Xan:
-Yaxşı,Şahnəzər Məlik,otur.(Üzünü Yeganə Məliyə tutaraq)Hə,Yeganə Məlik,sıra gəldi sənə.
Yeganə Məlik:
-Mən də hay,yəni əsil erməni deyiləm.Xaçpərəst türkmanların başçısı olmuş Həsən Cəlalyanın nəvəsiyəm.Əsil albanlar bizik.Vicdanıma and olsun ki, mənim də xəbərim yoxdur.Bizim beşimizə də məlik rütbəsini Nadir şah vermiş-dir.Uruslarla heç bir əlaqəmiz olmayıb və yoxdur.
Xan:
-Qəribədir.Bəs,nə üçün hamı sizi erməni kimi tanıyır?
Yeganə Məlik:
-Bu, hamımızın xaçpərəst olması səbəbindəndir.Bizim üçün din milli mənsubiyyətdən daha önəmlidir.Amma bununla bərabər xanımıza sədaqətliyik və
həmişə də sədaqətli olacağıq.Bizi ermənilərlə dinimiz bağlayır.
Xan:
-Deməli, belə.Sözlərimi unutmayın.Kimin araqarışdıranlarla əlaqəsi təs-bit edilsə,mütləq cəzalandırılacaqdır.
***
Böyük və geniş bir düzənliyin quş uçuşu məsafəsindən panoram gö-
rüntüsü. Başdan-başa adam və at cəsədləri ilə dolu olan düzənlik qərbdən dağ və təpələrlə,şərqdən isə uzun və geniş çayla əhatələnmişdir.Çay sahili boyunca qalib ordunun çadırları gözə dəyir.Qalib əsgərlərin bir qrupu çadırların yaxınlığında top-
laşmışlar,digər bir qrup isə uzun bir xətt boyunca düzülərək cəsədlərin arasında nə
isə axtarırlar.
***
Yaxın görünüş.Əsgərlər bir- bir meyidlərin üzlərinə baxırlar.Üzü üstə uzanmış olanları çevirmək lazım olur.
***
Çayqırağı.Ağa Məhəmməd şah Qacar çayın suyu ilə əl –üzünü yuyur.
Atı kənarda otlayır.O,xəyallara qapılır və gözləri önündə keçmişin bəzi səhnələri
canlanır.
***
Quş uşuşu hündürlüyündən açilan geniş panoram.Mərkəzdə göy sulu göl, ətrafda meşələrlə örtülmüş dağlar diqqət çəkir.Gölün sağ sahilindəki nisbi düzənlik sahədə çox sayda çadır gözə dəyir.Mərkəzdəki çadır daha böyük və təm-taraqldır.Bu Cavansuz şahın (Hüseynqulu xanın) çadırıdır.Kamera onun üzərində
fokuslanır.Məsafə get-gedə azalır.
***
Şah çadırının içi.Xalca-palazla bəzədilmiş,döşəkçə və mütəkkələr dö-
şənmiş çadırda Cavansuz şah,Ağa Məhəmməd xan və Allahverdi əyləşərək,ayaq üstə dayanıb dastan söyləyən aşığı dinləyirlər.
Aşıq:
-...Həmin məqamda Batman Qılınc da adam göndərmişdi ki,qonağım var,bir kamil aşıq gəlsin,məclis keçirsin.Batman Qılıncın göndərdiyi adam da kə-narda durub bu həngaməyə tamaşa edirdi.Aşıq Hüseyn sıçrayıb çuxadan çıxdı. Sa-zını düzəldib dedi:”Hanı şagirdin? De,meydanıma gəlsin.!”
Çoban Abbası göstərib dedi:”Bax,budu.”
Abbas sazını köynəyindən çıxartdı.Aşıq Hüseynin müqabilinə gəldi. Əv-vəl meydan suladılar.Sonra Abbas dedi:”Aşıq Hüseyn,söz sənindir.”
Aşıq Hüseyn dedi:”İlk söz uşağındı.”
Abbas dedi:” Uşaq olmağıma baxma, sözü sənə verirəm.”
Aşıq Hüseyn dedi:” nə özünə güvənirsən?Əvvəlki kəlmədə belini qırıb sazını əlindən alacağam.”
Abbas dedi:”Arxı tullan,sonra bərəkallah de!Bir oqədər laf eləmə! Sö-zünü de gəlsin.”
Aldı Aşıq Hüseyn:
“Mənnən salam olsun arif olana,
Peyğəmbər nə günü taci-sər oldu?
Kim qırxdı başını,muyin neylədi,
Nə sual eylədi,nə iqrar oldu?”
Abbas başını bulayıb güldü.Sazı sinəsinə sıxıb,təzənəyi simə bərk-
bərk çəkdi,dedi:
“Ol cümə günündə,sübh namazında,
Peyğəmbər o günü taci-sər oldu.
Ahu qırxdı başın,muyin götürdü,
Həqiqət,mərifət o iqrar oldu...”
Dastanın şaha və Allahverdioğluna ləzzət etdiyi üzlərinin mimika-
larından açıq- aydın sezilməkdədir.Ağa Məhəmməd xan isə dərin fikrə getmişdir.
-... Aşıq Hüseyn dedi:“Gerisinə qulaq as,gör sənin başına nə oyun gətirə-cəyəm.”
Aldı Aşıq Hüseyn:
“Nə günü qırxıldı Rəsulun başı?
Ona kim gətirdi ülgücü,daşı?
Neçə tarixində oxunur yaşı?
Neçə ay,neçə il ömrü xar oldu?”
Aldı Aşıq Abbas:
“Cümədə qırxıldı Rəsulun başı,
Cəbrayıl gətirdi ülgücü,daşı,
Altımış iki tarix oxunur yaşı,
Altımış üç tarixdə ömrü xar oldu.”...
***
Meşəyə yaxın yerdə 20-yə yaxın manqal közərir.Arxa planda çadırlar,
Dərin planda gölün göy suyu görünür.Kababçılar manqallara şişləri düzürlər.Kadr
arxasından aşığın səsi gəlir. Səs əvvəlkinə nisbətən yavaş eşidilir:
-Məndən salam olsun Aşıq Sənana,
Bil neçə gül bitib,övraği nədi?
Məscidi-Əqsaya kim qoydu bina,
Onun içi daşdı,qırağı nədi?
Bu arada manqalların önündən iki nizəli keşikci tərəfindən müşayiət
edilən türkmən geyimli bir nəfər keçir.
***
Şah çadırının qarşı tərəfi.Çadırın girəcəyində səkkiz əli nizəli keşik-
çi durub.Bir qədər aralıda keşikçibaşı itlə oynayır.Çadırın içindən aşığın səsi gə-
lir:
-Abbas o saat duydu ki,qarının hiyleyi-şərinə uyub.Ancaq özünü itir-mədi. Pərinin könlünü almaq üçün sazı sinəsinə basıb,aldı görək nə dedi:
“Nazlı yarın,qəmər hüsnü,
Ay,günü,tələti neylər?
Yarın ləbindən bal əmən
Şəkəri,şərbəti neylər?!
Ağladıban gülən olsa,
Eynim yaşın silən olsa,
Bir yar ki,dərd bilən olsa,
Qaş,göz,işarəti neylər?!”...
Bu sırada türkmən geyimli şəxs və onu müşayiət edən iki keşikçi ke-şikçibaşına yaxınlaşırlar.Yeni gələn keşikçilərdən biri:
-Ağa bu kişi iddia edir ki, guya,bizim adamlar onun qoyunlarını oğur-lamışlar. Şaha şikayət etmək istəyir.
Keşikçibaşı:
-Şah indi məşğuldur.Qoy gözləsin.Siz isə yerlərinizə qayıdın.
Gələn keşikçilər geri dönürlər.
***
Şahın çadırının içi. Cavansuz şah,Ağa Məhəmməd xan və Allahver-dioğlu aşığı dinləməkdə davam edirlər.Dastan artıq bitmək üzrədir.
Aşıq:
-Yoldaşı ilqarlı gəlin,
Ağ sinni qarlı gəlin,
Yenə ucu düymələnib,
Əttar sədri parlı gəlin.
Bir busə lütf eylə mənə,
Ay tazə nübarlı gəlin!
Məhəmməd bəy toydan sonra bir neçə gün qalıb,dəstəsi ilə geri qayıt dı.Aşıq Abbas Gülgəz Pəri ilə ölüncə Tifanqarda keflə, damaqla yaşayıb dövran keçirdilər.Siz də keflə-damaqla yaşayaraq dövran keçirəsiniz,muradınıza çatasınız.
Dastan eşq və məhəbbətdən,intim münasibıtlərdən danışdığı üçün xə-
dim olan Ağa Məhəmməd xan dastan bitər- bitməz çadırı tərk edir.Şah isə aşığı
öyərək deyir:
-Afərin,halaldır.Yaxın gəl!
Aşıq şaha yaxnlaşır.Şah cibindən sir-neçə qızıl sikkə çıxarıb aşığa
verir.Aşıq pulları alıb təzim edir.
Şah:
-Azadsan.
Aşıq çadırı tərk edir.O.çıxan kimi içəri keşikçibaşı girərək,şaha təzim edir və deyir:
-Qibleyi- aləm sağ olsun,bir nəfər türkmən şikayət etmək üçün Sizi görmək istəyir.Deyir ki,guya bizim adamlar onun qoyunlarını əlindən alıb, özünü də döyüblər.
Şah:
-De,gəlsin içəri.
Keşikçibaşı çölə çıxır.Cavansuz şahla Allahverdioğlu təəccüblə bir-birlərinə baxırlar.Kadr arxasından keşikçibaşının səsi gəlir:
-Gəl !
Keşikçibaşı türkmənlə birlikdə içəri firirlər.Türkmən əyilərək alnını ye-rə qoyur.
Şah:
-Söylə görüm nə qədər qoyununu aparıblar.
Türkmən:
-Ey yeri- göyü yaradanın yerdəki kölgəsi...
Bu sözlər şahın qəh-qəhə çəkib gülməsinə səbəb olur.Allahverdi ilə ke-şikçibaşı da özlərini saxlaya bilməyib şaha qoşulurlar.Türkmən,sanki,bunu gözlə-yirmiş kimi ,heç kəsin gözləmədiyi halda Cahansuz şahın üstünə atılır,xalatının qo-lunda gizlətdiyi xəncəri üç dəfə saplağna qədər onun sinəsinə soxub çixarır. Dör-düncü zərbəni endirmək istəyəndə özünü yetirən Allahverdioğlu onun əlini tutur,
keşikçibaşı ilə köməkləşib onu yerə yıxırlar.Səsə keşikçilər içəri girilər.
***
Türkmən ağaca bağlanmışdır.Üz-gözü qan içindədir.Ağa Məhəmməd xan onu qırmancla döyə -döyə:
-Söylə,səni kim göndərdi?!Kimin əmrini yerinə yetirdin?!
Türkmən sussa da,artıq dözə bimədiyi göz qabağındadır.
Ağa Məhəmməd xan yanındakılara:
-Mənə içi közlü manqal və şiş gətirin.
Türkmən qışqırır:
-Yox! Durun!
Ağa Məhəmməd xan vurmağa ara verərək:
-Daniş!
Türkmən:
-Söylədikdən sonra işkəncə verməyib dərhal öldürəcəyinə dair Qurani-
Kərimə and iç.
Ağa Məhəmməd xan:
-Necə ölmək istəyirsən?
Türkmən:
-Qollarımın və boynumun damarlarını kəsərsən.
Ağa Məhəmməd xan:
-And içirəm.
Türkmən:
-Mən Kərim xan Zəndin əmrini yerinə yetirdim,yetirməklə iki övladı-mın canını ölümdən qurtarmış oldum.İndi isə sən sözünə əməl et.
Ağa Məhəmməd xan ona yaxınlaşaraq növbə ilə qollarının və boynunun damarlarını kəsir.Fışqıran qan hər ikisini başdan-başa qırmızı rəngə boyayır.
***
Cavansuz şahın çadırının önü.Bura digər çadırların sakinləri,əsasən əyan-əşrıf yığışıb.Hər kəsin üzü çadıra ,arxası isə kameraya tərəfdir.Kamera onla-
rın arasından və çadırın girəcəyindən keçərək içəri daxil olur. İçəridə Cavansuz şah,Ağa Məhəmməd xan,Kamaləli bəy və Allahverdioğlu gözə dəyir.Yaralı şah
yorğan-döşəkdə uzanıb.Onun yaraları sarınmışdır.Şah ağır-ağır deyir:
-Qardaşımla tək qalmaq istəyirəm.Sizsə son əmrimi xalqa çatdırın,
deyin ki,taxt-tacımın varisi Ağa Məhəmməd xandır və bu gündən şah odur.
Ağa Məhəmməd xan etiraz etmək istəyir:
-Amma mən...
Şah:
-Sus!(üzünü Kamaləli bəyə və Allahverdioğluna tutaraq) Gedin və vəzi-
fənizi yerinə yetirin!
Kamaləli bəy və Allahverdioğlu çadırı tərk edirlər.Cavansuz şah sözünə
davam edir:
-Əslində böyük qardaş kimi şah olmaq səlahiyyəti daha öncə sənə aid idi.Lakin nəyin nə vaxt,harada və necə olacağına bizlər yox,Allah qərar verir. Tale-lərimizin hökmü onun əlindədir.Doğulduğun gün göydə peyda olaraq müjdələnən təqdiri-İlahinin qəzaya çevrildiyi gündür bu gün.Ulu Tanrı səni seçmişdir və bu gündən onun iradəsini yerinə yetirəcəksən.Kərim xan Zənddən intiqamımızı müt-ləq al, oğlum Xanbabaya saxlama.İran taxt-tacını onun başina çevir.Əsas hədəfi-mizin Azərbaycan xanlarını ram edib, Azərbaycanı səltənətimizin başı etmək ol-duğunu unutma. Səndən sonra soyumuzu və səltənətimizi davam etdirəcək olan Xanbabanı öz oğlun kimi böyüt.Onu sənə,səni isə Allaha əmanət edirəm...
Bu sözlərdən sonra şah canını tapşırır.Ağa Məhəmməd xan əyilib onun
alnından öpür,üzünü örtür,ayağa qalxaraq gözlərinin yaşını silir və çadırın girəcə-yinə tərəf üz tutur.
***
Şah çadırının önü.Ağa Məhəmməd xan çadırdan çıxır.Hər kəs həyacanla onun nə söyləyəcəyini gözləyir.Kamera bir-bir üzləri gəzir.Gözlərdən həm dərin
bir kədər,həm də həyacan və maraq oxunur.
Ağa Məhəmməd xan:
-Cavansuz şah canını Allaha tapşırdı.(Qurandan ərəbcə bir ayə deyir)İn-na lillahi və inna əleyhi raciun.
Toplaşanlar da bu ayəni təkrar edirlər:
-İnna lillahi və inna əleyhi raciun.
Kamaləli bəy Ağa Məhəmməd xana müraciətlə:
-İcazə ver,işimizi görək.
Ağa Məhəmməd xan:
-Görün!
Kamaiəli bəy,Allahverdioğlu,molla və daha dörd nəfər çadıra daxil olur-lar.Bir–neçə saniyə sonra Kamaləlibəy və Allahverdi çadirdan çıxırlar,onlardan bi-rincisinin əlində tac,digərininkində isə toppuz var.Hadisə yerinə ağ at gətirilir.
Kamaləli bəy tacı Ağa Məhəmməd xanın başına qoyur.Ağa Məhəmməd xan atın belinə qalxır,toppuzu Allahverdioğludan alır.
Kamaləli bəy:
-Bu andan etibarın şıhriyarımız və hökmdarımız Ağa Məhəmməd şah
Qacardır.Hamımız onun əmrindəyik və onun təəbəsiyik.
Kamaləli bəy və Allahverdioğlu başda olmaqla əyan -əşrəf bir-bir Ağa
Məhəmməd şah Qacara yaxınlaşarq onun əlini öpürlər.
***
At ayaqlarının və Allahverdioğlunun səsi şahı xəyallardan ayırır:
-Şahım,müjdə!Tapıldı!Gözün aydın,şah,tapıldı!
Ağa Məhəmməd şah səs gələn tərəfə baxır və Allahverdioğlunun, əlində nizəyə keçirilmiş baş,ona tərəf çapdığını görür.
Şah atına minər-minməz,Allahverdioğlu çaparaq özünü ona yetişdirir.
Şah ucuna Kərim xan Zəndin başı taxılmış nizəni çapardan alaraq deyir:
-Onu tapan əsgərə söz verdiyimiz bir kisə qızılı verdinizmi?
Allahverdioğlu:
-Bəli.
Şah:
-Bədənini də özünüzlə götürün.Onu sarayın pilləkənlərinə göməcəyəm,
hər kəs tapdalayaraq üstündən keçəcək. Get,qan düşmənimlə tək qalmaq istəyirəm.
Sən bu xoş müjdənə görə bu gündən etibarən Tehran valisisən.
Allahverdioğlu təzim edib, hadisə yerini tərk edir,Ağa Məhəmməd şah Qacar tək qalır.O,başın üzünü özünə tərəf çevirir:
-Hə,indi necəsən?Bir vaxt atam Məhəmməd Həsən xanın başını nizəyə
taxdırmışdın, indi öz kəllən nizəyə taxılıb.Doğru söyləyiblər,kiminin əvvəli, kimi-nin axırı.Bu da axırı...Məni xədim etdirdin,zavallı anam dərddən öldü,ömrünün so-
nuna qədər oğul həsrəti ilə yandı-yaxıldı.Qardaşım Hüseynquluya xaincəsinə sui-
qəsd təşkil etdirdin.Nəyə nail oldun?İstədiyin bu idimi?
Deyirdin ki,indi nə Səfəvilər var, nə də Nadir şah,indi mən varam-İran
şahı Kərim xan Zənd.İndi isə mən deyirəm:İran şahı Kərim xan Zənd artıq yoxdur,
mən varam-Türklərin böyük hökmdarı Ağa Məhəmməd şah Qacar!
Deyirdin ki,farsların ən böyük qəhrəmanı Rüstəm-Zal oğlunu-Turan
qəhrəmanı-Söhrabı hiylə və xəyanətlə öldürüb,sən də elə etdin,qardaşımı hiylə və
xəyanətlə öldürdün.Mən isə sənə əsil kişi kimi,türk kimi açıq meydan savaşında qalib gəldim.
***
Şuşa yaxınlığında mənzərəli bir yer.Vaqif,Qasım və Məmməd bəy 10-
15 nəfərlik atlı,tüfəngli mühafizə dəstəsinin müşaiyəti ilə çapırlar.
Atlılar alçaq bir təpənin üstünə qalxıb Vaqifin əl işarəsi ilə dururlar.
Vaqif “Gəlirlər!”deyib,qarşı tərəfə baxır.
Qarşıdan iki çaparın çaparaq irəlilədiyi görünür.Molla Pənah mühafizə-çilərə:
-Siz burada qalın!(Üzünü Qasma və Məmməd bəyə tutaraq)Siz ikiniz
isə mənimlə gəlin!
Bu sözlərdən sonra Vaqif,ardınca da Qasım və Məmməd bəy qarşıdan
gələn süvarilərə tərəf çapmağa başlayırlar.Bir neçə saniyə sonra süvarilər qarşılaşıb
atlarını əyləyirlər.Gələnlər Molla Vəli Vidadi və Turqut adlı bir gəncdir.Hər kəs at-dan enir.Turqut qoca Vidadiyə enməyə kömək edir.Vaqif cəld Vidadiyə yaxınlaşır.
Çoxdan bir –birini görməyən dostlar qucaqlaşırlar.
Vaqif:
-Qoca qartal Qarabağ torpağına xoş gəlib!
Vidadi:
-Vəzir olanda nə olar, dostları unutmaqmı lazımdır?
Vaqif:
-Allah eləməsin,o nə sözdür deyirsən?Hər şeyin təzəsi,dostun isə köh-
nəsi.
İki şair növbəti dəfə qucaqlaşırlar.
Vidadi:
-Bilsəydin sənin üçün necə darıxmışdım.Lap burnumun ucu göynəyirdi.
Amma sən vəfasız bu neçə ildə bircə məktub da yazmadın.Yaxşı məni öz yoldaşla-rınla tanış etməyəcəksənmi?
Vaqif Qasımı göstərərək:
-Bu,oğlum Qasımdır.
Qasım cəld irəli çıxıb qoca şairin əlindən öpür,şair də öz növbəsində onu
alnından öpüb deyir:
-Allah saxlasın,maşallah,əməlli başlı igiddir.Necəsən,oğlum?
Qasım:
-Allaha şükr!Duaçıyam.Siz necəsiniz?
Vidadi:
-Allahın kəramətinə min şükr!Allah deyə-deyə durmuşuq.
Vaqif Məmməd bəyə işarə edərək:
-Bu aslan parçası da İbrahimxəlil xanın qardaşı oğlu Məmməd bəydir.
Məmməd bəy Vidadinin əlindən,şair isə onu alnından öpür.Vidadi deyir:
-Maşallah,maşallah.(Öz yol yoldaşına işarə edərək).Əmim nəvəsi Turqut
bəydir.Bütün səfərlərimdə məni o,müşayiət edir.
Turqut cəld Vaqifə yaxınlaşaraq onun əlini,Vaqif də öz növbəsində gən-cin alnından öpürlər.Sonra gənclər bir-biri ilə əl tuturlar.
Vaqif:
-Bir daha xoş gəlmisiniz!Həmişə siz gələsiniz!Göümüz üstdə yeriniz var. İndiisə,haydı,yolçu yolda gərək.Bu sözlərdən sonra hər kəs atına minir.
***
Vaqif ,Vidadi,Qasım,Məmməd bəy,Turqut və onları müşayiət edən mü-hafizəçilər Şuşanın dar küçələrindən birindən keçərək bazar meydanına çıxırlar. Meydanın mərkəzində Məlik-Yeqanov dar ağacından asılmışdır.Atlılar dar ağacına
yaxınlaşıb atlarını əyləyirlər.
Vaqif cəsədi göstərərək Vidadidən soruşur:
-Tanıdınmı?
Vidadi dar ağacından asılmış,artıq çürümək üzrə olan və ətrafında qara buludu xatırladan milçək topasının uçuşduğu cəsədə baxır və heyrətlə deyir:
-Bu ki Məlik-Yeqanovdur...Allah ona lənət eləsin,necə ki edib də...
***
Mahmudun yeni evinin həyəti.Həyətdə yüzə qədər göyərçin var.Mahmud və Səraslan goyərçinlərin ortasında ayaq üstə durub onlara əllərindəki qablardan dən səpirlər.
Mahmud:
-Xidmətçisini qətlə yetirdiyi gün keşişin söylədiklərindən belə məlum ol-du ki,Süsən onun yeganə övladı deyilmiş,onun Akop adında bir oğlu da varmış.Sü-
sən də bunu eşidən andan özünə yer tapa bilmir.Fikri-zikri bu Akopun kim və hara-da olduğunu öyrənməkdir.
Səraslan:
-Bəs,bunu mənə çoxdan de də.Mən bu məsələni bilirəm.Ohan keşişin bi-
rinci arvadı Gəncə ermənilərindən idi..
Mahmud heyrətlə onun sözünü kəsir:
-Məgər,Gəncədə də erməni var?
Səraslan:
-Bax,oğlum,mən gənc olanda, “erməni”adı yalnız Van və Ağrı tərəflərdən
bu yerlərə köçənlərə deyilərdi.Onlar isə özlərini “hay”adlandırırdılar. İndi isə dilin-dən və soyundan asılı olmayaraq,bütün xaçpərəstləri “erməni”adlandırırlar.Yəni bu
ad bütün xaçpərəstlərin ümumi adına çevrilib.Gəncədə yaşayan xaçpərəstlər özləri-ni “alban”və ya da “qıpçaq-qarqar”adlandırırlar və Dağıstan türkləri ilə eyni dildə
danışırlar.Müsəlmanlar isə bütün yerli xaçpərəstlər kimi,omları da “erməni adlan-dırırlar.Şamaxı və Ağsu tərəflərdə bir-iki tat kəndi var.Əhalisi xaçpərəstdir,amma
tat dilində danışirlar.Müsəlmanlar onlara da “erməni”deyirlər.Qəbələ ətrafında udin adlanan kiçik bir xalq var,dilləri bir az ləzgi dilinə oxşayır.Onları da erməni sayırlar,amma bunların hərəsi başqa-başqa xalqlardır.
Nə isə...Ohanın birinci arvadı gəncəli idi və ondan bir oğlu olmuşdu.Adı-nı Akop qoymuşdular.Ohan onda hələ keşiş deyidi.Tuğ bəyinin mehtəri idi.Özü də
Qumar oynamağı sevərdi.Bir gün arvadını qumara qoyur və uduzur. Arvadı məsə-lədən agah olan kimi oğlunu da götürüb gecəynən Qarabağdan qaçır.
Bu an kadr arxasından Süsənin səsi eşidilir:
-Yemək hazırdır,gələ bilərsimiz.
Səraslan kadr axasına səslənir:
- Süsən,qızım,yanında soyuq ayran da olacaqmı?
Kadr arxasından səs:
-Əlbəttə!
Mahmud:
-Gəlirik.
***
Düzənlik bir yerdə kiçik bir qala.Qalanın girəcəyində bir neçə at bağla-nıb. Qalanın başında gözətçilər gözə dəyir.
***
Qalanın içi.Səfərlə Saroş qarşı-qarşıya oturb nərd oynayırlar.
Saroş zərləri atıb,damaların yerini dəyişir və deyir:
-Dağdan enəndən sonra başqaları kimi yaşayacağımızı düşünürdüm, am-ma elə olmadı.Yenə də insanlardan uzaq bir yerdə yaşamağa məhkumuq.Onda heç olmasa,özümüz özümüzün ağası idik.İndisə əmir quluna çevrilmişik.Kim bizi necə
istəyir,elə də minib çapır.
Bu sözlər Səfəri dərin düşüncələrə sürükləyir.Elə bu an kadr arxasından qışqırıq səsi gəlir:
-Qaçaqmalçılar!!!
Səfərlə Saroş yerlərindən cəld ayağa qalxıb çıxışa tərəf şütüyürlər.
*** Qalanın girişi.Səfər,Saroş və ardlarınca da 5-6 gənc bellərində tüfəng çölə çıxıb
atlarını açaraq bellərinə sıçrayırlar və dərhal da bir qırmanc vurub çapmağa baş-layırlar.
***
Belləri yüklü səkkiz eşşəyi müşayiət edən iki atlı görünür.Atlılardan biri birdən kadrdan kənara işarə edərək həyacanla deyir:
-Bizi gördülər.Aradan çıxmaq lazımdır.
O biri atlı yoldaşının işarə etdiyi tərəfə baxır.
Üfüqdə toz-duman qopararaq qaçaqmaiçılara tərəf çapan sərhəd gözət-
çiləri görünür.
İkinci atlı:
-Mallar əldən getdi.Yubansaq həyatımız da əldən gedə bilər.
Bu sözlərdən sonra qaçaqmalçılar atlarının başını döndərib sürətlə hadi-sə yerindən uzaqlaşırlar.
Bir neçə saniyə sonra eyni məkanda Səfər və dəstəsi peyda olurlar.On-lardan ikisi ayrılıb eşşəklərin yanına gəlirlər.Digərləri isə təqibi davam etdirirlər.
***
Vaqifin evinin bağçasında qurulmuş böyük çardaqda ziyafət verilir.Baş tərəfində Vidadi və Vaqifin əyləşdiyi süfrənin yuxarı hissəsində Mirzə Əliməm-məd və Ağası bəy oturmuşlar.Ümumilikdə əlliyə yaxın adam süfrə arxasında öz yerini tutmuşdur.Bunların içində Qasım,Məmməd bəy və Turqut bəy,eləcə də beş
erməni məliyi də gözə dəyir.Vaqiflə Vidadinin arasında xan üçün boş yer saxlanıl-mışdır.
Süfrənin üstündə müxtəlif cür meyvələr,kabablar,dolmalar,plov və ay-ran düzülmüşdür.
Vaqif:
-Bu gün həyatımın ən xoş günlırindən biridir.Əziz və mehriban dostum
Molla Vəli Vidadi bizim gözəl Qarabağa qonaq gəlmiş,öz gəlişi ilə bizlərə xoş ov-qat və sevinc bəxş etmişdir.Ona bir daha “Xoş gəldin!”deyirəm.Azərbaycanın bö-yük şairi ilə görüşə gələn qonaqlarımıza da “Xoş gəlmisiniz!”deyirəm.İcazənizlə sözü əziz qonağımıza verirəm.
Vidadi:
-Mənə bu qədər lütf etdiyinizə və hörmət göstərdiyinizə görə hər birni-zə səmimi-qəlbdən minnətdaram.Allah hamınızdan razı olsun!
Bir vaxtlar bütöv və qüdrətli olan Vətənimzin parça-parça,tikə-tikə ol-
duğu bir vaxtda , Azərbaycan səltənətinin ayrı - ayrı parçalarında farsların böyük İran, ermənilərin Ermənistan,kürdlərin Kürdüstan,pəştuların Əfqanıstan dövlətləri
yaratmağa çalışdığı,Tiflisin müstəqilliyə can atdığı bir vaxtda,urusların başımızın
üstünü kəsdirdiyi bir dövrdə təmtəraqlı sözlər danışmaq nə mənə,nə də heç birimi-zə yaraşmaz...
Bu sözlər hər kəsin başını aşağı dikməsinə səbəb olur.Qasımla Məm-məd bəy isə öncə bir- birilərinə,daha sonra isə böyük bir ümidlə şairə baxırlar.Mə-liklər isə böyük bir narahatlıq içində yerlərində qurcalanmağa başlayırlar.
Vidadi sözünə davam edir:
-Mən bir el ağsaqqalı kimi,bir xalq ozanı kimi bir-bir Azərbaycan xan-
lıqlarını gəzib xanlarla görüşməyə qərar vermişəm.Artıq Şəki,Naxçıvan və İrəvan
xanları ilə görüşüb söhbət etmişəm.Bu gün də Qarabağdayam və məqsədim İbra-himxəlil xanla görüşüb söhbət etmək,onunla səfərimin ilkin yekunlarını və gələcək
addımlarımı müzakirə etməkdir.
Artıq bütün umu-küslərə son verib,əl-ələ tutmaq,Vətənin dərdinə birlik-də çarə axtarmaq zamanıdır. Əks təqdirdə fəlakətdən heç kəs qurtula bilməyəcək-dir.
***
Vaqifin evinin eyvanı.Burada qadınlar üçün ayrıca ziyafət süfrəsi açıl-
mışdır.Bu süfrə də eyni zənginlikdədir,fəqət ziyafətdə iştirak edənlərin sayı kişilə-rinkindən təqribən iki dəfə azdır.Ən başda Şahnisə xanım və Qızxanım əyləşmiş-lər.Yuxarı başda oturanlar içərisində Durna,Sara Xatun və Kiçikbəyim xanımlar diqqəti cəlb edirlər.Buradakı şərait rəsmiyyətdən tam uzaqdır.
Durna:
-Çoxdandır ziyafətlərdə iştirak etmirdim. Sonuncu dəfə nə vaxt qonaq-lıqda olduğumu belə unutmuşam.
Sara Xatun:
-Allah Molla Vəliyə can sağlığı versin,onun sayəsində bu gün bir yerə
toplaşmaq və dərdləşmək imkanı tapdıq.
Şahnisə xanım üzünü Qızxanıma tutaraq:
-Ay Qızxanım,sən demə, Durna ilə Sara Xatunun ürəkləri doluymuş,
bizim xəbərimiz yox!Madam ki,belədir,gəlin hər həftə birimiz növbə ilə ziyafət təşkil edək,belə olsa həm tez-tez görüşə,həm də bol-bol dədərdləşə bilərik.Hə,nə deyirsiz?
Durna:
-Şəxsən mən razı.Və elə növbəti həftənin ziyafəti də məndən.(Üzünü
Sara Xatuna tutur.)Ay Sara Xatun,sən nə deyirsən?
Sara Xatun:
-Ondan sonrakı həftənin qonaqlığını da mən öz üzərimə götürürəm.
Şahnisə:
-Ondan sonra da növbə mənim.Danışdıq?
Durna:
-Danışdıq.
Sara Xatun:
Sözümüz sözdür.
***
Kişilərin məclisi.Molla Vəli Vidadi söhbətinə davam edir:
-Məncə,vəziyyətdən ən gözəl cıxış yolu İslamdan öncəki bəzi əski türk
adət və ənənələri bərpa etməkdir.Baxın,əvvəllər necə idi?Bəylər bir araya gəlib öz-
lərinə öz aralarından xan seçərdilər.Xanlar da qurultaya toplanıb xanlar xanını,yəni
padşahı seçərdilər.Bu gün Azərbaycana padşah lazımdır.Mən demirəm təzədən xan
Dostları ilə paylaş: |