Bəxtiyar Tuncay AĞa məHƏMMƏD Şah qacar və ya taleyin qara ulduzu



Yüklə 2.1 Mb.
səhifə2/23
tarix18.06.2018
ölçüsü2.1 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   23

xıb.

***


Ağa Məhəmməd şah Qacarın ordusu çayı keçir.Əsgərlər içi silah-

-sursat,yürüş çadırları və qazanları ilə dolu qoşqu arabalarının qarşı tərəfə xətər-

siz keçə bilməsi və atların xəsarət almaması üçün zəruri tədbirlər görürlər. Də-

vəçilər bellərində zəmburək (kiçik top) və döyüş təbilləri olan dəvələri sudan ke-

çirirlər.

Şah bütün bunları yüksək təpədən seyr edır.O,qollu-budaqlı ağacın köl-

gəsində durub.Yanında Allahverdioğlu var.Hər ikisi at belindədir.Şahin üz cizgilə- ri həmişəki kimi sərt və donuqdur,gözlərində dərin bir kədər var. Onun diqətini öküzə qoşulmuş ağır topları çaydan keçirməyə çalışan əsgərlər cəlb edir. Bu halı seyr edən hökmdar xəyala dalır. Uşaqlıqda şahidi olduğu olay gözləri önündə canlanır...

***


Məhəmməd Həsən xan və Allahverdioğlu (gənc yaşında),hər ikisi at be-

lində çay sahili boyu hərəkət edə-edə söhbət edirlər.Kiçik Ağa Məhəmməd (3-4

yaşlarında) atası Məhəmməd Həsən xanın tərkində oturub.Arxa planda çadırlar, ocaq qalayıb asma qazanlarda aş bişirən qadınlar gözə dəyməkdədir.

Allahverdioğlu:

-Bu il çox yaxşı yonca gətirib,yağış yağmasa,məhsulun yarısı zay olacaq.

Məhəmməd Həsən xan:

-Yağmasa, vergini toplamaqda çətinlik çəkəcəyik.Yenə də Nadir şahın

vergiyığanları ilə üz-göz olacağıq.

Allahverdioğlu:

-Allah böyükdür,Ondan ümüd kəsilməz.

Məhəmməd Həsən xan:

-Amin,şübhəsiz ki,belədir.

Allahverdioğlu:

-Məni narahat bu çayın suyudur.Belə getsə,tamam quruyacaq.Sanki, hər il

məcrasından çıxan bu çay deyilmiş.Kəndlilər indilik bir təhər işlərini ötüşdürürlər.

Söhbətin bu yerində kiçik Ağa Məhəmməd şəhadət barmağını çaya tə-

rəf uzadaraq deyir:

-Atacan, ora bax...

Məhəmməd Həsən xan və Allahverdioğlu uşağın işarə etdiyi tərəfə baxır-

lar...


Orada, çayın tam ortasında qoca bir kişi tək öküzə qoşulmuş kotan sürür.

Kadrın arxasından Ağa Məhəmmədin səsi gəlir:

-Sabutay əmi çayı niyə şumlayır?

Ekranda yenidən Məhəmməd Həsən xan və Allahverdioğlu canlanır.On-lar uşağın sözlərinə gülüşürlər.Məhəmməd Həsən xan deyir:

-Bizim Aşağıbaş tayfasının camaatı inanır ki,belə etməklə Tanrının diq-qət və mərhəmətini qazanmış olurlar.Bu,çox qədim bir inancdır. Sabutay əmi düşü-

nür ki,buna görə Allah bol yağış yağdıracaq.

Bu sözlərdən sonra xan oğlunu atdan endirərək deyir:

-Get ananın yanına.

***

Məhəmməd Həsən xanın arvadı Ceyran qız-gəlinin əhatəsində cay qıra- ğındadır.O,əlindəki ipə kecirilmiş ortası dəlinmiş daşları suya salıb yağış ovsunu



oxuyur:

-Suda daşım,

Quda daşım,

Baba daşım,

Gələr,getməz

Yağışım.


Digər qadınlar da əllərindəki ipə keçirilmiş daşları suya salıb oxuyurlar:

Daş başım,

Yaş başım.

Yaş oldu


Üst-başım.

Tam bu yerdə Ağa Məhəmməd anası Ceyrana yaxınlaşır.Ceyran oğlunu

bağrına basıb öpür.Qadınlar yenə də xorla oxuyurlar:

Daş başım,

Yaş başım.

Yaş oldu


Üst-başım.

Ovsun bitər-bitmız,yağış yağmağa başlayır.Qadınların hamısı bir ağız-

dan Allaha şükür edərək”Şükür sənə,İlahi”deyirlər.

***


Ağa Məhəmməd şah Qacar xəyallardan ayrılaraq üzünü Allahverdioğ-

luna tutub xırıltılı və qəhər dolu bir səslə ağır-ağır deyir:

-Get...Qoşun rəislərinə de ki,qarşı tərəfdə çadırları açsınlar...Ordugahı

soldakı təpədə qurun...Hər tərəfə gözətçilər qoyun,kəşfiyyat dəstələri göndərin...

Ətraf kəndlərdən ərzaq tədarük edin.Kəndlilərin mallarının pullarını artıqlaması

ilə verin,bizdən narazı qalan-filan olmasın...

Allahverdioğlu “Baş üstə” deyib, atını qoşun olan tərəfə döndərir və

təpənin aşağısında duran keşikçilərin yanından şığıyaraq,çaya tərəf istiqamət gö-

türür.

***


Şuşa qalasının Gəncə qapıları.Keşikçilər topa halında,tam heyətdə,bütün

silahları ilə birlikdə darvazanın önündə durub onları əvəz edəcək dəstəni gözləyir-lər.Yalnız bir nəfər keşikçi qüllədə durub.Kadr arxasından yeni dəstənin ayaq səs-ləri eşidilməyə başlayır.

Qüllədəki keşikçi “Gəlirlər!”-deyib aşağı enir.Tinin arxasından peyda olan dəstə keşikçilərə yaxınlaşır.Keşikçilər nizə və qalxanlarını yeni gələnlərə təh-

vil verib onların başında gəlmiş keşikçibaşına qoşularaq eyni yolla əks istiqamət-

də hərəkət edirlər və tinin arxasında gözdən itirlər.

***


Dəstə dar küçə ilə irəliləyir.Mahmud və Səraslan yanaşı gedirlər.Gənc

soruşur:


-Yaxşı olmazdımı ki,biz elə darvazanın yanındaca ayrılıb evlərimizə

gedəydik?!Meydana gedib orada ayrılmağın nə mənası var?!

Səraslan:

-Bu,təhlükəsizliyi təmin etmək üçün edilir və bizim də borcumuz ümu-mi nizama tabe olmaqdır.Xəzinədən maaşı bizə buna görə verirlər.

Küçənin qarşı tərəfində üç atlı peyda olur.Bunllar Vaqif,Mirzə Əliməm-məd və Xanməmməddirlər.Atlılar piyada hərəkət edən dəstə ilə tam üz-üzə gəldik-də keşikçilər divara sıxılaraq onlara keçməyə yol verirlər.

Molla Pənah:

-Bayramınız mübarək!

Keşikçibaşı:

-Sizlə birlikdə,Vəzir ağa!

Atlılar bir qədər aralandıqdan sonra Mahmud Səraslandan həyacanla so-ruşur:

-Bu Qarabağ xanının vəziri,məşhur şair Molla Pənah Vaqif idimi?

Səraslan başının işarəsi ilə təsdiq edir.

***

Mahmud və Səraslan artıq ümumi dəstədən ayrılmışlar və ikilikdə Kar-vansarayın yaxınlığındakı küçə ilə addımlayırlar.Yaşlı danışır,gənc dinləyir:



-Vəzir əslən Qazaxın Saatlı elindəndir.Deyilənə görə,Qıraq Salahlıda anadan olub.Atası əkinçiliklə,maldarlıqla məşğul imiş,ailəsini pis dolandırmırmış. Fəqət Osmanlı-Səfəvi müharibələri zamanı təsərrüfatları ziyan görür.

Bilmirəm məlumatın var ya yox,Qazax Şəmsəddinlə bərabər Gəncə xanlığının tərkibində idi,amma Gəncədə hökm sürən Ziyadxanoğulları mərkəzi hö-kumətə tabe olmaq istəmədikləri üçün Nadir şah Qazaxı Gəncədən ayırıb Tiflis bəylərbəyliyinə qatır.Elə həmin dövrdə Nadirin əmri ilə İrəvan xanlığı da Tiflis bəylərbəyliyinə qatılır...

Sözün bu yerində yoldaşlar bir qəhvəxananın qapsına yetişirlər.

Qapının üzərində ərəb əlifbası ilə yazılıb: “Səmədağa əminin qəhvəxanası”

Səraslan:

-Burada çox gözəl qəhvə bişirirlər.Tənbəkilərinə də ki söz ola bilməz. Deyirəm gəl adama bir fihcan qəhvə içək,söhbətimizi də qəlyan çəkə-çəkə,davam etdirək.Hə,Mahmud , nə deyirsən?

Gənc qapıdaki yazını oxuyur:

-“Səmədağa əminin qəhvəxanası”.Mən razı.

***

İbrahimxəlil xanın sarayınnın məşvərət otağı.Otağın pəncərə tərəfin-də,arxası pəncərəyə sarı olan,üstünə xalça-palaz,döşək və mütəkkələr döşənmiş taxt qurulmuşdur.Taxtın sağına və soluna qoyulmuş döşəkçələrdə Kələntər Ağası bəy,Şuşa şəhərinin qazisi əyləşmişlər. Onların arxası pəncərəyə, üzləri isə tədbirdə iştirak etmək üçün dəvət edilən, cərgələr halında diz üstə oturan əyan-əşrəf və əs-nafa tərəfdir.Hər kəs bayram libasındadır. Dəvətlilərin içərisində öz xarici görkəmi ilə hamıdan fərqlənən qara libaslı Ohan keşiş və beş erməni məliyi diqqəti daha çox çəkirlər.



Yalnız taxtın özü və ətrafındakı iki döşəkçə boşdur.Vaqif və Mirzə Əli-məmməd içəri girərək,əllərini sinələrinə qoyub işarə ilə toplaşanları salamlayırlar.

Hər kəs hörmət əlaməti olaraq,ayağa qalxır.Molla Pənah və Mirzə Əliməmməd taxtın sağ və sol tərəfində əyləşənlərlə əllə görüşürlər.Vaqif taxtdan solda,rəfiği isə

sağda yerlərini tuturlar.Onların ardınca otağa girən Xanməmməd Ohan keşişin ya-

nında oturur.

Xanməmməd yerini tam rahatlamamış,xan içəri girir və o da hamı kimi

hörmət əlaməti olaraq ayağa qalxmalı olur.İbrahimxəlil xan taxta oturan kimi hamı

əyləşir.

İbrahimxəlil xan:

-Bu gün sizi dəvət etməkdə məqsədim bir-neçə məsələni sizinlə müzaki-rə etməkdir.Birinci məsələ Nadir şahın vaxtilə Qarabağdan Xorasana köçürtmüş olduğu Cavanşir,Otuz iki və Bəhmənli elləri ilə bağlıdır.Bilirsiniz ki, onlar tədricən öz torpaqlarına qayıdırlar və biz də onlara ilk mərhələdə köməklik etmək üçün xə-

zinədən bir miqdar maliyyə ayırmışıq.Bu istiqamətdə işlər indiyə qədər pis getmir-di,amma dünən mənə məlumat verildi ki,bəzi çətinliklər yaranıb.İstəyirəm bu barə-də Kələntər Ağası bəy məlumat versin.

Kələntər Ağası bəy ayağa qalxır və üzünü İbrahimxəlil xana tutaraq de-

yir:


-Xan sağ olsun,bu günə qədər Xorasandan Qarabağa yeddi min dörd yüz

otuz üç ailə və ya başqa sözlə,düz qırx altı min əlli altı nəfər geri dönmüşdür.Sizin əmrinizə əsasən,üç ildən sonra qaytarılmaq şərti ilə hər ailəyə borc olaraq bir inək və hər adam başına borc olaraq bir qoyun verilmişdir.Beləcə,köçkünlərə üst-üstə düz yeddi min dörd yüz otuz üç baş qaramal,qırx altı min əlli altı baş qoyun pay-lanmışdır.Bütün bunlar xəzinədarın sərəncamı ilə hesabdarlar tərəfindən sənədləş-dirilmiş,borc alanlar tərəfindən imzalanmış və xəzinə dəftərxanasına təhvil veril-mişdir.

Bundan başqa,Sizin əmriniz əsasında hər bir köçkün ailəyə Beytül-Mal-dan iki kisə, üst - üstə on dörd min səkkiz yüz altımış altı kisə buğda təmənnasız olaraq paylanıb.

Xan əli ilə Ağası bəyə oturmasını işarə edir.Kələntər Ağası bəy əyləşir.

İbrahimxəlil xan deyir:

-Beytül-Maldan yardımın tam həcmdə edilə bilinməsi üçün üləma ilə məsləhətləşdikdən sonra Səfəvilər dövründən etibarən seyidlərə ayrılan xüms pa-

yının ləğvinə qərar vermişik.Bu qərar Qurani-Kərimin müvafiq ayəsi tam təfsiri ilə araşdırıldıqdan sonra verilmişdir.Dediklərimi qazi də,hörmətli seyidimiz Mirzə

Əliməmməd də indi təsdiq edərlər.

Xan qaziyə baxır.Qazi ayağa qalxaraq deyir:

-Tamamilə doğrudur.Qarabağ üləması uzun fikir mübadiləsindən sonra xəzinənin hərbi qənimətlər hesabina dolmadığını əldə əsas tutaraq,xüms payının ləğvinə yekdilliklə qərar vermişdir.

Xan:

-Təşəkkür edirəm,əyləşə bilərsən.Buyur,seyid.



Qazi əyləşir.Mirzə Əliməmməd ayğa qalxaraq deyir:

-Bütün söylənənlər tam doğrudur və gəlinən qərarın Allahın əmri ilə heç bir ziddiyyət təşkil etmədiyini və tam doğru olduğunu təsdiq edirəm.


***

Qəhvəxana. Şəhər əhalisi Cıdır düzündə olduğu üçün gənc və yaşlı iki dostdan başqa heç kim yoxdur.Qəhvəxanada hər birinin üstündə dörd nəfərin otura biləcəyi səkkiz taxt vardır. Hər birinin də üzərinə xalça və döşəkçələr döşənmiş-dir.Dostlar onlardan birinin üstündə oturmuşlar.Qarşılarında sulu qəlyan var.Səras-lan çöldə etdikləri söhbəti davam edərək deyir:

-Nadir şahın bütün yürüşlərində Tiflis bəylərbəyisi İrakli ilə birlikdə qa-zaxlılar da iştirak etmiş və böyük qəhrəmanlıq göstərmişlər.Amma bu qəhrəman-lıq,bu igidlik çox baha başa gəlirdi.Camaat qırılır,təsərrüfat dağılırdı.Osmanlıların hücumları da öz mənfi təsirini göstərirdi.Bu üzdən də camaat üzünü sabitliyin və əmin-amanlığın hökm sürdüyü Qarabağa tuturdu.Vaqif də Saatlı elindən Qarabağa pənah gətirən on yeddi ailə ilə birgə Şuşaya köçür.O,bura gələndə 29-30 yaşların-da idi...

Səraslan qəlyandan daha bir qüllab alır və öz müştüyünü çıxararaq qəl-yanın borusunu Mahmuda uzadır.Mahmud da öz növbəsində yeni müştük taxıb

qəlyanın borusunu ağzına alır. Dərin bir qüllab alıb tüstünü göyə püsgürdür.

Səraslan:

-...Hə,Mahmud,nə başını ağrıdım,başlayır Şuşada müəllimlik etməyə.

Saatlı məhəlləsində bir məktəb açır və dərs deməklə çörək pulusunu çıxarır.

Bir gün Vaqifin bütün həyatını dəyişəcək bir hadisə baş verir.Bir nəfər

avam tərəkəmə çoban itinə gözdəymə duası yazdırmaq üçün şəhərə gəlir.Bunun dinimiz baxımından caiz olmadığını bilməyən çoban özü ilə bir –iki qoyun da gə-

tiri ki,dua yazana peşkəş etsin.Şəhər lotuları onu bir-birinin üstünə göndərib ələ saldıqdan sonra bir nəfər ona Vaqifi nişan göstərir.Vaqif də dörd misralıq bir şeir

yazıb,asır itin boynuna və qoyunlarını alir.Şeir isə belə idi:

“Gözüm düşdü ətinə,

Dua yazdım itinə,

Bu sirri kim açsa,

Bu çobanın...”

Səraslan şeirin son kəlməsini əyilib Mahmudun qulağına pıçıldayır.

Mahmuddan tükürpədici bir qəh-qəhə qopur.

***

İbrahimxəlil xanın saraynda məşvərət davam edir.Xan üzünü Xanməm-



də sarı tutaraq:

-Bəs,sənin fikrin necədir,Xanməmməd?

Xanməmməd ona müraciət edilə bilinəcəyini ağlına belə gətirmədiyi üçün çaşır və tez də özünü ələ alıb ayağa qalxır:

-Tam doğru qərardır.Qərarın altında şəhərin bütün seyidləri kimi mənim də imzam var.

Xan:

-Deyirsən sənin də imzan var.Amma bu gün səhər sənin imzanı tamam



başqa bir qərarın altında gördüm.

Bu sözləri eşidən Xanməmmədin rəngi ağappaq olur,əl-qolu əsməyə

başlayır.Ətrafa dərin bir sükunət düşür.Hər kəsin nəzəri Xanməmmədə çevrilir.

Xan:


-Bu gün səhər xəfiyyələr Şuşanı gizli tərk etmək istəyən bir qasid ya-

xalayıblar,üstündən dostumuzun Kərim xan Zəndə ünvanladığı bir məktub çıxıb.

(Mirzə Əliməmmədə bir məktub uzadır)Oxu,görək, qardaşın nə yazıb.

Mirzə Əliməmməd qəzəbli-qəzəbli qardaşına baxaraq ayağa qalxır,mək-

tubu İbrahimxəlildən alır.Oxuyur:

-“Ey böyük İranın böyük şəhriyarı!Sizin Sasanilərin taxt-tacını yenidən dirçəldərək,İran dövlətini bərpa etməniz xəbəri Qarabağın bütün seyidləri kimi məni də ruhlandırmışdır.Biz seyidlər İslam Peyğəmbərinin şəhadət mərtəbəsinə yüksəlmiş məzlum və məsum nəvəsi imam Hüseyn əleyhissəlamla Sasani şahza-dəsi Şəhrəbanu xanımın nəslindənik.Damarlarımızda Peyğəmbərin qanı ilə yanaşı fars-Sasani şah nəslinin qanı da axır.Bu anı ata-babalarımız yüzillərlə,böyük həs-rətlə gözləmişlər.

Durmayın,özünüzü tez yetirin,bizi Qarabağın...”

Mirzə Əliməmməd üzünü Xanməmmədə tutaraq “Peyğəmbər də,imam

Hüseyn də sənə qənim olsun!”-deyir və xana müraciətlə:

-Xan,qurbanın olum,əmr et iki gözümü çıxartsınlar,amma bu məktubun arxasını oxumayım.

Xan əlini uzadıb məktubu geri alır və ardını özü oxuyur:

-“...Bizi Qarabağın qəddar və zalım xanı,qaniçən Çingiz xanın nəslin-

dən olan İbrahimxəlil xanın zülmündən qurtarın.O,Osmanlılarla əlbir olub,məzhə-bimizi aradan aparmaq istəyir.Bunun ən gözəl sübutu seyidləri xümsdən məhrum

etməsidir.Hörmətlə,ali hüzurunuza ərz edir:Seyid Xanməmməd Qarabaği.”

Yer-yerdən Xnməmədin ünvanına qarğışlar yağdırılır: “Cəddin sənə qə-nim olsun!”, “Allah bəlanı versin!”, “Xanın çörəyi gözünü tutsun,burnundan gəl-sin!”...

Xan əlini qaldırır və hamı susur.Sonra bir dəfə əl çalır,içəri keşikçilər daxil olur:

-Aparın atın onu zindana!

Xanməmməd:

-Qurban olum xan,bağışla məni balalarıma!Məni Ohan keşiş yoldan çı-xardı...

Keşikçilər Xanməmmədi aparırlar.

İbrahimxəlil xan üzünü, rəngi vərəq kimi ağaran və tir-tir əsən keşişə

tutur:


-Hə,keşiş,indi də növbə sənə gəldi.

Ohan keşiş:

-Xan,ayağının altında ölüm,vallah-billah yalan söyləyir.Günahını mənim üstümə yıxmaq istəyir.Biz ermənilər sənin sadiq qullqnırıq.Atan Pənahəli xanın bi-zi 36 il öncə necə xoş qarşıladığı və burada məsknlaşmağa icazə verdiyini heç vaxt unutmadıq və unutmayacağıq.Sənin bizə ibadət üçün alban kilsəsini bərpa et- məyə icazə verməyini də,tikintiyə maliyyə yardımı etdiyini də unutmamışıq.Xora-sandan öz evlərinə dönən yerlilərin evlərində müvəqqəti məskunlaşmış ermənilərə

Tuğda məskunlaşmağa icazə verdiyiniz də yaxşı yadımızdadır.

Xan:

- Yadınızdadır,deyirsən?!



Ohan keşiş:

-Bəli,başına dönüm!

İbrahimxəlil yaxasından daha bir məktub çıxarıb yuxarı qaldırır:

-Bəs,onda bu nədir?!

Məktubu görcək keşişin ürəyi gedir və o,tir-tap yerə sərilir.

***


Cıdır düzü.Xalq şənlənir.Hər tərəfdə musiqi sədaları eşidilir.Vəzirin xa-

nımı at belində, əyan- əşrəfin xanımlarının və nökərlərinin arasında Şahnisə xanımın çadırına tərəf hərəkət edir. Arxa planda gənclər çövqan oynayırlar.Atlılar

keçdikdən sonar kameranın obyektivi oyunçuların üzərində cəmləşir.

İri planda diqqəti cəlb edən Qasım boz atının belində çövqanı ilə topu iki rəqibin arasından keçirərək komanda yoldaşına ötürür.

***

Ekranda Şahnisə xanımın çadırı canlanır.O,çadırın önündə,xalça üstünə sərilmiş ipək üzlü döşəkçələrdən birinin üzərində əyləşərək,aralıda tonqal üstündən hoppanan Kiçikbəyim və Məmmədə tamaşa edir.Bu məqamda Qızxanım və onu



müşayiət edənlər çadıra yaxınlaşırlar.Nökərlər xanımların atlarının yüyənlərindən

tutaraq onlara enməyə yardım edirlər.Qızxanım ardınca da digər qadınlar xanın xanımına yaxınlaşırlar.Şahnisə hörmət əlaməti olaraq ayağa qalxır,növbə ilə ona

“bayramın mübarək!”deyən qadınlara “sizlə bahəm”deyərək öpüşür və onlara oturmağa yer təklif edir.Qadnlar döşəkçələrin üstünə əyləşirlər.Bunlar Vaqifin

xanımı Qızxanım,Kələntər Ağası bəyin xanımı Sara Xatun və Mirzə Əliməmmə-din zövcəsi Durnadırlar.

Şahnisə:

-Təzə nə xəbər var.

Qızxanım:

-Ən təzə xəbər budur ki,bu gün xan Ohan keşişi və Xanməmmədi zin-

dana atdırıb.İkisi də xana və dövlətə xəyanət ediblər.

Şahnisə:


-Vay,başıma xeyir,nə ediblər ki?

Durna:


-Mənim bədheybət qaynım xanı Kərim xan Zəndə şikayət etmək istəyib, amma İran şahına ünvanladığı məktub İbrahimxəlil xanın əlinə keçib.Ohan keşiş isə urus padşahına şikayət yazıb,onun da məktubu xana çatıb.

Şahnisə:


-Haram olsun xanın çörəyi onlara.(Üzünü Durnaya tutaraq ) Ay Durna

xanım, Mirzə Əliməmməd çoxmu kədərləndi?

Durna:

-Vallah,səhər evdən çıxdı,getdi xanla görüşə.Sonra onu görməmişəm.



Xəbəri isə bizə qazinin qızı yolda söylədi.Allah vurmuşdu Xanməmmədi ki,ona görə bir kədərlənəsən də!

Sara xatun:

Baxma,qardaş nə qədər pis olsa da, yenə qardaşdır!

Şahnisə:


-Doğrudur.Sara Xatun,İstanbuldakı oğlundan nə xəbər,dərslərində bir çətinliyi yoxdur ki?

Sara xatun:

-Allaha şükür,hər şey qaydasındadır.Ağası bəy istəyir xandan bir-iki aylığa icazə alıb İstanbula yollansın,oğlunun işləri ilə maraqlansın.Bəs,bizim Ki-çikbəyim balamız haradadır,gözə dəymir.

Şahnisə:


-O deeey,əmisi oğlu ilə ocaq üstündən hoppanırlar.

Sara Xatun:

-Mehralı bəyin oğlu Məhəmməd bəy də,maşallah,əməlli-başlı böyüyüb.

Elə bu anda gözlənilmədən peyda olan Kosa və Keçi xanımları söhbəti yarımçıq kəsməyə məcbur edirlər.

Keçi:

-A kos-kosa,gəlsənə,



Gəlib salam versənə,

Kosa bir azı neylər,

Ördəyi,qazı neylər,

Ay xal-xala,dursana,

Torbanı doldursana.

Keçi Şahnisənin qarşısında torbasının ağzını geniş açır.Şahnisə xanım ayağa qalxıb torbanı onun əlindən alır və çadıra keçir.

Kosa:

Ay uyruğu-uyruğu,



Saqqalı it quyruğu,

Kosam bir oyun eylər,

Quzunu qoyun eylər.

Yığar bayram xonçasın,

Hər yerdə düyün eylər.

Şahnisə xanım kosanın boş kisəsini ona dolu qaytarır.

***

İbrahimxəlil xanın sarayının məşvərət otağı.Xan taxtda əyləşib.Molla Pənah Vaqif,Kələntər Ağası bəy və Mirzə Əliməmməd onun qarşısında diz üstə



oturublar.

Xan:


-Daim məclislərimin başında oturtduğum adamların bu qədər nankorluq

etməsi,xəyanət yolunu tutması çox ağırdır.Mənə yaxşı bayram hədiyyəsi etdilər.Ən

çox da Xanməmmədin xəyanəti mənə yer etdi.Nəyi çatmırdı onun?!Şuşanın tam mərkəzində iki mərtəbəli,saray kimi ev-eşiyi,Malıbəylidə mülkləri,iki mindən artıq qoyun-quzusu,ikiyüzə yaxın arı ailəsi…(Mirzə Əliməmmədə üzünü tutaraq) Sən-dən göydən yerə qədər razıyam,Mirzə,məhz sənin sayıqlığının sayəsində o məktub-lar ələ keçdi.Dostlar, bilirsiniz ki,siz mənə ailə fərdlərimi hesaba almasaq,ən yaxın adamlarsız və mən sizə güvənirəm.Odur ki,bu gün həddən artıq hissiyata qapılmış olmağımı mənim üçün böyük qüsur hesab etməmənizi rica edirəm.

Bugünkü hadisə göstərdi ki,xanlığımızın ərazisində İran və Urusiyət üzə-rində siyasi hesablar qurmaq istəyənlər var,deməli, gələcəkdə də ola bilər.İndi də-qiqləşdirmək lazımdır ki,bütün bunlar Ohan keşişlə Xanməmmədin şəxsi təşəbbüs-

ləridir,yoxsa xaricdən qurulmuş oyundur.Onları daxildə dəstəkləyən var ya yox?

Onlar təkdirlər,yoxsa müəyyən bir qiyamçı dəstəni təmsil edirlər?

Əminəm ki,Xanməmmədə bir balaca işkəncə versək,dözməyib hər şeyi

ovcumuzun içinə qoyacaq.Amma mən bunu etmək istəmirəm.(Üzünü Mirzə Əli-məmmədə tutub)Odur ki,Mirzə,öncə özün bir onunla söhbət et.De ki,doğrusunu

söyləsən xan səni bağışlayar.Bəs,Ohan keşiş barədə məsləhətin nədir?

Mirzə Əliməmməd:

-Mənə üçcə gün vaxt ver,hər şeyi dəqiqliklə öyrənim.İndi isə dəmiri isti-isti döymək lazımdır.Xan mənə icazə ver, təcili gedib Ohanın evində və kilsədə ax-tarış aparım.Sonra gec ola bilər.

Xan:


-Hə,sən yubanma,işində ol.

Mirzə Əliməmməd “Əssəlmu əleyküm”-deyib dal-dala otağı tərk edir.

İçəridəkilər də “Və əleykəssəlam”-deyə cavab verirlər.

***


Mahmud və Səraslan qəhvəxananın qapısından çıxıb yollarına davam edirlər.

Mahmud:


-Həyatın qəribəliyinə bir bax,şeir yazib dua adına itin boynuna asasan,xan

bundan xəbər tuta,qəzəblənib səni cəzalandırmaq istəyər,sən də sinədən bir şeir deməklə,həm xanın qəzəbini soyudasan,həm xan qızını həmin şeirlə ovsunlayıb

özünə aşiq olmağa məcbur edəsən ,sonra da onunla evlənib xanın kürəkəni olasan,

bu azmış kimi,bir müddət sonra vəzir məqamına yüksələsən…

Səraslan dayı,Allah xətrinə o şeiri bir də söylə!

Səraslan gəncin xahişini yerə salmır və küçə ilə getmələrinə baxmayaraq

qəhvəxanada söyləmiş olduğu şeiri bir də dilə gətirir:

Yüz iyirmi dörd min peyğəmbər keçdi,

Dünyadan kim getdi dərdi-vərəmsiz?

Hanı Nuşirəvan,təxti-Süleyman?

Dövran belə keçdi,Cəmşidi,sənsiz…

***


İbrahimxəlil xanın sarayı. Xan taxtda oturub.Gözlərindən qəzəbli olduğu hiss edilir.Gənc Molla Pənah onun qarşısında ayaq üstə duraraq əlindəki sazı çalıb oxuyur.Xanın qızı Sənəm xanım bir qıraqda durub gah atasına,gah da Vaqifə baxır.

Onun gözlərindən sairə böyük rəğbət və məhəbbət hiss olunur. Vaqif oxuduqca xanın qəzəbinin soyuduğu gözlərindən sezilməyə başlayır.

Vaqif:

-....Çox güvənmə qızılım var,pulum var,



Puç dünyada ulusum var,elim var.

Heç demirsən,ayrılıq var,ölüm var.

Neçə min söhbətlər qılıblar sənsiz.
Mətlubum istərəm şahi-heydərdən,

Sahibi-zülfiqar,şahi-Qənbərdən,

Biçarə Vaqifi salma nəzərdən,

Qul xətasız olmaz,ağa kərəmsiz.


***

Mahmud:


-Doğurdan da Allahın qüdrəti qarşısşnda hər şey acizdir.Doğrudan da hər şey Allahın təqdirindən asılıdır.Bax,həmin an o şeir Vaqifin ağlına haradan gəldi?

Əlbəttə ki,Allah vəhy etdi.

Səraslan:

-Haqlısan!

***

Cıdır düzü.Camaat hər bayram şənliyinin sonunda olduğu kimi,cıdır yarışına tamaşa etmək üçün dağ döşünə yığışmışdır.Yarışda iştirak etmək istəyən gənclər at belində başlanğıc xətti tərəfə axışırlar.Axışanlar arasında Vaqifin oğlu Qasım da var. Onların ümumi sayı yüzdən artıqdır.Məmməd bəy də öz atı ilə sözü-



gedən tərəfə hərəkət edir.Onu ötürən və əlində su qabı tutan Kiçikbəyim “İndi nəyə qadir olduğunu görəcəyik.Sənə uğurlar olsun!”-deyib arxasınca su atır.

Artıq atlılar başlanğıc xəttinin arxasında hazır vəziyyətdə durmuşlar. Tamaşaçılar arasında yer alan qadın və qızların bəziləri,o cümlədən Kiçikbəyim atılması gözlənilən tapançanın səsindən diksinməmək üçün barmaqları ilə qulaq-larını tıxamışlar.Nəhayət,güllə səsi eşidilir və atlılar irəli şığıyırlar.

***

Ekranda yarış iştirakçılarına azarkeşlik edənlərin,o cümlədən Şahnisə, Qızxanım,Durna,Sara Xatun və Kiçikbəyimin həyacanlı simaları canlahır.



***

Atların qopartdığı toz-dumandan göz-gözü görmür.Fəqət irəlidə gedən beşnəfərlik qrupun içində Qasım və Məmməd bəyin də olduğu aydın sezilir. Qasım



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə