Bəxtiyar Tuncay azərbaycan imperatorluğU



Yüklə 1,81 Mb.
səhifə19/59
tarix01.01.2022
ölçüsü1,81 Mb.
#104246
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   59
"Manna ölkəsində oturan... Mana ölkəsindən çıxıb Urartuya hücum edən.. .Aşşur sınırlarını aşıb yağmalar edən" .

Eyni xalqdan ll Sarqonun kitabəsində "qamir" (kimmer) kimi söz açılır:



"Qameraa (kimmelər) mannalıların ölkəsindən çıxıb Urartuya daxil oldu... bütün Urartu qorxu içindədir."

Maraqlıdır ki, Aşşur mənbələri saklardan qəsbkar, yağmalar törədənlər kimi söz açır. Bisitun kitabəsinin farsdilli hissəsində də saklardan qəsbkar kimi söz edilir və məhz həmin saklar eyni kitabənin akkad variantında "kimmer" adlandırı-lır:



"Saklar qəsbkar idilər və Ahura Məzdaya hörmət etmirdilər. Mən Ahura Məzdaya hörmət edirdim. Ahura Məzdanın mərhəmətilə mən onlarla öz istəyimə uyğun rəftar etdim."

Qeyd etdiyimiz kimi, bu sakların kimmerlərlə eyniləşdirilməsi keçmişin ənənələri ilə bağlı olmuşdur. Yəni bir zamanlar bu saklar kimmerlərin hakimiyyəti altında yaşamış olduqları üçün uzun müddət xüsusi "sak" (şaki) adı ilə yanaşı ümumiləşdirici "kimmer" adını da daşımışlar. Yuxarıda bu barədə söhbət açarkən, müəyyənləşdirmişdik ki, bu saklar utilərin, yəni paytaxtı Bərdə (Partav) şəhəri olan Uti vilayətinin qonşuluğunda yaşayan saklar idi ki, b.e. Vll əsrinə qədər Kür və Araz çayları arasında yaşamaqda davam edirdlər və həmin ərazidəki Sakasena (Şakaşen) ölkəsinin sakinləri idilər. Lakin belə olan halda, bəzi alimlərin fikrincə, həmin sakların guya Mannaya heç bir dəxli olmur. Çünki belə hesab edilir ki, Manna Cənubi Azərbaycanda, Urmiya gölünün cənubunu və şərqini əhatə edən bir ölkə idi və Quzey Azərbaycan ərazisi onun sınırlarına daxil deyildi. Əgər bu fikir doğrudursa, o zaman birmənalı şəkildə söyləmək olar ki, iki müxtəlif (biri quzeydə, biri isə güneydə) Sakasena olduğunu iddia edən Qiyasəddin Qeybullayev haqlıdır və sözügedən Sakasenanın Manna ərazisindəki Sakasenaya, birinci Sakasenada yaşayan sakların isə "Manna sakları"na heç bir aidiyyatı yoxdur.

Lakin Solmaz Qaşqay arxeoloji materiallara istinadən, haqlı olaraq göstərir ki, müəyyən dövrlərdə Mannanın sərhədləri Araz çayından şimala uzanmış və Manna dövləti özünün gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə etmişdir. Biz də bu barədə fikrimizi artıq bildirmişik.

Mənbələrdən belə aydın olur ki, həmin dövrdə "sak" adı Azərbaycan əhalisinin mühüm bir hissəsinin ümumiləşdirici adı kimi çıxış edirmiş. Məsələn, Aşşur mənbələrində Bərdənin Uti vilayətinin deyil, Saqartanın (Zikkertunun) mərkəzi kimi göstərilməsi o deməkdir ki, həmin dövrdə utilər (udulular) üçün də "sak" adı ümumiləşdirici ad idi. Yəni utilər də sak ittifaqına daxil idilər.

Mənbələrdən belə aydın olur ki, Azərbaycanın şimal-qərbində, Xəzər sahillərində yaşamış massagetlər də bir vaxtlar bu ümumiləşdirici ad altında çıxış etmişlər. Sonrakı dövr mənbələrində "maskutlar" adlandırılan bu xalqın bəzi mütəxəssislərin fikrincə, Dərbəndlə Beşbarmaq dağı arasında, digər mütəxəssislərin fikrincə isə, Kür çayına qədər olan ərazilərdə və Muğanda yaşadıqları bildirilimişdir. Antik müəlliflərin massaget kimi söz açdıqları həmin xalqın adı ilk dəfə Sasani şahının Paykulidəki yazısında, daha sonra isə isə erməni müəlliflərinin əsərlərində "maskut" kimi çəkilməkdədir. Ammian Marselinin yazdığına görə, massagetlər alanların əcdadları olmuşlar, Valeriy Flak isə massagetləri midiyalılarla birlikdə yad etmişdir.

Herodot massaget tayfaları barədə yazırdı ki, "bu xalq qədərsiz və cəsur hesab edilir, şərqdə Araz çayının o tərəfində issidonlarla üzbəüz yaşayır. Bəzilərinin fikrincə, bu iskit xalqıdır." Dion Kassi Arazdan şimalda yaşayan albanları massaget mənşəli hesab edirdi. Strabon qeyd etmişdir ki, iskitlərin böyük bir hissəsi massaget və sak adını daşıyırdılar və Araz çayı sahilində yaşayırdılar. Əhəməni şahlarının yazılarında ayrıca "massaget" adına rast gəlinmir və onlar da ümumiləşdirici "sak" adı altında tanınırdı. Və maraqlıdır ki, Prokopiy, Musa Kağankatlı, Dionisiy Perieqet və erməni mənbələri massagetləri hunlarla eyniləşdirmişlər, yəni dolayısı ilə onların türk xalqlarından biri olduğunu vurğulamışlar.

Yuxarıda qeyd edildiyi kimi, Əhəməni şahı Daranın Nəqşi-Rüstəmdəki kitabəsində üç növ saklardan söhbət açılmaqdadır: xaumvarqa sakları (şərab bişirən saklar), tiqraxauda sakları (oxpapaq və ya şişpapaq saklar) və taradrava sakları (dənizin arxasında yaşayan saklar).

Daha qədim dövrə aid aşşur mənbələrindən belə aydın olur ki, bunlardan biri kimmerlərlə eyniləşdirilən saklar idi. Həmin mənbələr sayəsində bu sakların bir neçə hökmdarlarının adı da dövrümüzədək ulaşmışdır. Bunlar Teuşpa, İşpakay (Işbara xan), Tuqdamme (Toxtamş xan) və onun oğlu Sandakşatrudur (Sandaqaç Şat). Aşşur hökmdarları Teuşpa ilə e.ə. 678 - ci, Mannalıların köməyinə gələn İşbara xanla (İşpakayla) isə e.ə. 670 - ci ildə döyüşmüş və onlara qalib gəlmişdilər. Asarhaddonun kitabəsindən belə məlum olur ki, aşşurlar saklardan çəkinirmişlər:



"Müəyyən edilmiş bu müddət ərzində Manna vilayətində yaşayan və Manna ölkəsinin hüdudlarına gəlmiş sak ordusu bir qəsd hazırlayırmı? Bir şey fikirləşirmi? Hubuşkiya şəhərinin keçidini... keçəcəklərmi, gələcəklərmi, Aşşur sərhəddindən böyük qənimət, əsirlər aparacaqlarmı?"

Eyni kitabədən belə aydın olur ki, döyüşdə saklar məğlub olurlar və bu Manna dövlətinin süqutu ilə nəticələnir:




Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin