Bəxtiyar Tuncay AĞa məHƏMMƏD Şah qacar və ya taleyin qara ulduzu



Yüklə 2,1 Mb.
səhifə21/23
tarix18.06.2018
ölçüsü2,1 Mb.
#54110
1   ...   15   16   17   18   19   20   21   22   23


söhbət edirlər. Keşikçi deyir:

-Vallah,deyilənə görə,Tiflisdə bir nəfər də olsun, başıpapaqlı gürcü qalma-yıb,qızılbaşlar hamısını qılıncdan keçirib.Müsəlmanlar yaşayan məhəllələrdən baş-

qa şəhərin hər tərəfi od içindədir.Daş üstündə daş qalmayıb.Qız,gəlin və uşaqlar da əsir götürülüb.Şah orduya şəhəri yeddi gün qarət etməyə icazə verib.

Məmməd bəy:

-İrakliyə bu da azdır.Müsəlmanları zorla xaçpərəst etmək istəyəndə bilmirdi ki,bunun axırı belə olacaq?

Keşikçi:


-Bu dediyin doğrudur.Amma sadə gürcülərin ki bunda günahı yox idi.Onla-ra bu qədər zülm etmək nəyə lazım idi?Vallah,xaçpərəst olanda nə olar,onlar da Allahın bəndələridirlər və Allah bu zülmü götürməz.

Məmməd bəy:

-Haqlısan.Görünür,Qasım da haqlıymış.Ağa Məhəmməd şaha nahaq bu qə-dər çox ümid etmişik.Vallah,artıq mən də yavaş-yavaş səhv etdiyimiz fikrinə gəli-rəm.

Keşikçi:


-Madam ki,belədir,bəlkə,sən də xandan üzr istəyib,bağışlanmanı xahiş edəsən?

Məmməd bəy:

-Artıq gecdir.Eşşəyə minmək bir ayıb,düşmək iki ayıb.

Keşikçi:


-Düzdür,amma ziyanın yarısından geri dönmək də qazancdır.

Məmməd bəy:

-Artıq çox gecdir.

Bu an çəkilən zəncirlərin və açılan dəmir qapının tükürpədici səsi eşidilir. İçəri keşikçibaşı və Mirzə Əliməmməd ağa daxil olurlar.Keşikçibaşı keşikçiyə de-yir:

-Aç qapını.

Keşikçi Məmməd bəyin olduğu qəfəsin ağzını açır.Mirzə Əliməmməd ağa Məmməd bəyə səslənir:

-Çıx,oğlum,xan səni bağışlayıb.

Keşikçi:


-Gözün aydın,ay Məmməd bəy!

Məmməd bəy keşikçiyə “Çox sağ ol!”-deyib,qəfəsdən çıxır.Mirzə Əliməm-məd ağa və Məmməd bəy qucaqlaşıb görüşürlər.

***

Dağ başındakı mağara.İrakli xanla Aleksandr ata ocaq başında üzbəüz otur-muşlar.Hava qaranlıqdır.İraklinin üzündən sonsuz bir kədər oxunur.O titrək və qə-hər dolu bir səslə deyir:



-Bilsən,səni vaxtında dinləmədiyim üçün necə peşimanam.İndi mən xalqı-mın üzünə necə baxacağam?Axı,fəlakətin qarşısını vaxtında almaq olardı,amma biz bunu etmədik.(Ağlamağa başlayır.)

Patriarx:

-Göz yaşı axıtmaqla tarixin təkərini geri döndərmək mümkün deyildir.İndi

gələcəyə baxmaq və qırğınların qarşısını almağın yolunu tapmaq lazımdır.

İrakli xan:

-Doğru söyləyirsən.De,nə etmək lazımdırsa,edək.

Patriarx:

-Yol birdir.Şaha məktub yazıb,övladlarından birini girov göndər və deyə-cəyi şərtləri də qəbul et.

İrakli xan:

-Kaş,bunu daha öncə etmiş olaydım.Axı, mən niyə sənə yox,Dariyaya qu-laq asdım.Axı,bunu daha öncə edib,şəhəri də,xalqı da xilas etmək olardı.

Patriarx:

-Nə isə,vaxt itirməsək yaxşıdır.On nəfərin də canını qurtarsaq,böyük şeydir.

Bizə sığınacaq olmuş bu Qaraxalqan dağından ayrılıb təcili Tuşetiyə hərəkət etmə-yimiz lazımdır.

***


İbrahimxəlil xanın sarayı.Xan,Mirzə Əliməmməd və Vaqif ayaq üstə durub

söhbətlişirlər.Xan həmsöhbətlərindən soruşur:

-Nə məsləhət görürsünüz,onunla sərt,yoxsa yumşaq davranım?

Mirzə Əliməmməd ağa deyir:

-Məncə,şəfqət göstərsəniz, bu onun utanıb, xəcalət çəkməsinə səbəb olar. Hər halda,zindandan çıxarkən,peşiman olduğu,fəqət bunu gizlətməyə çalışdığı üz-gözündən açıqca oxunurdu.

Vaqif:


-Mən də bu fikirdəyəm.

Xan üzünü Mirzə Əliməmmədə tutur:

-Onu bura gətir.

Mirzə Əliməmməd çıxır və bir-iki saniyə sonra Məmməd bəylə birlikdə içəri daxil olur.Məmməd bəy cəld addımlarla xana yaxınlaşıb,onun əlini öpür.İb-

rahimxəlil xan da onun alnından öpüb deyir:

-Molla Pənah əminlə də görüş və otağına gedib dincəl,sənin bir müddət dincəlməyə ehtiyacın var.

Məmməd bəy vəzirin də əlindən öpmək istəyir,Vaqif buna imkan verməyə-rək,onunla qucaqlaşaraq görüşür və qulağına pıçıldayır:

-Sənin üçün çox darıxmışdıq.Hamımız səni çox sevirik.

Məmməd bəy də pıçıltı ilə “Çox təşəkkür edirəm,Allah razı olsun!”-deyib,

otaqdan çıxır.

Xan Vaqifə müraciətlə:

-Ürəyimdən keçənləri,amma deyə bilmədiklərimi söylədin ona?

Vaqif:

-Hə...


***

İbrahimxəlil xanın sarayının bağçası.Şahnisə xanımla Qızxanım hovuzun kənarında oturub söhbət edirlər.Qızxanım soruşur:

-Ay Şahnisə xanım,deyirsən ki,xanın o biri arvadları hamısı Xankəndində-

dirlər,bəs,sən nə əcəb getmədin?

Şahnisə:

-Vallah kimsəyə söyləmək istəmirdim.İstəyirdim ki,hələlik sirr olaraq qal-sın,amma sən elə soruşursan ki,ürəyim tab gətirmir.Sənə sirrimi açacağam.Amma bir şərtlə ki,heç kəsə bir söz söyləməyəsən.Xanın şəhərin yuxarı başında tikdirdiyi,

amma içi boş olan mülkdən xəbərin var da?

Qızxanım:

-Əlbəttə ki var.Xan o mülkü bir vaxt Kərim xan Zəndin yanına girov kimi

göndərdiyi böyük oğlu,yəni həm də sənin oğlun Əbülfət bəyin adına tikdirmişdi.

Şahnisə:

-Yəqin ondan da xəbərin var ki,Ağa Məhəmməd şah Qacar Tehranı alan-da oğlum Tehranda idi və bu hadisədən sonra ondan bir soraq çıxmamışdı və bugü-nə qədər də sağ olub-olmadığı,sağsa harada olduğu barədə heç bir məlumat yox idi?

Qızxanım:

-Hə,hə,bəsdir ürəyimi çəkdin!Yoxsa Əbülfət bəydən bir xəbər var?

Şahnisə ağlamağa başlayır:

-Hə,Qızxanım,oğlum,sən demə,bütün bu müddət ərzində bacısı Ağabə-yim ağa ilə birlikdə olub.Dünən ondan məktub almışıq.Bir həftəyə geri dönür.Xan-la belə qərara gəldik ki,hələlik bu barədə kimsəyə bir söz deməyək.

Qızxanım “Gözün aydın!”-deyib,Şahnisəni qucaqlayır və öpür:

-Yaxşı,bəs,nə üçün ağlayırsan?Əksinə sevinməyin lazımdır.

Şahnisə:

-Doğru söyləyirsən.(Gözünün yaşını silir)Başqa yaxşı xəbərimiz də var. Bizim Məmməd bəy dünən zindandan çıxıb.Bunu yəqin ki,eşitmisən.

Qızxanım:

-Yox,vallah indi eşidirəm.

Şahnisə:

-Nə əcəb vəzir sənə bir söz deməyib?

Qızxanım:

-Eh,dərdimi təzələmə,vəzir heç evdə tapılır ki,bir xəbər də versin!Val-lah ürəyim Məmməd bəyi elə çox görmək istəyir ki.

Şahnisə:

-Xan onunla görüşləri qadağan edib,saraydan çölə çıxmasına icazə vermir,hətta bağçaya çıxması da yasaqdır,amma səni onunla görüşdürərəm.Cəmi on dəqiqə vaxtın olacaq.Çünki xan bilsə,acığı tutar.

***

Kiçik boş otaq.Qızxanım otağın ortasında tək durmuşdur.Qapı açılır



və Məmməd bəy içəri girərək deyir:

-Salam,xanım,xoş gəlmisiniz.

Qızxanım Məmməd bəyə sarı bir addım atır:

-Xoş günün olsun,həmişə azadlıqda.

Məmməd bəy dərindən bir ah çəkir:

-Vallah,əgər siz bunu azadlıq hesab edirsinizsə,səhv edirsiniz.Qa-

sımdan nə xəbər?

Qızxanım daha bir addım atıb durur:

-Qasımın sənin zindandan çıxmağından xəbəri yoxdur.Mən ozüm bu ba-

rədə elə indicə xəbər tutdum,Şahnisə xanımdan rica etdim,o da on dəqiqə görüş-məyə izn verdi.Allah ondan razı olsun.

Məmməd bəy:

-Xanım mənə qarşı çox lütfkardır.Sizə də çox təşəkkür edirəm.Hər kə-sin məndən üz döndərdiyi və qaçdığı dövrdə özünüzü təhlükəyə atıb,ziyarətimə gəldiniz,mənəvi dəstəyinizi əsirgəmədiniz.

Qzxanım daha bir addım ataraq Məmməd bəyin tam bir addımlığında

durur:


-Vallah mən səni həmişə çox istəmişəm,görüşünə gəlməsə idim,özümə nifrət edərdim.

Məmməd bəy:

-Sizə nə qədər minnətdar olduğumu sözlə ifadə etməkdə çətinlik çəki-rəm.Bu yaxşılığınızın əvəzini necə çıxacağımı bilmirəm.Kaş ki,bütün insanlar sizin

kimi ürəyiaçıq olaydılar!

Qızxanım gözlənilmədən daha bir addım atıb, Məmməd bəyi qucaqla-yaraq döşlərini onun sinəsinə dayayır,gəncin üzündən öpür:

-Mən tez-tez sənin ziyarətinə gələcəyəm.

Qızxanımın bu hərəkətindən özünü itirən,qıpqırmızı kəsilən və dərhal da üz-gözündə tər əmələ gələn Məmməd bəy sadəcə “ Xanım...”deyə bilir və qadı-nın daha bir ehtiraslı öpüşü qarşısında tab gətirə bilməyib təslim olur.Qızxanımsa

son öpüşdən sonra ondan aralanaraq deyir:

-Şahnisə xanım gəlməmiş get.Mən yenə gələcəyəm.

Məmməd bəy tərini silib dərhal geri dönür və qapıdan çıxır.

***

Dağlar qoynunda kiçik bir gürcü kəndi.Palçıq və samandan yapılmış



və damları qamışla örtülmüş kiçik,yöndəmsiz evlərin kiçik həyətləri bir-birinin üs-

tünə qoyulmuş yonulmamış daşlarla hasarlanmışdır.Olduqca dar olan və çirkab su-ları axan zibilli küçələrlə bir qrup ayağıyalın,yamaqlı çir-cındır paltar geymiş,üz-gözlərindən çirk yağan oğlan uşağı qaçır.Cır-cındır və cirk içində olan bir qoca eş-

şəyin üstündə gedir.

***


Divarları gillə suvaqlanmış yarıqaranlıq bomboş bir otağın içinə salın-mış cırıq bir həsirin üstündə İrakli xan,Dariya,Aleksandr ata və İraklinin ümumi sayları yeddi nəfər olan oğul və nəvələri dairə quraraq oturmuşlar.Hər kəsin əynin-də gözəl və təmiz geyimlər var.

İrakli xan:

-Övladlarım, başımıza gəlmiş fəlakət bu gün hamımızı Tüşetinin bu dağ kəndinə sığınmağa məcbur etmişdir.Halbuki,cəmi 7-8 gün əvvəl hər birimiz gözəl imarətlərdə otururduq.Bu zəlil və rəzil günə aramızda birlik olmadığı üçün

düşdük.Əslində bura da bizim üçün təhlükəsiz sayılmaz.İndi yalnız bir çıxış yolu-muz qalmışdır.Ağa Məhəmməd şaha sədaqətli köpək kimi yaltaqlanmaq və xidmət etmək.Mənim 77 yaşım var və heç vaxt buna razı olmazdım.Lakin bir ata və baba kimi hər birinizin gələcəyini düşünməyə borcluyam.Ona görə də şaha məktub ya-

zıb, üzr istəməyə,onun qarşısında yaşımın bu ahıl vaxtında alçalıb, əskilməyə və sizlərdən birinizi onun yanına girov göndərməyə məcburam...

Bu an əyanlardan biri həyacanlı halda özünü içəri atıb,xanın sözünü kəsir:

-Müjdə!İrakli Batona,müjdə!

-Qızımı sənə verb,özümə kürəkən və vəzir edərəm,tez ol,de görək,nə baş

verib?

Əyan sevinə-sevinə:

-Artıq Qacara nə məktub yazmağa,nə də girov göndərməyə ehtiyac var. Qızılbaşlar Tiflisi tərk edib, Gəncə istiqamətində hərəkət edirlər.

***


Kür cayını kənarı ilə minlərlə əsir gürcü qadın bir-birinə kəndirlə bağlan-mış halda hərəkət edir.Əksəriyyəti ayağıyalın və cırıq paltarlardadır.Onları atlı qı-zılbaş əsgərləri müşayiət edir.Qadınlarla paralel bir-birinin ardınca düzülmüş,qarət

malları ilə dolu atlı arabalar hərəkət edir.Arabaların əksəriyyətinin üstü kətan par-

çalarla örtülmüş,kəndir və ya qaytanlarla möhkəm bağlanmışdır.Arabalardan birin-in örtüyü çırıqdır və yırtıqdan qızıl qab və məişət əşyaları görünür.Daha sonra ek-randa qızılbaşların qova- qova sürməkdə olduqları saysız-hesabsız iri və kiçik buy-nuzlu mal-qara və at ilxıları canlanır.

***


Bu kadrların fonunda ekranda yazı peyda olur: “ Ağa Məhəmməd şah Qacar Tiflisdən Muğana gəldi,qışı orada keçirib,Arazı keçdi və Tehrana qayıtdı.

Burada o özünü rəsmən İran və Azərbaycanın Birləşmiş Xanlıqlarının hökmdarı elan etdi.

Şahın geri dönməsi xəbəri İrakliyə çatar-çatmaz, o,baş verənlər barədə bir məktub yazıb, Rusiya imperatriçası Yekaterinaya göndərdi.Yekaterinanın əmri ilə general-anşef,Azərbaycanda “Qızılayaq”ləqəbi ilə məşhur olan qraf Zubov böyük bir qoşunla Azərbaycana yola çıxdı,gəlib Dərbəndə yetişdi.

***


İbrahimxəlil xanın sarayının məşvərət otağı.Xan taxtda oturub.Sağında Mirzə Əliməməd ağa ilə Kələntər Ağası bəy,Solunda Vaqif,qazi və Şahnəzər Mə-

lik oturublar.Məşvərətdə iştirak edən 25-30 adam onlarla üzbəüz əyləşiblər.Onların içərisində axund,dörd məlik,Ohan və Səfər diqqəti çəkir.Xan danışır,hamı diqqətlə qulaq asır:

-Qızılayaq Dərbənddə qəraralaşıb və urusların Azərbaycanın içlərinə doğru hərəkət etməsi gözlənilir.Budəfəki gəlişin bizə nə vəd etdiyini hələ ki bilmirik.La-kin qulağıma bəzi xəbərlər çatıb.Ermənilər yenə də dinc durmurlar və yenə də Qarabağdan urus sərdarına və ülya-həzrətlərinə içi xəyanət dolu məktublar göndə-

rirlər.Məliklər yenə xəyanət yolunu tutub...

Bu sözlər məliklərin qorxu və təlaş içində bir-birilərinə,hər kəsin də nif-

rət dolu nəzərlərlə onlara baxmasına səbəb olur.

Xan üzünü məliklərə tutub sözünə davam edir:

-...Hə,hansınızın məktub yazdığını və nə yazdığını mən söyləyim,yoxsa

özünüz etiraf edəcəksiniz?!(Məliklərdən səs çıxmır.)Allahqulu Məlik,bəlkə,səndən

başlayaq,nə deyirsən?

Allahqulu Məlik ayağa qalxır və titrəyə-titrəyə nə isə demək istəyir,fəqət

səsi çıxmır.

Xan qəzəblə onun üstünə bağırır:

-Nə oldu,dilini pişik yeyib?!

Allahqulu Məlik yenə nə isə deməyə cəhd edir,amma qorxudan səsi çıxmır. Bir təhər barmağı ilə Usub Məliyə tərəf işarə edir.

Xan bu dəfə Usub Məliyə müraciət edir:

-Usub Məlik,bəlkə sənin deməyə bir sözün var?!

Usub Məlik ayağa qalxır, gözlərini yerə dikərək bir kəlmə belə söyləmir.

Xan üzünü Yeganə Məliyə tərəf çevirir:

Yeganə Məlik ayağa qalxır:

-Üç gün öncə Allahqulu Məliklə Usub Məlik yanıma gəldilər və Qızılaya-ğın Dərbənddə olduğunu,ermənilərin baş keşişi Mirzə Yusiflə görüşdüyünü,İrə-van, Naxçıvan və Qarabağ xanlıqlarının əraziləri hesabına Ermənistan dövlətinin yaradılması barədə razılığa gəldiklərini söylədilər.Bildirdilər ki,Mirzə Yusif bütün erməni məliklərinə xəbər yollayıb ki,ülya-həzrətin adına məktublar yazın və ondan erməni dövləti yaratmasını xahiş edin,bəs,mən artıq Qızılayağı yola gətirmişəm. Özləri ilə bir məktub da gətirmişdilər.Təklif etdilər ki,ona imza atım.Mən də onları şübhələndirməmək üçün məktuba imza atdım,amma elə həmin gün də Şahnəzər Məliyə və Mirzə Əliməmməd ağaya xəbər göndərdim ki, sizə çatdırsınlar.

Xan Yeganə Məliyə deyir:

-Sən otura bilərsən.

Yeganə Məlik oturur,xansa üzünü Usub Məliyə tutur:

-Ə,Usub,it oğlu it,bəs sən deyildin,deyirdin ki,biz erməni deyilik,qıpçaq-qarqarıq,albanıq,bəs,nə oldu?(Qapıda duran keşikçilərə səslənir.)Aparın hər ikisini

atın zindana,cəllada da deyin,səhər tezdən hər ikisinin kəsilmiş başını nizəyə taxıl-mış vəziyyətdə görmək istəyirəm.

Keşikçilər gəlib,Usub Məliklə Allahqulu Məliyi sürüyə-sürüyə aparırlar.

Xan sözünə davam edərək deyir:

-Bu andan etibarən Şahnəzər Məliyin oğlu,yəni qaynım artıqVənəndin mə-liyidir və digər iki erməni kəndinin idarəçiliyi də ona verilir.Mirzə Əliməmməd və Vaqifdən başqa hamı azaddır azaddır.

Hər kəs ayağa qalxır.

***

İbrahimxəlil xanın sarayının önü.Məşvərəti tərk edənlər atlarına



minib,hərəsi bir tərəfə hərəkət edir.Qapıdan çıxan Şahnəzər Məlik və Yeganə Mə-lik də atlarına minib hadisə yerindən uzaqlaşırlar.Kamera onları döngə arxasında gözdən itənə qadər müşayiət edir.

***


ŞahnəzərMəliklə Yeganə Məlik meşənin içi ilə at belində çapa-çapa gedir-lər.Birdən qarşılarını kəsən 8-9 əli qılınclı erməni süvarisi peyda olur.Hər iki məlik

atını əyləməyə məcbur olur.Silahlılar həmin an onları əhatəyə alırlar.Şahnəzər üzü-nü Yeganəyə tutur:

-Hə,satqın köpək oğlu,xəyanətinin cəzasız qalacağınımı düşündün?!

Yeganə Məlik dəhşət içərisində qışqırır:

-Yooox!!!

Həmin an atlılar hər tərəfdən onu qılınclamağa başlayırlar.Yeganə Məlik qan içində atdan yerə yıxılır.

***

İbrahimxəlil xanın sarayının bağçası.Xan,Mirzə Əliməmməd və Vaqif bağçada gəzişərək söhbət edirlər.Xan deyir:



-Tarix yenə də təkrar olunur.Yenə də uruslar Azərbaycanın sərhədinə ya-xınlaşıb,Dərbənd yaxınlığında qərar tutmuşlar və yenə də erməni köpək uşaqları öz iyrənc əməllərindən əl çəkmirlər.Uruslar ölkənin içlərinə doğru irəliləməyə başla-mamış Gəncə xanını mütləq özümüzə tabe etməli,uruslara qüdrətimizi göstərməli və bizimlə hesablaşmağa məcbur etməliyik.Əks təqdirdə başımızın üstündən ermə-nilərlə iş görməkdə davam edəcəklər.(Vaqifə müraciətlə)Şair,sən təcili hazırlaş və vaxt itirmədən Tiflisə yola düş.İrakli xanla görüşüb öyrən,gör,keçən dəfə olduğu kimi, yenədəmi urusları o dəvət edib,yoxsa bu,onların öz təşəbbüsüdür.Hərçənd ki,bunda İraklinin əlinin olduğuna zərrə qədər də şübhə etmirəm.Əlindən gələn hər şeyi et və İraklini,nəyin bahasına olursa-olsun, Gəncəyə hücuma keçməyə sövq et.De ki, mən də ona kömək edəcəyəm və biz birlikdə Cavad xanı Tiflisə dəymiş ziyanı ödəməyə məcbur etməliyik.Mən Ümmə xana da məktub göndərib,onu da köməyə çağıracağam.Şair,get,vaxt itirmədən hazırlaş və yola çıx.

Vaqif “Baş üstə!”-deyib,təzim edir və gedir.

Xan üzünü Mirzə Əliməmmədə tutur:

-Uruslar Dərbəndə təbii ki,papaqlarını günə yandırmağa gəlməyiblər və biz mütləq,- bu Mirzə Yusifdir,haranın tulasıdır,bilmirəm,-onunla Qızılayaq arasın-da nə kimi razılaşmanın olduğunu,bu razılaşmanın nə qədər ciddi olduğunu,nə ki-mi tədbir görməli olduğumuzu dəqiqləşdirməliyik.Bu barədə fikrin nədir?

Mirzə Əliməməd:

-Bu barədə fikrimi bir –neçə gün sonra söyləyəcəyəm.Adamlarım artıq

Dərbənddədirlər və artıq araşdırmalarına başlamışlar.Məncə,iki-üç gün sonra baş verənlər barədə tam dəqiq məlumatımız olacaq.Uruslara gəlincə,onların erməniləri və gürcüləri bizə qarşı özlərinin təbii müttəfiqləri hesab etdikləri məlumdur və bu halda din məsələsinə üstünlük verilir.Fəqət ermənilərdən fərqli olaraq,gürcülər qü-rurlu millət olduqlarından onlara çox da etibar etmirlər.Ermənilər isə,-özünüz mən-

dən də yaxşı bilirsiniz,-hər kəsin altına yıxılmağa hazır olan fahişə kimi bir şeydir-lər,nə qürurları var,nə də şərəf və ləyaqətləri.Uruslara da məhz belələri lazımdır.

Xan:

-Məncə bir müddət sonra özünün bir səfər edib,tədqiqat aparman pis ol-mazdı,nə deyirsən?



Mirzə Əliməmməd:

-Haqlısınız.Əslində mən də bu fikirdə idim.

Xan:

-Arazın o tayından nə xəbər var?



Mirzə Əliməmməd:

-Xacənin tez-tələsik geri dönməsinin səbəbi Fars,Loristan və Kürdüstan-da üsysnların baş qaldırması idi.Üsyanlar artıq yatırılıb və bütün baiskarlar kəllələ-ri ilə vidalaşmalı olublar.Amma farsların,lorların və kürdlərin tayfa başçıları sərt

bir dillə bildiriblər ki,səltənətin başının Azərbaycan olması ilə,yəni səltənətin Təb-rizdən idarə olunması ilə heç vaxt razılaşmayacaqlar.Səltənət mütləq Tehrandan idarə olunmalı və o, “Azərbaycan səltənəti”,yox “İran Səltənəti”adlanmalıdır.Fəqət

Təbrizin vəliəhd şəhəri və ikinci paytaxt olmasına,səltənətin adında “İran”kəlməsi

ilə yanaşı “Azərbaycan”kəlməsinin olmasına etiraz etmirlər.Xacə də daxili sabitlik və hüzuru saxlamaq üçün özünü İran və Azərbaycanın Birləşmiş Xanlıqlarının hökmdarı elan edb.Fəqət vəliəhdə çox böyük səlahiyyətlər verib və onun da hökmü şahın hökmü qədərdir.Üstəlik də Azərbaycanın Qacarların əlində olan hissəsini tam müstəqil idarə edir.Azərbaycanın şimalınını da hökmü altına almağı düşünür.

Xan:


-Bu hala bizim yerli səltənətpərəstlərin münasibəti necədir?

Mirzə Əliməmməd:

-Xacənin özünü İran və Azərbaycanın Birləşmiş Xanlıqlarının hökmdarı elan etməsi onlarda xəyal qırıqlığı yaratmışdır.Artıq xacəyə əvvəlki kimi inanmır, ona ümid bəsləmirlər.İndi öz arlarında “Fəthəli şah” adlandırdıqları Xanbabaya ümid bəsləyirlər.Xacəyə İran şahı,Xanbabaya Azərbaycan şahı deyirlər.

Xan:


-Yaxşı bu Xanbaba necə adamdır?

Mirzə Əliməmməd:

-Əmisindən fərqli olaraq,o,qəddar deyil,çox yumşaq,xoşrəftar və mömin bir adamdır.Xacənin nəsihət və tövsiyyəsi ilə böyük bir hərəmxanaya sahibdir.Kə-nizlərinin sayı-hesabı yoxdur.Altmışdan artıq övladı var və saylarını yüzə çatdır-mağı düşünür.Övladlarına bir vaxtlar hökmranlıq etmiş və etməkdə olan böyük türk sülalərinə mənsub şah və sultanların adını verir.Məsələn, bir arvadından olan

oğullarına Səlcuqlu sultanlarından Səlcuqun,Toğrulun,Səncərin,Məlik şahın,Alp Arslanın və sairənin adlarını qoymuşdur.Başqa bir arvadından olan oğullarının ad-

ları isə Çingiz xan,Cuçi xan,Batı xan,Hülakü xan,Qazan xan,Toxtamış və sairədir.

Övladlarından Səfəvi şahlarının və Osmanlı sultanlarının adlarını daşıyanlar da var.

Xan:

-Çox qəribədir.



Mirzə Əliməmməd:

-Məncə,Məmməd bəyi artıq sarayda məhbus kimi saxlamağa ehtiyac yox-dur.O,artıq səltənətpərəstlər tərəfindən başçı kimi qəbul edilmir.

Xan:

-Mən də elə düşünürəm.



***

Vaqifin evi.Vaqif və Qızxanım evin ortasında ayaq üstə durmuş-lar.Vaqif deyir:

-Qasıma de,hazırlaşsın,səhər tezdən Tiflisə yola çıxırıq.

Qızxanım:

-Yenə nə baş verib?

Vaqif:


-Uruslar təzədən buralara ayaq açıblar.

Qızxanım:

-Vay,başıma xeyir!İndi nə istəyirlər.

Vaqif:


-İstəyirlər torpaqlarımızı alıb,ermənilərə dövlət düzəltsinlər.

Qızxanım:

-Allah bütün kafirlərə lənət eləsin,uruslara da,ermənilərə də! İnşaallah nə vaxt geri dönərsiz?

Vaqif:


-Vallah, səfərimiz ən azı bir həftə çəkər.Xeyir olsun,ay Qızxanım,başqa

vaxt olsaydı,şivən qoparardın ki,yenə gedirsən,məni tək qoyursan.İndi isə heç na-rahat olana oxşamırsan.

Qızxanım:

-Eh,artıq yorulub,usanmışam.Bir də axı,şivən qoparsam da,qoparmasam da birdir,onsuz da öz bildiyini edəcəksən.Xanın ki əmrindən çıxmayacaqsan.

Vaqif gülümsəyərək:

-Səndə bir yeni hallar görürəm,amma heç başa düşə bilmirəm ki,bu neçə

gündə nə baş verib.Sən heç əvvəlki Qızxanıma bənzəmirsən.

Qızxanım:

-Süfrə açım,yemək yeyəcəksənmi ?

Vaqif:


-Nə bişirmisən?

Qızxanım:

-Dana buğlaması.

Vaqif:


-Bəh-bəh-bəh!Yeyəcəksən də sözdür?Elə acımışam ki,bütöv bir dananı da yeyərəm.

***


Vaqiflə Qasım at belində 10-15 atlı,tüfəngli əsgərin müşayiəti ilə Kürün

sahili boyunca Tiflis istiqamətində hərəkət edirlər.Qarşı tərəfdə ona qədər adam yanaşı duraraq qarmaqla balıq tuturlar.Onların hər birinin yanında bir səbət və hər səbətdə də bir neçə balıq var.Atlılar onlara çathaçatda Vaqif əlini yuxarı qaldır-maqla “dur” işarəsi verir və hər kəs atını əyləyir.O,balıqçılara səslənir:

-Əssəlamu əleyküm!

Balıqçılar yer-yerdən cavab verirlər:

-Və əleykəs salam.

Vaqif:


-Yorulmayasız!

Balıqçılar yer-yerdən “Sağ ol!”, “Allah razı olsun!”-deyə cavab verirlər.

Vaqif:

-Maşallah,balıq,deyəsən,boldur.



Qoca balıqçı cavab verir:

-Allaha şükürlər olsun!Qardaş haradan gəlib,hara gedirsiniz?

Vaqif:

-Biz Qarabağ xanı İbrahimxəlil xanın adamlarıyıq.Tiflisə,İrakli xana mü-safir olmağa gedirik.



Qoca balıqçı:

-İrakli xan daha Tiflisdə oturmur ki.Eşitməmisiniz,Ağa Məhəmməd şah Tiflisdə Tiflislik hal qoymayıb.Gördüyünüz o gözəl şəhərin yarısı var,yarısı yox-dur.Müsəlman məhəllələri dimdik yerindədir,zərrə qədər də xətər görməyiblər.Ka-

firlər yaşayan məhəllələrdə daş üstündə daş qalmayıb,hər yer külə dönüb.

Vaqif:


-Bəs,İrakli xan indi haradadır?

Qoca balıqçı:

-Qaxetdədir.İndi oranı özünə paytaxt edib.Qacarın qorxusundan Qaxet qalasınıda oturur.Qopxusundan urusların arvad padşahlarına məktub göndərib,on-

dan kömək istəyib.Urus padşahı da Qızılayağı göndərib Dərbəndə.

Vaqif:

-İraklinin urus padşahına məktub yazdığını nədən bilirsən?



Qoca balıqçı:

-Vallah,bunu bizim tərəflərdə bilməyən yoxdur.

Vaqif:

-Yaxşı,indi biz buradan Qaxet yoluna neçə çıxaq?



Qoca balıqçı:

-Qabaqda, qarşınıza bərə çıxacaq.Bərə ilə çayı keçin,orada kimdən so-ruşsaz,sizə bərənin yerini söyləyər.

Vaqif:

-Çox sağ ol!Allah sizdən razı olsun.



Qoca balıqçı:

31

-Yolunuz açıq olsun!



***

Ibrahimxəlil xanın sarayının bağçası.Məmməd bəy hovuzun kənarında

oturub,tarını kökləyir.Maralla Gülpəri ona yaxınlaşırlar.Maral deyir:

-Gözünüz aydın,ay bəy,həmişə evinizdə-eşiyinizdə!

Məmməd bəy:

-Aydınlıq içində olasız.

Gülpəri:

-Bir istəyiniz olarsa,xidmətinizdə hazırıq.

Məmməd bəy:

-Allah hər ikinizdən razı olsun.

Qızlar gedirlər.Məmməd bəy tarını dizinə qoyub qəmli bir musiqi çal-mağa başlayır.Bir müddət sonra nökər yaxınlaşaraq,onun çalmağa son verəcəyi anı gözləyir.Məmməd bəy nökərin nə isə demək istədiyini hiss edib çalmağa ara verir

və deyir:

-Hə,lələ,deyəsən,nə isə söz demək istəyirsən?


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin