Bəxtiyar Tuncay AĞa məHƏMMƏD Şah qacar və ya taleyin qara ulduzu



Yüklə 2,1 Mb.
səhifə6/23
tarix18.06.2018
ölçüsü2,1 Mb.
#54110
1   2   3   4   5   6   7   8   9   ...   23

adam idi,ölümün pəncəsindən dönə bildi.Demək, alnına xanın əmri ilə dar ağacın-da ölmək yazılıbmış.Allahın qədərini kimsə dəyişə bilməz.Hərəyə bir əcəl biçil-mişdir.Gəl!...

Atlılar oradan uzaqlaşırlar.

***

Şuşanın qərb darvazasının çöl tərəfdən görünüşü.Darvazanın qapıları tay-batay açıqdır.Mirzə Əliməmməd və Saroş at belində darvazadan eşiyə çıxırlar.Bir qədər irəli gedib orada durmuş arabaya yaxınlaşırlar.Eşşəyə qoşulmuş arabada Mesrop və dörd erməni qızı oturmuşlar.Xəfiyyəbaşı arabadakılara işarə edərək:



-Bunlar isə sərhəddən o yana yola salmağı rica etdiyim ermənilərdir.

Saroş:


-Narahat olma!Hər şeyi dediyin kimi edəcəyəm.

Mirzə Əliməmməd qoynundan bir məktub çıxardıb gəncə verir:

-Bu da xanın Səfərə məktubu.Di,sənə yaxşı yol.

Saroş “Salamat qal”-deyib,həmsöhbətindən ayrılır,Mesropa arabanı onun ardınca sürməsini işarə edir.Araba hərəkətə gəlir.

***

Sahili qamışlıq olan göl.Gölün ortasında müxtəlif su quşları üzür.İbra-himxəlil xan və Kələntər Ağası bəy qayıqdadırlar.Ağası bəy avar çəkir. Xan ayaq üstə durub,əlindəki tüfəngi göyə tutub nişan alır.Qayıqda bir neçə vurulmuş quş var.



***

Göydə uçan quş.Atəş səsi eşidilir.Quş suya düşür.

***

Xan tüstülənən tüfəngini aşağı endirir:



-Bu günlük bəsdir.

***


Belə qədər suya girmiş nökər qamışların yanı ilə quşun düşdüyü yerə

tərəf irəliləyir və vurulmuş quşu götürür.

***

Qayıq sahilə yaxınlaşır.Sahildə durmuş atlı və tüfəngli ona yaxın əsgər qayığın sahilə yan almasına tamaşa edirlər.Onlardan sağda nökərlər ocaqda böyük bir şişə muncuq dənələri kimi, bütöv halda keçirilmiş quşları qızardırlar. Əsgərlər-dən ikisi qayığı quruya yaxınlaşmağa kömək edirlər.Xan və Ağası bəy qayıqdan enirlər.Xan yoldaşından soruşur:



-Yaxşı,Ağası bəy, indi bu quşlardan neçəsini mən,neçəsini sən vurmu-şuq?

Ağası bəy:

-Mən səkkizini vurmuşam.Dəqiq bilirəm,çünki vurduqca sayırdım.Qa-

lanları sizin payınıza düşür.

Xanla bəy sahil boyu addımlamağa başlayırlar.İbrahimxəlil xan soruşur:

-Necə bilirsən,İrəvan yolunda asayişi bərpa edib gömrük işini qaydaya sala bilsək, xəzinənin gəlirləri çoxmu artar?

Ağası bəy:

-Bir xeyli artar.Məncə,daimi ordunun sayını beş minə qaldırmaq imkanı

yarana bilər.Amma bu gün bütün bunlarla yetinmək olmaz.Zaman dəyişib.İndi bü-tün gücü sənətkarlığın inkişafına yönəltmək lazımdır.Əkinçilik,maldarlıqla uzağa

getmək mümkün deyil.Baxın,bu gün Şamaxıda,Bakıda,Təbrizdə qurlmuş böyük

toxuculuq karxanalarının hər birinin illik gəliri Qarabağ xanlığının bütün illik gəli-rinə bərabərdir.Artıq Gəncə xanı da Gəncədə bu cür karxanaların tikintisinə başla-yıb.Biz isə geri qalırıq.

Xan:


-Geriliyi aradan aparmaq üçün nə etməliyik?

Ağası bəy:

-Bu barədə vəzirin çox maraqlı düşüncələri var. Söhbəti onunla birlikdə davam etdirsək daha münasib olar...Adını çək,qulağını bur.Odur özü də gəlir...

Xan Kələntər Ağası bəyin baxdığı istiqamətə baxır.

***

Üfüqdə maddi nöqtəni xatırladan bir atlı toz-duman qoparaq çapır.Çapar



yaxınlaşdıqca, get-gedə maddi nöqtə olmaqdan çıxaraq daha çox çapar forması almağa başlayır.Atının nallarının səsi də daha aydın eşidilmətə başlayır.Kadr arxa-sından xanın səsi eşidilir:

-Vaqif olduğunu nədən bildin?

Ağası bəyin səsi:

-Ancaq Qarabağ xanının şair təbiətli vəziri bu cür çılğınlığa qadirdir.

Çox keçmir ki,Vaqif hadisə yerinə yetişib,cəld atdan düşür.

***


Molla Pənah xanla Kələntər Ağası bəyə yaxınlaşır:

-Sabahınız xeyir!

Xan:

-Sən hansı sabahdan danışırsan?Saata baxmısanmı?Artıq günortanı çoxdan keçib.



Vaqif cibindən saatını çıxarıb baxır və gülərək:

-Doğrudan da günortanı keçib.Heç fərqinə varmamışam.

Ağası bəy:

-Yəqin yuxudan təzə durub,ona görə də zənn edib ki,səhərdir.

Xan:

-Sən zarafat elə.Ağası bəy,nədən istəsən mərc gələrəm ki,bütün gecə ev-



də olmayıb və bütün gecəni də yatmayıb.Harada olmusan,ay xətakar?

Vaqif suala şeirlə cavab verir:

Şəhər-şəhər həsrət ilə gəzirdim,

Cüt qoşa nar gördüm iki sinədə.

Biri qız idi,birisi gəlin,

Can qurban eylərəm ikisinə də.


Gəlin bulaqda əl-üzünü yuyur,

Qız deyir:Gəl gedək həriflər duyur,

Belə dözəl sevən əldənmi qoyur,

Can qurban eylərəm ikisinə də.


Xan:

-Sən mühafizəsiz gəzməyi nə zaman tərgidəcəksən?

Vaqif gülümsəyərək:

-Vallah,nə deyim,nə qədər ki,Mirzə Əliməmməd sağdır,o qədər.Onun

sayəsində xanlıqda tam bir təhlükəsizlik hakimdir.Mühafizəçiyə-filana da bir o

qədər ehtiyac yoxdur.


***

Zindanın dustaqları dindirmə otağı.Otaq qayada ovulmuş süni mağaranı xatırladır.Qarşı divarda barmaqlıqlı nəfəslik var.Oradan düşən işıq otağın işıqlı

olmasına yetir.Mirzə Əliməmməd və Ohan keşiş həsirin üstünə qoyulmuş döşək-lərdə üz-üzə oturmuşlar.

Xəfiyyəbaşı:

-İndi məni diqqətlə dinlə, kilsədə də,atılmış tövlələrə yaxın yerdə,meşədə

gizlətdiyin silahları da, yazdığın qeydləri də tapmışam.Nə işlər gördüyün mənə məlumdur.Sən də uşaq deyilsən, səni nə gözlədiyini məndən pis bilmirsən.Amma

əgər mənimlə işləməyə,mənə kömək etməyə razılıq versən səni Xanməmmədin ya-nına getməkdən qurtara bilərəm.

Keşişin,sahki,gözlərinə işıq gəlir:

-Bunun üçün nə etməliyəm?

Mirzə Əliməmməd:

-Çox,sən təsəvvür etdiyndən də çox şeylər etmək lazımdır.Amma hələlik

iki sualıma doğru-dürüst cavab verməyin kifayət olacaq ki,qəfəsə qayıtmayıb mə-

nimlə birlikdə eşiyə çıxasan və eşikdə duran atına minib buradan düz Süsənin yanı-

na gedəsən,balanı bağrına basasan.

Keşişin əvvəlki halından əsər-əlamət qalmır.rəngi-ruhu özünə qayıdır:

-Soruş,başına dönüm,soruş!

Xəfiyyəbaşı:

-Birinci sualım Yusif Əminlə bağlıdır.Onun haqqında sənə məlum olan

hər bir şeyi bilmək istəyirəm. Danış,qulağım səndədir.

Keşiş:


-Yusif Əmin Həmədan şəhərində doğulub.Ata-anası vanlı idilər.Vana

ailəsi ilə birlikdə gəzməyə gələn bir həmədanlı bəy onun valideynləri ilə orada

tanış olub özünə xidmətə götürmüş, özü ilə bərabər Həmədana gətirmişdi.Həməda-na köçəndə anası artıq hamiləymiş və Yusif Əmini də orada doğur.Yusif uşaqlıq-dan bəyin övladları ilə birlikdə böyüyür.Bəyin uşaqları ilə birgə bu da yaxşı təhsil

alır.Sonra isə bəy onu da iki oğlu ilə birlikdə İngiltərəyə təhsil almağa göndərir.

İngiltərədə bu ölkənin xəfiyyələri ilə tanış olur.Bu tanışlıq sonradan əməkdaşlığa çevrilir.

Yusif Əmin bir xaçpərəst erməni olsa da, müsəlman türk ailəsində bö-yümüşdü və onların dilini,dinini,adət-ənələrini yaxşı bilirdi.Onu bir müsəlman türkdən ayırmaq çox müşkül məsələ idi.Bunu nəzərə alan ingilislər onu buralara

ezam edirlər ki,xaçpərəsyləri,yəni erməniləri müsəlmanlara qarşı təşkilatlandırsın.

O,Londondan Fitilbörkə,oradan Vana gəlir.Bir müddət çalışdıqdan sonra başa düşür ki,Osmanlı ərazisində nəinki erməni xanlığı,heç məlikliyi ,yəni bəyliyi də

qurmaq mümkün deyil.Onda beynində erməniləri Azərbaycana köçürmək və arzu-

sunu burada həyata keçirmək fikri doğur.Həmin il mənimlə tanış olur və məni inandırır ki,bu işə birlikdə başlayaq.Bu gün İrəvan xanlığında nə qədər erməni məskunlaşıbsa,hamısı onun səyi ilə məskunlaşıb.Ondan əvvəl isə İrəvan xanlığı

ərazisində bir nəfər də erməni olmayıb.İrəvan xanlığı hələ Tiflis bəylərbəyliyinin

tərkibində olanda o,İrakli xanla görüşmüşdü və həmin görüşə məni də aparmışdı.

Yusif Əmin həmin vaxt İrakli xana dedi ki,sən də bizim kimi xaçpərəstsən,gəl,

İrəvan xanlığından müsəlmanları qov,onların yurdlarına dinbir qardaşlarımızı,

yəni erməni ailələrini yerləşdirək.Onda İrakli xan bizi iti qovan kimi qovmuşdu.

Yadındadırsa,rəhmətlik Pənahəli xanın dövründə erməni məlikləri şəkili

Hacı Çələbi xana məktub göndərib ondan Qarabağ xanına qarşı mübarizə apara bil-mək üçün yardım istəmişdilər.Bax,onda onları bu işə məhz Yusif Əmin təhrik et-mişdi.Ondan sonra onunla əlaqəm kəsilmişdi.İndi isə ondan mənə məktub gəlib.

Mirzə Əliməmməd:

-Haradadır o məktub və onda nə yazılıb?

Keşiş:


-Məktub evdədir,amma nə yazdığını bilmirəm.Çünki o,mən zindandaykən

gəlib.


Mirzə Əliməmməd:

-Bəs,bu barədə necə xəbər tutdun?

Keşiş:

-Keşikçilərdən Mahmud adlı gəncdən xahiş etmişdim,qızıma sağ-salamat



olduğum barədə xəbər çatdırsın.O da qızımla görüşəndə qızım məktub barədə xə-bər yollamışdı.

Mirzə Əliməmməd:

-Qalx,səni evinə ötürüm.Həm yolda mənim ikinci sualıma cavab verərsən, həm də məktubu birlikdə oxuyarıq.

***


Tehran sarayının eyvanı.Ağa Məhəmməd şah Qacar və Kamaləli bəy

eyvandan şəhərin qala divarlarının arxasından görünən başı qarlı dağı seyr edir-

lər.Kamaləli bəy şaha bəzi gündəlik məsələlər barədə məlumat verir:

-Hesabdarlar Lütfəli xanın xəzinəsinin hesabını və sənədləşdirilməsini artıq yekunlaşdırmaq üzrədirlər.Orada ordunun ikiillik məsrəfini ödəməyə yetəcək qədər vəsait var.Hesabdarlar işini tam bitirdikdən sonra tam dəqiq məlumatı dərhal

çatdıracağam.Lütfəli xanın işdən uzaqlaşdırdığı bütün türklər öz yerlərinə qaytarı-lıblar və artıq vəzifələrinin icrası ilə məşğuldurlar.

İndi həll etməli olduğumuz ən əsas məsələ Lütfəli xan Zəndin hərəm-xanasının məsələsidir.Onun zövcələrini və kənizlərini nə edək?

Şah:

-Xanımların hamısı ilə bircə- bircə söhbət edin.Atası evinə və ya hər hansı bir qohumunun yanına getmək istəyənləri nəqliyyatla,cib xərcliyi ilə təmin edin, lazım olarsa, mühafizəçi də verin və hörmətlə yola salın.Getmək istəməyənləri də ərlərinin yeri tam məlum olandan sonra hörmət və izzətlə yola salarıq gedərlər.Hə-ləlik isə qonağımız olsunlar.



Get dərhal bu məsələ ilə maraqlan!

Kamaləli bəy “Baş üstə!”-deyib gedir.Ağa Məhəmməd şah Qacar dərin düşüncələrə qərq olur.Gözləri önündə keçmişin xatirələri canlanır.

***

Kərim xan Zəndin sarayının bağçası.Yeniyetmə Ağa Məhəmməd xan



ağacların,güllərin arası ilə oğrun-oğrun irəliləyir.Quşların cəh-cəhi aləmi götürüb.

O.can atdığı yerə çataraq qızılgül kollarının arasından qarşı tərəfə boylanır.Orada

Yeniyetmə qızlar iki dəstəyə ayrılaraq “Bənövşə” oyunu oynayırlar.Hər iki dəstə əl-ələ tutub səf bağlamış,müəyyən bir məsafədə üz-üzə durmuşlar.

Dəstələrdən biri xorla:

-Bənövşə,bənövşə, sizdən bizə kim düşə?

O biri dəstənin üzvləri:

-Adı gözəl,özü gözəl Südabə xanım!

Bu sözlər bitər-bitməz,adı çəkilən Südabə xanım öz dəstəsindən ayrı-

lır və qaçaraq özünü qarşı səfə çırpır,səddi yararaq o biri dəstədən bir qızın əlin- dən tutub onunla birgə geri dönür,öz dəstəsinə çathaçatda gözü Ağa Məhəmməd xana dəyir:

-Qızlar, mən indi qayıdacağam.

O,yeniyetmənin olduğu tərəfə gedir.

***


İki yeniyetmə sevgili gül kollarının arasında üz-üzə durublar.Həzin musiqi sədaları eşidilir.

Südabə:


-Bu neçə gündür,haradasan,niyə gəlmirdin?

Ağa Məhəmməd xan qızın əllərini ovuclarının içinı alaraq:

-Allah şahiddir ki,səni görə bilmək həsrətiylə,nə vaxtdır ki,içim od tutub yanır,bu neçə gündə özümə yer tapa bilmirdim.Amma nə edim ki,şahın keşikçiləri icazəsiz bir addım atmağa imkan vermirlər,hər addımımı izləyirlər.Kaş,səni nə qə-dər çox sevdiyimi biləydin.

Südabə xanım:

-Bilirəm,deməyinə ehtiyac yoxdur.Mən də səni çox sevirəm,səndən bir saniyə belə aralı qalmaq istəmirəm.

Sevgililər sarmaşıq kimi bir-birinə sarılırlar.Kamera yavaş-yavaş yu-xarı qalxır.Ekranda ağacların gövdələri,təpələri və buludlu göylər bir- birini əvəz edir.

***

Eyvana daxil olan Allahverdioğlunun ona müraciət etməsi şahı xəyal-



lardan ayırır:

-Şahım,indicə qasid xəbər gətirdi ki,Lütfəli xan Zənd Kərim xan Zənd üzərində qələbə çalaraq,Şirazı ələ keçirmişdir.Kərim xan İsfahana çəkilmişdir. Lütfəli xan İsfahana hərəkət etmək üçün hazırlıq görür.

Ağa Məhəmməd şah Qacar:

-Şükr sənə,İlahi! Qoy,zəndilər bir – birini qırıb zəiflətsinlər.Biz isə sözü-müzü ən sonda deyərik.

Şah yenidən dərin xəyallara qərq olur.Yenə də gözləri önündə keçmişdən səhnələr canlanır.

***
Kərim xanın sarayı.Ağa Məhəmməd xan üçün ayrılmış otaq.Ağa Mə-

həmməd xan otaqda təkdir. O,bardaş qurub kitab oxuyur.Küncdə qalaq-qalaq ki-tablar və saz gözə dəyir.Otağa gözlənilmədən Kərim xan daxil olur.Ağa Məhəm- məd xan dərhal ayağa qalxaraq şaha təzim edir:

-Xoş gəldiniz,zəhmət çəkdiniz,şərəf verdiniz...

Şah :

-Nə oxuyursan?



Ağa Məhəmməd xan:

-Əbu Osman Əmir bin Bəhr əl-Cahizinin kitabıdır.

Kərim xan kitabı alıb vərəqləyir:

-Sən ərəb dilini bilirsən?

Ağa Məhəmməd xan:

-Bəli.Fars dilinə də bələdəm.

Kərim xan:

-Belə de.Amma Şiraza gəldiyin gündən farsca bircə kəlmə də danışma-

dın.

Ağa Məhəmməd xan:



-Amma bu sarayda,Siz də daxil olmaqla,hər kəs türkcə danışır.

Kərim xan:

-Doğrudur.Qəznəlilərdən və Səlcuqlulardan etibarən saraylarda yalnız

türk dilində danışılır.Hülakülərdən etibarən isə rəsmi yazışmalarda da türk dili

fars dilinin rəqibinə çevrildi.Şah İsmayıl Səfəvidən sonra isə sizin dil bütün dövlət idarələrində hakimi-mütləqdir.Bütün fərman və rəsmi məktublar bu dildə yazılır. Bu gün Şirazın,İsfahanın,Bağdadın bazarlarında bu dildən başqa bir dildə danışıl-mır.Nə yaxşı ki,biz farsların Firdovsi,Sədi və Hafizimiz olub.Yoxsa,bizim dilimiz də kürd,lor,gilək dillərinin gününə düşərdi. Gərək əmr verim,sabahdan sarayda hər kəs fars dilində danışsın.Türkcə danışmaq yasaq edilsin.

Nə isə...Keçək əsas məsələyə. Qulağıma pis-pis xəbərlər çatıb. Bax, mən sənin bütün günahlarını,ananın xahişini və gəncliyini diqqətə alaraq, bağışla-

dim.Sənsə etimadımı doğrultmadın...

Ağa Məhəmməd xanın üzündə dəhşətlə təəccübün qarışığından yara- nan qəribə cizgilər peyda olur.Kərim xan isə qısa monoloquna ara verərək,kitab-lara yaxınlaşıb onları bir-bir əlinə alır və adlarını oxuyur:

-Mahmud Kaşğarlı...Divanül lüğət ət-Türk...Yusif Balasaqunlu...Qu-

taduqu-bilik...Oğuznamə....

Şah kitabları yerinə qoyub danışıq tonunu gözlənilmədən kəskin bir

şəkildə sərtləşdirir:

-Özünü yazıq etdin...

Ağa Məhəmməd xanın üzündəki əski cizgiləri qəzəb və nifrət hisslərini ifadə edən cizgilər əvəz edir.

Kərim xan eyni tonda davam edir:

-...Saray bağçasının hərəm hissəsinə keçmiyə və və hər gün Rəhim

xanın qızı ilə gizli-gizli görüşməyə necə cürət edə bildin?! Hansı cəsarətlə əsiri

və girovu olduğun zəndilər tayfasının namusuna ləkə sürtə bildin?!

Bu sözləri eşidən Ağa Məhəmməd xan əlləri ilə üzünü örtür və bo-

ğuq bir səslə:

-Ah!Tuzağa düşdüm!Bədbəxt Südabəm,mənim oduma sən də yan-

dın!


Kərim xan əl calır və içəri dərhal ona yaxin sərbaz,cəllad və eşikağası daxil olurlar.Sərbazlar içəri girər-girməz Ağa Məhəmməd xanı yerə yıxaraq əl-qolunu bağlamağa başlayırlar.O,var gücü ilə bağırır:

-Rəhim xan Zəndin qızı Südabə xanımın bu işdə heç bir günahı yox- dur!O,çiçək kimi təmiz,quzu kimi məsumdur.Günah məndə və məni tuzağa düşür- mək üçün fitnə qurub şərləyənlərdədir.

Sərbazlar işlrəni tamamlayıb, yeniyetməni ayağa qaldırıb şahın qarşısına gətirirlər.Şah onun gözlərinin içinə baxaraq:

-Sənin cəzanı mən yox,qardaşım Rəhim xan seçdi.Acı taleyinin səbəb-karı da mən yox,doğulduğun gün göydə peyda olmuş quyruqlu ulduzun sahibidir. Cəzansa ölümdən daha betər olacaq. Naməhrəmə yaxın düşməyin nə olduğunu bi-ləcəksən.İndi cəllad səni kişi üçün ən böyük nemətdən-qadin bədəninin ləzzətini hiss etmək duyğusundan və ata ola bilmək xoşbəxtliyindən məhrum edəcək.

Ağa Məhəmməd xan dəhşət içində çığırır:

-Yooooox!!!Şah,əmr et gözlərimi oysunlar,bədənimi tikə - tikə edib it-lərə yem etsinlər,amma ləyaqətimə toxunma.

Kərim xanın işarəsi ilə Ağa Məhəmməd xanı otaqdan çıxardırlar.

İçəridə şah və eşikağası tək qalırlar.

Şah:

-Beləcə İran taxt-tacına sonuncu ehtimali təhlükə də aradan qalxmış



oldu.

***


Ibrahimxəlil xan,Vaqif vəKələntər Ağası bəy göl qırağında ,böyük pa-lazın üstünə sərilmiş süfrə arxasında,yumşaq döşəklərin üstündə əyləşmişlər. Süf-rədə közdə qızardılmış quş əti,çörək,meyvə və ayran var.Vaqif danışır o biriləri qu-laq asırlar:

-Bax,Qarabağın aran hissəsində yaxşı pambıq yetişir.Mütləq böyük bir ip-lik karxanası qurmalıyıq ki,həm pambıq sahələrinin sahibləri öz məhsullarını qıra-ğa dəyər-dəyməzinə satmasın,öz pambığımız özümüzə qalsın,həm də gələcəkdə yerli xammal əsasında işləyəcək toxuculuq karxanaları qurub indikindən 5-6 qat çox gəlir əldə edə bilək. Bundan başqa gözəl tut ağaclarımız var.Şəkidən ustalar dəvət etmək və ya bizdən kimləri isə ora göndərmək lazımdır ki,ipəkçiliyi burada da inkişaf etdirək.

-Allah qoysa,bu-gün sabah Ağası bəyin oğlu təhsilini başa vurub mühən-dis kimi geri dönəcək.Atasının az- çox sərmayəsi var,inşallah ikisi birləşib yəqin ki, nələrsə yaradacaqlar.Amma bir güllə bahar olmaz.Biz İstanbulda,Avropada

təhsil almaq istəyənlərə imkan yaratmalıyıq.Valideynləri icazə verməyənlərin ata-anaları ilə danışmalıyıq,sərmayəsi olmayanlara bunun üçün maddi yardım etməli-yik.Mən öz keçmiş tələbələrimdən artıq bir-neçəsinin özü ilə də,ataları ilə də da-nışmışam,gələn il ən azı 6 nəfəri göndərə bilərik.

Xan,təhsil islahatına çox böyük ehtiyac var.Allaha şükr,bu gün mədrəsə-lərin sayı yavaş-yavaş artır.Amma bizə kəmiyyətlə yanaşı keyfiyyət də lazımdır. Mədrəsələrin çoxunda uşaqlara Qədiri-Xumdan və Kərbala müsibətindən başqa

heç nə öyrədilmir.Amma lazımdır ki,balalarımıza cəbr,həndəsə,hikmət,kimya,nü-cum öyrədilsin.

Xan:

-Elə günü bü gün fərman verib mədrəsələrdə bu elmlərin tədrisini məc-buri edərik.Vəzir sən fərmanın mətnini hazırlayarsan,başqa nə etmək lazımsa, fər-mana onları da əlavə edərsən,mən də imzalayaram,bu iş tamam olar.Təhsil üçün xaricə göndərmək istədiyin uşaqların məsrəfini də xəzinədən ödəyərik.



Vaqif:

-Xan,bir də,gələcəkdə bütün bu dediklərimizə nail olmaq üçün xanlığın ərazisində vergiləri,müxtəlif zümrələr arasında münasibətləri tənzimləyən və hər kəsin sözsüz əməl etməli olduğu dəqiq qanunlar olmalıdır.Mən Məhəmmədhəsən xanın Şəkidə tətbiq etdiyi “Dəstur ül əməl”adı altında toplanmış bütün qanunların bizdə də tətbiq edilməsini təklif edirəm.

Xan:

-Sən o dediyin qanunları da yaz,gətir müzakirə edək,məsləhətdirsə,bu ba-rədə də fərman verək.İndi isə keçək əsas məsələyə,yoxsa kabablar buza dönəcək.



Xan son cümləni deyib gülür.Vaqif Və Ağası bəy də ona qoşulurlar.

Gölün tam ortasında balıqçı qayığında üç nəfər balıqçı toru sudan çəkərək xorla deyirlər:

-Yahu,hu,hu...

Hu,hu,yahu...

Rəyyama girdi,yahu,

Sirrimi bildi,yadu.

Dəryalara tor atdım,

Üzümə güldü, yahu.

Yahu,hu,hu...

Hu,hu,yahu...

Yahu,hu.hu...

Hu,hu,yahu...

***

Xan,Vaqif və Ağası bəy kabab yeməklə məşğuldurlar.Bu dəm İbrahim-xəlilin gözünə üfüqdə sürətlə onlara tərəf çapmaqda olan atlı dəyir:



-Deyəsən,qonağımız var.

Vaqif və Ağası bəy xanın gözlərini dikdiyi tərəfə baxırlar.

***

Çapar uzaqdadır.Ardınca toz-dunan kütləsi uzanır.Onun kim olduğunu seçmək olmur.Kadr arxasında Ağası bəy deyir:



-Bura capmasından bizimkilərdən olduğu məlum olur.Vəzir kimi müha-fizəsiz olmasından belə aydın olur ki,gələn,deyəsən,Mirzə Əliməmməd ağadır.

Kadr arxasında xanın səsi:

-Hə,deyəsən odur.

Çapar bir qədər yaxınlaşdıqdan sonra onun doğrudan da xəfiyyəbaşı olduğu aydın sezilir.

***

Xan,Vaqif və Ağası bəy hələ də atlı gələn tarəfə baxırlar.Kadr arxa-sından artıq atın ayaq səsləri eşidilir,sonra isə kəsilir.Əvəzində atın kişnərtisi eşidilir.Vaqif xana tərəf dönərək:



-Deyəsən,nə isə çox mühüm xəbərlərlə gəlib.

Bu an xəfiyyəbaşı kadra daxil olaraq həyacanla deyir:

-İki mühüm xəbər var.

Xan :


-Öncə bir əyləş,nəfəsini dər, sonra de,bilək,nə baş verib.

Mirzə Əliməmməd süfrə arxasına əyləşir.Xan kadrdan kənarda olan nö-kərlərə səslənir:

-Mirzə Əliməmməd ağaya soyuq ayran gətirin.Cəld olun!(üzünü Xəfiy-yəbaşına tutaraq) Tələsmə,özünə gəl.

Kadra daxil olan nökər Mirzə Əliməmməd ağanın qarşısına bir bardaq ayran qoyur,boşalmış kabab qabını götürüb gözdən itir.Elə həmin andaca kadra ikinci nökər daxil olaraq əlindəki içi kababla dolu qabı ortaya qoyur və dərhal da kadrdan çıxır. Xəfiyyəbaşı ayranı birnəfəsə boşaldıb,bardağı yuxarı qaldırır və kadr arxasındakı nökərlərə tərəf boylanaraq “Birini də gətirin!”-deyir.


Xan:

-Vallah,sənə baxanda adama elə gəlir ki,sən atı yox,o,səni çapıb.

Süfrə arxasında oturanlar gülüşürlər.Mirzə Əliməmməd, nəhayət,deyir:

-Xan,indicə məlumat almışam ki,Lütfəli xan Zənd Tehrandan ayrılaraq, Şiraza,qrdaşının-İran şahının üstünə qoşun çəkib.Ağa Məhəmməd şah Qacar da fürsətdən istifadə edərək müdafiəsiz qalmış Tehranı tutub.İndi oranı öz səltənəti-nin paytaxtı elan edib.

Ortaya dərin bir sükut çökür. Kadra girən nökər Mizə Əliməmməd ağanın qarşısıdakı boş bardağı dolusu ilə əvəz edib gözdən itir.Bir qədər də davam edən sükutu xan pozur:
-Söylədiklərin gətirmiş olduğun xəbərlərin hər ikisi idi,yoxsa daha bir xəbərin var?

Xəfiyyəbaşı:

-Biri də var.Mənə məlum olub ki,araqızışdıran Yusif Əmin,demə,ingilis cəsusuymuş və bu erməni dığası bir həftə sonra Qarabağa gələcək.

Xan:


-Onu tutub başını bədənindən ayırmaq lazımdır ki,hamıya körk olsun. Onu mütləq tut,Mirzə.

Mirzə Əliməmməd :

-Quş olub göyə qalxsa da,siçan olub dərmədeşiyə girsə də,balıq olub, bax, bu gölün dərinliklərinə cumsa da,əlimdən heç yerə qaça bilməyəcək.Bütün

Azərbaycanda ,yəni İrəvan və Qarabağ xanlıqlarında üst-üstə iki min erməni yoxdur,bu köpək oğlu deyir,gəlin erməni xanlığı yaradaq.

***

Qaçaqların barındıqları mağaranın önü.Qaçaq Səfər,Saroş və daha üç qaçaq gənc dövrə vurub,daşların üstündə oturublar.Qaçaq Səfər xanın məktubunu əlində tutub.O,deyir:



-Məktubun məzmunundan xəbəri olmayan qalmadı.Hamının fikri belədir ki,biz beşlikdə nə qərara gəlsək,ona da əməl ediləcək.Saroşun fikri Məlumdur.O, Şuşaya qayıtmağın tərəfdarıdır.Hesab edir ki,xanın təkliflərini qəbul etməliyik.Siz nə deyirsiniz?

Birinci gənc:

-Təkliflər yaxşı təkliflərdir,amma,Səfər,sən oldun yüzbaşı,biz də olduq əsgərlərin,başladıq xəzinədən məvacib alıb xanlığın sərhədlərini qorumağa, qaçaq-malçıları tutmağa.Deməli,biz qaçaqmalçılıqla 5-10 quruş para qazanıb ailəsini do-landıran kasıb-kusubun çörəyinə qənim kəsiləcəyik?...

İkinci gənc onun sözünü yarımçıq kəsir:

-Ə,kimdir kasıb-kusub,qaçaqmalçılarmı?Bədbəxt,onların indi hərəsinin 5-6 yerdə evi-mülkü,sürülərlə qoyun-quzusu,ilxılarla atı var.Bəs,sənin nəyin var,ay yazıq?Bizim yaşda olanların indi hamısının evi-eşiyi,arvad-uşağı var.Biz isə günü-müzü soyğunçuluqla,talançılıqla keçiririk.Sabaha da heç bir ümid yoxdur.Əlimizə düşən bu gözəl imkandan istifadə etməliyik.

Üçüncü gənc:

-Doğrudur.Mən də Şuşaya qayıtmağın tərəfdarıyam.

Birinci gənc:

-Atalar sözü var,deyərlər,eşşəyə minmək bir ayıb,eşşəkdən düşmək

iki ayıb.Bəs,bizə deməzlərmi ki,ay pədəri-süxtə,nəyə getmişdin,nəyə qayıtdın?

İkinci gənc:

-Ona görə getmişdik ki,hər birimiz ayrı-ayrı vaxtlarda düşmənimizi vu-rub edam cəzasına məhkum olmuşduq,qaçmasaydıq edam ediləcəkdik.İndi isə və-ziyyət dəyişib.Xan bizi əfv edib,ona görə də qayıdırıq.Burada nə var ki?

Üçüncü gə

-Doğrudur.Dağlarda qalmağımızın heç bir mənası yoxdur.Səfər,məncə, qayıtmaq məsləhətdir.

Birinci gənc:

-Birdən bu, tələ oldu,onda nə?


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin