Bəxtiyar Tuncay AĞa məHƏMMƏD Şah qacar və ya taleyin qara ulduzu



Yüklə 2,1 Mb.
səhifə12/23
tarix18.06.2018
ölçüsü2,1 Mb.
#54110
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

Süsən:


-Erməni dilində laylay,oxşama,arzulama,sınama kimi şeylər yoxdur.Əs-lində laylay oxumaq adəti də əvvəllər olmayıb,sonradan türklərdən öyrəniblər.Ona görə də türkcə oxuyurlar.

Laylay beşiyim,laylay,

Evim-eşiyim,laylay.

Sən get şirin yuxuya,

Çəkim keşiyin laylay...

***


Mahmudun evinin göyərçinlərlə dolu həyəti.Kadr arxasından laylay oxu-yan Süsənin zəif səsi gəlir:

-...Balam laylay,a laylay,

Gülüm laylay a laylay...

Həyət qapısı açılır,Mirzə Əliməmməd içəri daxil olur.O,laylayı eşidib bir

anlığa ayaq saxlayır və Ohan keşişin bir ildən çoxdur ki,itkin düşmüş qızının səsini

tanıyır:


-...Laylay dedim adına...

Xəfiyyəbaşı cəld evə tərəf addımlamağa başlayır.

Kadr arxasında Süsən oxumaqda davam edir:

-...Haqq yetişsin dadına...

***

Evin içi.Mahmud özünün və Səraslanın boşalmış bardaqlarına qəhvə süzür. Süsən oxumaqda davam edir:



-...Hər vaxt laylay deyəndə,

Balam düşür yadıma...

Bu an otağa Mirzə Əliməmməd ağa girir.Hər kəs yerində donub qalır.

***


Səhər saat dörddür.Ay işığı Qum şəhərinin Rey qapılarını zorla işığlandı-rır.Aləmə süküt hakimdir.Sükutu açılan qapı kilidinin səsi pozur.Ardınca qapılar

tükürpədən bir cırıltı ilə açılır.Qapıların açılması ilə Ağa Məhəmməd şah Qacrın

atlıları sel kimi şəhərə çapmağa başlayır.

***


Nəcəf xan Zəndin iqamətgahı.Xan,Siyamək bəy və ordu əmiri otağın tam

mərkəzində təlaş içində durmuşlar.Siyamək bəy həyacanlı və titrək bir səslə:

-Şahım!Qacarın qızılbaş odusu bura gəlir.Əsgərlər döyüşmədən türklərə təslim olurlar.Vaxt itirmədən gizli yolla qaçmaq lazımdır.

Nəcəf xan:

-Yüzillərdir fars övladı türk övladının qarşısından tülkü kimi qaçmağa məhkumdur,bu gün də mən qaçmağa məcburam.Gedək.

Hər üçü birlikdə məkanı tərk edirlər.

***

Qum şəhərinin küçələrindən biri. Səhərdir.Ətraf işıqlıdır.Ara-bir xoruz



banları eşidilir.Küçə boyu qoşun hərəkət edir.Süvarilərdən ibarət qoşunun başında Abbas bəy gedir.Qum ordusunun əsgərləri bütün yol boyu silahlarını yerə atıb, təs-limiyyət əlaməti olaraq, diz çökür və əllərini boyunlarının ardına qoyurlar.

***


Nəcəf xanın iqamətgahı. Səfərəli bəy 10-15 əsgərlə birlikdə otağa daxil olub ətrafa göz gəzdirilər.Qarşı tərəfdəki qapıya tərəf yönəlirlər.

***


Nəcəf xanın hərəmxanası.Qadınlar qorxu içində hərəmağasının arxasına

sığınmışlar.Hərəmxananın qapıları taybatay açılır.Səfərəli bəy içəri girərək qa-dınları yuxarıdan aşağı süzür:

-Görəsən,bu Zəndilər tayfasının içərisində bircə nəfər də olsun kişi var,ya yox?!Kişi də qadınlarını düşmənə qoyub qaçarmı?Narahat olmayın,biz türkük,te-linizə də ziyan dəyməz. Siz Ağa Məhəmməd şahın himayəsindəsiz və hər bir arzu-nuza sözsüz əməl ediləcək.

Səfərəli bəy sözünü tamamlayıb hərəmxananı tərk edir.

***

Şuşa şəhərinin zindanı.Zindanın dindirmə otağı.Mirzə Əliməmməd və Ohan keşiş üzbəüz əyləşmişlər.Mirzə Əliməmməd:



-Oğlunla görüşməyə sadəcə 5 dəqiqə vaxtın var.Sonra isə sənə iki çox şad xəbər deyəcəyəm.

Keşiş ümid dolu nəzərlərini xəfiyyəbaşına dikir:

-Yoxsa,qızımdan bir xəbər var?!

Mirzə Əliməmməd bir söz demədən otaqdan çıxır və artıq kadr arxasında

deyir:

-Erməni dustağını gətirin!



Akopu əl-qolu bağlı halda gətirirlər.

Ohan keşiş ağlaya-ağlaya:

-Oğlum,gəl daşı ətəyindən tök!Bizim qurmağı düşündüyümüz erməni

dövləti boş xülyadan başqa bir şey deyil.Bu gün-sabah Ağa Məhəmməd şah Qa-

car buralara gələcək və bununla da hər şey bitəcək.O,xanlıqları birləşdirsə,uruslar

Azərbaycana bata bilməz.Həyatını boş yerə puç etmə!Biz ümid etmirdik ki,türklər

Nadir şahdan sonra yeni bir cahangirə sahib ola bilər.Amma budur,onun yerini yavaş-yavaş Qacar tutur.Bunlar igid millətdir və ölümdən qorxmurlar.

Akop:


-Sən unudursan ki,mənim anam qıpçaq qızıdır.Mənim damarlarımda onun

qanı axır.Mənim də ölümün gözünə necə dik baxdığımın özün şahidi olacaqsan. Rəbbimiz İsa yolunda necə şəhid olacağımı görəcəksən.Damarlarımda sənin mur-dar hay qanın da axdığı üçün özümü nə qədər aşağı hiss etdiyimi,kaş,biləydin.Am-ma nə edim,atamsan.

***

Nəcəf xanın Qum şəhərindəki keçmiş iqamətgahı. Ağa Məhəmməd şah Qa-car taxtda əyləşib.Sağında Xanbaba,solunda isə Səfərəli bəy və Abbas bəy otur-muşlar.Nəcəf xanın 4 sabiq yüzbaşısı şahın hüzurunda durmuşlar.Otaqda 7-8 əli si-



lahlı mühafizəçi də var.Birinci yüzbaşı özü haqqında məlumat verir:

-Mən tüfəngçi alayının yüzbaşısı idim.Siz şəhərə girdiyiniz gün mənə Rey qapılarının mühafizəsini tapşırılmışdı...

Şah onun sözünü kəsərək:

-Demək ki,qapıları qızılbaş ordusunun üzünə sən açdın?

Birinci yüzbaşı:

-Bəli.Mən bunu rəhmətlik Mir Seyid Əlinin göstərişi ilə etdim.

Şah:

-Allah ona rəhmət etsin.Sən niyə onun dediyi ilə razılaşdın?



Yüzbaşı:

-Mən türkəm.Zəndilərin türklərə etdikləri zülmlərin intiqamını almaq üçün fürsət gözləyirdim.Arzum imkan tapıb Nəcəf xanı cəhənnəmə vasil etmək idi. Mir Seyid Əlinin tövsiyyəsi üzrə hərəkət edib intiqamımı bu yolla aldım.Məni xidmətə götürsəniz ömrümün sonuna qədər Sizə sədaqətlə xidmət edərəm.Mən də yüzmin-lərlə soydaşımız kimi sizi türklərin pənah yeri hesab edirəm.

Şah:

Hansı eldən,hansı soydansan?



Yüzbaşı:

-Biz kəngərli elinin qarapapaq boyundanıq.Əslimiz-kökümüz Azərbaycan-dandır.Bizim el Tiflis və İrəvandan Naxçıvan,Maku və Urmiyaya qədər yayılıb.

Şah:

-Sabahdan etibarən şəhərin qalabəyisi olacaq və minbaşı rütbəsi daşıya-



caqsan.Gedə bilərsən.(üzünü ikinci minbaşəya tutaraq)Buyur, növbə sənindir.

Birinci yüzbaşı baş əyib gedir.İkinci yüzbaşı sözə başlayır:

-Şah sağ olsun,mənim mənsub olduğum tayfa da Zəndilər tayfası kimi bir

lor tayfasıdır.Zəndilərin xidmətinə girməkdə məqsədim İran dövlətinin bərpası mə-sələsinə yardımçı olmaq idi.Kərim xan sağ ikən, hər kəs bu amaca xidmət edirdi.O,

öldükdən sonra hər şey dəyişdi.İndi hər kəs şah olamaq istəyir,özünü şah elan edir.

Heç kəs xalqı düşünmür.Zülm ərşə dirənib.Ədalətdən əsər -əlamət belə qalmayıb.


Hamı türklərin hakimiyyəti dövründə mövcud olmuş ədalət və hüzuru həsrətlə xa-

tırlayır.Elə bu səbəbdən də seyidin üsyan etmək və qapıları sizin üzünüzə açmaq təklifini hər kəs kimi mən də ürəkdən dəstəklədim.Müsaid olarsa, sizin xidmətinizə

girməyi özüm üçün şərəf hesab edərəm.

***


İbrahimxəlili xanın sarayının bağçası.Xanla Kiçikbəyim hovuzun qırağın-da oturub şahmat oynayırlar.Bir qədər aralıda əyləşmiş Məmməd bəy kamançada yanıqlı bir hava çalır.Xan növbəti gedişini edib üzünü Məmməd bəyə tutur:

-Məmməd,oğlum,nə dəvəsi ölmüş ərəb kimi sızlayırsan,bir şux hava çalsa-na!

Məmməd bəy havanı dəyişir.Çətin vəziyyətə düşmüş Kiçikbəyim isə gözü-nü lövhədən çəkmədən düşünür.Xan gülə-gülə deyir:

-İstəyirsən,düz bir saat fikirləş,xeyri yoxdur.Mən sənin yerinə olsaydım, çoxdan uduzduğumu etiraf edər və rəqibimi qələbə münasibətilə təbrik edərdim.

Kiçikbəyim:

-Mən son damla qanıma qədər döyüşməyin tərəfdarıyam.Biz azərbaycanlı-lar məğlub olmağı sevmirik.

Xan:

-Dünənə qədər sən qarabağlı olduğunla öyünərdin,indi isə azərbaycanlı ol-duğunu fəxrlə söyləyirsən.Molla Vəli Vidadi Şuşaya gəlib-getdikdən sonra hamı özünün azərbaycanlı olduğunu deyir.Qoca şair insanların düşüncələrində böyük in-qilab etdi.Bilmirəm,buna görə onu tərifləyim,yoxsa araqatan adlandırım.



Kiçikbəyim:

-İnsanlara Vətəni sevməyi öyrətmək araqatmaqdırmı?

Xan:

-Sən çox ağıllı qızsan,amma siyasətin incəliklərini dərk etmək üçün hələ çox kiçiksən.



Kiçikbəyim şahla topun yerini dəyişərək qala qurur və bununla da vəziyyə-tin öz xeyrinə dəyişdiyini görüb qələbə əhval-ruhiyyəsi ilə deyir:
-Hər halda,dövlətlə səltənətin fərqini bilirəm...

Xan öncə təəccüblə qızının üzünə, daha sonra isə lövhəyə baxır və dərin fik-rə gedir.Kiçikbəyimsə sözünə davam edir:

-...Siyasət də şətrənc kimi bir şeydir.Taxtanın bir tərəfində(əli ilə atasına işarə edərək)dövlətpərəstlər,digər tərəfində isə(özünə işarə edərək)səltənətpərəstlər

əyləşib.


İbrahimxəlil başını qaldırıb diqqətlə qızına baxır, sonra isə gülərək deyir:

-Səndəmi səltənətpərəst oldun? Onda mən təslim.

Bu sözləri eşidən Məmməd bəy daha şux bir hava çalmağa başlayır.Bu,xa-

nın diqqətindən yayınmır.O,üzünü qardaşı oğluna tutub deyir:

-Yoxsa,sən də səltənətpərəst olmusan?

Hər üçü gülməyə başlayır.Məmməd bəy xana yaxınlaşaraq:

-Əmi,icazə verərsənmi sabah Qasımla çövqan oynamağa gedim?

Xan:


-Çarəmiz nədir?Səltənətpərəstlərin hakimiyyəti başlayır da,tabe olmağa məcburuq.

Bu sözlər hər üçünün daha ucadan gülmələrinə səbəb olur.İbrahimxəlil xan

uşaqların hər ikisini qucaqlayaraq öpür.

***


Ağa Məhəmməd şah Qacarın ordusu gözəl mənzərəli iki dağ arasında uza-nan çay vadisi ilə irəliləyir.Ordunun başında şah özü gedir.Yanında Xanbaba və Abbas bəy var.Xanbaba:

-Əmi, Qumun üzərinə gedərkən,ən son ana qədər hara getdiyimizi gizli tut-muşdun. Amma İsfahanın üzərinə gedəcəyimizi səfərə çıxmamışdan bir həftə öncə

hər kəsə car çəkdin.Bunun hikməti nədir?

Şah:


-Bunun hikməti hikmətinin sirrinin bilinməməsindədir,

. Ağa Məhəmməd şah Qacar bu sözləri deyib əlini yuxarı qaldırır və atını əyləyir.Hər kəs yerində durur.Şah əli ilə soldakı dağlara işarə edərək Abbas bəyə

deyir:

-Sən əsgərlərinlə orada mövqe tutacaqsan.Topları və tüfəngçiləri elə yer-ləşdir ki,indi durduğumuz bu yeri gülləbaran edə biləsən.Mən qarşı tərəfdə mövqe tutacağam.(Üzünü Xanbabaya tutur.)Sənsə qoşunun əsasa hissəsi ilə irəliləyəcək-sən.Təqribən bir saat sonra Əhməd xan Əfqanın və Tağı xan Zəndin başçılq etdik-ləri böyük bir ordu ilə qarşılaşacaqsan.Onlarla qarşılaşar-qarşılaşmaz atlarınızın başını döndərib qaçmağa başlayarsız....onları burada tuzağa salıb məhv edəcəyik.



***

Əhməd xan Əfqan və Tağı xan Zəndin ordugahının qurulduğu ucsuz-bu-caqsız,geniş düzənlik.Hər tərəfdə çadırlar qurulmuşdur. Hər çadırın yanında bir

gözətçi var.Çadırlarda istirahət edən əsgərlərin atları elə çadırların önündə bağlanmışdır.Əhməd xanla Tağı xan söhbət edə-edə çadırların arası ilə gedirlər.

Arabir gözə top və belində zəmburək olan dəvələr dəyir.

Tağı xan:

-Bu gün axşam hərəkətə başlasaq,biri gün günorta Quma yetişərik.Nə deyir-sən?

Əhməd xan:

-Vallah,Tağı xan,mənə elə gəlir ki,bu dəfə də xacəni əldən buraxsaq,hamı-mızın sonuna çıxacaq.Çalışıb onun başını elə Qumda əzməliyik.Tehrana qayıtsa,o,

bizim başımızı əzəcək.

Tağı xan:

-Şəhəri toplarla darmadağın edəsi olsaq da, gərək qızılbaşları yox edək.

Bu an çapan at ayaqlarının səsləri eşidilir.Müsahiblər dərhal səs gələn tərəfə

yönəlirlər.

Əhməd xan:

-Deyəsən,kəşfiyyat məlumatı gətiriblər.

***


Çaparaq gələn atlı xanların qarşısında əylənib,atdan enir,təzim edir və üzü-nü Əhməd xana tutaraq deyir:

-Əhməd xan,başına dönüm,qarşıdan təqribən 500-600 nəfərlik atlı dəstə gəlir. Bayraqlarından göründüyü kimi,Qacarın qızılbaşlarıdır.Buradan bir saatlıq məsafədədirlər.

Əhməd xan atlıya:

-Carcıya de,car cəksin,yola çıxırıq!

***

Mahmudun evi.Mahmud evdə körpəsinin əllərindən tutub onu gəzdirməyə çalışır və deyir:



-Balama qurban ilməklər,

Balam haçan iməklər?

Balama qurban kalçalar,

Balam haçan dil açar?

Balama qurban xalçalar,

Balam nə vaxt əl calar?...

Döyülən həyət qapısı Mahmudu arzulamalara son verməyə məcbur edir və o, Süsəni səsləyir:

-Süsən,gəl uşağı götür,gələn var!

Süən o biri otaqdan çıxıb uşağı atasından alır və nənniyə uzadır.Mahmud isə qapıya tərəf yollanır.

***


Evin həyət qapısı.Mahmud qapıya yaxımlaşıb soruşur:

-Kimsən?


Qapının arxasından Ohan keşişin səsi gəlir:

-Qaynatandır,başına dönüm,Ohan keşişdir!

Mahmud bir anlığa çaşaraq donub yerində qalır.Sonra özünü ələ alaraq qa-

pını açaraq deyir:

-Gəl,xoş gəlmisən!

Keşiş içəri girib Mahmudu qucaqlayır və hönkür-hönkür ağlamağa başlayır:

-Neçə vaxt idi,qızımdan xəbərim yox idi.Balamı və nəvəmi görmək istədim.

Mahmud onun qolundan tutaraq:

-Yaxşı eləmisən,gəl-gəl!

***


Evin içi.Süsən nənnini yelləyir.Qapı açılır,Mahmud və keşiş içəri girirlər. Bir-birini görən ata və qız donub qalırlar.Ekranda Ohanın dolmuş gözləri ilə Süsə-nin qəzəbli baxışları növbə ilə bir-neçə dəfə bir-birini əvəz edir.

***


Iki dağ arasındakı çay vadisi.Ağa Məhəmməd şah Qacar üç yerə böldüyü ordusunun bir hissəsiylə dağlardan birində, vadini top və tüfənglərdən atəşə tuta biləcəyi bir şəkildə mövqe tutmuşdur.Topların ağzı vadiyə tərəf tuşlanmışdır.Hər

daşın,hər qayanın arxasında bir tüfəngçi var.

Bənzər hal qarşı dağda da mövcuddur.Orada Abbas bəyə tabe qüvvələr yerləşmişlər.

Uzaqdan sürətlə yaxınlaşmaqda olan yüzlərlə at ayağının səsi gəlir.

***

Xanbabanın başında durduğu yüzlərlə atlı toz-duman qopararaq vadiyə yaxınlaşır. Onları sayca bir neçə dəfə çox olan başqa bir atlı dəstəsi təqib edir.Ara-



dakı məsafə sadəcə bir-neçə yüz metrdir.Birincilər sürətlə vadidən şütüyüb keçir- lər.İkincilər də eyni yerə yaxınlaşır.Və tam vadinin ortasında hər iki tərəfdən eyni anda başlarına top mərmiləri və güllə yağmağa başlayır.Ətraf tüstü-dumana bürü-nür.Atların kişnərtisi atəş səslərinə qarışır.Vadi bir anda at və insan cəsədləri ilə dolur.Bu azmış kimi Xanbabanın atlılar geri dönərək rəqib tərəfi qılıncla biçməyə

başlayır.Dağlardan enən silahlılar da eyni işi görür.Qan su yerinə axır.Kəsilmiş baş və qollar dəhşətli mənzərə yaradır.

***

Ağa Məhəmməd şahın türk ordusunun əsgərləri İran ordusunun hələ də sağ qalan və canını qurtarmaq üçün var gücü ilə müqavimət göstərən əsgərlərinin



müqavimətini qıra-qıra dairəni daraldır.Tam ortada Əhnəd xanla Tağı xan qılınc

yelləyirlər.Gözlənilmədən düşmən əsgərlərinin içinə girən Xanbaba bir qılınc zərbəsi ilə Əhməd xanın başını bədənindən ayırır.Tağı xanın isə düz ürəyinə ox sancılır.O,dərhal canını tapşıraraq atdan yerə düşür.

***

Arxa planda kiçik təpələrin və ağaclığın göründüyü geniş düzənlik. Düzən-liyə müxtəlif istiqamətlərdən atlı dəstələri daxil olaraq ağaclıq istiqamətinə yönəlir-lər, orada atdan enib atları ağaclara bağlayırlar.Ayrı-ayrı dəstələr bir-birinə yaxın-laşdıqca müxtəlif salamlamalar eşidilir:



-Şuşa uşaqlarına salamlar!Malıbəyli igidlərinə eşq olsun!Xocalıcavanları xoş gəlib!Kərkicahanlılara salamlar! Və s.

Atlılar atlarından endikdən sonra bir-birinə yaxımlaşıb görüşürlər.

***

Düzənliyin iki başında,təqribən bir-birindən aralıda iki qrup gənc qapı ro-lunu oynamalı olan qoşa dirəklər basdırmaqdadirlar.



***

Məmməd bəy,Qasım,Qədimi, Səraslan,Saroş,Mahmud,Camal və Cavid bir qırağa çəkilmişlər.Qədimi Saroşdan soruşur:

-Səfərgil bir qərara gəldimi?

Saroş:


-Qərara gəlməyinə gəldilər,amma fikirləri belə oldu ki,xanı dəstəkləsinlər.

Onların fikrincə,padşah İbrahimxəlil xan olmalıdır.Bizə səltənət lazım deyil.Onlar

Azərbaycan xanlıqları əsasında milli dövlətin təşkilinə tərəfdardırlar.Mənsə sizin-ləyəm.Yoldaşlarımızdan beşi də biz tərəfə keçdilər.Sədaqət andı içərək,Qurana əl basdılar.

Məmməd bəy Qasıma:

-Qardaş, Xocalı,Malıbəyli və o biri yerlərin təmsilçilərinə de,tez gəlsinlər, ayaqüstü söhbətimizi edək,diqqəti çox çəkməyək,

Qasım gedir.Qədimi Məmməd bəyə deyir:

-Narahat olma,bircə nəfər də kənar şəxs yoxdur.Hamısı Qurana əl basıb,sə-

daqət andı içmiş adamlardır.

Səraslan:

-Maşallah,səltənətpərəstlərin sayı günbəgün artır.Gör, nə qədərik,əməlli başlı orduya çevrilirik.

Məmməd bəy zarafatla:

-Ağa Məhəmməd şah eşitsə ki,Qarabağda bu qədər tərəfdarı var,Tehrandan

əl çəkib bura gələr.

Hamı gülür.

***

Döyüş bitib.Vadi at və insan cəsədləri ilə doludur.Kəsilmiş baş,əl və başsız bədənlər ətrafa səpələnib.yer-yer qan gölləri gözə dəyir.Ağa Məhəmməd şah Qacar Xanbaba vəAbbas bəylə birlikdə at üstündə meyidlərin arası ilə irəliləyərək, Tağı xanın cəsədinin yanına gəlir.Şah atdan enib, onun saçlarından tutur, başını qaldıra-raq diqqətlə üzünə baxır və deyir:



-Hə,Tağı xan,Şirazda zindanda ikən,çarəsizliyimdən istifadə edərək,məni necə təhqir etdiyin,mənə necə həqarət etdiyin yadındadırmı?!

Şahın gözləri önündə keçmişin acı anları canlanır.

***

Şiraz şəhərinin zindanı. Yeniyetmə Ağa Məhəmməd xan qəfəslərin birin-də fikirli-fikirli oturub.Ayaq səsləri eşidilir.Məhbus başını qaldırıb, barmaqlıqların o biri tərəfində ayaq üstə durub,ona istehza ilə baxan gənc Tağı xanı görür. Tağı xan yanındakı keşikçilərə müraciətlə deyir:



-Türklərin qəhrəmanı bu burnu fırtdıqlı uşaqdırmı?!Vallah,lap qəfəsdəki meymunlara oxşayır.

Bu sözlərdən sonra o,qəh-qəhə çəkərək gülür.Keşikçilər də ona qoşulurlar.

***

Ağa Məhəmməd şah Qacar Tağı xanın başını ehtiyatla yerə qoyub, saçları-nı sığallayır,üzünü Abbas bəyə tutaraq deyir:



-Onu da,Əhməd xan Əfqanı da hörmət və izzətlə dəfn edin.Hər ikisi ki-şi kimi vuruşdu,kişi kimi də öldü.Sən demə,Zəndilərin içində də kişi varmış.

***


Çövqan oyunu üçün seçilmiş düzənlik.Qapı rolunu oynayan dirəklər artıq basdırılmışdır.Meydanda hər biri yeddi nəfərdən ibarət olan iki komanda çöv-qanla top qovur.Təpələrdə topa-topa oturan gənclər onlara azarkeşlik edir.Çığır-ba-ğırdan ağız deyəni qulaq eşitmir.

Məmməd bəy,Qasım,Qədimi,Səraslan,Mahmud,Səroş,Camal,Cavid və ayrı-ayrı kəndləri təmsil edən 15 gənc bir ağacın kölgəsində oturmuşlar.Məmməd bəy danışır,hamı onu dinləyir:

-Özünüz də görürsüz ki,sayımız və tərəfdarlarımızın sayı durmadan ar-tır.Bir araya gəlib tanış olmağımız,çox olduğumuzu hər kəsin öz gözü ilə görməsi

çox yaxşı oldu.Bundan sonra daha həvəslə çalışacağıq.Biz Şuşadan 16 nəfər gəlmi-şik,amma şəhərdə iki yüz on altı nəfər səltənətpərəst var.

Saroş:

-Artıq iki yüz iyirmi bir nəfər.Bəs,mənim 5 nəfərimi hesaba almırsan?



Məmməd bəy:

-Hə,hə,221 nəfər.Yəni bizsiz 205 nəfər.Buradakı 262 nəfəri də hesaba alsaq,467 nəfərik.Halbuki,təzə-təzə işə başlayanda,sadəcə, mən və Qasım var idik.

İndi əsas məqdədiniz sayımızı ən azı 10 dəfə artırmaqdır. Bunun da,heç olmasa,

2-3 min nəfəri Şuşada olmalıdır.Ondan sonra artıq fəaliyyətə keçə bilərik.

***

Ağa Məhəmməd şah Qacarın İsfahan yaxınlığında qurulmuş ordugahı. Uzaqda İsfahan şəhərinin qala divarları görünür.Ağa Məhəmməd Şah Qacar,Xan-



baba,Səfərəli bəy və Abbas bəy təpəsində qollu-budaqlı ağacın bitdiyi uca bir təpə-nin başında durub şəhər istiqamətinə baxırlar.Dördü də piyadadır,atları ağaca bağ-lanmışdır.

Şah:


-Deyilənə görə,İsfahan səltənətin ən gözəl şəhəridir.Şah Abbas Səfəvinin dövründə bu şəhər Azərbaycan qızılbaşlar səltənətinin paytaxtı olub və bir vaxt azərbaycanlı memar və ustalar burada misilsiz memarlıq abidələri tikiblər. Qırx sütun sara-yını yaman tərifləyirlər.Şəhər əhalisinin də yarısı türkmüş.

Xanbaba:


-Əmi,nədən şəhərin mühasirə edilməsi barədə əmr vermirsən?

Şah:


-Ehtiyac yoxdur.Şəhəri müdafiə etmək üçün gücə sahib deyillər.Odur ki,

təslim olacaqlar.

Xanbaba:

-Heç olmazsa,Cəfər xan Zəndi diri olaraq ələ keçirərdik...

Şah:

-Cəfər xanı yaxşı tanıyıram.Tülkü kimi qorxaqdır.Əminəm ki,Əhməd xan və Tağı xanı orduları ilə birlikdə məhv etdiyimiz barədə xəbəri alan kimi dabanına



tüpürmüşdür.

***


Ibrahumxəlil xanın sarayının hərəm hissəsi.Şahnisə xanım qonaqlıq verir.

Qonaqlıqda xanın digər zövcələri-Ümmə xanın bacısı Bikə xanım və Hacı Kəri-min qızı Zübeydə xanım, Vaqifin xanımı Qızxanım,Mirzə Əliməmmədin zövcəsi Durna və Kələntər Ağası bəyin xanımı Sara Xatun iştirak edirlər. Onlar üstündə min bir nemət olan süfrənin arxasında əyləşmişlər. Maral və Gülpəri onlara qulluq edir.

Qızxanım:

-Yaxşı,indi bu qonaqlığı xanın arvadlarından hansının ayağına yazmalı-yıq?

Durna:

-Necə yəni kimin?Səni qonaqlığa kim dəvət edib?Məni şəxsən Şahnisə xa-



nım dəvət edib.

Qızxanım:

-Bax,məsələ elə bundadır da...Səni Şahnisə xanım xanım dəvət edib,məni

Bikə xanım,Sara Xatunu isə Zübeydə xanım.

Şahnisə sağında və solunda oturmuş Bikəni və Zübeydəni qucaqlayaraq:

-Hesab edin ki,qonaqlığı hər üçümüz veririk.Ay Qızxanım,sən niyə aramı-za ayrıseçkilik salmağa çalışırsan,hə,yoxsa vəzirdən boşanıb sən də xana ərə gəl-mək istəyirsən?

Hamı gülüşür.Söhbətə müdaxilə edən Sara Xatun Qızxanıma zarfatla:

-Əgər elə bir fikrin varsa,söylə,əl-ələ verib təşkil edək.

Qızxanım:

-Vallah,vəzirin bircə arvadı var,o da mənəm,bəzən həftələrlə üzünə həsrət

qalıram.Gecələr yolunu gözləməkdən gözümün kökü saralır.İndi gör daha üç rəqi-bim olsa,nə olar,ər üzünə tamam həsrət qalaram.

Gülüş davam edir.

Şahnisə:

-Vəzir gecələr haralarda gəzir,nə ilə məşğul olur,bu sizin öz işinizdir,xan isə həmişə yanımızdadır.Bizim şikayətimiz yoxdur.

Yenə hər kəs gülür.

Qızxanım:

-Gülün,gülün...Sabah- biri gün dördüncü arvad gətirəndə görəcəyəm halı-nızı.

Qadınlar gülməkdə davam edirlər.

Şahnisə:

-Bizim heç bir etirazımız yoxdur.Eşitməmisən,indi də Şahnəzər Məliyin ortancıl qızı Hürzadı almaq istəyir.Bizdən soruşdu,biz də halallıq verdik.

Gülüşlər tədricən səngiyir və qadınlar ciddi görkəm alırlar.

Durna:


-Ciddi söyləyirsən,yoxsa zarafat edirsən?

Şahnisə:


-Tam ciddi sözümdür.

Qızxanım:

-Neyləyir,görəsən o erməni axçisini?Başına müsəlman qızı qəhətdir?

Qadınlar yenə də gülüşürlər.

***

Isfahan şəhərinin taybatay açılmış qapıları.Ağa Məhəmməd şah Qacrın sü-variləri təntənə ilə şəhərə daxil olurlar.Ən başda Səfərəli bəy gedir, onun əlində Qacar dövlətinin bayrağı var.Atlılardan öncə şəhərə daxil olmuş əli nizə və qalxan-lı piyada əsgərlər şahın keçəcəyi yol boyu iki cərgə şəklində düzülmüşlər.Qapıla-rın yanında düzülmüş zurnaçı və təbilçilərdən ibarət dəstə aramsız olaraq təntənəli marş ifa edir. Nəhayət,şəhərə mühafizəçilər dəstəsinin əhatəsində Ağa Məhəmməd şah Qacar daxil olur.O, daxil olar-olmaz, əhali onu gül-cicək yağışına tutur.Və bu hal bütün yol boyu davam edir.



Ekranda hadisəni kənardan böyük kədər və qəzəblə müşhidə edən iki fars

canlanır.Onlardan biri digərinə deyir:

-Türklər öz şahlarını,gör, necə də sevinclə qarşılayırlar.İsfahanı yenidən ələ keçirdiklərini bayram edirlər.

***


İbrahimxəlil xanın sarayının hərəm hissəsində Şahnisə xanımın verdiyi zi-yafət davam edir.Qadınlar zarafatdan ciddi söhbətlərə keçmişlər.

Sara Xatun:

-Deyilənlərə görə, Molla Vəli Vidadinin Qrabağa gəlib-getməsindən son-ra xanlığımızda “dövlətpərəstlər” deyilən insanlar peyda olub. Bunlar bütün Azər-baycan xanlarının bir araya gələrək qurultay keçirməsini və İbrahimxəlil xanı pad-şah seçmələrini istəyirlər.Bu barədə bir şey eşitmisinizmi?

Qizxanım:

-Mən eşitmişəm.Dyilənə görə,başlarında da qaçaq Səfər durur.

Şahnisə:


-Səfər qaçaqlıqdan artıq əl çəkib,xan da onu bağışlayaraq qulluğa alıb.Be-

lə söz-söhbət gəzir ki,dövlətçilərdən başqa “səltənətçilər”deyilən bir dəstə də yara-

nıb və bu adamlar xacə şahı dəstəkliyirlər.Qara dənizdən Hind ümmanına qədər uzanan Azərbaycan qızılbaş səltənətinin bərpasını istəyirlər.

Durna:


-Vallah,dövlətçilər barədə mən də eşitmişəm,amma səltənətçilərin olduğu

barədə birinci dəfədir ki,eşidirəm.Hər halda, belə bir şey varsa,Mirzə Əliməmməd


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin