Bəxtiyar Tuncay AĞa məHƏMMƏD Şah qacar və ya taleyin qara ulduzu



Yüklə 2.1 Mb.
səhifə19/23
tarix18.06.2018
ölçüsü2.1 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   23
ki,əvvəlki Lütfəli xansan ki, qarşımda durmusan.Aparın və onu paza oturdun!Bu

bişərəf ancaq belə rəzalətə layiqdir.

Lütfəli xan:

-Qurbanın olum,ayağının altında ölüm,canıma qıyma!

Əsgərlər Lütfəli xanı sürüyə-sürüyə aparırlar.

***


Şirazın qala bürclərindən biri.İki əsgər bürcə Qacarlar dövlətinin bayrağını taxırlar.Və bu kadr donub qalır.Onun fonunda ekranda aşağıdakı yazılar peyda olur:

“Ağa Məhəmməd şah Qacar qısa bir müddətdə Səfəvilərin qurmuş olduqları

səltənətin Arazdan cənubda yerləşən hissəsini,o cümlədən Güney Azərbaycan xan-lıqlarını öz hökmü altında birləşdirməyə nail oldu.Gələcəkdə Fətəli şah Qacar adı

altında taxta çıxacaq qardaşı oğlu,vəliəhd Xanbabanı Təbrizə göndərərək bu şəhəri

vəliəhd şəhəri və səltənətin ikinci paytaxtı elan etdi. O, Quzey Azərbaycan xanları-na,o cümlədən Tiflis xanı İrakliyə məktublar göndərib onlardan tabe olmağı və bu-nun sübutu kimi girovlar göndərməyi tələb etdi.Fəqət Gəncə və Bakı xanlarından başqa xanların heç biri bu tələbə müsbət cavab vermədi,əvəzində Rusiya ilə sepa-rat danışıqlar başlandı.Bu da Ağa Məhəmməd şah Qacarın böyük bir ordu ilə Qu-zey Azərbaycan xanlıqlarının üzərinə hücuma keçməsinə səbəb oldu.O,qoşunlara üç istiqamətdə -İrəvan,Lənkəran vəQarabağ xanlıqları istiqamətlərində yürüş etmə-yi əmr etdi.Üçüncü istiqamətdə hərəkət edən qoşunun başında özü durdu.

Qısa bir zaman içində Naxçıvan,İrəvan və Lənkəran xanlıqları Səltənətə bir-ləşdirildi.Lənkəran xanı Mir Mustafa xan Xəzəri dolaşan rus gəmilərinin köməyinə sığınmaq üçün Sarı adasına qaçdı.Rus hərbi gəmiləri Qacarın gəmilərinə adaya

qoşun çıxarmağa imkan vermədilər.

1795-ci ildə Ağa Məhəmməd şah Qacar 85 minlik ordu ilə Qarabağa daxil olaraq, Şuşa yaxınlığında qərarlaşdı.İbrahimxəlil Şuşanın müdafiəsini təşkil etməyi

Səfərə tapşıırdı.Səfərin təklifi ilə şəhərdəki səltənətçilərin başçıları Məmməd bəy

və Qasım göz altına alındılar.Qədimi isə edam edildi. Azərbaycan səltənətinin bər-

pasının qızğın tərəfdarı və rusların qatı əleyhdarı Gəncə xanı Cavad xan da öz qo-şunları ilə birlikdə Ağa Məhəmməd şaha qatıldı.

***


3-CÜ SERIYA
BÖYÜK XƏYANƏTİN
BAŞLANĞICI

İbrahimxəlil xanın sarayının məşvərət otağı.Məşvərət gedir.İbrahimxəlil xan taxtda oturub.Ondan sağda yeni qaynatası Şahnəzər Məlik,Şahnəzərdən sağda Kələntər Ağası bəy, solda Molla Pənah Vaqif və Mirzə Əliməmməd əyləşmişlər. Məşvərətdə iştirak edənlərin ümumi sayı 25-30 nəfərdir.Onların içində axund,qazi, Usub Məlik, Allahqulu Məlik,Yeganə Məlik və Səfər də var. Onlar xanla üzbəüz oturublar.Yalnız Səfər ayaq üstədir və o, mövcud durum barədə danışır:

-Artıq dördüncü gündür ki, Ağa Məhəmməd xanın qızılbaş ordusu Çilə-börd yaxınlığındakı mövqelərində durmuşdur və nə bir addım irəli gəlir,nə də bir addım geri gedir.Şuşanı mühasirəyə almaq və ya da ki,şəhərə hücuma keçmək niy-yətində olduqlarını sübut edə biləcək heç bir dəlil yoxdur.Kəşfiyyat dəstələrimiz indiyə qədər ondan artıq qızılbaş əsgərini oğurlamağa nail olmuşdur,fəqət belə

görünür ki,onların da Qacarın gerçək niyyətindən xəbərləri yoxdur. Hər halda, xə-fiyyəbaşı Mirzə Əliməmməd bu barədə daha geniş məlumata sahibdir.Qarşı tərəfin

ordusunun sayı təqribən 85 min nəfərdir.Buna təqribən 4 min nəfər də Cavad xanla

birlikdə gəlmiş gəncəli əsgərləri əlavə etmək lazımdır.Üstə gəl xəyanət yolunu tut-muş yüzbaşı Saroş Səraslan oğlunun başına toplaşmış minə qədər səltənətpərəst qarabağlını və ətraf xanlıqlardan könüllü surətdə Çiləbördə axışmaqda olan səltə-nətpərəstləri.Rəhmətlik Hətəm Məliyin oğlu Məcnun Məlik də öz adamları ilə bir-likdə qızılbaşlara qoşulub.Mənim deyəcəklərim bu qədər.

İbrahimxəlil xan:

-Otur!(Üzünü Mirzə Əliməmmədə tutur.)Hə,Əliməmməd ağa,sən danış, görək,yeni nə deyəcəksən?

Səfər oturur,əvəzində isə Mirzə Əliməmməd ağa ayağa qalxır:

-Xan,ələ keçirilmiş qızılbaş əsgərlərin dindirilməsi göstərdi ki,Ağa Mə-həmməd xanın hədəfinin nə olduğu barədə,deyəsən,onun özündən və Gəncə xanın-

dan başqa heç kəs heç nə bilmir. Hər halda, hədəfin Şuşa olmadığı açıq-aşkardır.

Çünki Şuşanı almaq üçün 85 minlik orduya ehtiyac yoxdur. Qızılbaş əsgərlərinin dediyinə görə,xacə hətta Tehran, İsfahan və Şirazın üzərinə yürüş edəndə özü ilə bu qədər çox ordu, top-tüfəng, zəmburək götürməyib və hər yerdə ilk növbədə da-

xildəki tərəfdarlarına,yəni səltənətpərəstlərə arxalanıb.

Xan:


-Demək ki, biz vaxtında duyuq düşüb, Qarabağdakı səltənətpərəstləri tə-

sirsiz hala gətirməsəydik,indi kim bilir,nələr baş verərdi.Yaxşı ki,Səfər bəy vaxtın-da bizi duyuq saldı. Sən də, maşallah, o qədər adam tutmusan ki, zindanlarda yer yoxdur. Yəni doğrudanmı Qarabağda bu qədər çox səltənətpərəst varmış? Tutub zindana saldıqlarının içərisində səltənətpərəst olduğunu etiraf edənlər varmı?

Mirzə Əliməmməd:

-Qardaşınız oğlu Məmməd bəydən və vəzirin oğlu Qasımdan başqa bircə nəfər də olsun,etiraf edən yoxdur.

Xan:

-Bəs,sən kimin səltənətpərəst,kimin bizim tərəfdarımız olduğunu necə müəyyən edirsən?



Mirzə Əliməmməd:

-Bu,çox sadə məsələdir.Sizin tərəfdarlarınızın hamısı Ağa Məhəmməddən

söhbət düşəndə, onun adının yanında mütləq “xan” kəlməsini işlədirlər, yəni onu

şah kimi qəbul etmirlər. Səltənətpərəstlər isə heç vaxt “ Ağa Məhəmməd xan Qa-car”demirlər,onlar üçün bu şəxs Ağa Məhəmməd şah Qacardır. Üstəlik də bu gün

özünü “dövlətpərəst” adlandıranlar uruslara pis gözlə baxmırlar. Səltənətpərəstlə-

rin gözündə isə uruslar bir nömrəli düşməndirlər.Yeri gəlmişkən,85 minlik ordu da məhz uruslarla döyüş üçün nəzərdə tutulmuşdu.Uruslar isə artıq çıxıb gedibrlər.Ye-

də eyni fikirdəyəm ki,Gəncə xanının burada olması əsl hədəfin Tiflis olduğunu

göstərir.Xacə gec-tez Tiflisin üzərinə yürüyəcək.

Xan:

-Deməli,qızılbaş ordusu urusları Azərbaycandan qovmaq üçün buraday-mış.Uruslar isə özləri çıxıb getdilər və bizi çox pis vəziyyətdə qoydular.(Üzünü sağ



tərəfində oturan Şahnəzər Məliyə tutur)Hə, Şahnəzər Məlik, nə oldu, sən də, o biri məliklər də israr edirdiniz ki,ümidlər Urusiyətədir və yalnız uruslara arxalanmaqla

xacədən yaxa qurtarmaq mümkündür.Mən də sizə qulaq asdım,urus padşahına mü-

raciət etdim,bu da nəticəsi.(Mirzə Əliməmmədə müraciət edir)Sənin söylədiklərini

nəzərə alıb,İrakli xana məktub göndərərək onu xəbərdar etmişəm,amma,deyəsən,

xacənin özü də nə etmək istədiyini bilmir. (Usub Məliyə tərəf baxır.) Usub Məlik, mənim başa düşməkdə çətinlik çəkdiyim bir şey var.Siz ermənilər,və yaxud özünü-zün dediyiniz kimi,qıpçaq-qarqarlar həmişə uruslara tərəfdar olmusunuz. Mərhum Hətəm Məlik də elə idi.Onun oğlu Məcnun Məliyi Qacara və Cavad xana sığınma-ğa nə məcbur etdi?Məgər ona bir pisliyimizmi keçmişdi?

Usub Mılik ayağa qalxaraq deyir:

-Vallah,mən də bir şey anlamadım.Əslində bu gün ətrafımızda başa dü-şünülməsi çətin olan işlər çoxdur.Məsələn,kimin ağlına gələrdi ki,Məmməd bəy və

Qasım səltənətpərəstlərin başında durur və xanlıqda hər üç-dörd nəfərdən biri xa-cənin tərəfdarıdır?Mən yatıb yuxumda da görə bilməzdim ki,Ohan keşiş bir gün is-

lamı qəbul edib müsəlman olacaq və namaz qılmağa başlayacaq.Tehran,Qum,İsfa-han və Şirazın belə asanlıqla xacəyə təslim olacağını söyləyən olsaydı,ona gülər-dim,amma zaman haqlı olmadığımızı üzə çıxardı.Yaşadığımız dövr çox ziddiyyət-

li bir dövrdür.Nəyin necə və nə vaxt olacağını və nə üçün belə olacağını heç kim söyləyə bilməz və mən də sualınıza cavab verməkdə acizəm.

***

İbrahimxəlil xanın sarayının qarşısı.Məşvərəti tərk edən əyan-əşrəf iki-iki,üç-üç atlarına minib,saraydan ayrılırlar.Vaqiflə Mirzə Əliməmməd saraydan birlikdə ayrılırlar.Məliklər də atlarına mindikdən sonra eyni istiqamətə üz tuturlar.



Saraydan ən sonda Səfər və Kələntər Ağası bəy çıxırlar.Atına minməkdə olan Sə-fər eyni işi görən Kələntər Ağası bəyə deyir:

-Uruslarla müttəfiqlik məsələsinə siz necə baxırsınız?Onlara inanmaq olarmı?

Kələntər Ağası bəy sualın cavabını artıq hərəkət halında verir:

-Mən də hər kəs kimi xanımıza sədaqət andı içmişəm və onun qəbul edəcəyi hər bir qərar mənim üçün qanundur.Ona görə də nə düşündüyüm önəmli deyil.

Səfər:

-Əgər əl-qolunuz sədaqət andı ilə bağlı olmasaydı,onda necə?



-O zaman Ağa Məhəmməd şaha qoşulub,uruslara qarşı son damla qa-

nına qədər döyüşənlərin birincisi mən olardım.

Bu sözlərdən sonra hər ikisi susmağa və yollarını beləcə davam etmə-yə üstünlük verirlər.

***


Məliklər meşə yolu ilə yanaşı gedirlər.Şahnəzər Məlik deyir:

-Xacənin Tiflisə yürüş edəcəyi şübhəsizdir.İrakli xan uruslarla xoş münasibət quranda ağlına belə gəlməzdi ki,günlərin birində onlar gözlənilmədən geri çəkiləcək və Ağa Məhəmməd xan da xəyanətinə görə onu cəzalandırmaq fik-rinə düşəcək.Cavad xan da İraklinin Gəncəyə hücumunu unutmayıb və indi ondan heyfini çıxmaq üçün əlinə girəvə düşüb.

Usub Məlik:

-Məncə, bütün bunlar bəhanədən başqa bir şey deyil.Əgər xəyanətə görə cəzalandırmaq lazım olsaydı,birinci növbədə gərək İbrahimxəlil xan cəzalan-dırılaydı.O da uruslara müraciət edənlərdən biri idi.Bu azmış kimi Lənkəran,İrə-van,Naxçıvan,Şəki və Şamaxı xanlarını da buna o təhrik etmişdi.İrakli xan Gəncə-

yə hücuma keçəndə İbrahimxəlil xan da ona qoşulmuşdu.Məsələ İrakli xanın xaç-pərəst və gürcü olmasındadır.Əgər o da İbrahimxəlil xan kimi türk və müsəlman olsaydı,hadisələr tamam başqa cür cərəyan edərdi

Allahqulu Məlik:

-Məsələ bunda deyil.İndiyə qədər İrakliyə milli və dini mənsubiyyə-tinə görə “gözünün üstündə qaşın var”deyən olmayıb.Məgər Nadir şahın dövründə

onun qılıncının sağı da,solu da kəsmirdimi?Nadir şahın ən çox güvəndiyi adamlar-dan biri o deyildimi?Nadir şah Borçalı və Qazaxı Gəncə xanından alıb İrakliyə ver-

məmişdimi?Məgər İraklinin ata-babası 600 ilə yaxın bir vaxtdan bəri Tiflisdə ha-kim olmamışlarmı?Hansı müsəlman padşahdan bir pislik görmüşdülər?Yalnız Sə-fəvilər dövründə bir dəfə Azərbaycan səltənətinə xəyanət yolunu tutdular və şah Abbasın qəzəbinə gəldilər.Abbas Tiflisi yerlə bir etdi və gürcüləri də qılıncdan ke-

çirdi.Bu dəfə də hər şey xəyanətlə bağlıdır.Üstəlik də İrakli uruslara arxalanaraq xanlığın əhalisinin əksəriyyətini təşkil edən müsəlmanlara deyib ki,ya Rəbbimiz İsanın haqq yoluna gəlin,ya da rədd olun gedin.Onlar da Qacara şikayət ediblər.

Şahnəzər Məlik:

-Mən bu barədə heç nə eşitməmişəm.Əgər söylədiklərin doğrudursa,

onda vay Tiflisin halına!Qacar çox kinli adamdır və şah Abbasın etdikləri onun edəcəklərinin yanında toya getməli olacaq.Onun Şiraz və Kirman əhalisinin kəsik başlarından təpə düzəltdirdiyini,yəqin ki,eşitmisiniz?Lütfəli xan Zəndi də qadın əvəzinə onun öz əsgərlərinə zorlatdıraraq paza oturtdurduğunu söyləyirlər.Eyni işi

İrakli xanın da başına gətirməyəcəyinə kim zəmanət verə bilər?

Yeganə Məlik:

-Bunların hamısı xacədən yanıqlı olan farsların uydurmasından başqa

bir şey deyil. Bunu hər birimiz çox gözəl bilirik.Fəqət bu şaiyələr bizim də işimizə

yarayır və biz onları hər bir vasitə ilə yaymalıyıq.Yadınızda deyilmi,bir vaxt Ma-zandaranda belə bir şayiə yaymışdılar ki,guya Ağa Məhəmməd xan xacə olduğu

üçün üzünə tük çıxmır və guya bu üzdən də saqqal vergisi barədə fərman vermiş-dir ki,o verginin ağırlığından hamı saqqalını qırxdırsın?Nəticədə həm Mazandaran-da, həm də Gilanda üsyan qalxdı.Eyni şayiələri biz də burada yayırdıq.Sonra isə məlum oldu ki,Qacarın saqqalı varmış və saqqal vergisi barədə söylənilənlər də farsların uydurmasıdır.Amma artıq iş işdən keçmişdi.Üsyanları yatırmaq üçün Ağa Məhəmməd xan çox tər tökməli və vaxt itirməli oldu.

***


Şuşa zindanının dindirmə otağı.Vaqiflə Mirzə Əliməmməd bir tərəfdə,

Məmməd bəylə Qasım o biri tərəfdə qarşı-qarşıya oturmuşlar.

Vaqif üzünü Məmməd bəylə oğluna tutaraq deyir:

-Baxın,hər ikiniz gəncsiniz,həyat təcrübəniz azdır.İbrahimxəlil xan da

sizi bağışlamağa hazırdır.Axı,nə üçün sizə elə gəlir ki,Vətəni yalnız siz sevirsiniz?

Biz də Vətəni çox sevirik.Biz də bu torpağın övladıyıq.

Qasım:

-Vətəni sevən adam heç vaxt uruslara məktub yazıb,onları Azərbaycana



dəvət etməzdi.Sənsə, ata, bunu etdin.Eyni işi səndən öncə ermənilər də görmüşdü-lər.Belə olan halda, səninlə onlar arasında nə kimi fərq var?Onları yenə də başa düşmək olar,onlarla uruslar eyni dindəndirlər və müsəlmanları da eyni dərəcədə sevmirlər.

Vaqif:


-Oğlum,görürsən,birini bilirsən,birini yox...Ermənilərin məktubundan

sonra uruslarda belə bir fikir hasil olmuşdu ki,Osmanlı dövlətinin şərq əyalətləri və

Azərbaycanın İrəvan və Qarabağ xanlıqları hesabına erməni dövləti yaratsınlar. Mənim məktubumdan sonra isə bu fikirdən vaz keçdilər.Qərara gəldilər ki,Azər-baycanın bütün xanlıqlarını İbrahimxəlil xanın hökmü altında birləşdirsinlər.Bu xə-

bər yayılar-yayılmaz,bütün Azərbaycan xanları,o cümlədən urusların qanlı düşmə-ni Cavad xan İbrahim xana məktub göndərib,itaət bildirdilər və öz övladlarını gi-rov qismində Qarabağa göndərdilər.

Məmməd bəy:

-Yəni İbrahimxəlil xan urus padşahının canişini olmalı,Azərbaycan da Urusiyətin kiçik bir əyalətinə çevrilməli idi,eləmi?Əvəzində də uruslar bizim xanı

Ağa Məhəmməd şah Qacardan qorumalı idi?Siz bu addımı Azərbaycan naminə de-yil,İbrahimxəlil xanın taxt-tacını qorumaq,onun hökmünü bütün Azərbaycana yay-maq üçün atdınız.O zaman siz də kiçik bir xanlığın yox,bütün Azərbaycanın vəziri

olacaqdınız,deyilmi?

Mirzə Əliməmməd:

-Görürəm ki ,heç biriniz heç nə başa düşmədiniz.Biz bura sizi dar ağa-cından qurtarmaq üçün gəlmişik.Mənə elə gəlir ki,sizin hazırki vəziyyətiniz kimi isə nədə isə ittiham etməyi yox,üzr istəyib,bağışlanmanızı rica etmənizi zəruri edir.

Əgər düşünürsüz ki,xacə Şuşaya hücum çəkib,sizi dar ağacından xilas edəcək,yanı-lırsınız.Bunu mən sizə tam yəqinliklə deyirəm.Yaxşı-yaxşı fikirləşməniz üçün bir həftə vaxtınız var.Başa düşün,səltənəti bərpa etmək barədə fikirlər boş xəyallardan

başqa bir şey deyil,bu gün Azərbaycanın özünün bir müstəqil dövlət kimi mövcud olub-olmayacağı böyük sual altındadır.Sizsə keçmiş müstəmləkələr,Qara dəniz və

Hind ümmanına çıxış barədə düşünürsünüz.

***


Vaqiflə Mirzə Əliməmməd at belində zindandan geri dönürlər.Onlar Şu-şanın küçələrindən biri ilə hərəkət edə-edə söhbət edirlər.Mirzə Əliməmməd deyir:

-Allah özü onları İbrahimxəlil xanın kinindən qorusun.Yəqin ki,oğlunun

taleyi səni çox narahat edir.Necə də etməsin?Axı,o sənin tək bir övladındır.

Vaqif:


-Yazıya pozu yoxdur.Allah alınlarına nə yazıbsa,o da olacaq.Vallah Məmmədə ürəyim Qasımdan az yanmır.Onu Qasımdan az istəmirəm.Amma nə et-

mək olar?Özləri bu yolu seçiblər.İkisi də keçi kimi tərsdir.

Uzaqdan Ohanın evi görünür.Mirzə Əliməmməd deyir:

-Bəlkə,bir Ohana baş çəkək,kefimiz yerinə gəlsin.

Vaqif:

-Nə deyirəm ki...Gedək deyirsən,gedək.



***

Ağa Məhəmməd şahın Çiləbörd yaxınlığındakı ordugahı.Hər tərəf cadırlardır.Abbas bəylə Səfərəli bəy çadırların araları ilə piyada gedə-gedə söhbət edirlər.Onlar hərəkət etdikcə,kadrda öncə quyudan su çəkərək dəvə və atları suva-ran qızılbaş əsgərləri,ardınca ocaq ətrafında oturub tüfənglərini təmizləyən əsgər-lər, sıra ilə düzülmüş toplar,dəlləyə başını qırxdıran bir zabit və ən nəhayət gülə-şən iki yoldaşlarının ətrafında dövrə vurub,onlara tamaşa və azarkeşlik edən əsgər-

lər canlanır.

Abbas bəy:

-Bu gün düz dördüncü gündür ki,papağı günə yandırırıq.Şahın nə dü-

şündüyü,nə etmək istədiyi məlum deyil.Hələ indiyə qədər belə şeyin şahidi olma-mışam.Adam nə qədər aşıqların dilindən dastan dinləyər?

Səfərəli bəy:

-Ərzaq məsələsi nə yerdədir?

Abbas bəy:

-Nə qədər qəribə olsa da ərzaq və pul sarıdan heç bir çətinliyimiz,Alla-

ha şükürlər olsun ki, yoxdur.Amma sabah nə olacağı məlum deyil.Görünür,şah Tif-

lisi tutmağı və qarət etməyi düşünür.Bu boyda xərci başqa cür təlafe etmək müm-kün deyil.

Səfərəli bəy:

-Mən də belə düşünürəm.

***

Ağa Məhəmməd şah Qacarın çadırı.Şah və Cavad xan,hər ikisi mütək-kəyə söykənərək dastan söyləyən aşığı dinləyirlər.



Aşıq:

-...Oğlanın başının yarasını nənəsi görəndə ovcuna bir az un alıb,üstə

bir az su töküb,xamır qayırdı.O xamırın adına keçmişdə “ tüpürüh məlhəmi” deyər-dilər.O da köhnə qarılar dərmanıydı.Bu xamırı qarı Məhəmmədin başına qoyub,dəsmalla sarımağa başladı.Məhəmməd dedi:“Nənə,sənə üç kəlmə sözüm var.”

Nənəsi dedi:“Oğul,deyə bilərsən.”

Aldı Məhəmməd ,saznan-söznən görək nənəsinə nə dedi,nənəsi də Məhəmmədə nə cavab verdi.

Aldı Məhəmməd:

“Canım nənə,gözüm nənə,

Rusğat ver, mən gedər oldum.

Od canımda yana-yana,

Rusğat ver, mən gedər oldum.”

Aldı qarı:

“Canım oğul,gözüm oğul,

Qoymaram sən gedəsən.

Sənə qurban özüm,oğul,

Qoymaram sən gedəsən.”

Aldı Məhəmməd:

“Düşmüşəm yarın qəhrinə,

Bax,nənə, işin təhrinə.

Gəl,deyib Kişmir şəhrinə,

Rusğat ver,mən gedər oldum...”

***

Ağa Məhəmməd şahın çadırının çöl tərəfdən görünüşü.Çadırın dörd bir tərəfində əli nizə və qalxanlı keşikçilər durmuşlar.Abbas bəylə Səfərəli bəy cadıra yaxınlaşırlar.Çadırdan aşığın səsi gəlir:



- ... Aldı qarı:

“Qoymam səni mən ölməmiş,

Ömrümü başa vurmamış.

Şah sənə rusğat verməmiş,

Qoymaram,oğul,gedəsən...”

Abbas bəylə Səfərəli bəy bir-birinə baxırlar.Hər ikisinin üzündən na-

razılıq hiss olunur.Səfərəli bəy deyir:

-Yenə də eyni şey.25 gündür şahın çadırından aşığın avazı gəlir.Bu köpək oğlu aşıq bu qədər sözü necə yadda saxlaya bilir,heç cür başa düşə bilmi-

rəm.

Aşığın səsi gəlməkdə davam edir:



-...Aldı Məmməd:

“Məhəmməd o yolu görüb,

Bağçadan gülünü dərib.

Şah mənə urusğat verib,

Rusğat ver,mən gedər oldum...”

***


Ohanın evi.Ohan,Vaqif və Mirzə Əliməmməd qəhvə süfrəsi arxasında oturub söhbət edirlər.Mirzə Əliməmməd gülə-gülə Ohandan soruşur:

-Sən Allah,Ohan doğrusunu söylə,bu namaz məsələsi növbəti fırılda-ğındır,yoxsa doğrudan da müsəlman olmusan?

Ohan eynini pozmzdan:

-Bu,Allahla qulu arasında olan məsələdir,araya kimsə girə bilməz.

Vaqif:

-Deməli,sən vəsi məsələsini qəbul etmirsən.



Ohan:

-Allah-Təala Qurani-Kərimdə buyurur ki,mən sizə şah damarınızdan da yaxınam.Madam ki,belədir,hansı vəsidən söhbət gedə bilər?Məgər, arada bir boş-luq və ya bir məsafə varmı ki,ortaya bir vasitəçi girə bilsin?

Vaqiflə Mirzə Əliməmməd təccüblə bir-birilərinə baxırlar.Mirzə Əli-məmməd zarafatına davam edir:

-Ay lotu,sən deyildin badəni Rəbbin İsanın çarmıxa çəkilmiş təsvirinə

vuraraq başına çəkən?

-Onda cahil idim,etdiyimin fərqində deyildim.Allah mənim özümə çar-

mıxın acısını daddırdı,gözümü açaraq,hidayət etdi.Məgər tövbə qapısının Allaha şərik qoşanlardan başqa hər kəsin üzünə hər zaman açıq olduğunu bilmirsənmi?

Vaqif:


-Nə isə, bu mövzuda zarafat caiz deyil.Gəlin,mövzunu dəyişək...Yaxşı,

ay Ohan,bu Ağa Məhəmməd xan Qacardan ağlın nə kəsir?

Ohan:

-Məncə,o,sizin son ümidinizdir.Onu rədd etməklə siz özünüzü urusların köləliyinə sürükləyirsiniz.Əgər ermənilərin içindən Ağa Məhəmməd şah Qacar ki-mi bir şəxsiyyət çıxsaydı,vallah-billah,ondan on əllə yapışar,onu başımızın tacı ya-pardıq.Amma siz Nadir şahın qədrini bilmədiyiniz kimi,Qacarın da qədrini anla-mırsınız və ya da anlamaq istəmirsiniz.Uca Tanrı sizlərə insana xas olan bütün gö-zəl sifətləri-kişilik,mərdlik,comərdlik,şərəf və ləyaqət kimi sifətlərin hamısını bəxş edib,amma etiraf etməliyəm ki,biz ermənilər dünyanın ən şərəfsiz və ləyaqətsiz millətiyik.Buna baxmayaraq,siz müsəlman,ermənilər isə xaçpərəst olduğu üçün uruslar üstünlüyü həmişə bizə verəcəklər.Ağa Məhəmməd şahı rədd etməklə siz ona nail olacaqsınız ki,bir gün uruslar erməniləri başınızın ağası edəcəklər.Onda iş işdən keçmiş olacaq.



Vaqif:

-Vallah,sən şişirdirsən,yəni arzularını həqiqət kimi qələmə verməyə çalı-

sırsan.Bu qədər də olmaz,axı.

Ohan:


-Qardaş,mən sözümü dedim.İstəyirsiniz inanın,istəyirsiniz yox.Bu sizin şəxsi işinizdir.O ki qaldı mənim arzularıma,gizlətmirəm,bəli,bir vaxt belə arzula-rım olub,amma öz ermənilərimiz tərəfindən çarmıxa çəkiləndən sonra dünyaya ba-xışım kökündən dəyişib.

Vaqif:


-Deməli,deyirsən ki,İbrahimxəlil xan dura-dura,dövləti ermənilər idarə edəcəklər,hə.

Ohan:


-Şair,bax,Qarabağ əhli İbrahimxəlil xanın Çingiz xanın nəslindən olma-sından qürur duyur.Halbuki,bunun belə olmadığını siz də mən də yaxşı bilirik.Onu

da bilirik ki, urusların Çingiz xana da,onun soyundan olanlara da münasibəti sizin-kindən çox-çox fərqlidir.Uruslar 300 ildən artıq tatarların əsarəti altında yaşayıblar. və bunu tarixlərinin qara səhifələri hesab edirlər.Bu gün sahib olduqları torpaqlar da türk-tatar torpaqlarıdır.Həmin torpaqları özününküləşdirmək və tatarlardan inti-qamlarını almaq üçün Çingiz xanın nəslindən olan hər kəsi məhv ediblər və indi sən doğrudanmı inanırsan ki,bizim xanı əzizləyib gözlərinin üstünə qoya-caqlar?

Vaqiflə Mirzə Əliməmməd yenə də bir-birilərinə baxırlar.Ortaya dərin bir sükut çökür.

***


Ekranda yazılır: “2 GÜN SONRA”

***


İbrahimxəlil xanın sarayının bağçası.İbrahimxəlil xan bağbanı ilə bir-likdə bağçanı gəzir.Bağban alma ağacının budaqlarından birini göstərərək deyir:

-Bu budaq Abbasbəyi armudundan keçən il kəsib bu almaya calaq et-

diyimiz budaqdır.Yaxşı tutub.Məncə,gələn il ilk barını verməlidir.

Xan soruşur:

-Ağ tuta caladığımız qara və xar tut budaqları necə,tutdumu?

Bağban:


-Bəli,ağa,hər ikisi tutub.İstəsəniz,baxa bilərsiz.

Xan:


-Təbii ki,baxacağam.

Bu an kadra daxil olan nökər deyir:

-Xan,başına dönüm,Mirzə Əliməmməd ağa gəlib,deyir ki,təcili xanla görüşməliyəm,ona çox vacib bir sözüm var.

Xan:


-Təkdirmi?

Nökər:


-Bəli,ağa.

Xan:


-De,bura gəlsin.

Nökər “Baş üstə!”-deyib kadrdan çıxır.Xan bağbandan soruşur:

-O biri calaqlar necə oldu?

Bağban:


-Hamısı tutub.

Xan:


-Heyva ilə gavalı damı?

Bağban:


-Bəli,ağa.

Xan:


-Qəribədir.

Kadra daxil olan Mirzə Əliməmməd salam verir:

-Əssəlamu əleyküm!

Xan səsə dönərək:

-Və əleykəssəlam!(Üzünü bağbana tutur.)Sən get.

Bağban kadrdan çıxır.Mirzə Əliməmməd deyir:

-Xan,bu gün dəqiq məlumat əldə etmişəm ki,xacə sübh tezdən və ya günorta Əsgəran istiqamətindən hücuma keçəcək.

Xan diqqətlə Mirzə Əliməmmədə baxır:

-Bilmirəm,sən olmasaydın,nə edərdim.

***


Şuşa şəhərinin zindanı.Məmməd bəylə Qasımı eyni qəfəsdə qarşı-qar-şıya oturub,ayaqlarını irəli uzatmışlar.Hər ikisi divara söykənmişlər.Qasım deyir:

-Bu Ağa Məhəmməd şahı heç cür başa düşə bilmirəm.Nədən hücuma keçib,İbrahimxəlil xanın işini bitirmir?Axı,biz daha nə qədər burada oturmalıyıq?

Məmməd bəy:

-Vallah,sən elə danışırsan ki,guya bizim burada olmağımızın günahı Ağa Məhəmməd şah Qacardadır.Guya bu taleyi biz özümüz könüllü surətdə seç-məmişik.Nə tez ruhdan düşdün?Özünü ələ al,Qasım.Bizə ruhdan düşmək,əyilmək

olmaz.Arxamızca gedən,ölümü,zindanı,məhrumiyyətləri gözə alan,boyunlarına kə-fən dolayan minlərlə vətənsevər insanın gözü bizdədir.Geri addım atsaq, bu qədər vaxtdan bəri çətinliklə qurduğumuz təşkilatı bir saatın içində məhv edərik.İnsanla-rın bizə olan sevgi və rəğbəti bir anda məyusluq və nifrətlə əvəzlənər.Hər ikimiz el

içində rəzil olarıq.

Bu dəm qəfəsə yaxınlaşan keşikçi deyir:

-Xəbəriniz var xəbərdən?

Məmməd bəy:

-Yox,nə olub ki?

Keşikçi:

-Ağa Məhəmməd şah Qarabağı tərk edərək Tiflis istiqamətində hərəkət



Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə