Bəxtiyar Tuncay AĞa məHƏMMƏD Şah qacar və ya taleyin qara ulduzu



Yüklə 2,1 Mb.
səhifə3/23
tarix18.06.2018
ölçüsü2,1 Mb.
#54110
1   2   3   4   5   6   7   8   9   ...   23

üçüncü ,Məmməd bəy isə dördüncüdür.Bir qədər sonra Qasım birinci,Məmməd

bəy ikinci olur.Şahnisə Qızxanıma:

-Bax,sizin Qasım birincidir.

Kiçikbəyim:

-Görərsiniz,indi əmim oğlu vəzirin oğlunu kecəcək.

Doğrudan da elə olur.Məmməd bəylə Qasım yerlərini dəyişirlər.İndi on-lar rəqiblərini çox geridə qoymuşlar.Artıq qalibin onlardan biri olacağına heç bir şübhə yoxdur.

Kişikbəyim:

-Gördünüz,demədimmi ki,Məmməd Qasımı keçəcək?!Keçən il də onun atı birinci olmuşdu.İndi də belə olacaqdır.

Qızın sözü bu dəfə qismən doğru olur.Qasım və Məmmədin atları finiş xəttinə eyni anda çatırlar.

***


Bərpa edilərək erməni kilsəsi kimi fəaliyyət göstərən alban kilsəsinin xaricdən görünüşü .Mirzə Əlimməməd altı nəfər silahlı atlı ilə bərabər kilsəyə yaxınlaşaraq onun qapısı önündə atdan enirlər.Klsədən atlıların səsinə xidmətçi Mesrop çıxır:

-Xoş gəlmisən,ağa!

Mirzə Əliməmməd:

-Təksən?


Mesrop:

-Bəli,ağa.Ohan keşiş xan sarayına gedib,hələ qayıtmayıb.

Mirzə Əliməmməd və silahlılar içəri girirlər.Mesrop da onların arxasınca gedir.

*** ep-50

Kilsənin içi. Gözə ilk dəyən qırmızı bürüncəkli müqəddəs Georginin at üstündə və əjdahanı nizə ilə öldürən halda təsvir edilmiş ikonası olur. Mirzə Əli-məmməd və onu müşayiət edənlər kilsənin hər küncünə nəzər yetirirlər.Ekranda növbə ilə“Məryəm körpəsi ilə”, “ Çarmıxa çəkilmiş İsa”, “İsa və 12 həvvari”ikona-ları canlanır.

Mirzə Əliməmməd “Çarmıxa çəkilmiş İsa”ikonosına tamaşa edə-edə:

-Siz bu şəkillərəmi sitayiş edirsiniz?

Mesrop:

-Yox,ağa,biz Ata -Allaha,Oğul -Allaha və Müqəddəs Ruha sitayiş edirik.

Mirzə Əliməmməd “ İsa və 12 həvvari”ikonasının qarşısına gəlir və onu yuxarıdan aşağıya doğru süzür:

-Deməli,sizin üç tanrınız var?

Mesrop:


Yox,ağacan,biz də sizin kimi bir Allaha inanırıq. Allah təkdir.Ata,Oğul

və Müqəddəs Ruh onun təzahürləridir.

MirzəƏliməmməd:

-Belə de,deməli , Allah həm özü-özünün oğlu, həm də özünün atasıdır. Həzrət İsa da həm peyğəmbər, həm də Allahdır,yəni özü-özünün peyğəmbəridir,

eləmi? (Mesropdan səs çıxmır).Susursan…Düz də edirsən…Sən kiçik adamsan, belə incə məsələləri bilməzsən,bunları Ohan keşişdən soruşmaq lazımdır.(O,“Mər-yəm körpəsi ilə” ikonasının qarşısına keçir) Ay gədə,mənim qardaşımı tanıyırsan-mı?

Mesrop:


-Bəli,ağa!O,Ohan keşişlə dostdur və bura tez-tez gəlir,demək olar ki,hər

gün gəlir.Amma bu gün gəlməyib.

Mirzə Əliməmməd:

-Və birlikdə çaxır içirlər?

Mesrop:

-Burda yox,ağa,keşişin evində içirlər.



Mirzə Əliməmməd:

-Sonra nə edirlər,ay Mesrop?

Mesrop:

-Heç nə ,başına dönüm,Ohan keşiş Xanməmməd ağa üçün sütül-sütül,



gözəl-gözəl erməni qızları gətirir,o da onları bir-iki saatlığına özünə siğə edir.

Mirzə Əliməmməd:

-Erməni qızlarını daha kimlər özünə siğə edib?

Mesrop:


-Miryəhya ağa,bir də Mirhüseyn ağa,vəssalam.Mirhüseyn ağa beş gün bundan əvvəl mənim arvadımı da zorla özünə iki saatlığa siğə etdi.Dedim,ağa,Al-

lahdan,peyğəmbərdən qorx,özün də günaha batma,bizi də günaha batırma.Dedi ki,

bir dua oxuyacağam,sən də,arvadın da cənnətə gedəcəksiniz.Vallah,ağa,istədim xana şikayət edim,Ohan keşiş qoymadı.O da dedi ki,cənnətə gedəcəksiniz.

Mirzə Əliməmməd özünü saxlaya bilməyib qəh-qəhə çəkir,xəfiyyələr də

ona qoşulurlar.

Mesrop pərt olur,sonra o da gülməyə başlayır və deyir:

-Köpək qızının,-bizim arvadı deyirəm e,-siğə o qədər xoşuna gəlib ki,

mənə deyir,gəl gedək müsəlman mollasının yanına,məni siğə eləsin.

Mirzə Əliməmməd gözlənilmədən tam ciddi bir vəziyyət alır və yenə

gözlənilmədən çox sərt və qəzəbli halda ucadan soruşur:

-Ə Mesrop,it balası it,gizli otaq , gizli yol haradadır?

Bu hal və bu gözlənilməz sual təkcə Mesropun deyil,xəfiyyələrin də çaşmasına səbəb olur.Mesrop kəkələməyə başlayır:

-Hhhhhh…ddd…ua

Mirzə Əliməmməd cəld qılıncını qınından siyirib Mesropun boğazına dirəyir:

-And olsun Allaha, başını erməni qibləsinə kəsərəm,tez ol,söylə,küçük!

Mesropun dili-boğazı quruduğundan bir kəlmə belə danışa bilmir,yalnız titrəyən barmağını zorla müqəddəs Georginin təsvir edildiyi ikonaya tərəf uzada

bilir.Mirzə Əliməmməd ikonaya yaxınlaşaraq qılıncını ikona ilə divarın arasına soxub ikonanı divardan aralayaraq gözünü yaranan yarığa yaxınlaşdırır və dərhal deyir:

-İki nəfər kilsənin qapısında dursun,heç kəsi içəri buraxmasın.Bu it balasının əl-qolunu bağlayın.(üzünü yaxındakı yoldaşına tutur)Sənsə gəl mənə kömək elə.

Mirzə Əliməmmədlə yoldaşı köməkləşərək ehtiyatla ikonanı divardan çıxarıb səliqə ilə bir kənara qoyurlar.Xəfiyyə məmurlarından daha biri ən son anda onlara kömək edir.Digər iki məmur isə erməninin əl-qolunu bağlayıb qurtarırlar. Hamısı birlikdə ikonanın arxasından üzə çıxan qaranlıq dəhlizin girəcəyinə topla-nırlar.Mirzə Əliməmməd ermənidən soruşur:

-Şam,şamdan, çaxmaq varmı?

Dili hələ də açılmayan Mesrop bir neçə anlaşılmayan səs çıxarıb kilsə-nin əks küncünə istiqamətlənir.Məmurlardan biri onun ardınca gedir.İkonanı çı-xartmaqda xəfiyyəbaşina yardım etmiş məmur ondan soruşur:

-Ağa,burada gizli yol və otağın olduğunu nədən bildiniz?

Mirzə Əliməmməd:

-Bilmirdim.Ehtimal etdim,yoxladım,düz çıxdı.Mən hələ Pənahəli xanın

dövründən bu işlərlə uğraşıram.Bir xeyli təcrübə toplamışam.

Bu an Mesropla gedən məmur onunla birlikdə geri dönür. Onun bir əlin-də yanan şam,o biri əlində isə yanan çıraq var.O.çırağı Mİrzə Əliməmmədə uza-dır. Xəfiyyəbaşı çırağı dəhlizə tərəf çevirir:

-Qoy birinci o getsin.

Məmurlar Mesropu dəhlizin içinə doğru itələyirlər.Xəfiyyələr erməninin ardınca dəhliz boyu hərəkətə başlayırlar. 5-10 metr getdikdən sonra Mesrop durur və geri dönərək məmurlara deyir:

-Biriniz qılıncınızı irəli uzadın,burada tələ var.

Məmurlardan biri qılıncını irəli uzadır.Dərhal divarlardan birindən qalın bir nizə çıxıb böyük sürət və zərblə qarşı divara çırpılıb geri qayıdır.

Yolçular yollarına davam edirlər və 5-10 metrdən sonra böyük bir otağa yetişirlər. Onların gözünə deyən ilk şeylər qalaq-qalaq nizə,qalxan,qılınc,tüfəng,

tapança , 5-6 içi dolu kisə və bir böyük sandıq olur.

Mirzə Əliməmməd:

-Kisələrdəki barıtdır?

Mesrop:

-Bəli.


Mirzə Əliməmməd:

-Bəs sandıqdakı?

Mesrop:

-Güllədir,ağa.



***

Vaqifin evinin bağçası.Vaqif və Kələntər Ağası bəy çardaqda əyləşib

nərdtaxta oynayırlar.Ağası bəy zərləri atır və sevinc hissi ilə:

-Beş qoşa!(Damaları xanalar üzrə çəkərək)Bu biri,bu ikisi,bu üçü,bu da

dördü!Hə nə oldu?Demədimmi ki, mən nərdi icad edəni axtarıram ki, xoruzunu ve-rim qoltuğuna.

Vaqif:


-Tamam,dostum,mən təslim.

Bu sözlərdən sonra Molla Pənah nərdtaxtanı qatlayıb bir kənara qoyur

və nökərini səsləyir:

-Lələ,ay lələ!...İndi səni bir qəhvəyə qonaq edəcəyəm ki,dadı qiyamətə qədər ağzından getməyəcək.

Kələntər Ağası bəy:

-Bilirəm,bilirəm,Yəmən qəhvəsi...Təbrizdən məxsusi gətirtdirmisən.

Vaqif təəccüblə:

-Sən təsadüfən falçı-filan deyilsən ki?

Bu anda nökər gəlib çixir:

-Eşidirəm,ağa.

Vaqif:

-Bizə qəhvə bişir.



Nökər “Baş üstə”-deyib gedir.

Ağası bəy:

-Mən nə falçıyam,nə də filan.Sənin xəbərin yoxdur,bütün şəhər sənin

Təbrizdən gətirtdiyin Yəmən qəhvəsindən danışır.Dünən xanın xanımı da Cıdır düzündə bizim xanımı sənin qəhvənə qonaq edib.

Yenidən peyda olan nökər əlindəki məktubu Molla Pənaha uzadaraq:

-Ağa,indicə yamçı gəlmişdi,bu məktubu gətirdi.

Vaqif:

-Çox sağ ol.Gedə bilərsən.Qəhvə işini də tezləşdir.



Nökər “baş üstə”-deyib gedir.

Molla Pənah məktubu açir və sevinc içində deyir:

-Dostum Molla Vəli Vidadidəndir.

Kələntər Ağası bəy:

-Məşhur şair Vidadimi?

Vaqif “hə”-deyərək məktubu oxmağa başlayır.

Ağası bəy “Bəh-bəh” edib,Molla Vəli Vidadidən bir beyt şeir söyləyir:

Xəstə düşdüm,gələn yoxdur üstümə,

Qərib öldüm,bikəs öldüm,yad öldüm.

Xəbər olsun yaranıma,dostuma,

Qərib öldüm,bikəs öldüm,yad öldüm.

Vaqif “Yazır ki,bir aydan sonra Şuşaya gələcək.”-deyir və gözünü ka-

ğıza dikərək xəyala dalır...

***


Səfalı və gözəl təbiətə sahib bir məkan.10-15 nəfər gənc şair,o cümlə-dən gənc Vaqif bir bulağın başında Molla Vəli Vidadini əhatəyə alıb,onu dinləyir-lər.Vidadi öz şeirini oxuyur:

-Gecə-gündüz oda düşüb yanıram,

Siyah telli bir sonanın ucundan,

Nə dil deyə bilir,nə qələm yazır

Hər nə ki çəkmişəm onun ucundan.

Qəm ki gəlir mənə firqəbəfirqə,

Nə Məcnun cəkibdir,nə görüb Vərqə,

Neçə müridləri vermişəm qərqə

Çeşmindən tökülən qanın ucundan.

***


Həmsöhbətlərə yaxınlaşan və qarşılarına iki fincan qəhvə qoyan nökərin gəlişi Molla Pənahı xəyallarından və şirin xatirələrindən ayırır.Nökər getdikdən sonra Vaqif deyir:

-Deyəsən,bir az xəyala daldım.Üzr istəyirəm.

Ağası bəy “Əstəfrullah”-deyib qəhvədən bir qurtum alır və ondan qəhvə-sini tərifləməsini səbirsizliklə gözləyən həmsöhbətinə deyir:

-Bu qəhvə mən düşündüyümdən və gözlədiyimdən də ləzzətliymiş.İndi başa düşdüm ki,nədən Şuşada hər kəs sənin qəhvəndən danışırmış.

Vaqif:

-Quruculuq-abadlıq işləri necə `gedir?



Ağası bəy:

-Vallah, xəzinənin doldurulması tədbirləri barədə sənin verdiyin təklif-lərin xan tərəfindən qəbul edilməsindən sonra,xüsusən də xümsün və məscidlərə ianələrin ləğvi ilə xəzinənin çox sürətli artımı başlayıb.Elə bu səbəbdən də köçgün-lərin geri qaytarılmasında çətinliyimiz olmadı.Oturub hesablamalar aparmışam. Köçgünlər də güzəştli vergiyə cəlb edildikdən sonra xəzinənin gəlirləri 9-11, tam vergiyə cəlb edildikdən sonra isə 15-16 faiz arta bilər. Gəncə yolunun təmirini artıq başa çatdırmışıq.8 yeni körpü ,14 karvansaray, 3 sərhəd-gömrük məntəqəsi tikilib

qurtarıb. Sən deyəndə nə mən,nə də xan inanmamışdıq,amma artıq sən deyən kimi,

gömrüklərdən əldə etdiyimiz gəlirlər vergi gəlirlərini üstələməyə başlayıb.

Hə,bir də 21 mədrəsə və7 hamam da tikilir.

Vaqif:


-Bizim cocuqlarımız üçün mədrəsələr hər şeydən önəmlidir. Bəs,İrəvan istiqamətində bir irəliləyişə nail ola bilmisinizmi?

Ağası bəy:

-O istiqamətdə qaçaq Səfərin quldur dəstəsi bizə göz açmağa imkan

vermir.Sənin məsləhət verdiyin kimi,İrəvan xanlığından gələn və ora gedən bütün

karvanları gömrük rüsumundan azad etmişik ki,ticarət əlaqələrimiz qırılmasın.

Hələ də başa düşə bilmirəm ki,qaçaq Səfər güllə və barıtı necə və hara-dan təmin edir.İnanmıram ki,bu,İrakli xanın işi olmuş olsun.

Vaqif:

-Mən də inanmıram.Çünki,Tiflis bəylərbəyliyi bizimlə xoş və təhlükəsiz



ticarət əlaqələrində maraqlıdır.Tiflisin də gəlirlərinin önəmli bir hissəsi bizimlə ticarətdən gəlir.

***
Hər iki tərəfi meşələrlə örtülü dağlar olan çay vadisi.Axar çayın şırıltısı

dağlarda əks-səda yaradır.Çayın sahili boyunca yüklü dəvə ,eşşək və at arabaların-

dan ibarət karvan 10-15 atlının müşayiəti ilə hərəkət edir. Öndə gedən iki atlıdan

birincisi dağlara boylana – boylana o birinə deyir:

-Qəribədir,qaçaqlar indiyə qədər gərək artıq çoxdan peyda olmuş olaydılar.Biz də xəracımızı verib rahat-rahat yolumuza davam edərdik.

İkinci atlı:

-Bəlkə, Allahın köməkliyi ilə bu dəfə xəracsız-filansız ötüşdük.

Birinci atlı:

-Xam xəyallara düşmə,qardaş,sən bu qaçaq Səfəri tanımırsan,parasını almadan buradan quş da uçurmaz.Harada olsa,indi peyda olar.

Atlı sözünü bitirər-bitirməz təpələrin arxasından qaçaqlar peyda olurlar.

Onlardan biri atını onlara tərəf sürür.

Birinci atlı yqldaşına:

-Gördünmü?

İkinci atlı:

-Gördüm.


Saroş adlı qaçaq onlara yaxınlaşıb bir söz demədən qarşılarında durur.

Birinci atlı da eynən onun kimi susaraq və bir söz deməyərək əlindəki qızıl kisəsini ona atır.O da kisəni göydə tutur.Sonra,sanki,çəkisini müəyyənləşdir-mək istəyirmiş kimi bir-iki dəfə atıb-tutur və diqqətlə karvana göz gəzdirir,sonra da sakitcə geri dönüb gedir.Qaçaqlar gözdən itirlər.Karvan isə yenidən hərəkətə gələrək yoluna davam edir.

***

Qaçaqlar(20-25 nəfər) dolanbac meşəli dağ yolu ilə üzü yuxarı qalxırlar.



Biri də bir kəlmə söz demir,danışmır.Ən öndə Saroş gedir.Hamsının çiynindən tüfəng asılıb.

***


Qaçaq Səfər böyük bir mağaranın önündə təkdir.O,şişə çəkilmiş bütöv bir heyvan cəmdəyini odun üstündə aramla ora-bura fırladır.Atların ayaq səsləri eşidilir.Səfər başını səs gələn tərəfə çevirir.Ağacların arxasından bir-bir peyda olan

atlı yoldaşları ona yaxınlaşıb atlarından enirlər.Saroş əlindəki kisəni ona verir,özü isə onu əvəz edərək ,qızarmaqda olan cəmdəyi çevirməyə başlayır.Digərləri isə mağaraya girirlər.

Səfər:

-Güllə- barıtımız qurtarır,Xanməmməddən də bir səs çixmir ki,çıxmir! Deyirəm, bəlkə, başına bir iş-zad gəlib.Saroş, istəyirəm uşaqlardan birini şəhərə göndərəm,Xanməmməddən bir xəbər öyrənsin,nə deyirsən?



Saroş:

-Mən gedərəm.

Səfər:

-Sən yox,Sən ala itdən də məşhursan,səni tanımayan yoxdur.Bu gün so-



nuncu göyərçini yollayacağam.Sonra baxarıq.

Saroş:


-Səfər,izn ver mən gedim .Çoxdandır,segilimi görmürəm.Ondan bərk nigaranam..Həm Xanməmməddən bir xəbər bilərəm,həm də yarımla görüşərəm.

***


Başda xəfiyyəbaşı Mirzə Əliməmməd olmaqla bir dəstə silahlı xəfiyyə

(təqribən10-15 nəfər) meşə yolu ilə çapırlar.

***

Erməni Aşotun yaşadığı atılmış tövlələr. Çox sayda çapan at ayaqlarının səsi eşidilir.Səsə evlərdən(tövlələrdən) Aşot,daha iki erməni və dörd nəfər 14-15



yaşlarında qız uşağı çixir.Mirzə Əliməmməd və yoldaşları evləri mühasirəyə alır-lar. Mirzə Əliməmməd qorxudan rəngləri qaçmış və tir-tir əsən ermənilərin başının üstünü alaraq çığırır:

-Aşotdur,nə zibildir,bilmirəm,hansınızdır?

Aşot əsə-əsə və dili dolaşa –dolaşa:

-Mmmmənəm,ağa.

Xəfiyyəbaşı:

-Ə, it oğlu it,Osmanlıdan bura siğəlik erməni qəhbələrini sən gətirtdirir-sən?

Aşot Mirzə Əliməmmədin qarşısında diz çökərək:

-Ağa bu yolla bir-iki quruş qazanıb ailəmi dolandırıram.

Xəfiyyəbaşı:

-Qızları kimlərə satırsan.

Erməni:

-Ohan keşişin adamları gəlib alırlar.



Mirzə Əliməmməd:

-Başqa nə işlər görürsən?

Aşot:

-Heç bir şey,ağa.



Mirzə Əliməmməd “Yalan demə,küçük!”-deyib Aşotu qırmancla döymə-yə başlayır.Erməninin çığırtısı aləmi bürüyür.Qızlar da qorxudan ona qoşulub qış-qırmağa və ağlamağa başlayırlar.Xəfiyyəbaşı ermənini çırpa-çırpa soruşur:

-Barıtı,güllələri harada gizlətmisən?

Aşot yalvarır:

-Atının təzəyinə qurban olum,ağa, vurma,hər şeyi deyəcəyəm.

Mirzə Əliməmməd onu döyməkdən əl çəkərək:

-Tez ol,söylə,köpək oğlu köpək!

Aşot:

-Onlar mənim deyil,ağa,keşişindir,onun xidmətçisi Mesrop gətirib,mən



də basdırmışam.Bu dəqiqə göstərərəm.

Aşot evə girib əlində üç ədəd bellə qayıdır.Bellərin ikisini o biri ermə-nilərə verib birini özündə saxlayır və deyir :

-Gəlin...

***


Meşənin bir yeri.Ermənilər yeri qazıyırlar.Təqribən 1,5 metr dərinlikdən

içi barıt və güllələrlə dolu səkkiz böyük qutu çıxır.Mirzə Əliməmməd hələ də ya-ranmış çuxurun içində olan ermənilərin hərəsinin başina bir qırmanc vurur:

-Onlar bundan artıq bir şey bilmirlər,ona görə də daha lazım deyillər.

Xəfiyyəbaşı qorxudan titrəyən ermənilərə sonuncu dəfə baxıb çuxura tü-pürür və yoldaşlarına:

-Bunları güllələyin.Qızları isə aparın kilsəyə.

***


Şuşanın qala divarının keşikçi bürclərindən biri.Səraslan və Mahmud bürcdə keşikdə durmuşlar.Hər ikisi nizələrini də,qalxanlarını da divara söykəmiş-lər.Yenə də yaşlı keşikçi danışır,gənc isə dinləyir.

Səraslan:

-...Teymur padşah əmr edir ki,mollanın gətirdiyi badımcanları çırpın onun başını.Nökərlər Molla Nəsirəddini bir ağaca bağlayıb, başlayırlar badımcan-ları bir- bir mollanın başına vurmağa.Hər dəfə vurduqca molla Allaha şükr edir.Bu hala təəccüblənən Temur ondan bunun səbəbini soruşduqda,Molla Nəsirəddin deyir ki,şah sağ olsun,mən istəyirdim ,sənə nübarlıq bir kisə qarpız gətirim.Sonra fikrimi dəyişib badımcan gətirdim.İndi elə buna şükr edirəm.Şükr edirəm ki başima çırpılan qarpız yox,badımcandır.

Mahmudu gülmək tutur.

Səraslan davam edir:

-Bir gün molla çayxanada oturub çay içir.Çöldə də bərk yağış yağır. Molla Nəsirəddin bir də görür ki,axund islanmamaq üçün küçə ilə evinə tərəf qaçır. Molla üzünü ona tərəf tutaraq: “Axund,bəs,sən deyirdin ki,yağış Allahın nemətidir, adam da Allahın nemətindən qaçar?”

Axund da məcbur olub yavaş-yavaş gedir və sümüyünə qədər islanır.Sa-bahı gün isə,iş elə gətirir ki,bu dəfə axund çayxanada oturur, molla isə yağışda is-lanmamaq üçün qaçmalı olur.Bu dəfə axund ona qışqırır: “Molla,adam da Allahın nemətindən qaçar?”Molla özünü itirməyib cavab verir: “Qaçıram ki,Allahın nemə-tini tapdalamayım.”

Mahmud dözə bilməyib qəh-qəhə çəkir.Səraslan dərhal əli ilə onun ağzı-nı tutur:

Sakit!Eşidərlər,ikimizi də işdən atarlar.Allah qoysa,sabahdan etibarən xidmət yerimiz dəyişir. Artıq qalada yox,zindanda keşik çəkəcəyik,dustaqlara nə-zarət edəcəyik.Ora buradan yaxşıdır.İstədiyin qədər danışıb- gülə bilərsən.

Mahmud:


-Səraslan dayı,birini də danış.

Səraslan:

-Sabah...Özünü saxlaya bilmirsən.Bir azdan bizi dəyişməyə gələcəklər. Götür nizə-qalxanını əlinə.

Hər ikisi nizə-qalxanlarını əllərinə götürürlər.Və bu an Mahmud gözlə-nilmədən sağ əlindəki nizəsinin ucunu, nəyə isə işarə edirmiş kimi,qarşı tərəfə uza-daraq,qalxanını yüngülcə yoldaşına toxundurur və həyacanla deyir:

-Ora bax!Ora bax!Göyərçin!

Səraslan qeyri-ixtiyari gəncin işarə etdiyi tərəfə dönür.

***

Bir göyərçin qala divarının üstündən şəhər istiqamətində uçur.



***

Səraslan təəccüblə:

- Mahmud, sən nə qəribə adamsan,ömründə göyərçin görməmisən mə-gər?

Mahmud:


-Demək ki,bilmirsən.Sonra başa salaram.Mən şəhəri yaxşı tanımıram, diqqətlə bax,gör,göyərçin hara,kimin evinə qonacaq.

***


Göyərçin şəhərin üzərində dövrə vurmağa başlayır.Kadr arxasından Sər-aslanın səsi eşidilir:

-Yaxşı,“diqqətlə bax” deyirsən,baxım.Amma sən də bir başa sal görüm, nə olub,axı?

Göyərçin ikimərtəbəli evin damına qonur.

***


Mahmud:

-O,kimin evidir?

Səraslan:

-O ev şəhərin ən hörmətli və varlı adamlarından biri olan seyid Xanməm-məd ağanın evidir.Göyərçin onun evinin damına qondu,hə,nə olsun?

Mahmud:

-Sonra başa salaram.İndi isə keşikçibaşıya təcili xəbər vermək lazımdır.



Mahmud bu sözləri deyib pilləkanlarla tələsik aşağı enməyə başlayır.

***


Uzaqda Tehran şəhərinin qala divarları görünür.Yaxın perspektivdə üzü qalaya tərəf tuşlanmış topun sağ və sol tərəflərində durmuş iki topçu diqqəti çə-kir.Onların arxaları kameraya tərəfdir.Qalanın bürclərində sadəcə bir-neçə keşikçi gözə dəyir.Kamera sağa hərəkət edir. Topdan sağda üzü şəhərə,arxası kamraya tə-rəf olan, bir xətt üzrə, bir-birindən iki metr ara ilə düzülən on tüfəngli əsgər növbə

ilə obyektivə düşür.Sonra ekranda başqa bir top və iki topçu,ardınca yenə eyni qayda ilə düzülmüş on tüfəngli əsgər canlanır.Bu ardıcıllıq bir-neçə dəfə təkrarlanır və nəhayət,kameraya sağdan sola hərəkət edən çox sayda atlı girir və əvvəlki görüntüləri tam örtür.

***

Ağa Məhəmməd şah Qacarın çadırının qarşı tərəfdən görünüşü.Çadırın dörd-bir tərəfində əli nizə-qalxanlı keşikçilər durmuşlar.Çadırın önündən bellərin-də zəmburək(kiçik top) olan dörd dəvə və onları ardlarıyca çəkən əsgərlər keçir.



***

Çadırın içi.Ağa Məhəmməd şah Qacar taxtda oturb.Qarşısında Kamaləli bəy və Allahverdioğlu durmuşlar.Şah yerə dikilmiş yorğun və kədərli gözlərini as-ta-asta qaldırararaq deyir:

-Tehranın hakiminə deyin ki,Ağa Məhəmməd şah Qacar şəhərə və əhali-sinə xətər yetirmək istəmir.Təslim olmağı təklif edir.Təslim olacağınız təqdirdə

hər kəsin can və mal güvənliyi təmin ediləcək.Əhali bir il müddətinə hər cür vergi-

dən azad olacaq.Şəhər səltənətin taxt şəhəri olacaq.Əks təqdirə Tehranda bircə nəfər də başıpapaqlı qalmayacaq,malınız-mülkünüz talan və müsadirə ediləcəkdir.

Gedin!


Kamaləli bəy və Allahverdioğlu baş əyərək çadırdan çıxırlar.Tək qalan

Şah dərin fikrə gedir gözləri önündə keçmişin xəyalları canlanır.

***

Məhəmməd Həsən xanın evi.Hər tərəf xalça-palazla bəzədilmişdir. Divarlardan asılmış qılınc,qalxan,tüfəng,tapança və şamdanlar pəncərədən dü-



şən işığı əks etdirərk par-par parıldayır.Qarşı tərəfdə kitab rəfləri gözə dəyir.Xan,

Ceyran və balaca Ağa Məhəmməd (12-13 yaşında) yerdə bardaş qurarq süfrə ar-

xasında oturmuşlar. Süfrədə cürəbəcür kabablar, bol meyvə-tərəvəz və digər ye-

məklər düzülüb.Ceyran qədəhlərə şərbət süzüb üzünü oğluna tutur:

-Oğlum, sən artıq böyüyüb yekə kişi olmusan.Atanla qərara aldıq ki,

səninlə ciddi söhbət edək...

Ağa Məhəmməd öncə anasına,sonra atasına baxır,daha sonra gözlərini anasının gözlərinə dikir.

Ceyran:


-...İndiyə qədər sənin təlim-tərbiyənlə mən məşğul idim.Bildiyim və

bacardığım hər şeyi öyrətdim.Yazıb-oxumağı bacarırsan,Qurani - Kərimi xətm

etmisən,təfsir,kəlam,hədis,cəbr,həndəsə,nücum,hikmət,nəbatət elmlərindən az-

-çox xəbərdarsan...

Məhəmməd Həsən xan qədəhini əlinə alıb bir qurtum içir.Ağa Məhəm-

məd də ,sanki,bayaqdan bunu gözləyirmiş kimi qədəhi götürüb başına çəkir. Söh-

bətin nədən gedəcəyini hiss etdiyi üçün çox həyacanlıdır.

-...At çapmağı, qılınc vurmağı,ox, güllə atmağı da öyrənmisən. Təsərrü-

fat işlərindən də, Allaha çox şükürlər olsun, yaxşı baş çıxarırsan.Artıq atana qoşu-

lub ova çıxmaq, döyüşlərdə iştirak etmək vaxtın çatıb...

Ağa Məhəmməd sevincini gizlədə bilmir, gözləri od tutub yanır. Atası ona baxıb gülümsəyir.Anası da gülümsəyərək davam edir:

-...Sən bizim böyük oğlumuzsan,evimizin-elimizin,Aşağıbaş tayfasının

ümidi və dirəyisən.

Məhəmməd Həsən xan:

-Vaxt gələcək,bütün mirasıma sahib olacaq, tayfamıza başçılıq edəcək-

sən...


Ata sözə başlar - başlamaz, oğul vəziyyətini dəyişərək diz üstə oturub başını aşağı əyir.

-...Sən doğulan gün göydə quyruqlu bir ulduz peyda olmuşdu.Lələn Al-

lahverdioğlunun rəhmətlik atası dedi ki, gəncliyində onu bir dəfə də görübmüş və onda sel hər tərəfi yuyub aparıbmış,çox sayda adam,mal - qara tələf olubmuş. O, qorxurdu ki , hər şey yenidən təkrar olsun və elə də oldu. Həmin gün sel çadırları- mızı, əkin sahələrimizi , sürülərimizi tələf etdi. Tayafamız üçün fəlakətli günlər başladı,illik vergini vermək iqtidarinda deyildik.

Nadir şahın Astarabaddaki valisi Səbzəli bəyin bizlə ədavəti vardı.O,bi-

zə şahla görüşüb olanları anlatmağa imkan vermədi,əksinə hər şeyi ona təhrifedil-

miş şəkildə çatdırarq qəzəbini üstümüzə çəkdi.Odur ki, yurd-yuvamızı tərk edib

türkmənlərə sığınası olduq.Onlardan borc alıb bir-iki ilə vəziyyətimizi düzəltdik.

Nadirin ölümündən sonra ata-baba torpaqlarımıza döndük.

İndi Aşağıbaş tayfasında hər kəs sən doğulan gün peyda olan o ulduzun

gələcəkdən xəbər verən böyük bir əlamət olduğuna,yəni sənin böyük adam olaca-

ğına,təkcə bizim tayfanın deyil,bütün Qacar elinin şöhrətini dünyaya yayacağina

inanır.Mən də,anan da buna bütün varlığımızla inanırıq.

Ceyran:

-Şah İsmayıl Səfəvi düşmənlərini əzəndə sən yaşda idi. Bir il sonra isə


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin