilib. 1669-cu il tarixli bu yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 216” şifrəsi altında qeydə alınıb.
Dostları ilə paylaş: |