Bəxtiyar Tuncay AĞa məHƏMMƏD Şah qacar və ya taleyin qara ulduzu



Yüklə 2,1 Mb.
səhifə16/23
tarix18.06.2018
ölçüsü2,1 Mb.
#54110
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

Bu sözlərdən sonra qasid əbasını və köynəyini çıxarıb arxasını şaha tərəf

çevirir.Ekranda qasidin kürəyinə döyülmüş plan canlanır.

Şah üzünü Xanbabaya tutur:

-Sarayın nəqqaşbaşısına de onun kürəyindəki nəqşəni kağıza köçürsün. Sonra isə məsələni araşdır,gör doğrudur,ya yox.Doğrudursa,Kərim xanın xəzinəsi-ni oradan çixart və qat öz xəzinəmizə.

Xanbaba ayağa qalxıb qasidə deyir:

-Əynini gey və ardımca gəl.

Qasid paltarlarını geyinib,şaha təzim edərək vəliəhdin ardınca qapıya doğru yollanır.

Şah Xanbabaya səslənir:

-Söylə Səbzəlini yanıma gətirsinlər.

Xanbabayla qasid qapıdan çıxar-çıxmaz, Allahverdioğlu sevincək halda içəri girərək deyir:

-Şahım,müjdə! Qum valisi Cəfər xanı tutub əli-qolu bağlı halda bura gön-dərib.İndi o, zindandadır.

Şah :


-Allah səni xoşxəbər etsin.Müjdənə gəlincə oğluna Qarabağ xanının qı-zını aldıqdan sonra onu İsfahana vali göndərəcəyəm.Gəl,otur yanıma,indi Səbzəli-

ni gətirəcəklər.

Allahverdi taxta yaxınlaşıb şahın yanında oturur.Elə həmin an da eşikağa-sı və əlindən tutduğu kor Səbzəli içəri girirlər.Eşikağası təzim edir və astaca Səbzə-liyə pıçıldayır:

-Şahın hüzurundasan,baş əy!

Səbzəli baş əyir və elə bu vəziyyətdə də qalır.

Şah soruşur:

-Səbzəli,səni kim və nə üçün bu hala saldı?

Səbzəli:


-Sənə haqsızlıq etdiyim,xəyanət etdiyim üçün Allah məni bu günə saldı.

Şah:


- Kimin əli ilə bunu etdi?

Səbzəli:


-Cəfər xan Zəndin əli ilə.

Şah:


-Cəfər xan Zənd heç vaxt Allah adamı olmayıb.O nədən belə etdi?

Səbzəli:


-Həqiqəti dediyim üçün.Bir dəfə söhbət Firdövsinin “Şahnamə”sindən düşdü,dözə bilməyib dedim ki, “İran”adını Firdövsi uydurub,tarixdə heç vaxt nə İrəc adında şah,nə də İran adında dövlət olmayıb.Farslar da,çinlilər də ox atmağı,at çapmağı,şalvar geyməyi türklərdən öyrəniblər.Farslar üçün də,çinlilər üçün də ilk dövləti türklər qurublar.Cəfər xan Zənd bu sözümdən qəzəblənib,əmr etdi,gözlə-

rimi çıxartdılar.Xəzinəmi də əlimdən alıb,özümü saraydan qovdular.

Bağışla məni,şah.Bilirəm ki,bağışlanmağa layiq deyiləm,amma bir kordan

intiqam almaq sənə başucalığı gətirməz.

Şah:

-Kim dedi ki,səndən intiqam almaq istəyirəm? Sən anan fars olduğu üçün



məni farslara satdın,onlar da səni kor,məni xacə etdilər.Mənsə səni atan türk oldu-ğu üçün bağışlayıram.Üstəlik sənə təqaüd də kəsəcəyəm ki,ömrünün sonuna qədər

maddi sıxıntı çəkməyəsən.

Səbzəli:

-Allah səndən razı olsun.Kaş indiki ağlım onda olaydı.

Şah:

-Cəfər xandan intiqamını almaq istəyərdinmi?



Səbzəli:

-Vallah,əlimə düşsəydi hər tikəsini qulağı boyda edərdim.

Şah üzünü Allahverdiyə tutaraq:

-Apar bunu zindana,Cəfər xanın əl-qolunu bağlayın,buna da bir xəncər ve-

rin,intiqamını alsın.

Səbzəli:


-O it südü əmmiş,demək ki,burdaymış.Çox sağ ol,şah,ömrüm boyu sənə duaçı olacağam.

***


Mahmudun evinin həyəti.Mahmud və Səraslan hər birinin içində 10-15 gö-

yərçin olan 10-a yaxın qəfəsi at arabasına yükləyirlər.Süsən də yanlarındadır.Mah-

mud işini görə-görə arvadına deyir:

-Ən geci bir həftəyə qayıdacağam.Uşaqdan muğayat ol.Bir çətinliyin olsa, Səraslan dayıgilin evini tanıyırsan.Hər bir dərdini ona anlada bilərsən.(Səraslana

müraciətlə)Sənsə bir həftə istirahət et.Bir həftə sonra işimiz yenə çox olacaq.

Qəfəslər arabaya yükləndikdən sonra Mahmud arabaya minir, “Salamat qalın!”-deyib,üzünü arabaçıya tutur:

-Haydı,yolçu yolda gərək.

Araba tərpənir.Süsən arabanın dalınca su atır və Mahmuda səslənir:

-Yaxşı yol!Yolunuz açıq olsun!

***


Tehran şəhərinin zirzəmi formalı zindanı.Zindanın qalın taxta qapıları eşik-

dən döyülür.Keşikçilərdən biri əlində açar bağlaması ilə birlikdə pilləkənlərlə yu-xarı qapıya tərəf qalxmağa başlayır.O biri keşikçilər cəld qılınclarını götürüb hərə

öz qəfəsinin qapısı qarşısında yerlərini alırlar,sanki,həmişə orda durmuş və oranı

tərk etməmişlər.Pilləkanlarla qalxan keşikçi açarlardan birini qapının açar yerinə

salıb burur və qapı açılır.İçəri Allahverdioğlu və əlindən tutduğu Səbzəli daxil olurlar.Allahverdioğlu Səbzəliyə “Ehtiyatlı ol,indi pilləkanlarla aşağı enəcəyik.”

-deyərək,onunla birgə asta-asta pilləkənlərlə enməyə başlayır.Keşikçi cəld qapını bağlayıb,arxadan onlara çatır və Səbzəlinin o biri qoluna girib ona yardımçı olur.

Allahverdioğlu və Səbzəli pilləkanları düşdükdən sonra zindanlardan birinin ya-

nından keçirlər.Bu zindanda iki zənci uzanıb öz dillərində nə isə danışırlar.Allah-verdioğlu keşikçidən soruşur:

-Nə oldu,bunların dilini bilən tapılmadı?!

Keşikçi:


-Tapıldı,ağa,artıq dünəndən istintaq başlayıb.Deyəsən,günahsızdırlar.Hər halda,sabahda-biri gündə hər şey məlum olar.

İkinci qəfəsə yaxınlaşırlar.Burada ağ və uzun saqqalı olan bir qoca otu-

rub kitab oxuyur.Allahverdioğlu ondan soruşur:

-Nə oxuyursan?

Qoca cavab verir:

-Şirvanlı Məhəmməd Yusifin öz dilimizdə yazdığı “Tibnamə”dir.

Allahverdioğlu və Səbzəli üçüncü qəfəsin yanından keçirlər.Burada oturmuş

gəncin dişi ağrıdığından əlini yanağına qoyub yüngülcə zarıyır.Allahverdioğlu on-dan soruşur:

-Dişin ağrayır?

Gənc başının hərəkəti ilə suala müsbət cavab verir.Vali keşikçinin üstünə çığırır:

-Korsunuz,görmürsünüz ki,dişi ağrayır?Tez olun loğman çağırın!

Keşikçi:


-Adam göndərmişik,ağa,indilərdə gələr.

Vali,keşikçi və Səbzəli üçüncü qəfəsin yanından ötüb,uzun,yarıqaranlıq dəhlizə dönürlər,dəhlizlə irəliləyib,onun o biri başındakı qapıya yetişirlər.Bu qapı- nın ağzında iki nəfər əli qılınclı keşikçi durub.Gələn keşikçi qapını açır.

Allahverdioğlu qapıda duran keşikçilərə deyir:

-Gedin əl-qolunu möhkəm-möhkəm bağlayın!

Keşikçilərin üçü də içəri girirlər.Bura dəmir barmaqlıqlı pəncərəsi olan da-

irəvi daş bir hücrədir.İçəri də Cəfər xan Zənd təkdir.Keşikçilər içəri girib onun əl-

qolunu bağlayırlar.O.heç bir müqavimət göstərmir.Keşikçilər çölə çıxdıqdan sonra

Allahverdioğlu ilə Səbzəli içəri girirlər.Allahverdioğlu Cəfər xəndan soruşur:

-Bunu tanıyırsanmı?

Cəfər xan Səbzəlini diqqətlə süzür və deyir:

-Hə,bu,Səbzəli bəydir.

Allahverdioğlu:

-Onun gözlərini sənmi kor etdirmisən?

Cəfər xan:

-Hə.

Allahverdioğlu xəncərini çıxarıb Səbzəliyə verir və deyir:



-Düşmənin buradadır.Əlləri bağlıdır,amma ayaqları sərbəstdir.İndi qapını örtəcəyəm.Hünərin varsa,al intiqamını.

Bu sözlərdən sonra qapı bağlanır və içəridə iki düşmən təkbətək qalır.

***

Qapını bağlandıqdan sonra Allahverdioğlu və birinci keşikçi gəldikləri yol-



la geri qayıdırlar.Dəhlizi keçib üçüncü qəfəsin yanına yetişirlər.Qəfəsin ağzı açıq-dır.Dişi ağrayan gənci müalicə etmək üçün gəlmiş loğman xəstənin dişinə ip bağlayaraq deyir:

-Qorxma,dişin laxlayır,zərrə qədər də ağrısı olmayacaq.Əvəzində isə çürü-müş dişindən birdəfəlik canın qurtaracaq.Bu gecə rahat yatacaqsan.

Loğman bu sözləri deyib qəfəsin qapısını örtür,İpin ucunu qapıya bağlayır və birdən ildırım sürəti ilə qapını açır.Gənc çığırır:

-Aman,aman,aman!!!

***

Ekranda ucu qapıya bağlanmış ip canlanır.Onun obiri ucundan diş salla-nır.



***

Loğman gəncə bir bardaq uzadır və deyir:

-Bu məhlulla tez ağzını qarqara elə!

Allahverdi ikinci qəfəsə yaxınlaşır.Oradakı uzun saqqallı qoca kitabını oxuyur.Birinci qəfəsdəki iki zənci artıq yatmışlar.

***

Cəfər xanın hücrəsi.O yerini bəlli etməmək üçün sakit dayanaraq Səbzəli- yə ayağı ilə möhkəm bir zərbə vurmaq üçün fürsət gözləyir.Səbzəli isə sol əlini yumruq halında irəli uzatmış,xəncər olan sağ əlin zərbə endirmək üçün bir qədər



arxada tutmuşdur.O,ətrafa diqqətlə qulaq asaraq düşməninin yerini müəyyənləşdir-məyə çalışır.Bu dəm Cəfər tullanaraq Səbzəlinin sinəsinə bir təpik vurur və kor ye-

rə sərilir.Xan onu var qüvvəsi ilə təpikləməyə başlayır,fəqət zərbələrin biri zamanı

Səbzəli onun ayağından tutub müvazinətini itirərək yerə yıxılmasına nail olur,özü

isə meymun cəldliyi ilə omum üstünə çökür və bütün ağırlığı ilə onun hərəkətlərini mümükün qədər məhdudlaşdırır.Cəfər xanın ayaqlarını havada ora-bura yelləməsi

bir fayda vermir.Səbzəli sol əli ilə xanın saçlarından tutaraq xəncər olan əli ilə onun gözlərinin yerini tapır və xəncəri onun öncə sağ gözünə soxur.Qan fəvvarə vuraraq onların hər ikisini və ətrafı qırmızı rəngə boyayır.Cəfər xanın çığırtısı alə-mi başına götürür.İkinci bənzər hərəkətlə Cəfər xan ikinci gözü ilə vidalaşmalı olur.Xan çığırmaqda və zarımaqda davam edir.Səbzəli bəy daha sonra düşməninin

boğazını kəsir.Bu dəfəki qan fəvvarəsi əvvəlki ikisindən öz şiddəti ilə fərqlənir.Çı-

ğırtını xırıltı və xışıltı əvəz edir.Başdan ayağa qan içində olan kor ayağa qalxır.Cə-

fər xan titrəyir.

Səbzəli əllərini göyə uzadaraq: “İlahi şükr sənə!İntiqamımı aldım.”-deyir və xəncəri öz ürəyinə sancır,sancmağı ilə də xanın üstünə yıxılması bir olur.

***


Tehranın cümə məscidi.Xanbaba 6-7 əsgərin müşayiəti ilə məscidə yaxın-laşıb,atdan enir.Əsgərlərdən biri onun atının yüyənini tutur.Vəliəhd cəld məscidə girir.Məscidin axundu və onun arxasında səf bağlamış 20-yə yaxın adam namaz qılırlar.Xanbaba ibadət zalından çıxıb dəstəmazxanaya girir və dəstəmaz almağa başlayır.

***


Məscidin qapısı.Bayaq namaz qılanlar qapıdan çölə çıxırlar.

***


Məscidin ibadət zalı.Xanbaba namaz qılır.Axund kənarda oturub onun na-maz qılmasına tamaşa edir.Vəliəhd ibadətini bitirib ayağa qalxmaqda olan axunda

yaxınlaşır.Axund deyir:

-Allah qəbul etsin,inşallah!

Xanbaba:


-Amin!Qulaq as,axund,istəyirik burada bir balaca təmirat aparaq.Sabah cümə namazında camaata bəyan edərsən ki,məscid bir həftəliyə təmirə bağlanır.

Axund:


-Baş üstə!

Xanbaba sağ əlini sinəsinə qoyub, “Əssəlamu əleyküm!”-deyib məscidin

qapısına tərəf istiqamət alır.Axund da onun ardınca deyir:

-Və əleykəssəlam!(Sonra isə yavaşca özü-özünə ) Yoxsa,Kərim xan Zən-din xəzinəsi barədə məlumata sahib olublar.Amma yox!Bu bardə Kərim xandan və

məndən başqa heç kim heç nə bilmir.Kərim xan isə artıq həyatda yoxdur.

***


Mahmudun evinin həyəti.Süsən “Küçələrə su səpmişəm”xalq mahnısını zümzümə edə-edə susəpənlə yerə su səpir.Sonra isə həyəti süpürməyə başlayır. Zi-bili xəkandaza yığıb zibil yeşiyinə atır.Su səpəni su ilə doldurub,həyəti bir də sula-yır və zümzümə etməkdə davam edir.İşini bitirib zümzümə edə-edə susəpən,xəkan-daz və süpürgəni səliqə ilə bir tərəfə qoyur.Əlüzyuyana yaxınlaşıb əllərini yuyur və

evin qapısına sarı yollanır.

Evin içi.Süsən içəri girir.Ayağını içəri atar-atmaz qapının arxasında giz-lənmiş,Müqəddəs Yəhya təriqətinə mənsub keşişlərin qara geyimində olan,üzü qara niqabla örtülmüş bir şəxs əli ilə onun ağzını möhkəm tutur və pıçıltı ilə deyir:

-Sakit ol,səsini çıxartsan körpən öləcək!

Süsən gözlərini balasının olduğu nənni istiqamətinə yönəldir.Nənninin ya-nında eyni geyimli başqa bir keşişin durduğunu və əlindəki qılıncın ucunu şirin-şirin yatan körpənin qarnına dirədiyini görür.Ananın ürəyi gedir.

***


Molla Vəli Vidadi,Turqut bəy və onları müşayiət edən ona qədər qarabağlı əsgər meşəlik bir yerdə şairi qarşılamaq üçün Gəncədən gələn Uğurlu bəy və gən-cəli əsgərlərlə üz-üzə gəlirlər.Hər iki tərəfdən gələnlər bir-birilərinə çatan kimi at-larını əyləyib atlarından yerə enirlər.Uğurlu bəy hər kəsə ümumilikdə “Xoş gəlmi-siniz!”-deyib,hər kəsdən “Xoş gününüz olsun!” cavabını aldıqdan sonra şairə yaxınlaşır, “Həmişə siz gələsiniz!”-deyərək əyilib onun əlini öpür.Vidadi də ona alnını öpməklə cavab verir.Sonra Uğurlu bəy Turqut bəyə əl uzadaraq ona da ey-

ni sözləri deyir və üzünü qoca şairə tutur:

-Xocam,mən Gəncə xanı Cavad xanın oğlu Uğurlu bəyəm.Atam məni sizi

qarşılamaq və xidmətinizdə durmaq üçün göndərib.Əgər etiraz etmirsinizsə gedək.

Vidadi “Gedək,yolçu yolda gərək!”- deyib,atına minir.Hər kəs atlanır.Şair üzünü bura qədər onu müşayiət etmiş qarabağlı əsgərlərə tutaraq düyir:

-Çox sağ olun,balalarım,çox zəhmət çəkdiniz.

Qarabağlı əsgərlər yer-yer “Siz sağ olun ki,bizə şərəf qismət etdiniz!”, “Si-

zə yaxşı yol!”, “Yolunuz açıq olsun!” kimi xoş sözlərlə cavab verirlər.

Vidadi:

-Salamat qalın, mənim sonsuz təşəkkürlərimi İbrahimxəlil xana çatdırın!



***

Mahmudun evi.Süsən yerdə oturaraq əlində qələm və ağ kağız tutub.Ya-nında,yerdə mürəkkəbqabı var.Birinci qara keşiş onun başının üstündə duraraq dik-tə edir:

-Salam,ata...

Süsən qələmi mürəkkəbə batırıb yazmağa başlayır.

***

İkinci qara keşiş nənninin yanında oturub,qılıncı dizlərinin üstündədir. Körpə hələ də yatır.Kadr arxasından birinci keşişin səsi eşidilir:



-...Xahiş edirəm, bizə gəl...

***


Ekranda yenidən Süsən və birinci keşiş canlanır.Sonuncu diqtə etməkdə davam edir:

-...Səninlə çox təcili və vacib işim var...

Süsən növbəti dəfə qələmi mürəkkəbə batırır və yazır.O son sözü yazıb bitirdikdən sonra başını yuxarı qaldırmaqla,sanki, daha nə yazmalı olduğunu soru-

şur.


Birinci qara keşiş:

-Altda adını yaz!

Qız deyilənə əməl edib kağızı yanındakı keşişə uzadır.O isə öz növbəsində

kağızı alıb,gözdən keçirir:

-Xəttin çox gözəldir.İndisə qalx ayağa,bir uşaq tap,məktubu atana göndər.

Süsən ayağa qalxıb,kağızı geri alır və qapıya tərəf yollanır.

***

Nənninin yanında oturmuş ikinci keşiş ayağa qalxaraq qıza səslənir:



-Bax ha,axmaqlıq etmə,körpəni düşün.

Süsən bir söz demədən qapıdan çıxır.

***

Ohan keşişin evinin həyəti.Ohan keşiş həyətdəki ağacların gövdəlarinə əhəng çəkməklə məşğuldur.Bu dəm həyət qapısı döyülür.Keşiş əlindəki fırçanı



əhəngqabının içinə atıb,qapıya yaxınlaşa-yaxınlaşa soruşur:

-Kimsən?


Qapı arxasından uşaq səsi gəlir:

-Keşiş əmi sənə qızından məktub gətirmişəm.

Ohan cəld qapını açıb məktubu uşaqdan alır və deyir:

-Çox sağ ol,ay bala,bilsən bu qoca keşişi nə qədər sevindirdin.

Uşaq “Sən də sağ ol!”-deyib gedir.

Keşiş qapını bağlayır,məktubu açıb oxumağa başlayır və oxuyub qurtar-dıqdan sonra onu bərk-bərk ürəyinə sıxaraq,ağlamağa başlayır.

***

İbrahimxəlil xanın sarayının bağçası.Xanla Vaqif bağçada gəzişirlər.Xan qəzəbli-qəzəbli deyir:



-Adamın Ümmə xan kimi dostu varsa,ona düşmən lazım deyil,o mənə qa-

yın yox,başıma dərd oldu.Kimin ağlına gələrdi ki,heç bir səbəb və zərurət olmadan

Tiflisə hücuma keçib,şəhəri və əhalisini qarət edəcək,üstəlik də İrakli xanın iki ba-cısının ikisini də qaçırdacaq,birini özünə kəniz edib öz yatağına salacaq,o birisini də mənə kəniz kimi hədiyyə göndərəcək.Bu qədər də dərrakəsizlik,bu qədər də ax-

maqlıq olar?!İndi mən İrakli xanın üzünə necə baxacağam?!Bütün bunlardan xəbə-rim olmadığına onu necə inandıracağam?!İndi İrakli xan müsəlmanlara necə nifrət

etməsin?!Hə,vəzir,indi sən söylə, mən nə edim,yaranmış vəziyyətdən necə çıxım?

Of,of,Ümmə xan!Yandırdın,yaxdın məni.

Vaqif:

-Xan,ziyanın yarısından dönmək də qazancdır.İrakli xanın bacısını hörmət --izzətlə,bahalı hədiyyələrlə Tiflisə yola salmaq,Qarabağın ağsaqqallarını İrakli xa-nın yanına üzrxahlığa yollamaq lazımdır.Ümmə xanı da məcbur etmək lazımdır ki,qarət etdiyi hər şeyi geri qaytarsın.İrakli xanın bacısını da özünə qanuni zövcə



etsin.

Xan:


-Dediklərini təşkil et,Kələntər Ağası bəy,qoy, Car-Balakən xanlığına,Ümmə

xanın yanına yola düşsün,orada işləri qaydasına qoysun,Tiflisə yola düşəcək heyətə də özün başçılıq et.Elə bu gecə yola düşün.

Vaqif “ Baş üstə!”- deyib gedir.xansa hovuza yaxınlaşıb, onun kənarında oturur və qəmli-qəmli başını əllərinin içinə alır.Bu dəm kadra Bikə xanım daxil olaraq,ərinin yanında oturur və yazıq-yazıq ona baxır.Xan başını qaldırır:

-Sən fikir etmə,sənin olanlarda heç bir günahın yoxdur.Bacı qardaşın güna-

hına görə cavabdeh ola bilməz.

Bikə xanım:

-Deyirəm,bəlkə məni boşayıb,İrakli xanın bacısını alasan?

Xan ayağa qalxaraq diqqətlə arvadının gözlərinin içinə baxır.Kadra xanın

digər üç arvadı-Şahnisə xanım,Hacı Kərim qızı Zübeydə və Şahnəzər Məliyin qızı

Nazlı daxil olurlar.Şahnisə xana müraciətlə deyir:

-İstərsən,məni boşa...

Bikə onun sözünü kəsir:

-Qələti sənin yox,mənim qardaşım edib,yükünü çəkmək mənim borcumdur.

İbrahimxəlil Bikənin və Şahnisənin alınlarından öpür:

-Çox sağ olun.Gedin evə,tək qalmaq istəyirəm.Xanımlar gedirlər.Xan onlar-ın ardınca:

-Söyləyin, tarımı gətirsinlər!

Xan hovuza boylanaraq,öz əksinə baxır və ona bir yumruq ilişdirir.Ətrafa sıçrayan su xanı isladır.

***


Ohan keşiş Mahmudun evinin həyət qapısını döyür.Qapı arxasından Süsənin

səsi eşidilir:

-Kimsən?

Keşiş cavab verir:

-Mənəm,qızım,atandır.

Qapı açılır.Ohan içəri girir.Ata-bala bir-birinə sarılırlar.Hər ikisinin gözləri dolur.

Süsən könülsüz halda deyir:

-Gəl,gedək evə.Ohan keşiş qızın əlindən tutub,diqqətlə qızının gözlərinin içi-nə baxır.Süsən onun baxışlarına tab gətirə bilməyib, gözlərini gizlədir.Ohan qızın

əlini buraxmayaraq soruşur:

-Mahmud haradadır?

Süsən:

-Naxçıvana iş dalınca gedib.



Ohan keşiş səsini pıçıltı səviyyəsinə endirərək:

-Evə keçməmişdən öncə sənə bir söz demək istəyirəm.Evimizin həyətində,

əncil ağacına yaxın küncdə iki küp qızıl basdırmışam.(Səsini ucaldır.)Məni evə də-

vət etməyəcəksənmi?

Süsən:

-Gəl.


Ata-bala evə keçirlər.

***


Evin içi.Nənni həmişəki yerində yoxdur.Ohan soruşur:

-Bəs,nəvəm hanı?

Süsən:

-O biri otaqda yatıb.Otur,sənə soyuq ayran gətirim.



Ohan keşiş oturur.Süsən o biri otağa keçir.Keşiş fikrə gedir.Fikirləşdikləri öz

səsi ilə diktor mətni kimi səslənir:

-Hə,Ohan,bu da axırı.Oğlunun başa çatdıra bilmədiyini qızına etdirirlər.Heç olmasa,bu dəfə özünü kişi kimi apar.

Süsən içəri girərək əlindəki ayranı əli titrəyə-titrəyə atasına uzadır və yazıq-

yazıq deyir:

-İç,sərinlən.

Keşiş bardağı əlinə götürüb bir anlığa fikrə gedir...

***


EPİZODUN TƏKRARI

Keşişin evi.Ohan və Akop ayaq üstə ,üz-üzə durmuşlar.Akop atasının gözlərinin içinə baxaraq:

-Ata,milli mübarizəmizə nədən xəyanət etdin?Yusif Əmini və Məlik-Yeqanovu nə üçün satdın?!Aşotu niyə güdaza verdin?!

Keşiş gözlərini yerə dikib susur.

Akop sözünə davam edir:

-Cəzasızmı qalacağını sandın?

Bu sözlər Ohanı başını yuxarı qaldırıb oğlunun gözlərinin içinə yazıq-yazıq baxmağa məcbur edir:

-Məni öldürməyə sənimi göndərdilər?

Akop:

-Hə.


Keşişin səsi titrəyir:

-Oğul,axı,mən sənin atanam.

Akop belindəki xəncəri çıxarıb “Atam olduğuna görə utanıram.Səndən iyrənirəm!”-deyir və xəncəri keşişə saplamaq üçün yuxarı qaldırır.Bu an güllə və sınan pəncərə şüşələrinin səsi gəlir.Xəncər Akopun əlindən düşür.O,əlini tutaraq zarımağa başlayır.

***


EPİZODUN TƏKRARI

Erməni üslubunda bərpa edilmiş alban kilsəsi.Ohan keşiş kilsədə təkdir.Bir

əlində şərab qabı,digərində isə bardaq var.Üz-gözündən və hərəkətlərindən sərxoş

olduğu anlaşılır.O,Həzrət İsanın ikonasına yaxınlaşaraq onun qarşısında durur və

deyir:

-Mən sənin nə qüdrətinə, nə də özünə heç vaxt inanmamışam və bu gün də inanmıram.Amma hər kəsin,o cümlədən hər iki balamın məndən üz döndərdiyi bir



vaxtda səndən başqa üz tutacağım bir kimsə yoxdur.Ona görə də ürəyimi istər-istə-məz,sənə açmağa məcburam.Tək qalmağım bəs deyil,oğlum məni öldürməyə qalx-

dı,amma özünün başı kəsildi,nizəyə taxıldı və küçə-küçə gəzdirildi.Qızımsa düş-mənə ərə gedərək,onun dinini qəbul etdi.Gözümün içinə baxa-baxa məndən imtina etdi,sanki atası mən deyilmişəm,bir məlun türkmüş.Ömrümü onlara həsr edib,iki küp qızıl yığdım,bunun üçün neçə-neçə evlər yıxdım,indisə məlum olur ki,hamısı əbəsmiş.Nə isə dünya köpəkoğlu dünyadır.Odur ki,mənə içib dərdimi unutmağa çalışmaqdan başqa bir yol qalmayıb.Birlikdə içməyə isə səndən başqa adam yox-dur...

Bu dəm içəri Mirzə Əliməmməd girir.Onun gəlişindən xəbəri olmayan ke-

şiş əlindəki qabdan bardağa bir qədər şərab süzüb, onu Həzrət İsanın təsvirinin alın hissəsinə toxunduraraq,sözünə davam edir:

-...Sənin sağlığına!

Keşiş bu sözlərdən sonra bardağı başına çəkir.

***

Ohan xəyallardan ayrılır,öncə əlindəki ayrana,daha sonra isə qızına baxır, Süsənə göz vurub,ayranı başına çəkir.Qız ağlamağa başlayır.



***

Ekranda yalnız Süsənin ağlayan üzü görünür.Ekran yavaş-yavaş qaralır və

tam qaranlıq çökür.Bu hal bir neçə saniyə davam edir.Ekran işıqlanır və orada Sü-sənin sifətinin yerinə yuxarıdan aşağıya doğru baxan üzü niqablı 12 qara keşişim başı və boyunlarından asılı olan xaçları canlanır.Keşişlərin başı üzərində erməni katalikosunun gizli məşvərət məkanının gümbəzvari tavanı görünür.

***


Gəncə yaxınlağındakı Göy-göl.Gəncə xanı Cavad xan və Molla Vəli Vida-

di gölün ortasında üzən qayıqda yanaşı əyləşmişlər.Uğur bəy və Turqut bəy avar çəkirlər.Cavad xan Vidadiyə deyir:

-Vallah, sizin öz üzərinizə götürdüyünüz bu xeyixah və ağır vəzifənin əhə-miyyətini sözlə ifadə etmək belə çətindir.Bilsəniz bu məsələ üzərində nə qədər baş

sındırmışam.Bəzən gözlərimə yuxu belə getməyib.Axı,necə ola bilər ki,urusların qapımıza dirəndiyi bir vaxtda öz aramızda dil tapa bilməyək.Madam ki,indiyə qə-

dər görüşdüyünüz bütün xanlar qurultay keçirmək və öz içlərindən şah seçmək qə-rarını dəstəkləyiblərsə,mən razı.Yəni heç bir etirazım yoxdur.Əminəm ki, Bakı xa-nı, dostum Hüseynqulu xanı da yola gətirə bilərik.Amma mən də,Hüseynqulu xan

da eynən sizin kimi Azərbaycanı səltənət kimi görmək istəyirik və doğrusu Ağa Məhəmməd şaha böyük ümidlə baxırıq.Çünki hamımız birləşə və qüvvələrimizi birləşdirə bilsək belə,Qacarların qüvvəsi olmadan uruslarla bacara bilmərik.Bütün

qüvvələri birləşdirsək isə urusları sərhədlərimizdən çox-çox uzaqlara ata bilərik.Və

bunu bu gün etməsək,sabah artıq gec ola bilər.

Vidadi:

-Kaş,Azərbaycanın bütün xanları sizin kimi düşünəydilər.Məlumat üçün bildirim ki,olduğum hər yerdə çox sayda səltənətpərəstlərin olduğunun şahidi ol-



dum.Bu fikri ən cox karxana sahibləri və böyük tacirlər dəstəkləyirlər.Təsəvvür

edin ki,karxana sahibi və ya tacir öz mallarını,tutaq ki,Bakıdan Osmanlı sınırına

aparmaq istəyir.Gör, neçə yerdə gömrük rüsumu və torpaqbasdı vergisi verməli

olacaq.Belə bir şəraitdə nə ticarət,nə də iqtisadiyyat inkişaf edə bilməz.

Cavad xan:

-Urusların Azərbaycan torpaqlarına göz dikməsinin əsas səbəbi də elə karvan yollarını ələ keçirməkdir də.Biz isə əl-ələ verib bu nemətdən faydalanmaq

əvəzinə özümüz-özümüzə əlavə maneələr yaradırıq.

Hətta tam əminəm ki,keçmişdə olmuş məzhəb savaşlarını və düşmənçiliklə-ri unudub Osmanlılarla ittifaq bağlamalı və uruslara qarşı eyni cəbhədən çıxış et-

məliyik.

Vidadi:


-Dilinizə qurbam olum,ay xan,tam ürəyindən xəbər verdiniz.

***


Erməni katalikosunun gizli məşvərət məkanı.Yerdə böyük taxta xaç var. Ohan keşiş əllərindən, ayaqlarından və belindən iplə taxta xaça sarılmışdır.Üzləri

niqablı,qara geyimli 12 keşiş və katalikos dairə üzrə düzülmüşlər.

Katalikos danışır:

-Ohan keşiş erməni xalqının müqəddəs məqsəd və arzularına xəyanət edərək

köpəyin belindən gəlmiş türklərə satılmışdır.Onun xəyanəti nəticəsində xalqımızın


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin