Bəxtiyar Tuncay AĞa məHƏMMƏD Şah qacar və ya taleyin qara ulduzu



Yüklə 2.1 Mb.
səhifə4/23
tarix18.06.2018
ölçüsü2.1 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   23


Azərbaycan səltənətinin taxt-tacına sahib oldu.Şirvanı,Gilanı, Farsı, Mazandaranı,

Hər iki İraqı,Əfqanıstanı,Kürdüstanı və Gürcüstanı hökmü altına aldı.

Məhəmməd Həsən xan :

-Sabahdan hara getsəm,mənimlə gedəcəksən.

Ağa Məhəmməd :

-Baş üstə,itaət boynumun borcudur.

Bu sözlərdən sonra o,öncə atasının, sonra isə anasın əlini öpür.

Ata “bismillah”deyib süfrədən bir şiş kabab götürür. Ana və oğul da

“bismillah” edirlər.

***


Gecədir.Hər tərəfə qaranlığım zülməti çöküb.Ayın işığında Şuşanın qala divarının silueti görünür.Divarla asta-asta bir kölgə sürünməkdədir.Cox çəkmir , kölgənin sahibi kameranın obyektivinin əhatə dairəsinə daxil olur.Bu,Saroşdur. O,

əlindəki ucuna uzun kəndir bağlanmış üçdişli qarmağı başı üzərində firladaraq divarın başına tərəf atır.

***

Qala divarının dişləri.Saroşun atdığı qarmaq dişlərə ilişir.Qarmağın ucu-na bərkidilmiş kəndir boş vəziyyətdən tarım vəziyyətə keçir və o,iki dişin arasına pərçimlənir.



***

Saroş kəndir vasitəsi ilə yuxarı qalxır.Belindəki xəncər ay işığında bərq vurur.

***

Divarın iç tərəfdən görünüşü.Ay divar dişlərinin arasından görünür.Diva-rın arxasından öncə Saroşun əli,sonra başı,ardınca gövdəsi,ən sonda isə ayaqları peyda olur.İşıq mənbəyi arxada olduğu üçün bütün bu görüntülər siluet şəklindədir.



Saroşun siluetinin hərəkətləri onun qarmağı dişlərin bir tərəfindən ayıraraq digər tərəfinə pərçimlədiyindən xəbər verir.Bu hərəkətlərə parallel olaraq daşa sürtünən dəmir səsi gəlir.Həmin hərəkətlərdən Saroşun kəndiri divarın bir tərəfindən yığa-raq,o biri tərəfinə salladığı anlaşılır.Sonra isə siluetin öncə ayaqları,sonra gövdəsi,

daha sonra başı və əlləri gözdən itir.2-3 saniyə sonra onun yerə dəyən ayaqlarının

səsi gəlir.

***


Xanməmmədin evinin həyəti.İki ağacın arasından daş hasar görünür.Ha-sarın arxasından onun üstünə dırmanan Saroş həyətə tullanır.Kameraya tərəf irəli-ləyərək ağacların arasında ayaq saxlayır və özü-özü ilə danışırmış kimi “Qəribədir,

Toplan gözə dəymir.”- deyir, sonra sola dönüb evin qapısına yaxınlaşır.Kamera onu təqib edir.Qapıya çatıb onu yavaşca tıqqıldadır və asta səslə Xanməmmədi səsləyir:

-Xanməmməd!Xanməmməd!

Elə bu an yuxarıdan Saroşun başına tor atılır.Gözlənilmədən müxtəlif istiqamətlərdən peyda olan şəxslər onu yerə yıxırlar.Qapı açılır və içəridən Mirzə Əliməmməd çıxır.Onun sağ əlində göyərçin var.O,sol əlinin baş barmağı ilə gö-yərçinin başını sığallayaraq deyir:

-Xanməmmədlə səni elə bu gecə görüşdürəcəyəm.

***


Tehran.Lütfəli xan Zəndin keçmiş sarayı və taxtı.Nökərlər taxtı yerindən qaldırıb aparırlar.Digərləri isə onun yerinə Ağa Məhəmməd şah Qacarın daha dəb-dəbəli taxtını qoyurlar.Üstünə xalça və döşəklər döşəyirlər.Şah,Kamaləli bəy vəAllahverdioğlu ilə birlikdə kənarda durub bunu seyr edirlər.Kamaləli bəy əlində Qacarın tacını, Allahverdioğlu isə qızıl toppuzu tutub.Ağa Məhəmməd şah əlini Allahverdioğlunun çiyninə qoyaraq deyir:

-Hə,Allahverdioğlu lələ,Lütfəli xan Zənd qardaşı Kərim xan Zəndə asi olub bütün qoşunu ilə onun üstünə gedir,Tehranı isə isə müdafiəsiz qoyur.İndi gör,

bu adamda,zərrə qədər də olsa, ağıl adlanan,siyasi təfəkkür deyilən bir şey var,ya yox.Elə buna görə də taxtını itrdi.Kərim xanla döyüşdə isə başını itirəcək.Əslinə

baxsan, belə başın itməsi daha yaxşıdır.Lütfəli xanın başı baş olsydı,biz bircə güllə belə atmadan Tehrana sahib ola biməzdik.

Nökərlər işlərini bitirib getdikdən sonra şah taxta əyləşir.Kamaləli bəy tacı onun başına qoymaq istəyir.

Ağa Məhəmməd şah:

-Lazım deyil,qoyun onları bir kənara.

Kamaləli bəy tacı,Allahverdioğlu da toppuzu taxtın üstünə,şahın yanına

qoyurlar.Qacar deyir:

-Tək qalmaq istəyirəm.Deyin, sazımı gətirsinlər.

Kamaləli bəylə Allahverdioğlu baş əyib gedirlər.4-5saniyə çəkmir ki,nö-kərlərdən biri içəri girib baş əyir,gətirdiyi sazı Qacara verir,təzim edib gedir.

Şah sazı sinəsinə basıb həzin bir hava çalır.Gözlərindən yaş axmağa baş-layır.Xəyalı onu keçmişə aparır.

***

Kərim xan Zəndin sarayı.Kərim xan əyan-əşrəfinin əhatəsidə taxtda əyləşib fars musiqisinin təranələri altında rəqs edən yarıçılpaq rəqqasələrə tamaşa edir.Eyni geyimdə olan xidmətçi qizlar tamaşa edənlərin durmadan boşalan qədəh-lərini doldurmaqla məşğuldurlar. Şah da,əyan-əşrəfi də ədəb-ərkan qaydalarını unudacaq səviyyədə sərxoşdurlar,bu üzdəndə də həm rəqqasələrə, həm də xidmət-çi qadınlara münasibətdə əxlaqsız hərəkətlərə yol verilir.Kimi bel qucaqlayır,kimi sinə öpür,kimi də tutduğunu dizləri üstünə oturtmağa çalışır.Fəqət qızlar ayaq üstə güclə duran,gözləri qızmış kişilərin əllərindən sıyrılmaqda çox da çətinlik çəkmir-lər.Yalnız Kərim xanın dizləri üstə oturturduğu,bədəninin müxtəlif yerlərini sı-ğallayaraq öpüşlərə qərq etdiyi toppuş buna cəsarət edə bilmir.Çünki,həm şahın qəzəblənəcəyindən qorxur,həm də hər öpüşdən sonra döşlərinin arasına qoyulan qızıl sikkələr bu arzunu heçə endirir.



Kef məclisinin bu yerində içəri girən eşikağası var gücü ilə bağırır:

-Şahım,muştuluq ! Böyük qələbə müjdəsi !

Bu hal hər kəsin yerində donub qalmasına səbəb olur.Araya bir neçə saniyə çəkən dərin bir sükut çökür.Sükutu ilk pozan hələ də şahın qucunda oturmaqda olan toppuş olur.Öncə o,ardınca da digər qadınlar məkanı tərk edirlər.

Yenidən eşikağasının gur səsi eşidilir:

- Müjdə, ey böyük hökmdar !

Hələ də nə baş verdiyini anlamayan Kərim xan Zənd:

-Nə müjdəsi? Nə olub?

Eşikağası:

-Səbzəli bəy, Ağa Məhəmməd xanı əl-qolu bağlı halda hüzurunuza gətirib.

Kərim xanın başına , sanki ,soyuq su tökürlər,sərxoşluğundan əsər-əlamət belə qalmır.Qulaqlarına inanmayaraq soruşur:

-Ağa Məhəmməd xan Qacarı? Astarabadlı Səbzəli bəymi?

Eşikağası:

-Şah sağ olsun,elədir ki,var.

Kərim xan Zənd taxtdan enərək eşikağasına yaxınlaşır , yaxasından tutaraq onu bərk-bərk silkələyir:

-Bir-neçə ay öncə kəsilmiş başını öz əllərimlə nizəyə taxdığım Məhəm-məd Həsən xanın oğlu Ağa Məhəmməd əsir düşüb ? O Ağa Məhəmməd xan ki, cürət edib Xorasanın bir illik xəracını daşıyan dövlət karvanını qarət etmişdi?

Şahın bu gözlənilməz hərəkətindən heyrətlənən və qorxuya düşən eşikağası kəkələyə-kəkələyə:

-Bbbbəli,Ağa Mmməhəmməd xan Qqqacar.

Kərim xan Zənd burnunu qorxudan tir- tir titrəyən eşikağasının burnu-na dirəyərək var gücü ilə bağırır:

-Nə durmusan?!Tez ol,Səbzəlini çağır gəlsin içəri!

Şahın sözü bitər-bitməz , Səbzəli, ardınca da iki keşikçinin itələyə - itələyə içəri saldıqları zəncirlənmiş Ağa Məhəmməd xan daxil olurlar . So-nuncunun əynində cırılıb parça-parça olmuş qanlı köynək var.Həddən artıq yorğun və halsızdır.Buna baxmayaraq,məğrur-məğrur durub gözlərini Kərim xanın gözlə-

rinin içinə dikir.Səbzəli bəysə içəri girər-girməz,şaha baş əyir və deyir:

-Ey böyük şəhriyar,qanlı düşməninizi və Mazndaran valisi Məhəmməd xan Savadkuhinin Sizə ünvanladığı məktubu hüzurlarınıza gətirmişəm.

Kərim xan onun söylədiklərinə heç bir əhəmiyyət verməyrək Ağa Mə-həmməd xana yaxınlaşır və onu yuxarıdan aşağıya süzür. Gözlər bir- birinə dikilir və ortaya uzun sürən bir sükut çökür.
***

Ekranda(iri planda) növbə ilə Kərim xanın və Ağa Məhəmməd xanın simaları canlanır...

Ağa Məhəmməd xanın gözlərindən yorğunluq qarışmış bir məğrurluq və cəsarət,Kərim xanınkindən isə çaşqınlıq və təəccüb oxunur.Çaşqınlıq və təəc-cüb ətrafdakıların da simalarına hakim kəsilmişdir.

Şah qarşısındakı yeniyetmınin baxışlarına tab gətirə bilməyərək öncə gözlərini döyməyə başlayır, sonra isə gözlərini Ağa Məhəmmədin gözlərindən

çəkir, fəqət baxışların döyüşündən məğlub ayrıldığını kimsənin anlaya bilmə-məsi üçün onun ətrafında bir neçə dəfə dövrə vurub üzünü Səbzəli bəyə tutur:

-Bunun ki bığ yeri təzəcə tərləyib. Bu ki hələ uşaqdır! Cəmi üç min nəfər türk ilə mənim fars, kürd, lor və bəxtiyarilərin say-seçmə oğullarından ibarət qırx minlik ordumu bu yeniyetməmi darmadağın etmişdir?!Bu qurd oğlu qurdmu bütün Xorasanın bir illik xəracını ələ keçirməyə cürət etmişdir?!

Səbzəli bəy:

-Qibleyi-aləm sağ olsun , Şah İsmayıl Səfəvi Azərbaycan səltənətinin taxt-tacına sahib olanda...

Kərim xan onun sözünü kəsərək kinayə ilə:

-Səfvilər!...Azərbaycan səltənəti!... Bu gün nə Səfəvilər var, nə də Azərbaycan səltənəti!!! Bu gün yalnız mən varam-Kərim xan Zənd!!!Nadir şahın ölümü ilə Azərbaycan səltənəti də, turanlıların fars elləri və İran üzərində yüzil-liklər boyu sürən hakimiyyətləri də artıq tarixə qarışmışdır.İndi mənim fars elləri-ni , kürd,lor,bəxtiyari tayfalarını birləşdirərək bərpa etdiyim böyük İran səltənəti var. Artıq ulu Zərdüştün, Sasani şahlarının, böyük Firdovsinin ruhları şad ola bi-lər.

Budur, bir vaxtlar turanlı Ərdəban böyük İran şahı Ərdəşirin qarşısında əli-qolu bağlı halda durduğu kimi,Məhəmməd Həsən xanın böyük oğlu da qarşım-dadır,istəsəm başını kəsər,istəsəm gözlərini çıxarar ya da dərisini soyduraram.

Bu sözlərdən sonra Kərim xan qəh-qəhə çəkib gülür,sonra isə üzünü Səbzəli bəyə tutaraq:

-Deyirsən,Məhəmməd xan Savadkuhidən məktub da gətirmisən.Ver baxim.

Səbzəli bəy yaxasındkı məktubu çıxarib İran şahına verir. Kərim xan Zənd məktubu oxuyur və deyir:

-Deməli, düşmənimin bu gün əsir qismində qarşımda durmuş olması sənin xidmətindir.Söylə,bunun əvəzində məndən nə istəyəcəksən?

Səbzəli bəy:

-Şah sağ olsun,məlumunuz olduğu kimi, mən Nadir şahın dövründə As-tarabadın hakimi idim , əgər müsaidəniz olarsa,həmin məqama yenidən bərpa ol-maq istərdim.

Kərim xan:

-Bu barədə düşünmək lazımdır.Qərarımı sənə üç günə bildirərəm.

Sonra o,üzünü Ağa Məhəmməd xana tutur:

-Bəs,səninlə nə edək?

Ağa Məhəmməd xan susur.

Iran şahı eşikağasına müraciətlə:

-Aparın hamama çimsin.Həkim yaralarına məlhəm qoysun.Ən ləziz ye- məklərdən verin,yesin.Sonra isə salın zindana, amma incitməyin. Düşünüb qərar

verəcəyəm.

Eşikağası “Baş üstə” deyib gözətçilərə işarə edir və onlar əsiri aparırlar.

Kərim xan Zənd eşikağasına bir kisə qızıl atır:

-Bu da verdiyin müjdəli xəbərin əvəzi.

O,kisəni göydə tutub deyir:

-Allah Sizdən razı olsun,soyunuzun şahlığını qiyamətə qədər sürdürsün!

***

İbrahimxəlil xanın sarayının baxçası.Hər tərəfdə qollu-budaqlı ağaclar gül kolları gözə dəyir.Saray xadimələrindən Gülpəri və Maral zivədən asılmış xalçaları çırpırlar.Bülbüllərin cəh-cəhi ilə xalçalara çırpılan çubuq səsləri bir-birinə qarışmışdır. Gülpərinin gözlərinə nə isə sataşır və o,gülümsəyərək yoldaşına:



-Ay qız,Maral,ora bax!

Maral Gülpərinin işarə etdiyi tərəfə baxır.

***

Xeyli aralıda Kiçikbəyim xanımla Məmməd bəy hovuzun kənarında əylə-



şib şətrənc (şahmat) oynayırlar.Kadr arxasından Gülpərinin səsi eşidilir:

-Gör bir-birilərinə necə də yaraşırlar.


***

Ekranda yenə də xalça çırpan qızlar peyda olurlar.Maral deyir:

-Gülpəri,sən də qəribə adamsan ey!Sanki,xan qızı Kiçikbəyim xanımla Mehralı bəyin oğlu Məmməd bəyi ilk dəfədir ki,bir yerdə görürsən.Elə səhər-ax-şam bir yerdədirlər də.Əmiuşağıdırlar da…Bir-birilərinə də yaraşmayıb,kimə yaraşacaqlar?Mənə yaraşmayacaqlar ki…

Gülpəri əlindəki çubuğu xalçaya çirpa-çırpa:

-Deyirəm,görəsən,xan, qızını qardaşı oğluna verərmi?

Maral:


-Niyə də verməsin?Ondan artığına verəcək?Boy onda,buxun onda,göz-

-qaş onda,elə bil ay parçasıdır.

Gülpəri:

-Bilirsən, niyə soruçuram?Axı,Pənahəli xanın ölümündən sonra İbrahim-xəlil xanla qardaşı Mehralı bəyin arasında hakimiyyət davası olmuşdu.Bizim xan qaynı Ümmə xanın köməyi ilə qardaşını vurub Şuşadan çıxardı, Qarabağ xanı oldu. Mehralı bəy də qaçıb Quba xanına sığındı.O vaxtdan Məmməd bəy əmisinin ya-nında bir növ girov kimidir.

Maral:

-Deyirəm,ay Gülpəri,boş-boş danışmağı sevirsən də!Neçə illərdir bu sa-rayda xadiməlik edirsən,bircə dəfə də olsun,xanın Məmməd bəyə girov gözü ilə baxdığını gördünmü?Kiçikbəyimlə ona fərq qoyduğunu hiss etdinmi?



Kadr arxasından Şahnisə xanımın səsi gəlir:

-Maral,ay qız,bura gəl, görüm!

Maral “Gəldim,xanım”-deyib cəld kadrdan çıxır.

***


Kiçikbəyimlə Məmməd bəy hovuzun kənarında şahmat lövhəsinin arxa-sında üz-üzə oturublar.Qız gülümsəyərək deyir:

-Hə, əmioğlu,bu sənin üçün at çapmaq,cıdırda birinci olmaq deyil,burada baş lazımdır ey,baş.O da ki kişi tayfasında olmaz.

-Kişilərdə olmayıb bəs kimdə olacaq?Sizdəmi?

-Əlbəttə ki,bizdə.Belə olmasaydı,belə tezlikdə vəzirsiz və topsuz qalmaz-dın.

-Cücəni payızda sayarlar.Arxı hoppanmamış “hop” demə.

Kiçikbəyim ağ filin yerini dəyişərək deyir:

-Vəssəlam,indi işin bitəcək.Deməli,qızların oğlanlardan daha üstün zəka

sahibləri olduğuna inanmırsan.Bəs,gəncəli şairə Məhsəti xanımın öz dövründə şət-

rənc oyununda hamıdan üstün olduğunu,bütün kişilərin xoruzlarını qoltuqlarına

verdiyini eşitməmisənmi?Gəncəli Məhsəti xamım barədə eşitmisən ya yox?

Məmməd bəy(qara piyadanı irəli çəkərək):

-Yox,ancaq sən eşitmisən.Sənə Azərbaycan ədəbiyyatından dərs deyən

müəllim mənə də deyib.

Kiçikbəyim:

-Onda söylə,görüm.bu şairə barədə nə bilirsən.

Məmməd şairənin bir neçə dübeytini əzbərdən söyləyir:

Arxanda suyun axmasa da bəndənlə,

İnsanlığı tərk eyləmərəm mən sənlə.

Sordum ki,nə etmişəm sənlə,aç söylə,

Artıq nə deyim neyləmədin sən mənlə.


Baxma yerə,torpaq,su görər,ey dilbər,

Baxma göyə gün salar nəzər,ey dilbər.

Görsə ölərəm,inan ki,qeyrətdən

Bir kəs səni röyada əgər,ey dilbər.


Kiçikbəyim:

-Afərin sənə!Qoy birini də mən deyim.

Dərdin o buluddur ki,tökər gözdən qan,

Dərdin o zəhərdir ki,ona yox dərman.

Hər ləhzədə min qəlbi yıxır dərd ilə,

Dərdin nə ürək qoyar,nə də sağlam can.


Hə,Məmməd bəy,Elə bilmə ki,sən bilirsən,mən yox.

Kadr arxasından İbrahimxəlil xanın səsi eşidilir.

-Mən də deyirəm,görəsən, balalarım haradadır?...

Uşaqlar xanın səsini eşidər-eşitməz,dərhal dik ayağa qalxırlar.

Xan kadra daxil olaraq:

-…Sən demə,onlar hovuz başında şətrənc oynayırlar.Kim udur,kim udu-zur?(Əyilib lövhəyə baxır.) Vay-vay-vay!Məmməd,deyəsən işlər xarabdır.

Bu dəm kadra nökər daxilolaraq deyir:

-Xan,başına dönüm,Mirzə Əliməmməd ağa gəlib.

Xan:

- Qoy gözləsin, indi gəlirəm.(Nökər gedir.) Bayaq qulağıma Məhsəti xa-nımın rübailəri eşidildi,çox böyük şairə olub,Ömər Xəyyamı belə kölgədə qoyub. (Xan Məhsətidən bir neçə beyt rübai söyləyir.)



Yaşlar axıdar qəmli üzümdən dərdin,

Zülm etmədə qalmazdır özündən dərdin,

Yansam da mən odlarda sənin dərdindən,

Qəmdən yanmaram,getsə gözümdən dərdin.

Nə isə siz oynayın.Mən də gedim bir az dövlət işləri ilə məşğul olum.

Xan gedir.


***

Şuşa zindanının uzun, yarıqaranlıq dəhlizi.Dəhlizlə keşikçibaşı,ardınca da Səraslanla Mahmud irəliləyirlər.Hər üçünün belindən xəncər asılıb.Onlar başqa bir dəhlizə dönurlər və bir qədər getdikdən sonra qəfəsi xatırladan qapıya çatırlar.

Qapıdan bir qədər aralı gəmi sükanı formasında bir qurğu var.Qurğuya uzun zəncir dolanmışdır. Zəncirin ucu divardakı dəliyə girir.Keşikçibaşı qurğuya yaxınlaşıb onu fırlatmağa başlayır.Mahmud ona kömək edir.Zəncirlər və yuxarı qalxan dəmir qəfəs qapı tükürpədən səs çixarır. Qapı yerdən adam boyunun üçdə ikisi qədər qal-

xır.Keşikçibaşı və onu təqlid edən Mahmud qurğudan əllərini çəkirlər. Araya sakitlik çökür.Qapının arxa tərəfində daha iki keşikçi görünür.Onların əllərində

nizə var.

Səraslan(Mahmuda):

-Gəl!

Hər ikisi əyilib o biri tərəfə keçirlər və obiri iki keşikçi ilə səssiz əl verib



görüşürlər,nizələri onlardan alırlar.O birilər əyilərək qapının altından keçirlər.Ye-nidən qapı və zəncirlərin tükürpədici səsi gəlir Qapı yerə enir.

Səraslan:

-Çoxdandır,yağlanmayıblar.Ona görə də belə dəhşətli səs çıxardırlar.

Yaşlı keşikçi gənc yoldaşına başı ilə işarə edir və onlar qapının arxasındakı

geniş və nisbətən işıqlı məkanın düz mərkəzinə gəlirlər.Hər iki tərəfdə dustaqların

saxlanılması üçün dörd,yəni birlikdə səkkiz qəfəs var.Qəfəsləri bir-birindən qalın

divarlar ayırır.Onların soldakı dördü və sağdakı biri boşdur.Digər qəfəslərin birin-də Ohan keşiş,ikincisində Xanməmməd,üçüncüsündə isə Saroş yerləşdirilib.Keşiş

və Xanməmməd cırıq döşəkçələri bir-birinin üstünə qoyaraq oturmuş,Saroş isə yan-yana düzərək,üstlərində yatmışdır.Onun üzü o biri tərəfə olduğu üçün görük-

mür.Xorultusu aləmi götürmüşdür.

Mahmud:


-Yaxşı ki,heç olmasa,burada qalxan yoxdur.Yükümüz bir az yüngülləşdi.

O,boş divara yaxınlaşıb,nizəsini ona söykəyir.Səraslan da onun kimi edir və keşik-

çilər üçün nəzərdə tutulmuş həsirin üstündəki iki döşəkçədən birinin üstünə çökür:

Səraslan:

-Görürsənmi, bura qaladan nə qədər yaxşıdır?Yağış,külək yoxdur.Gün ba-

şına döymür.Üstəlik oturmaq üçün döşəkçə də var.Gəl sən də otur.

Bu an onun gözü ikinci qəfəsdə oturmuş Xanməmmədə sataşır.Yaşlı keşik-çi yaşına uyğun olmayan bir cəldliklə yerindən dik atılaraq qəfəsə yaxınlaşır:

-Cəddinə qurban olum,Xanməmməd ağa,səni bura kim salıb?Sən burada nə edirsən?

Xanməmməd:

-Sən kimsən?Tanıya bilmədim.

Səraslan:

-Sən məni tanımazsan,amma mən səni yaxşı tanıyıram.Gözlərimə inana bilmirəm .Axı, sənin kimi hörmətli adamı bura kim salıb?

Xanməmməd:

-Nə axmaq-axmaq suallar verirsən,bilmirsən adamı kimin əmri ilə zindana atırlar?

Səraslan:

-Bilirəm,xanın…Amma bilmirəm niyə…

Xanməmməd:

-Qardaş,əl çək məndən,öz dərdim özümə bəsdir.

Səraslan:

-Sənin üçün nə isə edə bilərəmmi?

Xanməmməd bir qədər susduqdan sonra:

-Edə bilərsən.Get mənim əvəzimə o keçisaqqalın (barmağı ilə Ohan keşişin

olduğu qəfəs tərəfə işarə edir.) üzünə tüpür!Allah onun evini yixsın,evimi başıma uçurdu!

“Baş üstə!”-deyən Səraslan keşişin qəfəsinə yaxınlaşaraq onun düz üzünə

tüpürür :

-Kafir köpək oğlu!

Kadr arxasından Xanməmmədin səsi eşidilir:

-O yatan gənci də bir oyatsaydın…Xorultusundan baş-qulağımız getdi…

“O da baş üstə!”-deyən Səraslan keşişin qəfəsinin yanından ayrılır,Xan-

məmmədin qəfəsinin yanından ötərək üçüncü qəfəsə yaxınlaşır və üzünü Saroş tərəfə tutaraq:

-Oyan,ay bala!(Saroşdan səs çıxmır.Səraslan səsini yüksəldərək)Səninlə-yəm,ay bala,oyan,bəsdir xoruldadın.

Səsə oyanan Saroş başını qaldırır və yavaş-yavaş dönərək yuxulu gözlərini

keşikçiyə tərəf çevirir.Gəncin üzünü görən Səraslanın gözlənilmədən halı pisləşir,

ayaqları ləngər vurur. Özünü cəld yoldaşına yetirən Mahmud onu yıxılmağa qoy-mur, onu ehmalca yerə uzadır:

-Nə oldu sənə,Səraslan dayı?

Bu an Saroş həyacanla:

-Ata,atacan!

***


İbrahimxəlil xanın sarayının məşvərət otağı.Mirzə Əliməməd içəridə tək-

dir.O,yerdə oturub əlindəki bir qalaq kağızı qaydaya salır.Kadra xan girir.Xəfiyyə-başı ayağa qalxmaq istəyir,fəqət xan çiynindən basaraq onu qalxmağa qoymur və

deyir:

-Söylə,Mirzə.

Mirzə Əliməmməd:

-Böyük bir cəsus- təxribat şəbəkəsi ifşa olunmuşdur.Şəbəkənin bir ucu Qu-ba xanlığı üzərindən Urusiyətə,o biri ucu qaçaq Səfərə uzanır.Mərkəzdə isə Ohan keşiş dururdu.Urusiyətdən Quba xanının vasitəçiliyi və Mehralı bəyin iştirakı ilə uzun müddətdir ki,Qarabağa gizli silah-sursat göndərilirmiş.Silahrı qəbul edən ke-şiş öz ermənilərinin vasitəsilə onların bir qismini kilsədə,digər qismini meşədə giz-lətmişdi.Onların hamısını tapıb sənədləşdirdikdən sonra cəbbəxanaya təhvil ver-minşəm.Bu da sənədləri.

Xəfiyyəbaşı sənədi İbrahimxəlil xana verir.Xan onu oxuduqdan sonra

Mirzə Əliməmməd davam edir:

-Qaçaq Səfəri də silah-sursatla Ohan keşiş Xanməmmədin vasitəsilə təmin edirmiş.Kərim xan Zəndə məktubu Xanməmməd tək yazmayıb.Miryəhya ağa ilə Mirhüseyn ağa onunla birlikdə olublar.Sonda bu ikisi qorxaraq onu imzalamayıb-

lar.Bu işi görməyə isə onları Ohan keşiş təşviq etmişdir.

Xan:

-Mən başa düşə bimirəm, bir xaçpərəst keşiş Qarabağın bu hörmətli şəxs-



lərini necə ələ ala bilmişdir?

Xəfiyyəbaşı:

-Çox hiyləgərcəsinə düşünülmüş bir üsulla.O,Xanməmmədi və o birilərini

bir – neçə saatlıq və ya bir gecəlik siğə üçün erməni qızları ilə təmin edə -edə onla-

rı bu işə aludə etmişdir.Hətta Mirhüseyn ağa o qədər aludə olmuşdur ki, bir ermə-ninin arvadını zorla özünə siğə etməkdən də çəkinməyib,günaha batıb.Bu gün Qa-rabağda,demək olar, elə bir erməni yoxdur ki,qızını və ya bacısını hər gecə bir mü-səlmanla siğə adı ilə yatızdırıb pul qazanmasın.Bu yolla həm pul qazanırlar,həm müsəlmanlar arasında əxlaqsızlığı yayıb,imanımızı zədələyirlər,həm də sözü keçən kişiləri aludə edib ələ alırlar.(Əlindəki kağızları xana göstərir.) Bunlar Ohan keşi-şin öz dəsti-xətti ilə etdiyi qeydlərdir.Onların bəzilərini oxuyum,görün,nələr yazıb:

“Rəbbimiz İsanın adı ilə!

Əziz erməni qardaş və bacılarım!Sizin içərinizdə ana dilimizdə yazıb-oxumağı bacaranların çox az,türkcə yazıb-oxuyanların isə çox olması səbəbi ilə,

təəssüf ki,sizə bu müraciəti ata-babalarımızı kölə edənlərin dilində yazmaq məcbu-riyyətindəyəm.Bu,soyumuzun acı taleyinə qismət olmuş alın yazımızdır.Bu yazı barədə çox düşünüb-daşındıqdan sonra anladım ki,Ağrı və Van ətrafında yaşyan qardaş və bacılarımızın Osmanlı ərazisində bir erməni dövləti qurmaq arzuları şi-rin, fəqət boş xülyadan başqa bir şey deyildir.

Osmanlılar yüzillərdir ki,İsa ümməti ilə savaş içərisindədir və bu dövr ər-

zində qəlblərində və zehinlərində isəvilərə qarşı bir müqavimət gücü vücuda gəl-mişdir.Azərbaycan əhalisi isə Osmanlılar kimi türk olsalar da,Səfəvi xənədanının

daim Osmanlılara qarşı İsa ümməti ilə ittifaq etməsi səbəbi ilə bu müqavimət gü-

cündən məhrumdur.Bu səbəbdən də onların içində hərəkət etmək çox rahatdır.

Osmanlı dövləti əvvəlkinə nisbətən çox zəifləsə də hələ ayaq üstədir.Azər-

baycan səltənəti isə artıq mövcud deyildir.İndi bu səltənətin yerində bir-birinə qə-nim kəsilmiş kiçik və zəif xanlıqlar mövcuddur ki,onların da başları bir-birinə qa-rışıb.Öz dövlətimizi qura bilməmiz üçün ermənilərin kütləvi şəkildə parça-tikə olan Azərbaycanın iki parçasına-İrəvan və Qarabağa köç etməsi,həmin torpaqlar-da məskunlaşması və fürsət gözlləməsi vacibdir.

Düz 34 il öncə biz-13 ailə Vandan ayrılıb Qarabağa köçdük.Həmin il 22

ailə də İrəvan xanliğında məskunlaşdı.Bu gün artıq İrəvanda 201,Qarabağda isə106

ailə var.Qarabağda artıq 5 kənddə ermənilər məskundurlar və bu kəndlərin kəndxu-dası ermənidir ki,müsəlmanlar onları məlik adlandırır.”
Xan sağ olsun,daha bir yeri oxumaq istəyirəm.

Xan:


-Oxu!

Mirzə Əliməmməd oxuyr:

-“Osmanlılardan fərqli olaraq,yerli türklərin məzhəbi onlara müvəqqəti siğəyə icazə verir.Biz bundan mütləq faydalanmalı, yerli bəy-xanları erməni qızla-rına dadandırmalı,bu yolla özümüzdən asılı vəziyyətə salmalıyıq.Kişini ram etmək

üçün qadından böyük qüvvə yoxdur.”


Ortaya dərin bir sükut çökür.

***


Tehran bazarının mərkəzi küçələrindən biri.Küçənin hər iki tərəfində par-ça və qab-qacaq satan tacirlər mallarını dükanlarının önünə qoymuşlar.Küçə çox

izdihamlıdır. Mallarrını tərifləyən tacirlərin səsi bir-birinə qarışıb:

-Təbriz baftası,Təbriz parçaları!

-Herat və Səmərqənd ustalarının nəfis qabları!

-Cin malları məndə!Hind və moltanı malları!

-Urus çiti!

-Şamaxı və Gəncə ustalarınn əl işi.

-Ururmçi ipəyi məndə!

-Gözəl məxmər parçalarım var!...

Kadr arxasından təbil səsləri eşidilir.Ortaya bir anlıq süküt çökür və ardın-ca camaat səs gələn tərəfə axışmağa başlayır.

***

Tehran bazarının meyvə-tərəvəz satılan küçəsi.Təbil səsləri buradan da



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə